Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün500
DünənDünən1073
Bu həftəBu həftə1988
Bu ayBu ay50684
Bu günə qədərBu günə qədər7478018

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Fuad Muradov Gürcüstanın dövlət naziri ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb.

APA-nın yerli bürosunun məlumatına görə, K. Tsixelaşvili görüşdə Gürcüstanda yaşayan etnik azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası istiqamətində həyata keçirilən dövlət proqram və layihələri barədə məlumat verib.

Dövlət naziri Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində milli azlıqlar üçün dövlət proqramları barədə məlumatlandırma kampaniyasına başlandığını diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin aparatı ilə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

Gürcüstanın baş nazirliyinə namizədin adı açıqlanıb

Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze baş nazir vəzifəsinə namizəd olub.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın parlament çoxluğunun bugünkü görüşündə qərar qəbul olunub.

Qeyd edək ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ötən gün istefa verib.

 

M. Baxtadze 2017-ci ilin noyabrın 13-dən maliyyə naziridir. O, 2013-2017-ci illərdə "Gürcüstan dəmir yolları"SC-nin direktoru olub.

Komitə sədri Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Faxralı kəndinin sakinləri ilə görüşüb.

APA-nın yerli bürosunun məlumatına görə, F. Muradov görüş iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edib.

Komitə sədri deyib ki, görüşün məqsədi Faxralı kəndinin icması ilə tanış olmaq və yerli sakinləri narahat edən problemlərlə tanış olmaqdır.

Görüşdə Faxralı kəndinin ağsaqqalları, ziyalıları və gəncləri iştirak edib. Kəndin ziyalıları görüşdə çıxış edərək kəndin qayğıları və sakinləri narahat edən problemlər barədə danışıblar.

Fuad Muradov Gürcüstan parlamentinin vitse-spikeri ilə görüşüb

 

Fuad Murdov  Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşüb.

APA-nın yerli bürosunun məlumatına görə, görüşdə iki ölkə arasında münasibətlər və parlamentlərarası əlaqələr nəzərdən keçirilib.

Z. Dzidziquri Gürcüstanın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini qeyd edib.

F. Muradov iki ölkə arasındakı qardaşlıq münasibətlərinin çox yüksək səviyyədə inkişaf etdiyini bildirib: "Azərbaycan beynəlxalq müstəvidə Gürcüstanı hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək".

Komitə sədri Gürcüstan azərbaycanlılarının ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini qeyd edib. O, Gürcüstanın müsəlman icması iıə görüşdüyünü qeyd edərək Gürcüstanda din haqqında qanunun qəbuluna böyük ehtiyac olduğunu deyib.

Görüşdə Gürcüstan azərbaycanlılarını narahat edən məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Vitse-spiker: "Gürcüstanın TANAP-ın açılışında yüksək səviyyədə iştirak etməməsi ölkədaxili siyasi vəziyyətlə bağlıdır"

"Gürcüstanın TANAP layihəsinin rəsmi açılış mərasimində yüksək səviyyədə iştirak etməməsi ölkədəki daxili siyasi vəziyyətlə bağlı olub".

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri deyib.

O qeyd edib ki, rəsmi açılış mərasimində Gürcüstan prezidenti və ya baş nazirinin təmsil olunmaması ölkənin Azərbaycan və Türkiyə ilə münasibətlərinə heç bir təsir etməyəcək.

 

 

Tbilisidə Azərbaycanın Milli Qurtuluş günü qeyd olunub

Azərbaycanın Gürcüstandakı səfirliyində Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbir iştirakçıları öncə Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbir Milli Qurtuluş günü haqqında video çarxın nümayiş etdirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən danışıb: "Həmin dövrdə ümummilli lider Heydər Əliyev milli dövlətçilik konsepsiyasını yaratdı və ən qısa müddətdə ölkədə sabitlik bərpa olundu, xaosa son qoyuldu. Azərbaycan dünyəvi və demokratik dövlət kimi inkişaf etməyə başladı".

Səfir H. Əliyevin Azərbaycan-Gürcüstan münasibərlərinin inkişafındakı rolundan da söz açıb.

Tədbirdə Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gürcüstan parlamentinin azərbaycanlı deputatları, gürcü ekspertlər, ziyalılar, azərbaycanlı iş adamları və gənclər iştirak edib. 

Gürcüstan prezidenti: "Baş nazir İvanişvili olmalıdır"

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili baş nazir Giorgi Kvirikaşvilinin istefasına münasibət bildirib.

APA-nın yerli bürosunun məlumatına görə, dövlət başçısı ölkədəki prosesləri maskarad adlandırıb.

