Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün60
DünənDünən1597
Bu həftəBu həftə7095
Bu ayBu ay4373
Bu günə qədərBu günə qədər7492590

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İlham Əliyev: "Ermənistanın riyakar və qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqiyə başlıca maneədir"

Prezident İlham Əliyev fevralın 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında iştirakına toxunan prezident İlham Əliyev onunla görüşü zamanı energetika və digər sahələrdə əlaqələrimizin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını deyib.

Dövlət başçısı Avropa Komissiyasına son səfərindən keçən dövr ərzində əlaqələrimizin bütün sahələrdə çox yaxşı inkişaf dinamikası göstərdiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təkcə energetika sahəsində deyil, digər sahələrdə də, o cümlədən siyasi, ticarət, investisiya, nəqliyyat, təhlükəsizlik, mədəniyyət sahələrində də genişləndirilməsinin vacibliyini qeyd edərək bütün bunların hazırda üzərində iş aparılan Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişdə əksini tapdığını vurğulayıb.

Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bütün sahələrdə müsbət istiqamətdə inkişaf etdiyini deyən Toivo Klaar əməkdaşlığımızın yaxşı perspektivləri olduğunu bildirib.

Görüşdə Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli ətrafında geniş fikir mübadiləsi aparıldı, bu istiqamətdə səylərin münaqişənin sülh və danışıqlar yolu ilə həllinə yönəldilməsinin vacibliyi qeyd olunub.

Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın riyakar və qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneədir: "Ermənistan öz işğalçılıq siyasətini davam etdirir və işğal edilmiş torpaqlarımızda Azərbaycanın milli, dini və tarixi abidələrini məhv edir".

Dövlət başçısı vurğulayıb ki, münaqişənin tezliklə həll edilməsi üçün Ermənistan işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini geri çəkməyə başlamalı, beynəlxalq hüququn norma və prinsipləri bərqərar olmalıdır.

Gürcüstan baş naziri: “Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”

"Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tblisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan baş naziri Giorgi Kvirikaşvili 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Gürcüstana həsr olunmuş xüsusi tədbirdə bildirib.

Baş nazir deyib ki, Gürcüstan Cənub Nəqliyyat Dəhlizi və "İpək yolu" daxil olmaqla, Şərq-Qərb üzrə strateji təşəbbüsləri fəal olaraq dəstəkləyir: "Bizim hökumət Şərq və Qərb arasında yerüstü, dəniz və dəmir yolu ilə ticarətin inkişafına yönəlmiş infrastruktur sahəsində iddialı layihələrin təşəbbüskarıdır".

G.Kvirikaşvili qeyd edib ki, hazırda Anaklia dərin dəniz limanının tikintisi də sürətlə aparılır: "Bu liman regionda gələcək investisiyalar və rifah üçün əsas olacaq". 

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi Qaradağlı qətliamından 26 il ötür

Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 26 il ötür.

APA-nın məlumatına görə, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra müdafiəni yaran erməni silahlıları fevralın 17-də kəndi işğalı ediblər.

İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin əsir götürüldüyü şahid ifadələri ilə sübut olunub.

Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib.

Qaradağlı indi də işğal altındadır.

Cəbhədə şiddətli atışma oldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Gürcüstan təhsil nazirinin Azərbaycana səfəri zamanı müzakirə olunacaq məsələlər açıqlanıb

"Aprel ayında Azərbaycana səfər çərçivəsində keçirəcəyim görüşlərdə qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələləri müzakirə olunacaq".

Bu barədə APA-nın yerli bürosuna açıqlamasında Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli bildirib.
 

Nazir qeyd edib ki, bu məsələlərə elmi və akademik araşdırmalar və birgə layihələr daxildir: "Azərbaycanla Gürcüstan arasında təhsil və elm sahəsində məhsuldar əməkdaşlıq artıq mövcuddur. Ümid edirəm ki, bu əməkdaşlıq davam edəcək və Azərbaycana səfərim bu əməkdaşlığa yeni təkan verəcək".
 

M. Çxenkeli səfər tarixinin hələ dəqiqləşmədiyini vurğulayıb.

Azərbaycan səfiri Tbilisi meri ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Tbilisi meri Kaxa Kaladze ilə görüşüb.

Səfirlikdən APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə Tbilisi meriyası ilə səfirlik arasında əməkdaşlıq məsələləri və perspektivləri müzakirə olunub.
 

Görüşdə tərəflər daha sıx əməkdaşlığın qurulmasına hazır olduqlarını bildiriblər. 

