Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün527
DünənDünən1597
Bu həftəBu həftə7562
Bu ayBu ay4840
Bu günə qədərBu günə qədər7493057

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Müdafiə Nazirliyindən əsgər ölümü ilə bağlı – AÇIQLAMA

Azərbaycan Müdafiə Nazirliyi Məmmədov Sənan Hidayət oğlunun ölümü ilə bağlı məlumat yayıb.

Dalga tv-nin Oxu.az-a istinadən məlumatına görə, əsgər Məmmədov Sənan Hidayət oğlu döyüş növbətçiliyi qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.

Hazırda faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Azərbaycan prezidentinin Bolqarıstan baş naziri ilə geniş tərkibdə görüşü olub

Azərbaycan prezidenti  in və Bolqarıstan baş naziri Boyko Borisovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstanın Baş naziri Boyko Borisov görüşdə çıxış ediblər.

Prezident İlham Əliyev qonaqı Bolqarıstanın Avropa İttifaqına sədrliyi münasibətilə təbrik etdiyini bildirib: “Sizi yenidən görməyimə çox şadam. Cənab Baş nazir, siz artıq birinci dəfə deyil ki, ölkəmizə səfər edirsiniz. Mən də Bolqarıstanda tez-tez olmuşam. Ölkələrimiz arasında bizim səylərimizlə də möhkəmlənən çox sıx dostluq münasibətləri qurulub. Biz bu gün artıq həm siyasi, həm enerji sahələrində ikitərəfli qarşılıqlı fəaliyyətin bir çox vacib məsələlərini müzakirə etdik. Mən cənab Baş naziri Bolqarıstanın Avropa İttifaqına sədrliyi münasibətilə təbrik etdim. Bu, sizin ölkənizin böyük uğurudur, böyük məsuliyyətdir. Əminəm ki, siz bu vacib vəzifənin öhdəsindən şərəflə gələcəksiniz. Əlbəttə ki, bu gün həm də nümayəndə heyətlərinin iştirakı ilə siyasi, iqtisadi, enerji siyasətinə dair vacib məsələləri müzakirə edəcəyik. Bizi bir çox cəhətlər, əsasən də xalqlarımız arasında dostluq əlaqələri və ölkələrimizin rəhbərləri arasındakı dostluq münasibətləri birləşdirir. Mən çox şadam ki, 2018-ci il bizim üçün dostumuzun səfəri ilə başlayır”.

B. Borisov isə bunu deyib: “Hörmətli həmkarlar, mən həqiqətən qeyd edə bilərəm ki, xalqlarımız arasında müstəsna dərəcədə qarşılıqlı rəğbət hissi var. Çox gözəl haldır ki, prezident İlham Əliyevlə indiyədək razılaşdırdığımız bütün məsələlər həll edilib. Mən hesab edirəm ki, Bakı ilə Sofiya arasında açılan birbaşa aviareys ölkələrimiz arasında yaxın münasibətlərin, turizmin və işgüzar əlaqələrin inkişafına töhfə verəcək. Lakin bu iş artıq görülüb. Qarşımızda yeni vəzifələr durur. Mən ümid edirəm ki, Prezident Əliyev SOCAR şirkəti ilə bağlı müvafiq göstəriş verəcək”.

Cəbhədə vəziyyət GƏRGİNLƏŞDİ: Ermənilər Ağdamı atəşə tutdu

Ermənistan ordusu Ağdam rayonunun kəndini atəşə tutub.

Dalga tv  apa-ya istinadən bildirir ki, bu gün səhər 10:30 radələrində erməni silahlı bölmələri Ağdamin Mirəşelli kəndini atəşə tutub.
Nəticədə kənd sakini Məmmədov Elman Mütəllim oğluna məxsus "T-28" markalı traktora ziyan dəyib.

Azərbaycanı Gürcüstanla düşmən eləmək istəyən gizli qüvvə

Üçüncü tərəflərin maliyyəşələşdiridyi qüvvələr ifrat fəallaşıb

Milli azlıqların problemləri üzrə Avropa mərkəzinin eksperti Maria Dieqo Qordonun Gürcüstanda azərbaycanlılara məxsus yer adlarının dəyişdirilməsi barədə hesabatı Azərbaycandan çox Ermənistanda müzakirə edilir.

 

İstiPress-in məlumatına görə, ermənilərin Gürcüstanla Azərbaycan arasında yetərincə yaxşı olan münasibətləri pozmaq niyyəti ilə bu məsələni qızışdırmalarının səbəbi aydındır və bu məsələyə son günlərdə Rusiyada fəaliyyət göstərən ermənipərəst jurnalistlər də qoşulub.

