Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün322
DünənDünən1595
Bu həftəBu həftə6124
Bu ayBu ay50823
Bu günə qədərBu günə qədər7421297

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Giorgi Kvirikaşvili: “Azərbaycan Gürcüstanın sadiq dostu və strateji tərəfdaşıdır”

"Azərbaycan Gürcüstanın sadiq dostu və strateji tərəfdaşıdır".

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Marneuli sakinlərinə Novruz bayramı münasibətilə ünvanladığı təbrik müraciətində deyilir.

Baş nazir qeyd edib ki, Gürcüstan azərbaycanlılarının tarixi vətənləri olan Azərbaycanla əlaqələrini itirməməsini alqışlayır: "

"Azərbaycan Gürcüstanın sadiq dostu və strateji tərəfdaşıdır".

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Marneuli sakinlərinə Novruz bayramı münasibətilə ünvanladığı təbrik müraciətində deyilir.

Baş nazir qeyd edib ki, Gürcüstan azərbaycanlılarının tarixi vətənləri olan Azərbaycanla əlaqələrini itirməməsini alqışlayır: "Biz bir ölkənin övladlarıyıq. Bizim əcdadlar birgə yaşayıb, kədər və sevinci bölüşüblər. Biz beləyik və bizim övladlar da bu ənənəni davam etdirəcəklər".

 G.Kvirikaşvili azərbaycanlılara sülh, xoşbəxtlik, sevinc və tərəqqi arzu edib.

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də marneuliləri bayram münasibətilə təbrik edib: "Siz dövlət quruculuğuna verdiyiniz töhfə ilə fəxr edə bilərsiniz. Sizə ölkə naminə böyük uğurlar arzu edirəm".

Biz bir ölkənin övladlarıyıq. Bizim əcdadlar birgə yaşayıb, kədər və sevinci bölüşüblər. Biz beləyik və bizim övladlar da bu ənənəni davam etdirəcəklər."

Gürcüstan parlamentinin sədri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.

APA-nın yerli bürosunun məlumatına əsasən, spiker təbrikində Gürcüstanda yaşayan müxtəlif millətlərin nümayəndələrinin  dövlət quruculuğundakı rolunu qeyd edib: "Bu gün gözəl bahar bayramını qeyd edən vətəndaşlarımızı təbrik edirəm. Biz güclü dövləti bir ailə kimi bir yerdə qururuq. Novruz bayramı Gürcüstanda əsrlər boyu qeyd olunur. Sizə xoşbəxtlik, sülh və əmin-amanlıq arzu edirəm".

İlham Əliyev və xanımı Novruz şənliyində

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər.

Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.

Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlətimizin başçısı ilə yumurta döyüşdürüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxıblar.

Dövlət başçısı və xanımı "Novruz" yarmarkası ilə tanış olublar.

Prezident: Ermənistanın böyük hissəsi Azərbaycanın tarixi torpağıdır

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Bu gözəl mənzərə fonunda Ermənistan bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalıbdır. Bu da təbiidir. Çünki bizim siyasətimiz məhz bundan ibarətdir. 

Bunu prezident İlham Əliyev Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində çıxşında deyib.

Prezident bildirib ki, Ermənistan siyasi baxımdan müstəqil deyil, satellit ölkədir: 

“Ermənistan bütün məsələlərdən təcrid olunmuş vəziyyətdədir, bir dənə də olsun regional əməkdaşlıq formatında iştirak etmir. Təkcə ona görə yox ki, biz buna imkan vermirik, - halbuki, hesab edirəm, bu, əsas amildir, - eyni zamanda, ona görə ki, Ermənistan nə siyasi, nə iqtisadi, nə nəqliyyat baxımından heç bir maraq doğurmur.

Ermənistanın gələcəyi ilə bağlı ölkə daxilində qəbul edilmiş qərarlar böyük məna daşımır. Bu ölkəyə iqtisadi cəhətdən heç bir investisiya qoyulmur, investorlar maraqlı deyillər. Burada bir neçə amil rol oynayır, birinci növbədə, baş alıb gedən rüşvətxorluq, oğurluq, korrupsiya halları, digər tərəfdən vətəndaşların kütləvi surətdə Ermənistandan çıxması, yəni, köç kütləvi xarakter alıbdır.

İnvestisiya iqlimi çox bərbaddır və bazar məhdudluğu imkan vermir ki, bu ölkəyə investisiya qoyulsun.

Belə bir mənzərə ilə üzləşən Ermənistan xalqı bir daha çox ciddi fikirləşməlidir və anlamalıdır ki, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı işğalçı siyasətinin gələcəyi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü onsuz da bərpa edəcək. Ancaq Ermənistan son illər ərzində bölgədə gedən regional əməkdaşlıq proseslərindən tam təcrid olunmuş vəziyyətdədir.

