Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan Bölməsinin sədri Rafiq Hümbət, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov, Gürcüstanın Aktiv Qadınlar Birliyinin sədri Gültəkin Mustafayeva, Azərbaycan Televiziyasının Gürcüstan üzrə müxbiri Şahismayıl Şəmmədoğlu, Türkmənistandan gəlmiş ziyalı Məhəmməd Aşirov və başqaları hadisələrlə bağlı fikirlərini bölüşüb, xalqlarımızın azadlıq, suverenlik uğrunda mübarizə tarixinə nəzər salıblar.

Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.

Tengiz Txilava: AZƏRTAC-ın Tbilisidə belə bir tədbir keçirməsi təqdirəlayiqdir

Tengiz Txilava jurnalistlərə müsahibəsində deyib: “İlk dəfədir ki, AZƏRTAC Tbilisidə belə bir tədbir keçirir. Biz bunu çox bəyəndik. İstərdik ki, hər iki ölkənin informasiya agentlikləri, qəzet, jurnal və televiziyaları birlikdə belə tədbirlər təşkil etsin, əsl həqiqətləri birlikdə dünya ictimaiyyətinə çatdırsınlar”.

Simon Kopadze də tədbirin təşkilini yüksək qiymətləndirib. Bildirib ki, bu cür tədbirlər təkcə paytaxt Tbilisidə deyil, Kutaisi, Rustavi və digər böyük şəhərlərdə də keçirilməlidir. Tarixçi-alim belə tədbirlərin xüsusən gənc nəslin maarifləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Anım mərasimində Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
1