Məsələn, Azərbaycanda böyümüş və ali təhsil almış, amma ermənipərəstliklə ad çıxarmış şərqşünas Stanislav Tarasov "Regnum"da bununla bağlı yazdığı məqaləsində iddia edir ki, gürcü tarixçilər azərbaycanlıları Borçalı ərazisində gəlmə hesab edirlər. "Gürcü tarixçiləri hesab edirlər ki, İranın Gürcüstana 1480-ci illərdə başladığı hücum zamanı azərbaycanlılar ölkənin cənub rayonlarına, Ağstafa, Debed çayları ətrafında və başqa bölgələrdə (Qazax, Pəmbək və Şərəgöl qrupları) yerləşdilər. XVII əsrin ortalarında isə İran şahı Abbasın dövründə Debed vadisinə Borçalı türk tayfası yerləşir və regiona öz adını verir. Gəlmələr yerli kəndlərin başa düşmədikləri adlarını türk toponimləri ilə dəyişirlər",- deyə yazan Stanislav Tarasov məqaləsinə Şah Abbasın avropalı rəssam tərəfindən çəkilmiş rəsmini qoyur və rəsmi altında latınca onun milliyyətcə türk olduğu da göstərilir.

Birincisi Tarasovun bəhs etdiyi ərazilərin çox az hissəsi Gürcüstana düşür, azərbaycanlıların 1988-ci il deportasiyasına qədər yaşadığı Pəmbək və Şərəgöl mahalları Ermənistanın ərazisinə düşür. Buna görə, bu iddiaların müəllifinin gürcülər yox, ermənilər olduğu daha çox ağlabatandır. Təbii ki, gürcü tarixçilərinin araşdırmaları ilə tanış olan hər kəs bilir ki, Tarasovun gürcü tarixçilərinin dediyi barədə iddiaları yalandır. Bir çox gürcü mənbələri türklərin, yəni azırbaycanlıların hələ eradan əvvəl Kvemo Kartli adlandırdığı bölgədə yaşadığından xəbər verir və bunları ortaya çıxaranlar da məhz gürcü alimlərdir.

Belə alimlərdən biri zadəgan əsilli Ekvtime Takaişvilidir ki, o, öz elmi işlərində gürcü mənbələrində eradan əvvəl 4-cü əsrdə indiki cənubi Gürcüstan ərazisində buntürklərin yaşaması barədə məlumatların olmasından bəhs edib. X əsrdə yazılmış "Moktsevay Kartlisay" (Gürcüstanın xrisitanlığı qəbulu) əsərində göstərilir ki, eradan əvvəl 4-cü əsrdə Kür boyunca 4 şəhərdə yaşayan buntürklər həddindən döyüşkən olublar. Bu fakt gürcü tarixçi Leonti Mrovelinin XI əsrdə yazdığı "Kartlis tsxovreba" (Kartli çarlarının tarixi) əsərində də rastlanır. Ekvtime Takaişvili "buntürk" sözünün nizəli türk mənasını verdiyini bildirir. Bu zaman o, gürcü şairi və tarixçisi Surxan Saba Orbelianiyə istinad edir. Akademik Nikolay Marr isə "buntürk" sözünün həqiqi türk mənasını verdiyini irəli sürür. Əksər tarixi mənbələr 7-ci əsrin ortalarından (640-cı ildən) 9-cu əsrin ortalarına qədər Tiflisin və bütün Gürcüstanın, o cümlədən indiki Ermənistan ərazisinin Xəzər xaqanlığının tabeçiliyində olmasından bəhs edir. Yəni Gürcüstanda heç kim bu faktları təkzib etməyib. Bu faktları təkzib edən yalnız heç bir mənbə göstərə bilməyn ermənilərdir və o cümlədən Azərbaycanda da olan bəzi paniranist uydurmaçı sovet cızmaqaraçılarıdır (İqrar Əliyev, Vasili Abayev, Babocan Qafurov və s.).

