Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1508
DünənDünən2716
Bu həftəBu həftə6946
Bu ayBu ay4224
Bu günə qədərBu günə qədər7492441

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan və Emənistan hərbi sahədə əməkdaşlığı genişləndirir

Gürcüstanın müdafiə naziri Levan İzoriya erməni həmkarı Viqen Sarkisyanla görüşüb.

Dalga tv-nin “Qruziya Online”a istinadən məlumatına görə, nazirlər müdafiə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Tərəflər Gürcüstan və Ermənistan hərbçilərinin beynəlxalq sülhməramlı missiyalarda iştirakına dair fikir mübadiləsi aparıblar.

Levan İzoriya qonağa Sahçara dağ təlim bazasında keçirilən kurslar barədə məlumat verib.

Sonda müdafiə nazirləri iki ölkə arasında hərbi sahədə əlaqələrin daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Prezident İlham Əliyev Gürcüstan baş nazirinin müavinini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qaxarianı qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib.

Dövlət başçısı G. Qaxarianı Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

G. Qaxaria təbrikə görə minnətdarlığını bildirərək bundan əvvəl Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində çalışarkən dövlət başçısı ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. O, iki ölkə daxili işlər nazirlikləri arasında uğurlu əməkdaşlıq aparıldığını deyib.

Söhbət zamanı ölkələrimizin həyata keçirdiyi birgə qlobal iqtisadi layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti qeyd edilib, Azərbaycan və Gürcüstan hüquq-mühafizə orqanlarının təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətinin bundan sonra da həyata keçiriləcəyinə əminlik ifadə olunub.

Azərbaycan prezidenti Gürcüstan maliyyə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzeni qəbul edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Mamuka Baxtadzeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Təbrikə görə minnətdarlığını bildirən Mamuka Baxtadze bundan əvvəl “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsində çalışarkən Bakı-Tbilisi-Qars layihəsinin icrasında iştirak etməsini məmnunluqla vurğulayıb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, ölkələrimizin maliyyə qurumları arasında əməkdaşlığın bu işə verdiyi töhfə qeyd olunub.

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi qlobal layihələrə toxunulan görüşdə Bakı-Tbilisi-Qars layihəsinin regional və beynəlxalq iqtisadi əməkdaşlıq baxımından önəmi qeyd edilib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paraqvaydan Azərbaycana jest: Xocalı soyqırımını tanıdı

Paraqvayın Deputatlar Palatası 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımının pislənilməsi və 26-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edib.

Dalga tv Oxu.az-a istinadən xəbər verir ki, məlumatı Paraqvayın Deputatlar Palatası yayıb.

Bəyanatda qeyd edilib ki, Xocalı qətliamı Ermənistan və Azərbaycan arasındakı münaqişənin hərbi fazasının üç ili ərzində mülki əhalinin məruz qaldığı ən böyük hücum olub, nəticədə etnik xarakterli səbəblərə görə 63 uşaq, 106 qadın və 70 yaşlı insan olmaqla, 613 azərbaycanlı qətlə yetirilib, 1275 sakin əsir düşüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil; bundan əlavə, 76-sı uşaq olmaqla, 487 nəfər Xocalı sakini şikəst edilib, 26 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirib. Bu faktın Azərbaycan Respublikasının müxtəlif qurumları və müstəqil mənbələr tərəfindən tam sənədləşdirildiyi qeyd olunub.

Sənəddə bir sıra dövlətlərin Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu soyqırımı və insanlıq əleyhinə cinayəti pislədiyi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən silahlı işğalının qınanıldığı, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə etdikləri vurğulanıb.

Bəyanatda BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli Qətnamələr təcavüzün dayandırılmasını, diqqətin qurbanlara yönəldilməsini və Azərbaycan Respublikasının ərazilərinin Ermənistan Respublikası tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin həlli yolu kimi dialoqu təşviq etdiyi bildirilir. Deputatlar palatası qeyd olunanları və beynəlxalq humanitar hüququn əsas prinsip və normalarına hörmət edilmədiyini əsas tutaraq 1992-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımını pislədiyini və bu insanlıq əlyehinə cinayətin 26-cı ildönümünün anılması münasibətilə Azərbaycan xalqına öz həmrəyliyini ifadə etdiyini bəyan edib.

İlham Əliyev “2017-İslam Həmrəyliyi İli” beynəlxalq konfransında

Heydər Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Dalga tv-nin APA-ya istinadən məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib.

Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Prezident İlham Əliyev konfransda nitq söyləyib.

