Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün609
DünənDünən634
Bu həftəBu həftə7045
Bu ayBu ay51744
Bu günə qədərBu günə qədər7422218

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Cəbhədən SON XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Cəvahirli, Sarıcalı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Gürcüstan ABŞ və müttəfiqlərinin Suriyadakı hərbi əməliyyatını dəstəkləyib

Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ABŞ və müttəfiqlərinin Suriyada həyata keçirdiyi hərbi əməliyyata münasibət bildirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir "Twitter"dəki rəsmi səhifəsində raket zərblərini lazımlı və labüd adlandırıb.

"ABŞ, Fransa və Böyük Britaniyanın Suriyadakı raket zərbələri ölkədə dinc vətəndaşlara qarşı kimyəvi hücuma gərəkli cavabdır. Kimyəvi silahın istifadəsi yolverilməzdir və günahkarlar cavab verməlidirlər", - deyə nazirin bəyanatında qeyd olunub.

Gürcüstan baş naziri Azərbaycan prezidentini təbrik edib

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Şadam ki, ölkənizin və bütün region xalqlarının rifahı naminə həyata keçirdiyiniz uğurlu fəaliyyətinizi bundan sonra da davam etdirəcəksiniz. Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər və rəhbər müdrikliyi arzu edirəm. Dövlətlərimiz arasında davamlı və hərtərəfli strateji münasibətlərin təmin olunması Gürcüstan üçün çox əhəmiyyətlidir və mən qəti inanıram ki, biz ölkələrimizi bir-birinə daha da yaxın etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Əminəm ki, Azərbaycan Respublikası vətəndaşlarının Sizə göstərdiyi etimad Zati-alinizi ölkənizin milli birliyini, inkişafını, təhlükəsizliyini və rifahını daha da möhkəmləndirmək üçün səylərinizi davam etdirməyə ruhlandıracaq.

İnanıram ki, əlaqələrimizin və qarşılıqlı maraq doğuran bütün sahələrdə tərəfdaşlığımızın daha da genişləndirilməsi üçün Sizinlə əməkdaşlığımız uğurla davam edəcək. Sizi səmimi qəlbdən bir daha təbrik edir və uğurlarınızın davamlı olmasını arzulayıram".

Gürcüstan prezidenti İlham Əliyevi təbrik edib

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.


APA-nın yerli bürosunun məlumatına görə, G. Marqvelaşvili təbrikində iki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu deyib: "Dostum İlham Əliyevi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edirəm. İnanıram ki, Gürcüstan və Azərbaycan arasında əsrlər boyu mövcud olan dostluq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da davam edəcək".
 

G. Marqvelaşvili İlham Əliyevə Azərbaycan xalqının sülh və rifahı naminə dövlət fəaliyyətində uğurlar arzulayıb. 

Azərbaycan xalqı prezidentini seçir

Azərbaycanda prezident seçkiləri keçirilir.

Dalga tv paytaxtın seçki dairələrindən görüntüləri təqdim edir:

Səsvermə 11 saat, yerli vaxtla saat 19:00-a qədər davam edəcək.

MSK-nın məlumatına əsasən, səsvermədə ümumilikdə 5 milyon 192 min 42 Azərbaycan vətəndaşı iştirak edə bilər.

Onlar 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsində, həmçinin ölkə xaricində diplomatik nümayəndəliklərdə səs verə bilərlər.

Məntəqələrdə seçicilərə səkkiz namizədin adı olduğu bülleten təqdim edilir. Bülletendə bir namizədə səs vermək olar.

 

 

 

Azərbaycan prezidentini seçir

Azərbaycanda keçirilən prezident seçkilərində saat 17:00-dək olan seçici fəallığı açıqlanıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, saat 17:00-a qədər 3 milyon 716 min 135 nəfər səs verib.

O bildirib ki, seçkidə 69.93 faiz seçici iştirak edib.

İlham Əliyev nazirləri topladı

Aprelin 9-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb.

Sonra "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev çıxış ediblər.

Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.

 

Azərbaycanın Gürcüstandakı səfirliyi 9 aprel qurbanlarının xatirəsini yad edib

Bu gün Gürcüstanda 1989-cu il 9 aprel hadisələrinin 29-cu ildönümü qeyd olunur.

APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirliyin əməkdaşları hadisə qurbanlarının xatirəsini yad ediblər. Səfirliyin adından Gürcüstan parlamentinin Tbilisidəki binasının qarşısında yerləşən 9 aprel qurbanlarının xatirəsinə həsr olunmuş memorial abidənin önünə gül dəstələri qoyulub.

Qeyd edək ki, Gürcüstanda aprelin 9-u Müstəqilliyin bərpası günü kimi qeyd olunmaqla yanaşı, azadlıq tələbi ilə keçirilən kütləvi mitinqin qurbanları da yad edilir. Dinc mitinqin sovet qoşunları tərəfindən amansızcasına dağıdılması nəticəsində əksəriyyəti qadın olmaqla, 21 nəfər həlak olub, on minlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənib.

Azərbaycan XİN Gürcüstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanda şaxtada baş vermiş qəza ilə əlaqədar başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib.

"Mindeli şaxtasında baş vermiş qəza ilə əlaqədar ölənlərin ailələrinə, eləcə də, qonşu və dost Gürcüstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayırıq", - XİN-dən bildirilib.

Qeyd edək ki, aprelin 5-də Tkibuli şəhərində Mindeli şaxtası çöküb, nəticədə altı nəfər ölüb, üç nəfər yaralanıb.

Gürcüstan hökuməti şaxtaçıların ölümü ilə əlaqədar ölkədə matəm elan edilməsinə və bütün inzibati binalarda bayraqların aşağı salınmasına qərar verib.

Bakı Bəyannaməsi qəbul olundu

Bakıda keçirilən Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısı çərçivəsində yekun sənəd qəbul edilib.

Konfrans çərçivəsində həmçinin Bakı Bəyannaməsi və Fələstin üzrə Nazirlər Komitəsinin iclasında təsdiq edilmiş Fələstin üzrə yekin bəyannamə qəbul olunub.

İlham Əliyev: "Bu nailiyyətlərə Azərbaycan özü nail olub"

"Yarım əsrdən çoxdur Qoşulmama Hərəkatı humanizm prinsiplərini təşviq edir və fəaliyyətini bütün ölkələrin ərazi bütövlüyü prinsipinə əsaslandırır".

bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransında deyib.

Prezident bildirib ki, Azərbaycan bu hərəkatın yeni üzvüdür: "2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv qəbul olunub. Qoşulmama Hərəkatının üzvləri Azərbaycana BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən dəstək veriblər. Qoşulmama Hərəkatının üzvlərinə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərinə görə təşəkkür edirik. İyirmi ildir ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Dünya qəbul edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik təmizləmə aparılıb. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Dünyanın bir sıra ölkələri bu soyqırımı tanıyıb. Xocalı soyqırımı insanlığa qarşı bir cinayət idi".

Prezident təəssüflə vurğulayıb ki, işğal bu günə qədər davam edir: "Beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Azərbaycan torpaqları işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələri indiyə qədər yerinə yetirilməyib. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların bu sahədə qərarları da yeninə yetirilməyib. Ermənistanın etnik təmizləmə aparmasına baxmayaraq, Ermənistana qarşı hər hansı sanksiya qəbul edilməyib. İşğal olunmuş ərazilərdə hər şey dağıdılıb. ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatı göstərir ki, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu, mədəniyyətimizə qarşı soyqırımdır. Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır, yalnız bundan sonra regiona sülh gələ bilər. Ermənistan monoetnik ölkədir, orada yalnız bir etnik qrup yaşayır. Ermənistandan azərbaycanlılar və digər etnik qruplar qovulub".

"Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə və tanıdığına görə Qoşulmama Hərəkatına minnətdarıq", - Prezident diqqətə çatdırıb.

Dövlət başçısı deyib ki, Azərbaycan öz tarixi ilə fəxr edir: "Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh şəraitində yaşayıb. Azərbaycan həmişə mültikultural ölkə olub. Azərbaycan bundan sonra da bu dəyərləri inkişaf etdirəcək. Azərbaycan dünyada mədəniyyətlərarası dialoqa böyük töhfə verir".