Xəzər xaqanlığının xəritəsi
Xəzər xaqanlığının xəritəsi
Tarasovun məqaləsində etdiyi başqa bir əsassız iddia isə 2017-ci ildə Gürcüstanın azərbaycanlılara məxsus yer adlarının xüsusi fəallıqla dəyişdirməsi ilə bağlıdır. Halbuki, Gürcüstanda yaşayan azərbaycanlı fəalların dediyinə görə, 1990-1991-ci illərdə, yəni sovetin son illərində Bolnisi rayonunda üç kəndin adı ədyişdirilib - Abdallı kəndinin adı Cavşanianiyə, Arıxlı kəndiniki Naxiduriyə, Qoçulu kəndininki isə Çapaliyə dəyişdirilib. 2010-cu ildə isə bəzi avantürist dairələr tərəfindən 19 kəndin adının dəyişdirilməsi ilə bağlı layihə hazırlansa da yerli ictimaiyyət buna etiraz edib və Gürcüstan hakimiyyəti bunun qarşısını alıb. 2008-ci ildə Rusiya ilə müharibədə yaşanmış uğursuzluqdan sonra prezident Saakaşviliyə müxalif qüvvələrin aranı qatmaq istəyi təbiidir. Araqatanlar arasında soyadını dəyişmiş ermənilər də az olmayıb. Əks halda, yalnız türk toponimləri hədəfə alınmazdı.

Bu məsələnin xüsusilə də Rusiya tərəfindən maliyyələşdirilən mətbuat orqanlarında qabardılması göstərir ki, Gürcüstanda azərbaycanlıların digər etnik qruplarla müqayisədə daha üstün dürümda olması bir çoxlarını narahat edir. 2015-ci ildə keçirilmiş siyahı alma göstərdi ki, ölkə əhalisi 2002-ci illə müqayisədə 700 min azalıb, amma bu azərbaycanlılara təsir etməyib. Gürcüstanda 1989-cu illə müqayisədə gürülərin sayı 1 milyon, ermənilərin sayı 200 min azalsa da, azərbaycanlılar 300 min ətrafında olan saylarını qoruyublar. Bu isə bu ölkədə azərbaycanlıların vəziyyətinin elə də pis olmadığından xəbər verir.

Cəbhədə gərgin gecə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 131 dəfə pozub.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Nazir: “Gürcüstan, Türkiyə və Azərbaycan gömrük sahəsində fəal əməkdaşlıq edir”

alt

Gürcüstan, Türkiyə və Azərbaycan gömrük sahəsində fəal əməkdaşlıq edir.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə ölkənin maliyyə naziri Mamuka Baxtadze Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanla görüşdə deyib.

Görüşdə qeyd olunub ki, hər üç ölkənin gömrük qurumları yeni regional təşəbbüslər irəli sürür və müasir gömrük nəzarəti mexanizmləri vasitəsilə nəqliyyat dəhlizinin rəqabətliliyinin artırılması istiqamətində əməkdaşlıq edir. 

Tərəflər həmçinin Gürcüstan və Türkiyə arasında gömrük sahəsində ikitərəfli, regional layihələr üzrə əməkdaşlıq və ölkələrin regionda tranzit rolunu nəzərdən keçirib. 

Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı ilk səfirinin vəfatı ilə əlaqədar başsağlığı verib

Prezident İlham ƏliyevGürcüstanın Azərbaycanda ilk fövqəladə və səlahiyyətli səfiri Giorgi Çanturianın vaxtsız vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

Qeyd edək ki, G. Çanturiya uzun sürən xəstəlikdən sonra vəfat edib. G. Çanturiya 1957-ci ildə anadan olub. O, müxtəlif dövlət vəzifələrində çalışıb. 1992-1993-cü illərdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə və İsraildə diplomatik missiyalarda fəaliyyət göstərib.
 

1993-cü ildə Gürcüstan prezidentinin beynəxalq məsələlər üzrə müşaviri, 1994-1996-cı illərdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, 1996-cı ildən etibarən prezidentin xüsusi elçisi və Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti olub.
 

Son illərdə G. Çanturiyanın Azərbaycanda çalışdığı bildirilir.

Tbilisidə Gürcüstan-Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı müzakirə olunub

Gürcüstanın müdafiə naziri Levan İzoriya Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanla görüşüb.

APA-nın Gürcüstan bürosu ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
 

L. İzoriya Türkiyə tərəfinə Gürcüstanın NATO-ya inteqrasiyasında göstərdiyi dəstəyə görə təşəkkür edib. 

Tərəflər həmçinin regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Bu kontekstdə  Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli hərbi əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi

Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur və bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Cəbhədə təxribata cəhd edən erməni hərbçi məhv edilib

Cəbhə xəttində təxribata cəhd edən erməni silahlı bölmələri növbəti dəfə itki verib.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, hadisə ötən gün baş verib.

Dağlıq Qarabağ cəbhəsində atəşkəs rejimini pozan erməni əsgər Vaçe Çilinqaryan cavab atəşi ilə öldürülüb.

https://youtu.be/-DJfN7CVWdg

 

Azərbaycan prezidenti bir sıra ölkələrin səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir Bakir Sadoviç fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Söhbət zamanı ölkələrimiz arasında yüksək səviyyəli görüşlərin əhəmiyyəti qeyd edilib, ikitərəfli münasibətlərimizin çox yaxşı səviyyədə olduğu bildirilib, dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin önəmi vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycanın Bosniya və Herseqovinanın aqrar sənayesinə investisiya qoyuluşunun, sosial və humanitar layihələrə dəstəyinin Bosniya və Herseqovinada yüksək qiymətləndirildiyi qeyd olunub.

