Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1418
DünənDünən2716
Bu həftəBu həftə6856
Bu ayBu ay4134
Bu günə qədərBu günə qədər7492351

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Saakaşvili ev dustağı elan edildi

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ev dustağı edilib. Bununla da prokurorluğun tələbi təmin olunub. 

Dalga tv xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, keçmiş qubernatorun həbsinə Kiyev Apellyasiya Məhkəməsi qərar verib.

Qərara əsasən, M.Saakaşvili hava qaraldıqdan sonra yaşayış yerini tərk edə bilməz.

Xatırladaq ki, ötən ilin dekabrında Kiyevin rayon məhkəməsi Mixeil Saakaşvilinin ev dustağı edilməsi yönündə iddianı rədd etmişdi. 

O, Rusiya Federasiyasına qaçan oliqarx Sergey Kürçenko və cinayətkar qüvvələrlə əlaqədə günahlandırılır. 

Qənirə Paşayeva AŞPA rəhbərliyinə etiraz etdi

İşgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarəti qanunsuz və qəbuledilməzdir: təəssüf ki, AŞPA-nın prinsiplərinə və öhdəliklərinə zidd olaraq, Avropa Şurasının bir sıra üzv dövlətlərində bu cür mallar hələ də istehsal edilir, satışa çıxarılır.

Dalga tv xəbər verir ki, bu fikri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hazırladığı qətnamə layihəsinin müzakirəsi zamanı çıxış edən nümayəndə heyətimizin digər üzvü Qənirə Paşayeva bildirib və üzv ölkələri bu ciddi problemlə mübarizədə fəal olmağa çağırıb. 

O, işgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsinin vacibliyini qeyd edib:

“Bu cür malların ticarəti ilə bağlı qaydalar daha da sərtləşdirilməlidir. Assambleya və üzv dövlətlər öz ərazilərində işgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarəti ilə məşğul olan şirkətlərin fəaliyyətinə imkan verməməlidir. Bununla bağlı hər hansı cəzasızlıq bizim üçün və ümumilikdə, bəşəriyyət üçün faciəvi nəticələrə gətirib çıxara bilər”.

Millət vəkili bildirib ki, Avropa Şurası hüdudları daxilində işgəncə vermək və ölüm hökmü qadağandır. Avropa İnsan Hüquqları Konvensiyası işgəncə vermək, qeyri-insani, təhqiredici rəftar və cəzanı qadağan edir. İşgəncələrin qadağan edilməsi beynəlxalq hüququn məcburi normasıdır. 

“Avropa Şurasının, demək olar ki, bütün üzvləri tərəfindən ratifikasiya edilmiş Konvensiyanın 6 saylı Protokolu ölüm hökmünü ləğv edir. Nəticə etibarilə, Avropada insan haqlarının himayədarı olan Avropa Şurası dünyada model rolunu oynayır və bu sahədə mövqeyini daha da gücləndirməlidir”, - deyə deputat diqqətə çatdırıb.

O, belə hallarla bağlı qanunvericilik aktlarının qəbulunun önəmli olduğunu, amma kifayət etmədiyini deyib, qaydaların icra mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Deputat üzv dövlətləri bu istiqamətdə daha ciddi olmağa, Assambleyanı isə təkcə tövsiyələr qəbul etməklə kifayətlənməməyə, məsuliyyət daşıdığını unutmamağa çağırıb.

Q.Paşayeva ölüm hökmü və işgəncələr üçün istifadə edilən malların ticarətinə son qoyacaq Qlobal Alyansın yaradılması təşəbbüsünü alqışlayıb. Bildirib ki, belə alyansın yaradılması qanunsuz təcrübələrin bu cür növlərinə son qoymaq üçün həlledici addımdır.