Gürcüstanın daxili işlər naziri Azərbaycanda işgüzar səfərdədir

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstan baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qaxaria Azərbaycana iki günlük işgüzar səfərə gəlib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 15-də daxili işlər naziri R. Usubov gürcü həmkarını qəbul edib.        

Nazirlər  ötən illər ərzində Daxili İşlər nazirlikləri arasında imzalanmış sənədlərin, həmçinin "Azərbaycan Respublikasının və Gürcüstanın sərhəd bölgələri daxili işlər orqanlarının əməkdaşlığı haqqında" Sazişin icrasının xüsusilə sərhədyanı bölgələrin daxili işlər orqanları arasında sıx işbirliyinin və işgüzar mühitin formalaşmasına əlverişli şərait yaratmasından, bunun informasiya və təcrübə mübadiləsində özünü daha qabarıq şəkildə göstərməsindən, transmilli cinayətkarlığın bütün növləri ilə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində səmərəli əməkdaşlığın ilk növbədə dost və qardaş xalqların mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etməsindən məmnunluqlarını bildiriblər.

Problemlərə toxunularkən narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin daim diqqət mərkəzində dayandığı, onlara qarşı səmərəli mübarizənin yalnız birgə səylərlə mümkünlüyü qeyd olunub.

G. Qaxaria ikitərfli əlaqələrin inkişafına böyük önəm verdiklərini, bunun üçün gələcəkdə də səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.  

İlham Əliyevin prezidentliyə namizədliyi təsdiqlənib

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirəyə çıxarılıb.

Dalga tv-nin Oxu.az-a istinadən məlumatına görə, iclasda İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.

Dalga tv Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Gürcüstanlı nazir: “Münaqişə tərəfləri arasında dialoqun gücünə inanırıq”

"Gürcüstan regionda mövcud münaqişələrin həllində tərəflər arasında dialoqun gücünə inanır".
 

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Avronest PA-nın komitə iclasında Azərbaycanın PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradovun sualına cavab olaraq bildirib.
 

Gürcüstanlı nazirə sual ünvanlayan F. Muradov deyib ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar olsa da, Ermənistan rəhbərliyi tərəfindən bu dialoqun qarşısını almağa cəhdlər olub. O, işğaldan əziyyət çəkən Gürcüstanda  münaqişə tərəfləri arasında dialoq təcrübəsi ilə maraqlanıb. 
 

K. Tsixelaşvili isə qeyd edib ki, münaqişə tərəflərini təmsil edən insanların təmasları çox vacibdir: "Yalnız bu yolla gözəgörünməz baryerləri aradan qaldırmaq mümkündür".

Kaxa Kaladze - növbəti illərdə Avropa üslublu, yeni avtobuslarımız olacaq

Paytaxtın meri, Kaxa Kaladze bəyan edir ki, növbəti illər ərzində sarı avtobuslar tamamilə əzəv olunacaq.
 
Kaxa Kaladzenin bəyan etdiyinə görə, sarı avtobusların bütün ehtiyyatları tükənibdir.
 
"Biz sarı avtobusların parkının hansı durumda olduğunu bilirik, bütün ehtiyyatları tükənibdir. Buna görə də onu yeniləşdirmək lazımdır. Bu il büdcədə imkanlar axtarıb tapdıq ki, 100 yeni avtobus əldə edək. Onlar ekoloji cəhətdən təmiz, Avropa üslublu olacaqdır. Məncə bu irəliyə doğru atılan addımdır. Növbəti illər ərzində sarı avtobuslar tamamilə əzəv edilməsini planlaşdırırıq və Avropa üslublu, yeni avtobuslarımız olacaq ", – Kaladze bəyan etdi.

Ermənilər cəbhədə növbəti təxribata əl atdı

Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Nazirlikdən bildirilib ki, fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən Azərbaycan ordusunun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib: "Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus "UAZ" markalı avtomobil texnikası bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb.
Tərəfimizdən görülən qabaqlayıcı tədbirlər nəticəsində erməni kəşfiyyat qrupunun irəliləməsinin qarşısı dərhal alınıb.
Geri çəkilməyə məcbur edilən düşmən qrupu ona məxsus avtomobil texnikasını ataraq təcili surətdə ərazini tərk edib. Öz mövqelərinə geri çəkilən düşmən ərazidə qalan "UAZ" avtomobilinə atəş açmaqla onu yandıraraq məhv edib".

Saytda Axtarış

Son xəbərlər