Azərbaycan prezidenti İlham Əliyev Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnaməsini qəbul edib. Xose Esono Miça Akenq etimadnaməsini prezident İlham Əliyevə təqdim edib, sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı İlham Əliyev Xose Esono Miça Akenqin Azərbaycana bu səfərinin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağına və onun Bakıda olarkən ölkəmizin müvafiq qurumlarının rəhbərləri ilə görüşləri zamanı əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdiriləcəyinə ümid etdiyini bildirib.

Səfir ölkələrimizin neft və qaz istehsalçısı olduğunu vurğulayaraq diplomatik fəaliyyəti dövründə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə ölkələrimiz arasında əvvəllər mövcud olan əlaqələrin bərpa edilməsinin önəmi vurğulanıb, müxtəlif istiqamətlərdə, xüsusilə də enerji, təhsil, sərmayə qoyuluşu, idxal-ixrac sahələrində və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsinin vacibliyi bildirilib.

Azərbaycan prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanın etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir Bold Ravdan fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib və qeyd edib ki, Azərbaycan tərəfi Monqolustan hökuməti ilə qarşılıqlı maraq doğuran sahələrdə - siyasi, iqtisadi, mədəni sahələrdə gələcəkdə də birgə fəaliyyət göstərməkdə maraqlıdır. Monqolustan prezidenti ilə bu yaxınlarda telefon danışığını məmnunluqla xatırladan prezident İlham Əliyev söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyini bildirib və hər iki tərəfin bu vaxtadək dövlət başçıları və hökumətlər səviyyəsində fəal əlaqələrin olmamasını təəssüf hissi ilə qeyd etdiklərini vurğulayıb. Dövlət başçısı bildirib ki, bu baxımdan ölkələrimizin müxtəlif qurumları - parlamentlər, nazirliklər, biznes qrupları arasında və siyasi sahədə əlaqələrin həyata keçirilməsi önəmlidir və əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanlar var.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Monqolustan prezidenti Xaltmaaqiyn Battulqanın Azərbaycan prezidenti ilə telefon danışığını məmnunluq hissi ilə xatırladığını vurğulayıb. İkitərəfli münasibətlərin istənilən səviyyədə olmadığını bildirən səfir əməkdaşlığımızın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə, eyni zamanda, idxal-ixrac, müdafiə sənayesi, sərmayə qoyuluşu, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan prezidenti İlham Əliyev Nigeriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahimin etimadnaməsini də qəbul edib. Görüş zamanı dövlət başçısı Nigeriyanın Azərbaycan üçün qardaş ölkə olduğunu vurğulayaraq ölkələrimizin beynəlxalq səviyyədə, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyətini qeyd edib. Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfəni vurğulayan prezident İlham Əliyev bununla bağlı ölkəmizdə bir sıra mühüm tədbirlərin keçirildiyini bildirərək, ötən ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin əhəmiyyətini qeyd edib. Siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı, eyni zamanda, qarşılıqlı ticarətin səviyyəsinin artırılması, investisiya qoyuluşu, biznes sahəsində əməkdaşlıq imkanlarının müəyyən edilməsinin önəmini vurğulayıb və bu baxımdan iki ölkə arasında müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin zəruriliyini bildirib.

Səfir Hamzat İbrahim isə ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu qeyd edərək iqtisadi əməkdaşlığımızın bu səviyyəyə uyğun olmadığını deyib. O, Bakıya bu səfəri zamanı Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşlərdə iqtisadi əlaqələrin inkişaf etdirilməsi yollarının müəyyənləşdiriləcəyini bildirib. Ölkələrimizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirildiyini vurğulayan səfir turizm, təhsil, ticarət və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.

Görüşdə əməkdaşlığımızın iqtisadi, sərmayə qoyuluşu, ticarət, müdafiə sənayesi və digər sahələrdə inkişaf etdirilməsinin vacibliyi vurğulandı və bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi üçün birgə hökumətlərarası komissiyanın yaradılmasının

məqsədəuyğun olduğu qeyd edilib.

Ermənistan silahlı qüvvələri pulemyotlardan istifadə etməklə atəşkəsi 130 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Nerkin Karmirağbur kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.


Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavəndrayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam,Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Saytda Axtarış

Son xəbərlər