Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün620
DünənDünən1299
Bu həftəBu həftə8864
Bu ayBu ay46602
Bu günə qədərBu günə qədər7473936

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Raket və Artilleriya Qoşunları atəş mövqelərinə çıxarılıb

Müxtəlif qoşun növlərinin iştirakı ilə həyata keçirilən Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələrinin 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar döyüş atışları icra etmək məqsədilə ümumqoşun poliqonlarındakı müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.

https://youtu.be/h0oot6JJcI0

İlham Əliyev: “Azərbaycan-Türkiyə əməkdaşlığı Avrasiya üçün böyük əhəmiyyət daşıyır”

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə baş naziri Binəli Yıldırım ilə görüşüb.

APA-nın məlumatına görə, prezident İ. Əliyev Türkiyə baş nazirinin Bakıya səfərinin çox uğurlu olacağına inandığını bildirib.

"Hörmətli cənab Baş nazir, mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Biz sizin səfərinizə böyük önəm veririk. Əminəm ki, səfər çox uğurlu olacaq və Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək. Biz dostuq, qardaşıq, bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, bu gün belədir və həmişə də belə olacaq. Bizi çox dərin əlaqələr bağlayır. Bu gün biz siyasi, iqtisadi, bütün başqa sahələrdə çox yüksək səviyyəli əməkdaşlıq edirik. Siyasi əlaqələrimiz ən yüksək zirvədədir, iqtisadi sahədə yaxşı nəticələr var. Keçən il ticarət dövriyyəsi artmışdır, qarşılıqlı sərmayə qoyulur. Türkiyə Azərbaycana və Azərbaycan Türkiyəyə 10 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qoyuluşu davam edir, daha da böyük rəqəmlərə çatacaq", - deyə o vurğulayıb.

TANAP layihəsindən danışan İ. Əliyev qeyd edib ki, bu, tarixi layihədir və uğurla başa çatır, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq, eyni zamanda, bu layihədən faydalanan ölkələr üçün də yeni imkanlar açacaq: "Bu il TANAP layihəsinin istismara verilməsini biz birlikdə qeyd edəcəyik. Keçən il biz Bakı-Tbilisi-Qarsdəmir yolunun açılışını təntənəli şəkildə qeyd etdik və bu gün bu yol artıq uğurla fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan və TANAP-dan sonra bu, üçüncü tarixi layihəmizdir. Ölkələrimiz bu layihəni birlikdə icra edirlər. Yəni, bütün sahələrdə bizim əməkdaşlığımızın çox gözəl nəticələri var. Bu nəticələr xalqlarımız, ölkələrimiz üçün çox əhəmiyyətlidir və Avrasiya qitəsi üçün də böyük əhəmiyyət daşıyır. Biz bu gün bu və digər məsələləri müzakirə edəcəyik və Türkiyə ilə Azərbaycanın gələcək birgə fəaliyyəti haqqında danışacağıq".

B. Yıldırım isə bunları deyib: “Sizin də ifadə etdiyiniz kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Ölkələrimiz arasındakı münasibətlər gündən-günə daha da inkişaf edir. Həm Türkiyədə, həm də Azərbaycanda qarşılıqlı investisiyalarımız, ticarətimiz artır, turizm sahəsində əməkdaşlığımız inkişaf edir. Biz bununla kifayətlənmirik. Eyni zamanda, region ölkələrinin də inkişaf etməsi üçün Türkiyə və Azərbaycan olaraq birlikdə çalışırıq. Qafqaz regionunda Gürcüstanın, Azərbaycanın və Türkiyənin həyata keçirdiyi layihələr - Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhanneft, TANAPBakı-Tbilisi-Ərzurum təbii qaz layihələri təkcə bizim ölkələri maraqlandıran layihələr deyil, eyni zamanda, Avropanı da maraqlandıran, enerji təhlükəsizliyini təmin edən layihələrdir. Uzaq Şərqdən, Orta Asiyadan Azərbaycan ərazisindən Türkiyəyə və Avropaya daşımaları təmin edəcək tarixi “İpək Yolu” - Bakı-Tbilisi-Qars layihəsi Sizin qətiyyətiniz və təşəbbüsünüzlə, cənab prezidentimizin də töhfəsi ilə reallaşdı. Vaxtilə bir xəyal olan bu layihə indi bölgəyə xidmət etməyə başlayıb və eyni zamanda, Naxçıvana da ciddi logistik dəstək verir. Bu gün qardaş və dost Azərbaycanda olmaqdan böyük məmnunluq duyuram. Bizə göstərdiyiniz səmimi münasibətə və qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm”.

Qasımi: “Azərbaycan, Türkiyə, İran və Gürcüstan XİN rəhbərlərinin görüşü regional təhlükəsizliyə töhfə verəcək”

"Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə, ölkələr arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakıya səfərini şərh edərkən deyib.

