Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1437
DünənDünən2716
Bu həftəBu həftə6875
Bu ayBu ay4153
Bu günə qədərBu günə qədər7492370

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Nazir: “Azərbaycan-İran-Türkiyə-Gürcüstan XİN rəhbərlərinin görüşü regional əməkdaşlığın inkişafına təkan verəcək yeni formatdır”

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə E. Məmmədyarov Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişafından məmnunluq ifadə edib.

İki ölkənin regional məsələlər üzrə baxışlarının üst-üstə düşdüyünü, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyini bildirən nazir ölkələrimiz arasında iqtisadi, nəqliyyat və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunu və əhəmiyyətini diqqətə çatdırıb.
 

 

E. Məmmədyarov martın 15-də Bakıda keçiriləcək Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündən bəhs edərək, bu görüşün ölkələrimiz arasında regional əməkdaşlığın hərtərəfli inkişafına təkan verəcək yeni format olduğunu bildirib. 
 

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən L. İzoria Azərbaycan prezidenti İlham Əliyevlə çox maraqlı və faydalı görüş keçirdiyini bildirib. Strateji tərəfdaşlıq və dostluğumuzun regionun sabitliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir iki ölkə arasında müdafiə sahəsində çox geniş əlaqələrin və hərtərəfli fəaliyyət proqramının mövcudluğunu vurğulayıb.
 

Görüşdə Azərbaycan və Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın regional sülh və sabitliyin təmin olunmasına, xüsusilə ölkələrimizin iştirakı ilə reallaşan iri-miqyaslı nəqliyyat və enerji layihələrinin mühafizəsinin effektiv şəkildə təşkil olunmasına xidmət etdiyi bildirilib.

İzoria: “Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitliyi möhkəmləndirən amildir”

Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Gürcüstan müdafiə naziri Levan İzorianı qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı ölkələrimiz arasında siyasi münasibətlərin uğurla inkişaf etdiyini bildirib, müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımızın uzun illər müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb və L. İzorianın Azərbaycana səfərinin bu sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

L. İzoria isə Gürcüstan xalqının Azərbaycanın dövlət başçısına şəxsən hörmətini bir daha ifadə edərək ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafında prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib. L. İzoria Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığına toxunaraq bunu regional sabitliyi möhkəmləndirən amil kimi dəyərləndirib, üç ölkənin birgə hərbi təlimlərinin uğurla keçirildiyini bildirib.

 

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi, energetika, nəqliyyat sahələrində uğurlu qarşılıqlı fəaliyyətin olduğunu bildirən dövlət başçısı ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev, öz növbəsində, ölkəmizin Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib.

https://youtu.be/uIFG3vjE4rA

Gürcüstanın baş naziri Rusiya rəhbərliyini münasibətləri normallaşdırmağa çağırıb

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Rusiya rəhbərliyinə müraciət ünvanlayıb.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, G. Kvirikaşvili müraciətində bu ilin avqustunda 2008-ci il müharibəsinin 10 illiyinin tamam olacağını qeyd edib. Baş nazir bu faciəvi hadisənin gürcü xalqının düşüncəsində, Gürcüstan və Rusiya arasındakı münasibətlərdə dərin iz qoyduğunu bildirib: “Diplomatik əlaqələr kəsilib. Moskva tərəfindən Abxaziya və Tsxinvali bölgələrinin müstəqilliklərinin tanınması normal dövlətlərarası münasibətlərin qurulması ilə bağlı perspektivləri faktiki olaraq dalana dirəyib”.


G.Kvirikaşvili müraciətində Rusiya tərəfini münasibətləri tilsimlənmiş dairədən çıxarmaq üçün kiçik də olsa, düşünülmüş addımlar atmağa çağırıb: "Biz abxaz və osetinlərlə birbaşa dialoqa hazırıq. Siyasi iradə olacağı təqdirdə, digər düşünülmüş addımların da atılmasını mümkün hesab edirik".
 

Baş nazir vurğulayıb ki, Rusiya ilə ticari-iqtisadi münasibətlər bərpa olunsa da, faciəvi hadisələr bu gün də davam edir: "Bu, Gürcüstan-Rusiya münasibətlərinin nizamlanması üzrə perspektivlərə xələl gətirir. Sonuncu faciəvi nümunə Gürcüstan vətəndaşı Arçil Tatunaşvilinin Tsxinvalidə iki həftə öncə qeyri-müəyyən şəraitdə ölməsidir və onun meyiti Gürcüstan hakimiyyəti, patriarx və beynəlxalq ictimaiyyətin çoxsaylı səylərinə baxmayaraq, hələ də ailəsinə təhvil verilməyib".


