Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün577
DünənDünən1617
Bu həftəBu həftə9576
Bu ayBu ay41119
Bu günə qədərBu günə qədər7529336

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Cəbhədən xəbər var

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Tbilisidə Avropa İttifaqının parlament konfransı başladı

Bu gün Tbilisidə "Avropa İttifaqı və tərəfdaşları: birlik naminə müxtəlifliyin əhatə olunması" adlı beynəlxalq konfrans başlayıb.

Dalga tv Oxu.az-a istinadən xəbər verir ki, tədbirə 17 ölkənin təmsilçiləri qatılıb. 

Azərbaycanı konfransda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbədi Səməd Seyidov təmsil edir.

Tədbirdə Avropa İttifaqının xarici siyasəti və "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrlə münasibətlər müzakirə olunur.

Gürcüstan patlamentinin sədri İrakli Kibaxidze konfransı açaraq Avropa İttifaqı ilə əməkdaşlıgın perspektivlərindən, Gürcüstan parlamentinin qəbul etdiyi qanunlar, Avrointeqrasiya sahəsində və Aİ ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb.

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili çıxış edərək rəsmi Tbilisinin bütün nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Aİ ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib.

Konfransda Aİ-yə üzv ölkələr arasında əməkdaşlığın inkişafı, inteqrasiya proseslərinin gücləndirilməsi, bu sahədə parlamentlərin rolu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Cəbhədə silahlar susmur

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Tbilisidə “Şərq tərəfdaşlığı” sammitinin yekunları müzakirə olunub

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin parlament nümayəndələrinin işçi görüşü keçirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, görüşdə Gürcüstan, Azərbaycan, Belarus, Moldova, Ermənistan və Ukrayna parlamentlərinin komitə sədrləri, Baltikyanı ölkələrin rəsmi nümayəndələri noyabrın 24-də Brüsseldə keçirilmiş “Şərq tərəfdaşlığı” sammitinin nəticələrini qiymətləndirib və gələcək planları müzakirə ediblər.

Görüş Latviya seymi və bu ölkənin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Azərbaycanı tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil edib.

Qeyd edək ki, sabah Tbilisidə “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq parlament konfransı keçiriləcək.  Tədbirdə Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın inkişafı, inteqrasiya proseslərinin gücləndirilməsi, bu sahədə parlamentlərin rolu və digər məsələlər müzakirə olunacaq. 

Gürcüstan “Şərq tərəfdaşlığı” ölkələrinin yeni parlament platforması yaratmasını təklif edib

“Şərq tərəfdaşlığı” ölkələrinin yeni parlament platforması yaratması vacibdir”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan parlamentinin Avrointeqrasiya üzrə komitəsinin sədri Tamar Xulordava keçirdiyi brifinqdə bildirib.

T. Xulordava deyib ki, “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin Avropa İttifaqı ilə gələcəkdə əməkdaşlıq üzrə planları var: “Biz görürük ki, Avropa Ittifaqı daxili məsələlərə daha çox diqqət ayırır. Bu vəziyyətdə proqrama üzv ölkələrin yeni parlament platforması yaradaraq Avropa İttifaqı ilə ümumi gələcəklə bağlı müzakirələr aparması vacibdir.” 

T.Xulordava sabah Tbilisidə “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq parlament konfransı keçiriləcəyini nəzərə çatdırıb. Tədbirdə 20-yə yaxın ölkənin təmsilçiləri iştirak edəcək və əsas mövzu Aİ-nin xarici siyasəti və “Şərq tərəfdaşlığı” ölkələri ilə münasibətləridir. Konfransda Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və parlament sədri İrakli Kobaxidze də iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanı tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil edəcək.

Azərbaycan prezidenti İran XİN rəhbərini qəbul edib

Azərbaycan prezidenti Ilham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

APA-nın məlumatına görə, xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının təşkili ilə bağlı göstərilən qonaqpərvərliyə görə prezident İlham Əliyevə minnətdarlıq edib.

O, İran ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib və əlaqələrin genişləndirilməsi işində Azərbaycan prezidentinin verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında siyasi dialoqun gücləndirilməsində böyük irəliləyişlərin əldə edildiyini deyən iranlı nazir iqtisadi əməkdaşlığımızın da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Məhəmməd Cavad Zərif Azərbaycan ilə İranın üçtərəfli formatlarda iştirakının önəmini qeyd edib.

