Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün110
DünənDünən1597
Bu həftəBu həftə7145
Bu ayBu ay4423
Bu günə qədərBu günə qədər7492640

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Gürcüstan parlamentinin spikeri ilə görüşüb

Avronest Parlament Assambleyasına (PA) üzv ölkələrin nümayəndə heyətləri Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüblər.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstan parlamentində keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov da iştirak edib.

F.Muradov bildirib ki, görüşdə Avronest PA-nın komitə iclasında müzakirə olunacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb: "Bu məsələlərə Avropada enerji, inteqrasiya, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" ölkələri üçün sərmayə və sosial yönümlü layihələr, qaçqın və məcburi köçkünlər, miqrasiya məsələləri daxildir".

Millət vəkili qeyd edib ki, komitə iclasında Azərbyaycan nümayəndə heyətinin üzvü, millət vəkili Muxtar Babayev enerji efketivliyi barədə məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, 12-13 fevral tarixində Tbilisidə Avronest PA-nın Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclası keçirilir. F.Muradovun başçılıq etdiyi nümayəndə heyətinə millət vəkilləri  Rövşən Rzayev, Rauf Əliyev, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Muxtar Babayev daxildir. Toplantı çərçivəsində sabah Milli Məclisin və Gürcüstan parlamentinin gənclər və idman komitələrinin sədrləri arasında görüş keçiriləcək. Komitələr arasında əməkdaşlıq haqqında memorandumun imzalanması nəzərdə tutulub.

 

Cəbhədən son xəbər

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 131 dəfə pozub.

Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Afrində gün ərzində 3 türk hərbçisi şəhid olub

Türkiyə ordusunun PKK, PYD, YPG və İŞİD-ə qarşı əməliyyat keçirdiyi Suriyanın Afrin şəhərində gün ərzində 3 türk hərbçisi şəhid olub, daha 5 nəfəri isə yaralanıb. APA-nın xəbərinə görə, bu barədə Türkiyə SH Baş Qərargahının məlumatında bildirilir.   

Bundan əvvəl Baş Qərargah 1141 terrorçunun məhv edildiyini, Türkiyə ordusunun isə ümumilikdə 21 şəhid verdiyini bildirmişdi. Əməliyyat dövründə 70-dək hərbçi yaralanıb. 

Kvirikaşvili: “Gürcüstan vasitəsilə neft və qazın nəqli potensialı daha böyükdür”

"Gürcüstan vasitəsilə Xəzər regionundan neft və qazın Avropaya nəql olunması potensialı daha böyükdür".
 

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. O bildirib ki, Brüsseldə keçirilmiş Aİ-Gürcüstan Assosiasiya Şurasının iclasında Gürcüstanın energetika sahəsindəki əhəmiyyətli roluna da toxunulub:  "Hesab edirik ki, bizi bu istiqamət üzrə yeni maraqlı layihələr gözləyir. Yalnız hökumətin deyil, əhalinin də bununla bağlı motivasiya olunması çox vacibdir. Çünki bu layihələr Gürcüstana rifah və vətəndaşlara əhəmiyyətli nəticələr gətirəcək".

Gürcüstanda mədrəsəyə qarşı diskriminasiya ilə bağlı Avropa məhkəməsinə müraciət olunub

alt

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti şəhərində mədrəsəyə qarşı davam edən diskriminasiya ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunub.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, məhkəməyə müraciət "Gürcü-müsəlman münasibətləri" təşkilatı və 7 müsəlman vətəndaşın adından İnsan Haqları üzrə Maarifləndirmə və Monitorinq Mərkəzi (EMC) və Avropa İnsan Haqları Mərkəzi (EHRAC) tərəfindən təqdim edilib. Müraciət artıq Avropa İnsan Haqları Məhkəməsində qeydiyyata alınıb.


Sənəddə qeyd olunub ki, 2014-cü ildən Kobuletidə yerli əhalinin etirazı və diskriminativ təqibinə görə mədrəsənin açılmasına icazə verilmir. Müraciət müəllifləri iddia edir ki, bununla din və təhsil azadlığı kobud formada pozulur.
 

Qeyd edək ki, 2014-cü ilin sentyabrında Kobuletidə  müsəlman gənclərin təhsil alacağı mədrəsənin açılmasına etiraz edən şəxslər mədrəsənin yerləşəcəyi binanın qapısına donuz başı asıb. 2016-cı ildə insidentlə bağlı Batumi şəhər məhkəməsinin qəbul etdiyi qərara əsasən, təqsirli bilinən 3 şəxs vurduqları mənəvi ziyana görə simvolik olaraq 1 lari məbləğində cərimələnib. Məhkəmənin qərarı yerli müsəlman sakinlərin etirazına səbəb olub.  


Acarıstan Muxtar Respublikası əhalisinin təqribən 30%-ni müsəlmanlar təşkil edir. 