"Ümid edirəm ki, bu təşəbbüs ölkələrin mənafelərini təmin edəcək. Biz bu əməkdaşlığın regionun digər xalqları arasında dinc yaşayışın təmin edilməsinə töhfə verəcəyinə inanırıq. Bu iclasda  dörd ölkəni maraqlandıran siyasi məsələlər, o cümlədən regiondakı vəziyyət, qanunsuz narkotik dövriyyəsi ilə mübarizə, regional təhlükəsizlik, ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq".

Səfər çərçivəsində Məhəmməd Cavad Zərifin Azərbaycan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparılacaq. 

 

Qeyd edək ki, Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.

Gürcü nazir: “Etnik azlıqların nümayəndələri siyasət də daxil olmaqla, müxtəlif sahələrə cəlb olunmalıdır”

"Gürcüstanda milli azlıqların kompakt yaşadığı bölgələrdə dövlət dilinin öyrənilməsi səviyyəsinin artırılması əsas vəzifə olaraq qalır".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili milli azlıqlarla bağlı fəaliyyət planının təqdimat mərasimində deyib. 
 

O bildirib ki, milli azlıqlar arasında gürcü dilinin tədrisi səviyyəsinin artırılması istiqamətində gələcək illərdə bir sıra maraqlı layihələrin həyata keçiriləcəyi gözlənilir. 
 

K. Tsixelaşvili etnik azlıqların nümayəndələrinin siyasət də daxil olmaqla, müxtəlif sahələrə cəlb olunmasının əhəmiyyətini vurğulayıb: "2017-ci il bu sahədə yeniliklə yadda qaldı. Etnik azlıqlardan olan və "1+4" proqramının uğurlu tələbələri üçün  dövlət strukturlarında təcrübə proqramı təşkil olundu. Milli azlıqlardan olan gənclərin peşə təcrübəsi qazanması çox vacibdir".

Dövlət naziri əlavə edib ki, Gürcüstan dövlətinin vətəndaş inteqrasiyası sahəsi üzrə 2020-ci ilə qədər təsdiq olunmuş strategiyası var: "Strategiyanın əsas məqsədi etnik və dini mənsubiyyətindən asılı olmayaraq Gürcüstanın hər bir vətəndaşının ölkə həyatının bütün sahələrində özünü bərabərhüquqlu hesab etməsidir". 

Azərbaycan ordusuna həyəcan siqnalı verildi

Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qoşunların idarəedilməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edir.

İlham Əliyev: “Azərbaycan-Gürcüstan əməkdaşlığı yalnız regional deyil, qlobal səviyyədə də uğurludur”

Giorgi Kvirikaşvili: “Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir”

"Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi ilbəil artır və Azərbaycan Gürcüstana investisiya yatıran ölkələr arasında birinci yerdədir".

APA-nın yerli bürosunun Gürcüstan Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə təkbətək görüşdə deyib.
 

İ. Əliyev Gürcüstan hökumət başçısının Azərbaycana səfərinin əhəmiyyətini və ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib: "Əminəm ki, sizin Azərbaycana səfəriniz iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcək. Biz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik. Şadam ki, ticarət dövriyyəsi artır. Azərbaycan Gürcüstana investisiya yatıran ölkələr arasında birinci yerdədir və 2012-ci ildən bu mövqeyi saxlayır. Bu, sizin ölkədə investisiya mühitinin yaxşı olmasının göstəricisidir. Bu həmçinin bizim əlaqələrin yüksək səviyyədə olduğunu göstərir".
 

Azərbaycan prezidenti iki ölkənin iştirak etdiyi qlobal əhəmiyyətli layihələrə də toxunub: “Bu layihələrdən biri ötən ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars layihəsidir. Cənub Qaz Dəhlizi və TANAP layihələrinin də reallaşması bizim əməkdaşlığı daha yüksək səviyyəyə yüksəldəcək”.
 

İ. Əliyev bildirib ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq yalnız regional deyil, qlobal səviyyədə də uğurludur: "Bizim əməkdaşlığımız dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirir. Əminəm ki, bu isti münasibətlər gələcəkdə xalqlarımızın rifahına xidmət edəcək".

G. Kvirikaşvili isə iki ölkə arasında iqtisadi münasibətlərin müsbət dinamikasını qeyd edib: "Azərbaycana səfər bizim üçün hər zaman əlamətdardır. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Şadıq ki, ölkələr arasında iqtisadi əlaqələr inkişaf edir. Ötən il ikitərəfli ticari-iqtisadi əlaqələrdə əhəmiyyətli artım qeydə alınıb. Azərbaycan Gürcüstanın bir nömrəli investorudur. Sonuncu statistik məlumata əsasən, Azərbaycan birinci yerdədir və bu, sevindirici haldır. Sizin qeyd etdiyiniz Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi strateji layihələrin mühüm iqtisadi və geosiyasi əhəmiyyəti var. Qlobal formatlarda Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir və bu strateji tərəfdaşlığa əsaslanır". 
 