İlham Əliyev həmçinin qeyd edib ki, bu nailiyyətlərə Azərbaycan özü nail olub: "Azərbaycan regional əməkdaşlıqda mühüm rol oynayır. Ölkəmiz qitələrarası əməkdaşlığı gücləndirmək üçün layihələr həyata keçirir. Biz bu layihələri qonşu ölkələrlə birgə reallaşdırırıq. Çünki region ölkələri ilə yaxşı əlaqələr qurmuşuq. Azərbaycan bir çox beynəlxalq tədbirlər təşkil edir. Mədəniyyətlərarası Dialoq Forumunu xüsusi qeyd etmək istəyirəm. Azərbaycan Birinci Avropa Oyunları və İslam Həmrəylik Oyunlarını keçirib. Bu, mədəniyyətlər, dinlər və xalqlar arasında dialoq və əməkdaşlığa xidmət edir. Biz bu cür qlobal tədbirləri təşkil etməyə qadirik. İnanırıq ki, Azərbaycanın növbəti müddətə Qoşulmama Hərəkatına sədrliyinə dəstək verəcəksiniz. Biz birlikdə güclüyük".

Aprel döyüşləri ilə bağlı zəfər yürüşü keçirilib

Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı qələbənin ikinci ildönümü münasibətilə Horadiz şəhərində zəfər yürüşü keçirilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Milli Məclis sədrinin müavini Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Müdafiə Nazirliyinin zabitləri əvvəlcə 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun işğaldan azad etdiyi Lələtəpə yüksəkliyinə gedərək, burada xidmət edən əsgər və zabitlərlə görüşüblər.

Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə qədər davam edən yürüşə minlərlə insan, o cümlədən N hərbi hissəsinin şəxsi heyəti, Lələtəpənin azad olunmasında iştirak etmiş döyüşçülər, şəhid ailələrinin üzvləri, müharibə veteranları qatılıblar. Abidə önünə tər çiçəklər qoyan yürüş iştirakçıları şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

Azərbaycanın dövlət himni oxunub, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs olunub.

Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vurğulayıb ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun yazdığı şanlı tarixdir. Bu döyüşlərdə ordumuz öz gücünü bir daha göstərdi, qələbə çalmaq əzmini sübut etdi.

Milli Məclis sədrinin müavini Bahar Muradova 2016-cı ilin aprel ayında düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Qarabağ müharibəsində dönüş Horadiz istiqamətində başlanıb. İlk dəfə 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzuli istiqamətində 22 yaşayış məntəqəsi işğaldan azad edilib. 2016-cı ilin aprel döyüşləri zamanı isə Azərbaycan ordusu işğal altındakı digər torpaqlarımızın da azad olunacağına inam təlqin edən növbəti qələbə qazandı.

“Lələtəpə müqəddəs zirvədir. Ona görə ki, Azərbaycan torpağıdır. Azərbaycan oğulları bu yüksəkliyi öz qanları bahasına azad ediblər. Bu torpaq uğrunda canından keçən, şəhid olan, fədakarlıq göstərən Azərbaycan oğulları heç zaman unudulmayacaq. Onların Lələtəpədə ucaltdıqları üçrəngli bayrağımız hazırda işğal altında olan bütün yaşayış məntəqələrində dalğalanacaq”, – deyə Bahar Muradova düşmən üzərində qəti qələbəyə inamını ifadə edib.

Hərbi hissənin zabiti Elşad Əbilov deyib ki, Azərbaycan ordusu 2016-cı ilin aprel zəfəri ilə ərazilərin işğalı ilə barışmayacağını bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələri yeni zəfər yürüşünə, işğal altındakı bütün torpaqlarımızı azad etməyə hazırdır və buna qadirdir.

Lələtəpə yüksəkliyi uğrunda döyüşlərdə şəhid olmuş Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov Azərbaycan ordusunda xidmət edən qəhrəman oğullarımızla fəxr etdiyini bildirərək, onlara düşmən üzərində növbəti qələbələr arzulayıb.

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin ifasında təqdim edilən hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər iştirakçılarda nikbin duyğular yaradıb.

Saytda Axtarış

Son xəbərlər