Sonra İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyevin, Müqəddəs Taxt-Tacın (Vatikanın), Konstantinopol Patriarxı I Varfolomeyin, Moskva və bütün Rusiya Patriarxı Kirillin, Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın konfrans iştirakçılarına müraciət məktubları oxunub.

Dünya müsəlmanları adından beynəlxalq konfrans iştirakçılarına müraciət edən ISESCO-nun baş direktoru Əbdüləziz Əl-Tüveycri İslam həmrəyliyi, dinlər və mədəniyyətlərarası dialoq işinin möhkəmləndirilməsində Azərbaycanın artan rolunu xüsusi vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Konfransda məruzə ilə çıxış edib. Prezident İlham Əliyevin elan etdiyi “Multikulturalizm İli”ni və “İslam Həmrəyliyi İli”ni Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsi olduğunu vurğulayan A. Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “İslam Həmrəyliyi İli” çərçivəsində bir çox ölkələrdə təşkil etdiyi beynəlxalq tədbirlər barədə məlumat verib.

Cəbhədə gərgin gecə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində  sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Gürcüstanda etnik azlıqların məskunlaşdığı bölgələrdə dövlət dilinin tədrisinə xüsusi diqqət yetiriləcək

"Gürcüstanda etnik azlıqların məskunlaşdığı bölgələrdə dövlət dilinin tədrisinə xüsusi diqqət yetiriləcək”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan təhsil və elm naziri Mixeil Çxenkeli parlamentdə keçirilən dinləmələrdə deyib. 

Nazir bildirib ki, təhsil sisteminin inkişafının əsas istiqamətləri təhsilin səviyyəsini yüksəltmək, beynəlxalq standartlara yaxınlaşdırmaq və təhsilin hər pilləsində inklüziv təhsili təmin etməkdir. 

M.Çxenkeli qeyd edib ki, kənd məktəblərində mövcud problemləri həll etmək üçün onların bağça, məktəb, peşə təhsili proqramları, kitabxana, idman və yaradıcılıq klublarını özündə birləşdirəcək təhsil mərkəzlərinə transformasiya olunmasına xüsusi diqqət yetiriləcək.

Qarabağda Ermənistanı yerlə yeksan edəcək "ildırımsürətli hücum" planı

Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin gündəmə gəlməsi haqda qorxular yaranıb.
Hazırda İrəvanda hakimiyyət uğrunda prezident Serj Sarkisyanla Rusiyanın adamı olan baş nazir Karen Karapetyan arasında mübarizə gedir. Ekspertlər hesab edir ki, Sarkisyan Rusiyanın dəstəklədiyi Karapetyana məğlub olmamaq üçün klassik üsluba – Dağlıq Qarabağda gərginliyin yaradılmasına əl atacaq.

"Ermənistan milli konqresi" partiyasının sədr müavini Vardan Malxasyan isə İrəvan daxili toqquşmaların Qarabağda böyük gərginliyə səbəb ola biləcəyini düşünür.

 

"Qarabağda hərbi variantın gündəmə gəlməsi aktualdır. Xüsusilə "aprel müharibəsi" yenidən təkrarlana bilər. Ehtimal ki, toqquşma başlasa Azərbaycan "ildırımsürətli hücum" planı ilə Ermənistana zərbələr endirəcək. Bu baxımdan, biz siyasi ambisiyalara görə buna getməməliyik və daha ayıq olmalıyıq. Çünki "aprel müharibəsi" nəticənin necə olacağını indidən deməyə imkan verir", - deyə o bildirib.

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində Ümummili Lider Heydər Əliyevin anım mərasimi keçirilib.

İstifadəçilərin qiymətləndirməsi: / 1
ZəifƏla 

alt

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində Ümummili Lider Heydər Əliyevin anım mərasimi keçirilib. Anım mərasimində Ümummilli Liderin çoxşaxəli fəaliyyətindən bəhs edilib.Tədbirdə Azərbaycan Televiziyasının Gürcüstan müxbiri əməkdar jurnalist Şahismayıl Şəmmədoğlunun Gürcü və Azərbaycan dilində işıq üzü görən "Heydər Əliyev və Gürcüstan" kitabının təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulluğu ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirib. Tədbirdə hər iki ölkənin himni səsləndirilib ve Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri baş konsul Rəşad İsmayılov açaraq Heydər Əliyev şəxsiyyətinin miqyasını və unikallığını, Azərbaycanın təşəkkülünə və inkişafına verdiyi böyük töhfəni, onun dünya miqyasındakı nüfuzunu, ölkənin milli mənafelərinin qorunmasında məqsədyönlü mövqeyini, yüksək insani keyfiyyətlərini qeyd edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin parçalanmasının qarşısını alıb, ölkəmizdəki vətəndaş birliyini dünyaya nümayiş etdirib. O, həmçinin qeyd edib ki, Heydər Əliyev Azərbaycan və Gürcüstan dostluğunun memarı hesab olunur. Ulu Öndər Gürcüstan ilə münasibətlərə daim xüsusi diqqət yetirib və Gürcüstanın çətin dövrlərində dost ölkə kimi gürcü xalqına qardaşlıq yardımını əsirgəməyib.