Gürcüstanın baş naziri Azərbaycan prezidentini birinci respublikanın elan olunmasının 100 illik yubileyi münasibətilə təbrik edib: “Bu tarix Gürcüstan və Azərbaycan üçün əhəmiyyətlidir və ümid edirəm ki, biz bu tarixi layiqincə qeyd edəcəyik”.

Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Kvirikaşvilini Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Sabah Gürcüstan baş naziri Azərbaycana rəsmi səfər edəcək

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili martın 12-də Azərbaycana rəsmi səfər edəcək.

APA-nın yerli bürosu Gürcüstan hökumətinin administrasiyasına istinadən xəbər verir ki, səfər çərçivəsində G.Kvirikaşvilinin Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü keçiriləcək.

Gürcüstanın hökumət başçısı azərbaycanlı həmkarı Artur Rəsizadə ilə də görüşəcək. Daha sonra iki ölkənin hökumət üzvləri arasında görüş baş tutacaq.

 

G.Kvirikaşvilinin başçılıq etdiyi nümayəndə heyətinə baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze, maliyyə naziri Mamuka Baxtadze, Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri, baş nazirin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze daxil olacaq.

Gürcüstan prezidenti regional təhlükəsizlik məsələlərini ABŞ Konqresində müzakirə edəcək

Gürcüstan prezidenti ABŞ-a səfərə yola düşüb  

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Brüsselə rəsmi səfərini başa çatdıraraq, ABŞ-a səfərə yola düşüb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili bildirib.

"Gürcüstanın milli təhlükəsizlik məsələləri səfərin əsas məqsədidir. Bir neçə tədbir nəzərdə tutulub. Onlardan biri – regional təhlükəsizlik məsələləri və ölkə qarşısında duran çağırışların ABŞ Konqresində müzakirəsi. Prezident ABŞ Senatında da analoji çıxışlar edəcək", - deyə David Rakviaşvili bildirib.  

Onun sözlərinə görə, səfər çərçivəsində bir neçə mühümlər keçiriləcək, universitetlərdə çıxışlar da nəzərdə tutulub.   

Prezidentliyə namizədlərin sayı 7 nəfərə çatıb

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar daha 3 prezidentliyə namizəd qeydə alınıb.

APA-nın məlumatına görə, bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilib.

Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

 

  

Qeyd edək ki, MSK bundan əvvəl Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyini qeydə alıb.

Xatırladaq ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Gürcüstan prezidenti və baş naziri Azərbaycanın dövlət başçısına başsağlığı verib

Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində baş verən yanğınla əlaqədar aldığım xəbər məni dərindən kədərləndirdi. Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Zati-aliləri, vəfat edənlərin ailələrinə mənim başsağlığımı, xəsarət alanlara isə tez sağalmaları diləklərimi çatdırmağınızı xahiş edirəm. Bütün hallarda Gürcüstanın dəstəyinə güvənə bilərsiniz".

 

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili də İ. Əliyevə başsağlığı verib: "Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən və insanların ölümü ilə nəticələnən yanğınla əlaqədar Gürcüstan hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm. Bu ağır anlarda biz qardaş Azərbaycan xalqının yanındayıq və həlak olanların ailələrinin kədərini bölüşür, onlara səbir diləyirik".

Azərbaycanla Gürcüstan arasında 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Martın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, görüşdən əvvəl Gürcüstan nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimindən sonra  Gürcüstanın müdafiə naziri "Şərəf kitabı"nı imzalayıb.

Müdafiə nazirləri əvvəlcə təkbətək sonra isə geniş tərkibdə görüşüblər. Zakir Həsənov iki ölkənin strateji tərəfdaşlının yüksək səviyyədə olduğunu və bunun təkcə ölkələrimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

Hərbi əməkdaşlığın regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli vəNATO-nun keçirdiyi proqramlar çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını qeyd edən Z. Həsənov, bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyini bildirib.


O, Ermənistanın regional sabitliyə ciddi təhdid təşkil etdiyini, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini diqqətə çatdırıb. Nazir beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiyinə və ərazi bütövlüyünü tanıdığına görə gürcü xalqına bir daha minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
 

Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən Gürcüstanın müdafiə naziri bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.
 

Görüşdə nazirlər rəhbərlik etdikləri qurumlar arasında verifikasiya və silahlara nəzarət sahəsində əməkdaşlıq məsələlərini ətraflı müzakirə ediblər. Tərəflər hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.


Sonda Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2018-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Saytda Axtarış

Son xəbərlər