Dalga Televiziyasi Kvirikaşvili: “Gürcüstanın Azərbaycan və Türkiyə ilə strateji münasibətləri var”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün525
DünənDünən1617
Bu həftəBu həftə9524
Bu ayBu ay41067
Bu günə qədərBu günə qədər7529284

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Kvirikaşvili: “Gürcüstanın Azərbaycan və Türkiyə ilə strateji münasibətləri var”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Gürcüstan Azərbaycan, Türkiyə, Qazaxıstan və regionun digər ölkələri ilə vacib regional layihələr reallaşdırır".
 

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunun "Avrasiya: strateji perspektiv" sessiyasında deyib.
 

Baş nazir bildirib ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə strateji münasibətləri var: "Qonşularla münasibətlər çox vacibdir. Bizim Ermənistanla çox yaxşı ənənəvi qonşuluq münasibətlərimiz var və Mərkəzi Asiya ölkələri ilə də vacib münasibətlərimiz mövcuddur.". 
 

G.Kvirikaşvilinin sözlərinə görə, Gürcüstan "İpək yolu"nun ölkələri ilə yeni layihələrlə regiona dinamika gətirir: "Bu, regionda sıx əməkdaşlıq olmadan mümkün deyil. Bu həmçinin dayanıqlı sülh üçün yaxşı zəmin yaradır".
 

Baş nazir çıxışında Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğal olunması məsələsinə də toxunub. O bildirib ki, bu, böyük problem olaraq qalır və məsələ konstruktiv yolla həll olunmalıdır.
 

G.Kvirikaşvili avroatlantik məkana inteqrasiyanın Gürcüstanın strateji prioriteti olduğunu da qeyd edib.

Saytda Axtarış

Son xəbərlər