Onlar siyasi səhnədə məğlub olublar, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, AŞPA, digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən çoxsaylı qərar və qətnamələr qəbul etmişlər. Yəni, bu, Ermənistanın siyasi məğlubiyyətidir.

Onlar diplomatik cəbhədə məğlubiyyətə uğrayıblar. Dağlıq Qarabağda keçirilmiş qondarma "referendum" heç bir ölkə tərəfindən tanınmayıb, beynəlxalq təşkilatlar da bunu tanımayıblar. Bu, bir daha təsdiqləyir ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, Azərbaycanın əzəli torpağıdır və Azərbaycanın ayrılmaz hissəsidir.

Nəqliyyat siyasəti ilə bağlı Ermənistan dalan ölkədir və açıq deməliyik ki, bunu biz etmişik.

İki il bundan əvvəl Ermənistan döyüş meydanında üzləşdiyi məğlubiyyətdən bu günə qədər də özünə gələ bilmir. Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bunun başqa yolu yoxdur. Dəfələrlə demişəm, bir daha demək istəyirəm, bunu hamı bilsin ki, Azərbaycan heç vaxt imkan verə bilməz ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın.

Dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bugünkü Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bunu təsdiqləyən çoxsaylı kitablar, xəritələr var. O xəritələrdə indiki Ermənistanın ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.

Tarixi kitablarda göstərilir ki, XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin mütləq əksəriyyəti, daha doğrusu 80 faizi azərbaycanlılar olub. Bu, tarixdir, tarixi həqiqətdir. Bunu bilməyənlər də bilsinlər və ən önəmlisi Azərbaycan gəncləri bunu bilsinlər.

Bilsinlər ki, indiki Ermənistanın böyük hissəsi Azərbaycanın tarixi torpağıdır. Biz bunu heç vaxt unutmuruq və unutmayacağıq".

Cəbhədə gərginlik davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.

Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin  Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

www.oxu.az

Marqvelaşvili: Qərb Rusiyaya qarşı birləşməlidir

ABŞ və Avropa İttifaqı mövcud beynəlxalq şəraitdən istifadə edib "Rusiya təhdidinə" qarşı birləşməlidir.

Bu barədə Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili "Amerikanın Səsi"nin Gürcüstan xidmətinə verdiyi müsahibədə danışıb.

Gürcüstan liderinin sözlərinə görə, Rusiyadan qaynaqlanan iri miqyaslı təhdidlərə qarşı belə birliyə "hiss olunan və möhkəmlənən beynəlxalq konsensus" vasitəçilik etməlidir.

"ABŞ-da həmin an gəlib çatıb, Londonda, Brüsseldə də həmin an gəlib çatıb,  Rusiyanın meydan oxuduğu bütün ölkələr dövlət təhlükəsizliklərinin təhdid altında olduğunu anlamalıdır" deyə Marvelaşvili bildirib.

Buna misal kimi o, Londonda törədilmiş qətli və ehtiyatda olan gürcüstanlı sülhməramlı Arçil Tatunaşvilinin işğal altında olan Tsxinvalidə öldürülməsini göstərib.

"Bizi birləşdirən problemlər mövcuddur və indi birləşməyin vaxtı gəlib çatıb, Gürcüstanın, onun Avropa İttifaqından olan müttəfiqlərinin, NATO-nun Rusiyaya ümumi cavab verməsinin vaxtı çatıb. Biz bu regionlarda və alyanslarda  sülh, təhlükəsizlik, sabitliyi təmin etmək üçün vahid rasional cavab verməliyik" deyə Marqvelaşvili vurğulayıb.

Aprel qazisi Türkiyənin baş naziri ilə görüşdü

2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərərək qazi olmuş leytenant Kamil Musəvi Türkiyənin baş naziri ilə görüşüb

Kamil Musəvi əlil olsa da, gözünü və ayağını itirsə də, davasından heç nəyi itirmədiyini, əzmindən dönmədiyini bildirib:
"Ayaqsız, gözsüz yaşamaq olar, ancaq Vətənsiz mümkün deyil".

Binəli Yıldırım isə Nə qədər ki, bu eşq var, heç kim bizə zərər verə bilməz, leytenant Kamil Musəvi!", - deyə cavab verib.

Aprel qazisi Afrinə getmək istədiyini Binəli Yıldırıma çatdırıb. Baş nazir isə “Qardaşların Afrində dastan yazır" cavabını verib.

Leytenant Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi "Zeytun budağı"əməliyyatına dəstək məqsədilə videoçarx hazırladığını baş nazirə bildirib. Türkiyə hökumətinin başçısı bundan qürur duyduğunu və izlədiyini bildirib: "İnşallah, Qarabağ da bir gün təmizlənər".

