Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün173
DünənDünən1597
Bu həftəBu həftə7208
Bu ayBu ay4486
Bu günə qədərBu günə qədər7492703

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Giorgi Marqvelaşvil: “Gürcüstan azərbaycanlıları assimilyasiya olunmur”

"Gürcüstanda yaşayan etnik azərbaycanlılar assimilyasiya olunmur".
 

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili "Müstəqillikdən azadlığa – respublikanın 100 illiyi"  kampaniyası çərçivəsində Marneulidə azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri ilə görüşdə deyib. 
 

Azərbaycanlı gəncin ölkədə milli azlıqların inteqrasiyası üzrə problemlərlə bağlı suala cavab verən dövlət başçısı deyib ki, Gürcüstan azərbaycanlıları ölkənin siyasi, mədəni, biznes və digər sahələrində aktiv fəaliyyət göstərirlər: "Dövlət gürcü dilinin milli azlıqlar tərəfindən öyrənilməsinə vəsait ayırır. Hər il Marneulidə Novruz bayramı geniş qeyd olunur. Gürcüstanda Azərbaycanın milli adət-ənənələri yaşadılır və bu sahədə heç bir məhdudiyyət yoxdur".

Giorgi Marqvelaşvil: “Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasına qarşıdır”

"Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasına qarşıdır".

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili "Müstəqillikdən azadlığa - respublikanın 100 illiyi" kampaniyası çərçivəsində Marneulidə azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri ilə görüşdə deyib.

Görüşün gənc iştirakçılarından biri Giorgi Marqvelaşviliyə bu gün Azərbaycanda Xocalı soyqırımının 26-cı ildönümünün qeyd olunduğunu deyib, bununla bağlı görüşdə faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsə də, suala cavab verən prezident Gürcüstanın Azərbaycan və Ermənistan arasında mövcud münaqişə ilə bağlı vəziyyəti izlədiyini bildirib.

G. Marqvelaşvili Gürcüstanın Dağlıq Qarabağ münaqişənin dinc yolla və sülh şəraitində həll olunmasının tərəfdarı olduğunu deyib. 

Rayonun məşğulluq mərkəzində keçirilmiş görüşdə dövlət başçısı bu ilin respublikanın yaranmasının 100 illiyinin qeyd olunması baxımından Gürcüstan üçün əhəmiyyətli olduğunu bildirib.

O, Gürcüstanın tarix boyu və müasir dövrdə üzləşdiyi çağırışlar, ölkə ərazisinin Rusiya tərəfindən işğalının yaratdığı problemlər barədə danışıb və görüş iştirakçılarını maraqlandıran  suallara cavab verib.

G. Marqvelaşvili bildirib ki, Gürcüstanın azərbaycanlı vətəndaşları cəmiyyətdə çox fəaldırlar.

O, gənclərin ilk respublikanın yaranmasının 100 illiyi ilə bağlı tədbirlərdə iştirakının çox vacib olduğunu deyib.

 

Gürcüstanın dövlət idarə və müəssislərində dövlət bayraqları endirilib

Gürcüstan Parlamentinin qərarı ilə fevralın 25-i ölkədə Sovet İşğalı günü elan olunub.

Ölkə.Az yerli mətbuata istinadən bildirir ki, bununla əlaqədar olaraq bu gün dövlət idarə və müəssisələrində dövlət bayraqları endirilib.

Müstəqil Gürcüstan dövlətinin Sovet imperiyası tərəfindən işğalı zamanı həlak olmuş insanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Sovet İşğalı günü ilə əlaqədar paytaxtda və bölgələrdə tədbirlər keçirilir, gənclərə sovet işğalı ilə bağlı məlumatlar verilir.

Tbilisidə “Xocalıya ədalət” aksiyası keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzində "Xocalıya ədalət" aksiyası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya Rustaveli metro stansiyası yaxınlığında başlayıb.

"Borçalı İrəli" İctimai Birliyi, "Azərbaycanın dostları klubu" və Gürcüstanın Azərbaycanlı Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə baş tutmuş aksiyada Gürcüstanın azərbaycanlı gəncləri, tələbələri və ictimaiyyət nümayəndələri iştirak edib. Təşkilat rəhbəri Məhəbbət İmanov bildirib ki, aksiyanın keçirilməsində məqsəd Xocalı soyqırımı barədə Gürcüstan ictimaiyyətini məlumatlandırmaqdır.