Baş konsul, həmçinin Ümummilli Liderin cismən aramızda olmadığı son 14 ildə onun ən layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyini, xalqımızın inanılmaz tərəqqiyə şahid olduğunu və Azərbaycanın malik olduğu geosiyasi qüdrətin real gücə arxalandığını qeyd edib.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin ömür yolundan,   Gürcüstana ilk səfərindən sonra iki ölkə arasında yaranan əlaqələrdən bəhs edən müəllifi Şahismayıl Şəmmədoğluya məxsus olan gürcü və azərbaycan dilində “Heydər Əliyev və Gürcüstan kitabı”nın da tədqimatı olub. Xalqlarımız arasında güclü dostluq əlaqələrinin olduğunu deyən Rəşad İsmayılov “Heydər Əliyev və Gürcüstan” kitabının əhəmiyyətindən danışıb.

Tədbirdə Acarıstan Muxtar Respublikasının Elm, Təhsil, İdman və Gənclər naziri İnka Şamilaşvili  Ulu Öndərin tarixi xidmətlərinin nəticəsi olaraq onun əziz xatirəsinin gürcü və digər dost xalqlar tərəfindən daim yad edildiyini və böyük şəxsiyyət kimi Heydər Əliyev fenomeninin qəlblərdə əbədi olaraq yaşayacağını deyib. O çıxışında təqdim olunan  “Heydər Əliyev və Gürcüstan” kitabının gürcü versiyasının nəşrini yüksək qiymətləndirib və kitabın çoxlu oxucu kütləsinə malik olacağından əminliyini vurğulayıb.

Acarıstan Muxtar Respublikasının Bələdiyyəsinin sədri Suliko Tabidze, Batumi şəhərinin meri Laşa Qomaxidze, digər dövlət və hökumət rəsmiləri, Türkiyənin baş konsulu  Maşliya Qoçaq, Batumi Dövlət Universitetinin professoru Roston Kurdnişvili, “Ajara PS” televiziyasının rəhbəri Jemal Meqrelidze,  Acarıstan Muxtar  Respublikasındakı Azərbaycan diasporasının sədri Vidadi Axundov, “SOCAR-Georgia” şirkətinin əməkdaşları, ziyalılar və Azərbaycan icmasının üzvləri  tədbirdə iştirak ediblər.

Tədbirin sonunda Azərbaycan televiziyasının Heydər Əliyevə həsr olunmuş filmi nümayiş etdirilib.

alt

alt

alt

alt

alt

Leyla Əliyeva Gürcüstanda Heydər Əliyevin abidəsini ziyarət etdi

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il ötür.

Dalga tv xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Sevil Əiyevanın oğlu, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev Gürcüstanda  Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Bu barədə Leyla Əliyeva "Instagram" səhifəsində məlumat verib: "Tbilisidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi ziyarət olundu.”

Azərbaycan Heydər Əliyevi anır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir.

APA-nın məlumatına görə, Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevi anım mərasimləri təşkil olunur.

Dövlət qurumları, siyasi partiyalar, QHT, media orqanları və ictimaiyyətin nümayəndələri bu günlərdə Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edirlər.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və diaspor təşkilatları da anım mərasimləri keçirir.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

 

Gürcüstan XİN rəhbəri Ermənistan səfiri ilə görüşüb

Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze Ermənistanın yeni səfiri Ruben Sadoyanla görüşüb.
 

APA-nın yerli bürosunun Gürcüstan XİN-nin məlumatına istinadən verdiyi xəbərə görə, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. İki ölkə arasında intensiv siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrdən razılıq ifadə edilib. Görüşdə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə xüsusi diqqət ayırılıb.


Tərəflər həmçinin regionda baş verən vacib prosesləri də nəzərdən keçirib.

Saytda Axtarış

Son xəbərlər