G. Marqvelaşvili deyib ki, ictimaiyyət istefanın arxasında hansı arqumentlərin olduğunu bilməlidir: "Maskarad başa çatmalıdır. Avropa ölkələrində hakim partiya sədrləri baş nazir vəzifəsini tutur. Buna müvafiq olaraq hakim partiyanın lideri Bidzina Ivanişvili baş nazir olmalıdır".

Gürcüstanın baş nazirliyinə namizəd bu gün məlum olacaq

Gürcüstanın parlament çoxluğu bu gün baş nazir vəzifəsinə namizədlə bağlı müzakirə aparacaq.

APA-nın yerli bürosunun məlumatına görə, parlament çoxluğunun görüşü bu gün saat 17:00-da hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının baş ofisində keçiriləcək.

Müzakirələrdə hökumət başçısı postuna bir neçə nəfərin namizədliyi nəzərdən keçiriləcək. Namizədlər arasında Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzenin də olduğu bildirilir.

 

Baş nazir vəzifəsinə namizəd məlum olandan sonra həmin namizəd prezident Giorgi Marqvelaşviliyə təqdim olunacaq. Prezident 7 gün ərzində namizədi təsdiq olunması üçün parlamentə təqdim edəcək. Bundan sonra baş nazirliyə namizəd 7 gün ərzində komandasını formalaşdırmalı və hökumətin fəaliyyət proqramını təqdim etməlidir. Daha sonra parlament etimadın göstərilməsi üçün hökumətin tərkibi və proqramla bir həftə ərzində tanış olacaq. Yeni hökumət qanunverici orqanın 150 deputatının yarısından çoxunun dəstəyi ilə təsdiq olunacaq.

Qeyd edək ki, baş nazir Giorgi Kvirikaşvili ötən gün istefa verib. O, istefasının əsas səbəbi kimi hakim partiya rəhbərliyi ilə fikir ayrılıqlarının olduğunu göstərib. Onun istefasından sonra hökumət də tam tərkibdə istefaya göndərilib. 

Gürcüstanın baş naziri istefa verib

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefa verib.

"Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım. Bu gün öz vəzifəmi tərk edirəm", - o, keçirdiyi brifinqdə bildirib. 

Qeyd edək ki, G.Kvirikaşvili etirazlar fonunda vəzifəsindən getməyəcəyini bildirmişdi. 

Fuad Muradov: "Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır"

alt

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gəlib.

İlk öncə Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin büstünü ziyarət ediblər, büstün önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.

Fuad Muradov Gürcüstan katolikosu II İlya ilə görüşüb. Katolikos II İlya Azərbaycan nümayəndə heyətini salamlayıb, iki ölkə arasındakı əlaqələrin inkişafında dövlət başçılarının rolunu xüsusi qeyd edib. O, gürcü xalqının Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısını daim hiss etdiyini vurğulayıb: "Bu gün SOCAR-ın Gürcüstanda həyata keçirdiyi layihələr bizim xalqlarımızın daha da yaxınlaşmasına, rifah halının xidmət edir".

II İlya mədəni əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib.

Fuad Muradov göstərilən qonaqpərvərliyə və Azərbaycan xalqının, Prezident İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ünvanına söylədiyi xoş sözlərə görə minnətdarlıq edib.

O qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr çox yüksək səviyyədədir: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib".

Dövlət Komitəsinin sədri Azərbaycanın və Gürcüstanın birgə heyata keçirdikləri layihələrin regiondavə dünyada sülhə, tərəqqiyə, sabitliyə xidmət etdiyini xüsusi vurğulayıb.

Fuad Muradov Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Hər iki dövlətin ərazi bütövlüyünün pozulmasını təəssüf hissi ilə qeyd edib, Azərbaycanla Gürcüstanın bir-birinin ərazi bütövlüyünü dəstəkləndiyini xüsusi vurğulayıb.

SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Mammədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, yepiskop Şio, yepiskop Qerosimo və başqaları çıxış edib, iki ölkə arasında əlaqələrin inkişaf pespektivləri barədə fikirlərini bölüşüblər.

Daha sonra  Fuad Muradov Gürcüstanın xarici işlər naziri Mixail Canelidze ilə görüşüb.Görüşdə Azərbaycanla Gürcüstan arasında əlaqələr, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri, ikitərəfli, həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə formatı çərçivəsində münasibətlərin inkişaf perspektivləri geniş müzakirə olunub.