Əllərində gürcü və ingilis dilində "Xocalıya ədalət" şüarının yazıldığı plakatlar, Azərbaycan və Gürcüstanın bayraqlarını tutan gənclər Rustaveli prospekti ilə Gürcüstan parlamentinin binasına qədər yürüş edib. Yürüş boyu şəhər sakinlərinə və xarici qonaqlara Xocalı soyqırımı barədə məlumatların əks olunduğu gürcü və ingilis dillərində bukletlər paylanılıb.

Aksiyaya parlament binasının qarşısında "Xocalıya ədalət", "Qarabağa ədalət", "Abxaziya və Cənubi Osetiyaya ədalət" şüarları ilə yekun vurulub.

Tbilisi məscidində Xocalı qurbanları yad edilib

Tbilisidə Cümə məscidində Xocalı soyqırımının qurbanları yad edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, mərasim Azərbaycanlı Ağsaqqallar Şurası və Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən təşkil olunub.

Məsciddə faciə qurbanlarının ruhlarına dualar oxunub, Xocalı şəhərində qətlə yetirilmiş günahsız insanlara Allahdan rəhmət dilənib.

Tədbirdə din xadimləri, Azərbaycan səfirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yaydı

Azərbaycanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar birgə bəyanat yayıb.

"Ermənistan Respublikası 1980-ci illərin sonlarından Azərbaycanın Dağlıq Qarabağ regionunda aqressiv separatizmi və dövlət səviyyəsində terrorizmi açıq dəstəkləməsinə, Azərbaycana qarşı müharibəyə başlayaraq ərazilərimizin 20 faizini işğal etməsinə, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan çox köklü azərbaycanlıya qarşı etnik təmizləmənin həyata keçirilməsinə və çoxsaylı hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırım aktları törətməsinə görə məsuliyyət daşıyır.

Müharibənin gedişində Xocalı şəhərinin işğalı xüsusilə faciəli idi. Münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən bu şəhərdə 7000 insan yaşayırdı. 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 366 saylı moto atıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. İşğalçılar Xocalını darmadağın etdilər və xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınını törətdilər.

Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

 

Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət olmayıb, əksinə əsas məğzini irqi üstünlük, etnik ayrı-seçkilik və nifrət kimi çirkin ideyalar təşkil edən Ermənistanın geniş yayılmış və sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüzün fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının Ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən aparılan istintaqla bir sıra hərbçi qulluqçu və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırım, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa və digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar çıxarılıb.

Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq nəticəsində 7000-ə yaxın istintaq hərəkəti icra edilmiş, o cümlədən 1693 şahid və 2548 zərərçəkmiş şəxs qismində olmaqla 4241 nəfər dindirilmiş, 800-dən artıq müxtəlif ekspertizalar keçirilmiş, digər istintaq hərəkətləri icra edilmişdir.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlibdir.

15-dən çox dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırım və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.

Beynəlxalq ictimaiyyətin mövqeyini, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam geri çəkilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini tamamilə inkar edərək və beynəlxalq hüququ kobudcasına pozaraq, Ermənistan qəsb olunmuş ərazilərdə hərbi mövcudluğunu gücləndirərək, həmin ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişərək, yüz minlərlərlə azərbaycanlının həmin ərazilərdə yerləşən doğma yurd-yuvalarına qayıtmasının qarşısını alaraq, Ermənistan və Azərbaycan arasında sərhəd və təmas xətti boyunca sıx yaşayan mülki insanlara müntəzəm şəkildə hücum edərək Ermınistan işğala əsaslanan mövcud status-kvosunu daha da möhkəmləndirilməsinə yönəlmiş səy göstərməyə davam etməkdədir. Rüşvətxor əcnəbi siyasətçilərin və lobbi qruplarının dəstəyi ilə Ermənistan təcavüz, işğal və qanlı etnik təmizləmə nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarında yaratdığı qanunsuz və qondarma separatçı rejimin təşviqatının aparılması istiqamətində saxta məlumatlar və aktiv dezinformasiyaya köklənən kampaniyalar aparır.

Ermənistan Respublikasının beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsuliyyətləri ilə yanaşı, beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən Xocalı şəhərindəkilər də daxil olmaqla silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur və ona görə də bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.

Məlumdur ki, Ermənistanın indiki və əvvəlki rəhbərliyi, digər çoxlu yüksək rütbəli siyasi və hərbi rəsmiləri və Azərbaycanın işğal olunmuş ərazisində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin rəhbərləri ilə birlikdə Azərbaycan torpaqlarının zəbt olunmasında və Xocalı da daxil olmaqla azərbaycanlı mülki şəxslərə və hərbçilərə qarşı zorakılıqda şəxsən iştirak etmişlər.