Leytenant Binəli Yıldırımla söhbətində məşhur Çanaqqala savaşı haqqında oxudu bir hadisəni nəql edib:
 "Savaş zamanı bir türk hərbçi geyimini cıraraq Fransa əsgərinin yarasını sarıyıb. Türk hərbçi hadisəni dostlarına belə nəql edib: "Mən onun cibində bir qadın fotosu gördüm. Anası olduğunu zənn elədim. Düşündüm ki, anası onu gözləyir. Onu gözləyən var. Ancaq mənim gözləyənim yoxdur. Ona görə də fransız hərbçiyə yardım etdim". Bu hadisədən xəbər tutan fransız general isə deyib: "Mən belə bir hadisəni nə eşitdim, nə də indiyə kimi görmüşəm".

Görüşün sonunda Binəli Yıldırım Kamil Musəviyə Türkiyə və Azərbaycan bayraqlarından yaradılan bir plaket və təsbeh hədiyə edib. 

2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərərək qazi olmuş leytenant Kamil Musəvi Türkiyənin baş naziri ilə görüşüb

Əflatun Amaşov: "Ölkəyə gətirilən çap məhsulları və qəzet kağızı vergidən azad edilməlidir"

"Ölkəyə gətirilən hazır çap məhsulları, qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsi dövlət büdcəsinə böyük əksiklik gətirməyəcək".

bunu Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Parlamentdə hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.

Ə.Amaşov bildirib ki, bu sahəyə tətbiq edilən vergi maliyyə baxımdan çox cüzi olan bir rəqəm olsa da, mənəvi baxımdan böyük məsələdir:

"Ölkəyə gətirilən hazır çap məhsulları qoyulan vergi dövlət büdcəsinə yarım milyona qədər vəsait gətirir. Bu rəqəm medianın iqtisadi durumuna əhəmiyyətli dərəcədə təsir edir. Medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya nəzərə alınmalıdır. Media tək ictimai deyil, strateji missiya da yerinə yetirir. Əgər bu məhsulları əlavə dəyər vergisindən azad etsək, ölkəyə çoxlu kitab, jurnal gətiriləcək. İnsanlar maariflənəcək, bunun nəyi pisdir?"

Ə.Amaşov qeyd edib ki, Vergi Məcəlləsinin  164.1.7-ci maddəsi bu məsələdə hüquqi bazanın da mövcud olduğunu göstərir.

Canelidze: Asiya və Avropanı birləşdirmək imkanlarından yararlanmalıyıq

Sülh, sabitliyi qorumaq üçün ərazi bütövlüyünə dair beynəlxalq hüquqa sadiqliyimizi bəyan edirik.

Bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Münasibətlərimizin uzun tarixi var. Əsas məsələ müasir dövr münasibətləri və gələcək üçün planlarımızdır", - deyə qeyd edən gürcü nazir bildirib ki, müstəqilliyin ilk illərindən Gürcüstan Azərbaycan, Türkiyə və İranla bərabər əsasda əlaqələri inkişaf etdirməyə çalışır.

O, Gürcüstanın ərazi bütövlüyünə verilən dəstəyə görə təşəkkür etdiklərini qeyd edib.

"Biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. 

Sülh, sabitliyi qorumaq üçün ərazi bütövlüyünə dair beynəlxalq hüquqa sadiqliyimizi bəyan edirik. Bu əməkdaşlıq regionda sülh, sabitlik və rifaha yönəlib.

Bu ölkələrin nəqliyyat dəhlizi potensialı daha geniş istifadə oluna bilər.

Asiya və Avropanı birləşdirmək üçün bu imkanlardan yararlanmaq lazımdır.

Müntəzəm görüşlərimizi davam etdirməliyik", - deyə gürcü nazir sözlərinə əlavə edib.

Dördtərəfli görüş başladı

Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli toplantısı başlayıb.

Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze iştirak edir.

Qeyd edək ki, dördtərəfli görüşün sonunda Bakı Bəyannaməsi imzalanıb.

 

Türkiyə və Gürcüstanın XİN rəhbərləri Bakıda görüşdü

Bakıda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Gürcüstan xarici işlər naziri Mixeil Canalidze arasında görüş keçirilir. 

Görüş Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli toplantısı çərçivəsində baş tutur. 

Dördtərəfli görüşün sonunda Bakı bəyannaməsi qəbul ediləcək. 

Prezident İlham Əliyev Makedoniya prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Makedoniya Respublikasının prezidenti George İvanov ilə görüşüb.

APA-nın xəbərinə görə, Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətinin artdığını qeyd edən dövlət başçısı Makedoniya prezidenti Georgi İvanovun bu tədbirdə iştirakının önəmini vurğulayıb. G. İvanov VI Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil olunduğunu və uğurla keçirildiyini qeyd edib. O bildirib ki, bu tədbir əməkdaşlığın genişləndirilməsi, beynəlxalq aləmdə sabitliyin, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə böyük töhfə verir.

Görüşdə iki ölkə arasında energetika, əczaçılıq və digər sahələrdə əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. G. İvanov prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

Saytda Axtarış

Son xəbərlər