Prezident İlham Əliyev İrana son səfərini məmnunluqla xatırlayaraq orada keçirilən üçtərəfli sammiti beynəlxalq səviyyədə mühüm tədbir kimi dəyərləndirib və səfər zamanı İran prezidenti ilə səmərəli müzakirələrin aparıldığını qeyd edib. Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq, dostluq əlaqələri uğurla inkişaf edir. Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycan ordusunun tank bölmələrinin döyüş atışlı məşqləri keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2017-ci il döyüş hazırlığı planına əsasən,  Silahlı Qüvvələrin bütün tank bölmələrində döyüş atışlı məşqlər keçirilir.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Taktiki məşqlərin və təlimlərin əsas məqsədi tank bölmələrinin çətin keçilən ərazilərdə idarə edilməsi, real döyüş şəraitində uğurlu tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

Tank heyətləri maneələri bacarıqla dəf edərək dəqiq atəşlə bütün hədəfləri məhv ediblər.

Gürcüstanda yeni ombudsman seçilib

Gürcüstan parlamenti Nino Lomcariyanı yeni ombudsman seçib.

APA-nın yerli bürosunun məlumatına görə, N.Lomcariyanın  xalq müdafiəçisi vəzifəsinə namizədliyini 96 deputat dəstəkləyib.

Onun namizədliyini parlament çoxluğu təqdim edib.

Gürcüstanın hazırkı ombudsmanı Uça Nanuşavilinin 5 illik səlahiyyət müddəti dekabrın 1-də başa çatır.

N.Lomcariya QHT sektorunda fəaliyyət göstərib. O, Gürcüstanın ikinci qadın ombudsmanı olacaq. Ölkədə ilk qadın ombudsman 2000-2003-cü illərdə Nana Devdariani olub.

 

Cəbhədə son vəziyyət - Rəsmi məlumat

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub.
Bu barədə Sonxeber.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Gürcüstan XİN Qarabağ separatçılarının Tbilisidə sərgi açmasını pisləyib

“Hər hansı bir separatçı rejimin, istər tanınmamış, qondarma “DQR”, istərsə də Abxaziya separatçılarının haradasa sərgi, konfrans və ya başqa tədbir keçirməsi arzuolunmazdır”.

Dalga tv-nin Oxu.Az-a istinadən xəbərinə görə, bu sözləri Report-un Gürcüstan bürosuna açıqlamasında bu ölkənin Xarici İşlər Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, Gürcüstan özü separatizmdən əziyyət çəkir, Dağlıq Qarabağ separatçılarının Tbilisidə belə bir tədbir keçirilməsi hökumətin xətti ilə təşkil olunmayıb.

Azərbaycanın Gürcüstandakı səfirliyindən isə bildirilib ki, məsələ ilə əlaqədar bu ölkənin müvafiq strukturlarına məlumat verilib və rəsmi Bakının narahatlığı onların diqqətinə çatdırılıb.

Xatırladaq ki, Gürcüstandakı erməni apostol kilsəsinin Tbilisidəki “Ayartun” mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası”ndan olan 7 gənc rəssamın əsərlərindən ibarət “Dirçəliş” adlı sərgi açılıb.

Dekabrın 20-nə qədər davam edəcək sərgi Ermənistanın Diaspor Nazirliyi, “Tekeyan Mərkəzi” Fondu və “Şuşa şəhərinin muzeyləri” təşkilatının dəstəyi ilə açılıb.

Sərginin rəsmi açılış mərasimində Tbilisidəki erməni kilsəsinin keşişi Virab Kazaryan, Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşı və erməni icmasının nümayəndələri iştirak ediblər. 

Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident!

Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində 12 nəfər ölüb, xeyli insan yaralanıb.

Gürcüstanın baş naziri Batumiyə gedib

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili səfərdə olduğu Brüsseldən birbaşa Batumiyə gedib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, baş nazir yanğının baş verdiyi Leogrand hotelinə baş çəkib.

12 nəfərin ölümü ilə nəticələnən yanğın artıq aradan qaldırılıb və insanların təxliyəsi başa çatıb. Xəsarət alanların sayı 15 nəfərdən çoxdur. 

Saytda Axtarış

Son xəbərlər