Mixail Canelidze iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini xüsusi vurğulayıb. O qeyd edib ki, hər iki dövlət beynəlxalq təşkilatlarda da bir sıra vacib məsələlərlə bağlı eyni mövqedən çıxış edirlər.

Fuad Muradov Azərbaycan dövlətinin, əsasən də Prezident İlham Əliyevin Gürcüstanla münasibətlərə xüsusi önəm verdiyini söyləyib: "İki ölkənin həyata keçirdiyi regional layihələr təkcə xalqlarımızın rifahının yaxşılaşmasıma deyil, bütövlükdə regionun inkişafına, eləcə də Avropanın enerji təhlükəsizliyinə xidmət edir".

Görüşdə iki ölkə arasında əlaqələrin digər sahələr üzrə də inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.

Fuad Muradov Tbilisidəki Cümə Məscidində Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidovla görüşüb.

Görüşdə Gürcüstanda dini etiqad azadlığı, müsəlmanlarla digər dini icmalar arasındakı münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

GMİ-nin sədri Ramin İgidov bildirib ki, Gürcüstanda yaşayan müsəlmanlar dini qurumlar arasında ikincidir. Ölkədə 300-dən artıq məscid var, onların da 180-dən çoxu qeydiyyata alınıb və müsəlmanların mülkiyyətinə verilib. Müsəlman dini icması hər il dövlət büdcəsindən 2 milyon 700 min laridən çox yardım alır. Bu vəsait hesabına son dörd ildə 120-yə yaxın məscid təmir olunub.

“Gürcüstanda dini etiqad azadlığı və ya ayrıca din haqqında qanuna ciddi ehtiyac var. Azərbaycanda din azadlığı ilə əlaqədar qəbul olunmuş qanun bizim üçün də məqbuldur”, - deyə R.İgidov vurğulayıb.

F.Muradov Azərbaycanda din azadlığının, tolerantlığın dünyada nümunə olduğunu vurğulayıb.

Bildirib ki, Azərbaycanın və Gürcüstanın dini qurumları arasında çox yaxşı münasibətlər var. Bu, digər sahələrdə də əlaqələrimizin daha da genişləndirilməsi üçün gözəl zəmin yaradır.

Fuad Muradov Gürcüstana gedəcək

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 12-də Gürcüstana gedəcək.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin sabah Gürcüstana rəsmi səfəri başlayır. Səfər çərçivəsində Dövlət Komitəsinin sədrinin Gürcüstan rəsmiləri və bu ölkədə yaşayan azərbaycanlılarla görüşləri planlaşdırlır. 

Səfər iyunun 17-də başa çatacaq. 

UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərində olub

UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərinə səfər edib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan səfərin məqsədi Gürcüstanda yaşayan azərbaycanlıların ana dilində ali təhsil almasına dəstək vermək, həmvətənlərimizi ali təhsilə yönəltmək və abituriyentləri UNEC barədə məlumatlandırmaqdır.

"Müəssisənin iqtisadiyyatı" kafedrasının müdiri, dosent Əli Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasının Bolnisi və Dmanisi rayonlarının orta məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşüblər. Görüşdə məktəblilərə regionun ən böyük iqtisadyönümlü universiteti olan UNEC barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın 4 dildə təhsil verən yeganə ali təhsil ocağı olan UNEC-ə xarici ölkə vətəndaşlarının qəbulu tamamilə elektronlaşdırılıb. Abituriyentlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda UNEC-də təhsil almaq hüququ qazanırlar.

UNEC-ə qəbul prosesinin sadələşdirildiyi məktəblilərin diqqətini cəlb edib. Onlar UNEC-də tədris olunan ixtisaslarla maraqlanıblar. Dünyanın nüfuzlu universitetləri ilə həyata keçirilən ikili diplom və mübadilə proqramları şagirdlərin marağına səbəb olub. Məktəblilər dörd ildə iki ixtisasa yiyələnmək imkanı tanıyan UDİD proqramını isə tələbələr üçün əvəzsiz fürsət adlandırıblar.

Səfər çərçivəsində həmvətənlərimizə UNEC-in magistr proqramları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, UNEC-in müasir tələblərə cavab verən Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində 11 ixtisas 39 ixtisaslaşma üzrə 4 dildə tədris həyata keçirilir. Mərkəzin tələbələri UNEC-in diplomu ilə y

Görüşlərdə UNEC-in tanıtım videoçarxı nümayiş olunub, suallar cavablandırılıb. Görüşdə iştirak edənlər Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində təhsil imkanları ilə tanışlıqdan sonra UNEC-in tələbəsi olmaq istədiklərini bildiriblər.

 

Saytda Axtarış

Son xəbərlər