Müdafiə Nazirliyi cəbhədən xəbər yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 121 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli və Quşçu Ayrım kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Prezident türkiyəli nazirlə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dalga tv-nin məlumatına görə, ölkələrimizin sosial müdafiə sahəsində iş birliyinin razılıq doğurduğunu deyən prezident İlham Əliyev bu sahədə təcrübə mübadiləsinin, birgə proqramların həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Ümumilikdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin çox uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkələrimizin daim bir-birinin yanında olduğunu və bir-birini dəstəklədiyini dedi, münasibətlərimizin dünya miqyasında nümunəvi xarakter daşıdığını məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Xanım Jülide Sarıeroğlu isə bu vəzifədə fəaliyyətə başladıqdan sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu ifadə edib. Nazir Türkiyə ilə Azərbaycanın daim bir-birinin yanında olmasını və ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq sosial müdafiə sahəsində də əlaqələrimizin dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Gürcüstan əhalisi Azərbaycanı dost ölkələrdən biri sayır

Gürcüstan Rusiyanı əsas düşmən, ABŞ-ı isə əsas dost sayır. 
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə  Qafqaz Tədqiqat Resurs Mərkəzinin (CRRC - Georgia) "Qafqaz barometri 2017" sorğusunun nəticələrində deyilir. 


Sorğuya əsasən rəyi soruşulanların 25%-i ABŞ-ı, 7%-i Azərbaycanı, 7%-i Ukraynanı, 6%-i Türkiyəni, 6%-i isə Rusiyanı əsas dost ölkə hesab edir. Respondentlərin 17%-i heç bir dövləti dost saymır. Rəyi soruşulanların 25%-i cavab verməkdə çətinlik çəkib.

 
Əsas düşmən ölkəyə gəlincə, rəyi soruşulanların 40%-i Rusiyanın, 3%-i Türkiyənin adını çəkib, 21%-i "heç bir ölkə" deyə cavab verib. Respondentlərin 30%-i sualı cavablandıra bilməyib.

 

Qeyd edək ki, sorğu ötən ilin 23 sentyabr-10 oktyabr tarixində keçirilib. Sorğuda 2 379 respondent iştirak edib.

Azərbaycan prezidenti: “Rüşvətxorluq, korrupsiya və bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır”

"Rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır".

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışında deyib. 

"Bu mübarizə, o cümlədən sistem xarakterli tədbirlər sahəsində aparılır. Deyə bilərəm ki, institusional tədbirlər ən səmərəli tədbirlərdir. Əlbəttə ki, cəza tədbirləri də tətbiq olunub, olunur, onların da əhəmiyyəti var. Ancaq institusional tədbirlər, rüşvətxorluq, korrupsiya üçün, necə deyərlər, meydançanın daralması istiqamətində atılan addımlar ən səmərəli addımlardır", - deyə o vurğulayıb.

Prezident qeyd edib ki, son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verib: "ASAN xidmət" mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş etdi. Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilib və "ASAN xidmət" mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır”.

Azərbaycan hərbçilərinin Gürcüstandakı dağ təlimi davam edir

Gürcüstanda NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan hərbçilərinin də iştirak etdiyi dağ hazırlıq təlim kursu davam edir.

APA-nın yerli bürosu Gürcüstanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Qudauridə keçirilən təlimə Azərbaycanla yanaşı, Gürcüstan, Latviya, Polşa və Ermənistandan ümumilikdə 13 hərbçi qatılıb.

Təlim iştirakçıları xizək sürmə və qarlı əraziləri ötüb keçmək, axtarış-xilasetmə və təxliyə tədbirlərinin təşkili, qarlı ərazidə sığınacağın qurulması və gecələmək və s. ilə bağlı biliklər əldə edirlər.

Təlimin sonunda hərbçilər imtahan olunacaq. İmtahandan uğurla keçmiş hərbçilərə sertifikatlarla yanaşı, gələcək kurslarda iştirakla bağlı xasiyyətnamələr də təqdim olunacaq.

Dağ hazırlıq təlimi fevral ayının 2-də başa çatacaq. 

Gürcüstanda azərbaycanlı gənclər Türkiyəyə dəstək aksiyası keçiriblər

Tbilisidə azərbaycanlı gənclər Türkiyə səfirliyinin yaxınlığında dəstək aksiyası keçiriblər.
 

APA-nın yerli bürosunun məlumatına əsasən, aksiyada 30-a yaxın gənc iştirak edib.

Əllərində Azərbaycanın və Türkiyənin bayraqlarını tutan gənclər Türkiyənin Suriyanın Afrin bölgəsində terrorçulara qarşı həyata keçirdiyi hərbi əməliyyatları dəstəkləyiblər. 
 
Aksiyada "Azərbaycan-Türkiyə: bir millət-iki dövlət", "Türk türkə dəstək" şüarları səsləndirilib.

Cəbhədən son məlumat

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

 

Saytda Axtarış

Son xəbərlər