Dalga Televiziyasi Fuad Muradov: "Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1362
DünənDünən634
Bu həftəBu həftə7798
Bu ayBu ay52497
Bu günə qədərBu günə qədər7422971

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Fuad Muradov: "Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır"

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gəlib.

İlk öncə Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin büstünü ziyarət ediblər, büstün önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.

Fuad Muradov Gürcüstan katolikosu II İlya ilə görüşüb. Katolikos II İlya Azərbaycan nümayəndə heyətini salamlayıb, iki ölkə arasındakı əlaqələrin inkişafında dövlət başçılarının rolunu xüsusi qeyd edib. O, gürcü xalqının Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısını daim hiss etdiyini vurğulayıb: "Bu gün SOCAR-ın Gürcüstanda həyata keçirdiyi layihələr bizim xalqlarımızın daha da yaxınlaşmasına, rifah halının xidmət edir".

II İlya mədəni əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib.

Fuad Muradov göstərilən qonaqpərvərliyə və Azərbaycan xalqının, Prezident İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ünvanına söylədiyi xoş sözlərə görə minnətdarlıq edib.

O qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr çox yüksək səviyyədədir: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib".

Dövlət Komitəsinin sədri Azərbaycanın və Gürcüstanın birgə heyata keçirdikləri layihələrin regiondavə dünyada sülhə, tərəqqiyə, sabitliyə xidmət etdiyini xüsusi vurğulayıb.

Fuad Muradov Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Hər iki dövlətin ərazi bütövlüyünün pozulmasını təəssüf hissi ilə qeyd edib, Azərbaycanla Gürcüstanın bir-birinin ərazi bütövlüyünü dəstəkləndiyini xüsusi vurğulayıb.

SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Mammədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, yepiskop Şio, yepiskop Qerosimo və başqaları çıxış edib, iki ölkə arasında əlaqələrin inkişaf pespektivləri barədə fikirlərini bölüşüblər.

Daha sonra  Fuad Muradov Gürcüstanın xarici işlər naziri Mixail Canelidze ilə görüşüb.Görüşdə Azərbaycanla Gürcüstan arasında əlaqələr, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri, ikitərəfli, həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə formatı çərçivəsində münasibətlərin inkişaf perspektivləri geniş müzakirə olunub.

Mixail Canelidze iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini xüsusi vurğulayıb. O qeyd edib ki, hər iki dövlət beynəlxalq təşkilatlarda da bir sıra vacib məsələlərlə bağlı eyni mövqedən çıxış edirlər.

Fuad Muradov Azərbaycan dövlətinin, əsasən də Prezident İlham Əliyevin Gürcüstanla münasibətlərə xüsusi önəm verdiyini söyləyib: "İki ölkənin həyata keçirdiyi regional layihələr təkcə xalqlarımızın rifahının yaxşılaşmasıma deyil, bütövlükdə regionun inkişafına, eləcə də Avropanın enerji təhlükəsizliyinə xidmət edir".

Görüşdə iki ölkə arasında əlaqələrin digər sahələr üzrə də inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.

Fuad Muradov Tbilisidəki Cümə Məscidində Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidovla görüşüb.

Görüşdə Gürcüstanda dini etiqad azadlığı, müsəlmanlarla digər dini icmalar arasındakı münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

GMİ-nin sədri Ramin İgidov bildirib ki, Gürcüstanda yaşayan müsəlmanlar dini qurumlar arasında ikincidir. Ölkədə 300-dən artıq məscid var, onların da 180-dən çoxu qeydiyyata alınıb və müsəlmanların mülkiyyətinə verilib. Müsəlman dini icması hər il dövlət büdcəsindən 2 milyon 700 min laridən çox yardım alır. Bu vəsait hesabına son dörd ildə 120-yə yaxın məscid təmir olunub.

“Gürcüstanda dini etiqad azadlığı və ya ayrıca din haqqında qanuna ciddi ehtiyac var. Azərbaycanda din azadlığı ilə əlaqədar qəbul olunmuş qanun bizim üçün də məqbuldur”, - deyə R.İgidov vurğulayıb.

F.Muradov Azərbaycanda din azadlığının, tolerantlığın dünyada nümunə olduğunu vurğulayıb.

Bildirib ki, Azərbaycanın və Gürcüstanın dini qurumları arasında çox yaxşı münasibətlər var. Bu, digər sahələrdə də əlaqələrimizin daha da genişləndirilməsi üçün gözəl zəmin yaradır.

Saytda Axtarış

Son xəbərlər