Giorgi Kvirikaşvili Serbiyanın Milli Assambleyasınnı spikeri ilə görüşdü

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Gürcüstanda rəsmi səfərdə olan Serbiya Respublikasının Milli Assambleyasının spikeri Maia Giokoviçi qonaq etdi.
İqtidar administrasiyasının mətbuat xidmətinin məlumatına görə, tərəflər iki ölkə arasında müxtəlif sahədə əməkdaşlıq məsələlərini müzakirə etdilər.
"Səfəriniz bizim üçün böyük şərəfdir. Ölkələrimiz arasındaki münasibətlərin daha da fəallaşdırılmasını salamlayıram. Ölkələrimiz qarşısında eyni problemlər durur və bir-birimizə verdiyimiz dəstək çox vacibdir" – dedi baş nazir.
Serbiyanın Milli Assambleyasının spikeri Gürcüstanın baş nazirinə təşəkkürünü bildirdi və qeyd etdi ki, Gürcüstana səfərinin əsas məqsədlərindən biri iki ölkə arasındaki münasibətlərin dərinləşdirilməsi və müxtəlif sahədə əməkdaşlıqdır.
"Ümid edirəm ki, buraya səfərim iki tərəfli əməkdaşlığımızın başlanğıcı üçün bir addım olacaq, necə parlament, eləcə də siyasi səviyyədə"– qeyd etdi Giokoviç.

Azərbaycan ordusu itkilər verib? - Müdafiə Nazirliyindən açıqlama

Azərbaycan Müdafiə Nazirliyi ordumuzun itkilər verməsi ilə bağlı Ermənistan tərəfinin iddialarına cavab verib.

Nazirlikdən bildirilir ki, Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur:

 

"Guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur. Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar".

Kvirikaşvili: “Azərbaycan prezidenti ilə Davosda maraqlı danışıqlar apardıq”

"Azərbaycan prezidenti İlham Əliyevlə gələcək layihələr barədə çox maraqlı danışıqlar apardıq".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosa səfərinin yekunlarına dair açıqlamasında deyib.

Baş nazir səfəri çox uğurlu və məhsuldar adlandırıb: "Biz konkret nəticələrə istiqamətlənmiş xüsusi görüşlər keçirdik. Panel müzakirələrdə bütün iştirakçılar Gürcüstanın əldə etdiyi inkişafı və bu tərəqqinin yalnız ölkə üçün deyil, region üçün də əhəmiyyətli olduğunu vurğuladılar".

Qeyd edək ki, dünən Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili arasında görüş keçirilib.

Ermənistanın faydalanacağı Rusiya-Gürcüstan sazişi tezliklə işə düşə bilər

"Biz Rusiya ilə Gürcüstan arasında 2011-ci ildə imzalanan gömrük inzibatçılığı və ticarətin monitorinqi haqqında sazişə böyük ümidlər bəsləyirik. Ümid edirik ki, bu saziş regionda ticarətə güclü impuls verəcək".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "Kommersant"a müsahibəsində deyib. 2008-ci ildə baş vermiş müharibədən sonra iki ölkə arasında beynəlxalq ticarət sahəsində yaranmış çətinliyi izah edən diplomat xatırladıb ki, Gürcüstan öz keçmiş ərazisində yaranan iki yeni dövləti (Abxaziya və Cənubi Osetiya) tanımadığı üçün onun gömrük sərhədlərinin haradan keçdiyi barədə qeyri-müəyyənlik mövcud idi: "2011-ci ildə imzalanan saziş məhz bu məsələyə aydınlıq gətirdi. Biz tezliklə dövlətdaxili prosedurları bitirməyə çalışacağıq ki, yaxın aylarda vacib sənədləri imzalayaq. Bundan sonra saziş işləyəcək".  
 

Q. Karasin məlum sazişdən əsas faydalanacaq tərəfin Ermənistan olması və Moskvanın bu işi İrəvanın xahişi ilə yerinə yetirməsi barədə suala belə cavab verib: “Həqiqətən də Ermənistanın xahişi var. Lakin bu məsələdə söhbət Rusiya ilə Gürcüstan arasında İsveçrənin vasitəçiliyi ilə imzalanan ikitərəfli sazişdən gedir. Bu saziş Abxaziya və Cənubi Osetiya da daxil olmaqla, üçüncü ölkələr üçün öhdəliklər qoymur”.