Öz təqsirliliyini utanmadan etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri və hazırkı prezidenti SerjSarqsyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində demişdir: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq" (Tomas de Vaal, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (NyuYork və London, NyuYork Universiteti Nəşriyyatı, 2003), səh. 172)).

Danılmaz faktdır ki, bu gün heç bir rəsmi və ya siyasi status ən qatı beynəlxalq cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırım və etnik təmizləmədə adı hallandırılan heç bir şəxsə immunitet verə bilməz.

Azərbaycan Respublikası əmindir ki, milli səviyyədə, həmçinin mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə gətirilməsinə xidmət edəcək.

Cəbhədən son xəbər

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Gürcüstan prezidenti azərbaycanlı gənclərlə görüşəcək

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili "Müstəqillikdən azadlığa – respublikanın 100 illiyi" kampaniyası çərçivəsində fevralın 26-da azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna səfər edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, dövlət başçısı rayonun Mülki Məşğulluq Mərkəzində yerli gənclər və ictimaiyyət nümayəndələri ilə görüş keçirəcək.

G.Marqvelaşvili görüşdə Gürcüstan dövlətçiliyinin qarşısında duran müasir çağırışlar barədə danışacaq və kampaniyanın məqsədlərini açıqlayacaq.

Qeyd edək ki, G. Marqvelaşvili qeyd olunan kampaniyaya fevralın 20-də Telavi Dövlət Universitetində start verib. Dövlət başçısı tədbirdə gəncləri yubiley tədbirlərinə qoşulmağa çağırıb və respublikanın 100 illiyi ilə bağlı esse müsabiqəsi elan edib. Mayın 26-dək davam edəcək kampaniya ölkənin bir sıra şəhər və rayonlarını əhatə edəcək.   

Seulda Azərbaycan, Gürcüstan və Ukraynanın dövlət müstəqilliyinin 100 illiyi qeyd edilib

alt

Seul şəhərinin Yonqsan rayonunun İcra Hakimiyyətinin teatr zalında Azərbaycan, Gürcüstan və Ukraynanın Koreya Respublikasındakı səfirliklərinin təşkilatçılığı ilə hər üç ölkənin dövlət müstəqilliklərinin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya bildirilib ki, tədbirdə Yonqsan rayonunun İcra Hakimiyyətinin vitse-meri Kim Sonq-Su, Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov, Gürcüstan Koreyadakı səfiri Otar Berdzenişvili və Ukraynanın Koreyadakı səfiri Oleksandr Horin çıxış ediblər. R. Teymurov 2018-ci ildə hər üç ölkənin bu əhəmiyyətli tarixi qeyd etdiyini, 1918-ci ildə əldə olunmuş müstəqilliyin qısa müddət sürməsinə baxmayaraq, hər üç ölkənin milli kimliyini qoruyub saxladığını və 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməyə nail olduğunu, bu əlamətdar hadisə münasibətilə il ərzində bir sıra silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qonaqların diqqətinə çatdırıb.

Tədbir konsert proqramı ilə davam edib.

Tədbirdə yaradılan Azərbaycan guşəsində  Azərbaycanın tarixini, təbiətini, paytaxt Bakının mənzərələrini əks etdirən fotolar, Azərbaycan mədəniyyət nümunələrini əks etdirən suvenirlər sərgilənib. 

Gecə cəbhədə nə baş verib? - Açıqlama

alt

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı və Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

İranın müdafiə naziri Azərbaycandadır

İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 

Səfər fevralın 22-dək davam edəcək.

Gürcüstanın baş naziri: “ABŞ regionda sabitliyə çox böyük önəm verir”

"ABŞ regionda sabitliyə çox böyük önəm verir".

 

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili strateji kommunikasiya üzrə treninq proqramının açılış mərasimində deyib.

Hökumət başçısı 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın müdafiə naziri Ceyms Mettislə görüşünü xatırladıb: "Görüşdə səslənmiş qəti dəstəyə görə bir daha təşəkkürümü bildirirəm. Biz regionda təhlükəsizliklə bağlı problemlər barədə danışdıq. ABŞ bizim regionda sabitliyin təmin olunmasında strateji tərəfdaş kimi Gürcüstana çox böyük önəm verir".

Saytda Axtarış

Son xəbərlər