Dalga Televiziyasi Gürcüstanın müdafiə naziri müsəlman əsgərləri müqəddəs Ramazan ayı münasibətilə təbrik etmişdir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün497
DünənDünən1299
Bu həftəBu həftə8741
Bu ayBu ay46479
Bu günə qədərBu günə qədər7473813

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın müdafiə naziri müsəlman əsgərləri müqəddəs Ramazan ayı münasibətilə təbrik etmişdir

altGürcüstanın müdafiə naziri İrakli Alasania müsəlman əsgərləri Ramazan ayı münasibətilə təbrik etmişdir.
Nazir Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, polkovnik İrakli Dzneladze və nazirliyin digər məsul əməkdaşları ilə birlikdə azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki aviasiya bazasına gedərək orada xidmət edən müsəlman hərbçilərlə görüşmüş, iftar süfrəsində iştirak etmişdir.
Müdafiə naziri İrakli Alasania əsgərlərə müraciətlə demişdir ki, müqəddəs Ramazan ayı təkcə Gürcüstan müsəlmanlarının deyil, hamımızın bayramıdır. Sizin xidmətinizi yüksək qiymətləndiririk, gürcü ordusunda müsəlman qardaşların güclü olmalarını arzulayırıq.
Nazir müsəlman hərbçilərin Gürcüstana layiqli xidmət göstərmələri üçün hər şəraitin yaradılacağını vurğulamış və onların gələcəkdə peşəkar hərbçi kimi Silahlı Qüvvələrdə fəaliyyətlərini davam etdirəcəyi təqdirdə məmnun olacağını demişdir.
Görüşdə iştirak edən axund Vaqif Qasımov Gürcüstanın müdafiə nazirinə müsəlman əsgərlərə diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.

Saytda Axtarış

Son xəbərlər