Qeyd edək ki, Gürcüstan hökuməti ölkə ərazisi vasitəsilə Rusiyaya yüklərin, ehtiyac olacağı təqdirdə, nəzarətdən kənar Sxinvali regionu vasitəsilə daşınması üçün İsveçrənin SGS şirkəti ilə müqavilə imzalayıb. Baş nazir Giorgi Kvirikavili bildirib ki, əgər Gürcüstan-Rusiya sərhədindəki Kazbegi-Yuxarı Lars gömrük-buraxılış məntəqəsində fövqəladə vəziyyət yaranarsa, yüklər qeyd olunan marşrutla daşına bilər. "Bu müqavilənin heç bir maddəsi Gürcüstanın maraqları əleyhinə yönəlməyib. Söhbət ondan gedir ki, Yuxarı Lars gömrük-buraxılış məntəqəsi istiqamətində fors-major situasiya zamanı, məsələn, güclü qar, yaxud sürüşmə baş verərsə, Sxinvali istiqamətində bu yol açıla bilər. Bu dəhlizdən həm Türkiyə, həm Ermənistan, həm də ölkəmizin tranzit potensialından yaralanan digər ölkələr istifadə edə bilər. Lakin bu, hələ ki birtərəfli imzalanmadır. Biz danışıqları davam etdiririk, çünki Rusiya tərəfindən irəli sürülən müəyyən şərlər var ki, bizim üçün qəbuledilməzdir”, - deyə G. Kvirikaşvili Gürcüstan parlamentdə çıxışında söyləyib.

Giorgi Kvirikaşvili İlham Əliyevlə görüşdü

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Davosda Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşdü.
 
Hökumət administrasiyası mətbuat xidmətinin məlumatına görə, görüşdə ölkələri arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətindən danışıldı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunulan görüşdə TANAP layihəsinin uğurla icra olunduğu məmnunluqla qeyd edildi.
 
Söhbət zamanı ölkələr arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

31 Yanvarda Brüsseldə NATO-Gürcüstan Komissiyasının iclası keçiriləcək

Yanvarın 31-də, Brüsseldə NATO-Gürcüstan Komissiyasının iclası keçiriləcək. Görüş NATO-nun səfirlər səviyyəsində keçiriləcək və burada, Gürcüstan Xarici İşlər naziri, Mixeil Canelidze iştirak edəcək
 
NATO-Gürcüstan Komissiyasının iclasında, Uels sammitində qəbul edilən əsas zərfin implementasiyası, Gürcüstanda həyata keçirilən və planlaşdırılmış islahatlar, Qara dəniz regionunun təhlükəsizliyi, Gürcüstanın strateji müzakirələrdə iştirakı müzakirə olunacaq.
 
Aspirant ölkələrin nail olduğu tərəffinin Aliyansın üzv ölkələri apreldə planlaşdırılmış Xarici İşlər nazirləri görüşündə dəyərləndirəcəklər.
 
Gürcüstanın NATO-da nümayəndəsi, Aleksandre Maysuradze bəyan edir ki, Aliyans ilə siyasi dialoq və təcrübi əməkdaşlıq üçün hər cür mexanizmi var.

Azərbaycan prezidenti BP-nin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev  Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulandı. Bu il "Şahdəniz-2" yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirilib.

Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev  Robert Dadlini Bakıya səfərə dəvət edib.

Prezident İlham Əliyevin Davosda İsrail baş naziri ilə görüşü olub

Azərbaycan prezidenti İlham Əliyevin Davosda İsrail baş naziri Benyamin Netanyahu ilə görüşü olub.

APA-nın məlumatına görə, görüşdə İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlanıb, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Cəbhədə son vəziyyət - Nazirlik məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub.

Sonxeber.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

ABŞ səfiri: “Gürcüstan güclü müdafiə imkanlarına malik olmalıdır”

"Gürcüstan çox güclü müdafiə imkanlarına malik olmalıdır". 

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu ABŞ-ın Gürcüstandakı səfiri  Yan Kelli Gürcüstan müdafiə naziri Levan İzoriya ilə görüşü zamanı deyib.

Səfir bildirib ki, ABŞ-la Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq yaxşı səviyyədədir: "Gürcüstanın daha uğurlu olması üçün onun çox güclü müdafiə imkanları olmalıdır ki, ölkəyə qarşı aqressiyanın və ziyan vura biləcək xarici qüvvələrin qarşısını ala bilsin".
 

Qeyd edək ki, bu günlərdə ABŞ-ın “Javelin” tank əleyhinə daşınan raket komplekslərinin Gürcüstana çatdırılmasının ilk mərhələsi başa çatıb. "Javelin" tank əleyhinə daşınan raket komplekslərinin dəyəri 75 milyon dollar təşkil edir.

Saytda Axtarış

Son xəbərlər