G. Kvirikaşvili Rusiya rəhbərliyini bugünkü gün və gələcək nəsillər qarşısında məsuliyyəti dərk edərək çətin vəziyyətin aradan qaldırılması üçün birgə addımlar atmağa çağırıb.

Gürcüstanın müdafiə naziri Azərbaycana gəlir

Martın 9-da Gürcüstanın müdafiə naziri cənab Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər martın 10-dək davam edəcək.

Cəbhədə silahlar susmur

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 93 dəfə pozub.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfər edəcək

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili yaxın günlərdə Azərbaycana rəsmi səfər edəcək.


APA-nın yerli bürosunun Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə G. Kvirikaşvili və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev arasında keçirilmiş görüşdə bildirilib.


Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, birgə regional layihələr və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirə aparılıb. G.Kvirikaşvili deyib ki, Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı və müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi böyük əhəmiyyət kəsb edir.
 
Tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin ilbəil artmasını müsbət qiymətləndiriblər.

Görüşdə turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycandan Gürcüstana səfər edənlərinin sayının artdığı da qeyd olunub.

Cəbhədən son xəbər

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Prezidentdən yanğınla bağlı — SƏRƏNCAM

Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

Komissiyanın sədri

Abid Şərifov ─ Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

 

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının Baş prokuroru

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi

Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı

Gürcüstan baş nazirinin Ermənistana rəsmi səfəri başlayıb

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Ermənistana rəsmi səfəri başlayıb.
 

APA-nın yerli bürosunun Gürcüstanın hökumət administrasiyasına istinadən verdiyi xəbərə görə, baş naziri Yerevan beynəlxalq havalimanında erməni həmkarı Karen Karapetyan qarşılayıb.


G. Kvirikaşvilinin Ermənistana bir günlük səfəri çərçivəsində Gürcüstan və Ermənistanın hökumət üzvləri arasında geniş tərkibdə görüş keçiriləcək. Gürcüstanın hökumət başçısının Ermənistan prezindenti Serj Sarkisyanla təkbətək görüşü də olacaq.
 

Gürcüstanın baş nazirinin başçılıq etdiyi nümayəndə heyətinə iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze, müdafiə naziri Levan İzoriya və digər rəsmi şəxslər daxildir.

Gürcü parlamentar: "Gürcüstan, Azərbaycan və Türkiyə Avropa ilə Asiyanı birləşdirən mərkəzdir"

"Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı unikaldır, çünki bu əməkdaşlıq yalnız regional deyil, daha qlobal əhəmiyyətə malikdir".
 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr üzrə komitəsinin sədri Sofio Katsarava Ankarada Azərbaycan və Türkiyənin parlament nümayəndələri ilə üçtərəfli görüşündə deyib. O bildirib ki, hər üç ölkə Avropa və Asiyanı birləşdirən mərkəzdir: "Asiya və Avropa arasında ticari-iqtisadi münasibətlər bu dəhliz üzərindən keçir. Biz infrastruktur və enerji layihələrinin effektiv həyata keçirilməsi üçün birgə çalışırıq. Biz həmçinin bu imkanların artırılması üçün müvaqif siyasi addımlar da atırıq".


Üç ölkənin parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin Ankara görüşünün yekununda imzalanmış üçtərəfli sənədi şərh edən S.Katsarava qeyd edib ki, bu əməkdaşlıq formatı yeni perspektivlər vəd edir: "Yeni format bizə sıx əməkdaşlıq və yeni perspektivləri müzakirə etməyə imkan verəcək. Biz ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsinə dəstək verməliyik"

 

Cəbhədə erməni təxribatı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azərbaycan və Gürcüstan deputatları Türkiyənin parlament sədri ilə görüşüblər

Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üzvləri Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri (BMM) İsmayıl Kahramanla görüşüblər.


APA-nın yerli bürosunun Gürcüstan parlamentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə ölkələr arasındakı münasibətlərdə parlamentlərin rolu və parlamentlərarsı əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
 

Görüşdə Gürcüstan parlamentinin Xarici əlaqələr üzrə komitəsinin sədri Sofio Katsarava regional təhlükəsizlik baxımından üçtərəfli strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Tərəflər qonşuluq münasibətləri və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.
 

TBMM sədri İ. Kahraman Türkiyə-Azərbaycan-Gürcüstan dostluğu və qarşılıqlı dəstəkdən söz açıb. 


Qeyd edək ki,  üç ölkənin parlamentlərinin nümayəndə heyətləri Türkiyənin baş naziri Binəli Yıldırımla da görüşüblər.

Saytda Axtarış

Son xəbərlər