Dalga Televiziyasi Azərbaycan prezidenti: “Rüşvətxorluq, korrupsiya və bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün909
DünənDünən1348
Bu həftəBu həftə4604
Bu ayBu ay53300
Bu günə qədərBu günə qədər7480634

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan prezidenti: “Rüşvətxorluq, korrupsiya və bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır".

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışında deyib. 

"Bu mübarizə, o cümlədən sistem xarakterli tədbirlər sahəsində aparılır. Deyə bilərəm ki, institusional tədbirlər ən səmərəli tədbirlərdir. Əlbəttə ki, cəza tədbirləri də tətbiq olunub, olunur, onların da əhəmiyyəti var. Ancaq institusional tədbirlər, rüşvətxorluq, korrupsiya üçün, necə deyərlər, meydançanın daralması istiqamətində atılan addımlar ən səmərəli addımlardır", - deyə o vurğulayıb.

Prezident qeyd edib ki, son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verib: "ASAN xidmət" mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş etdi. Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilib və "ASAN xidmət" mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır”.

Saytda Axtarış

Son xəbərlər