Dalga Televiziyasi İlham Əliyev: "Bu nailiyyətlərə Azərbaycan özü nail olub"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1737
DünənDünən634
Bu həftəBu həftə8173
Bu ayBu ay52872
Bu günə qədərBu günə qədər7423346

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İlham Əliyev: "Bu nailiyyətlərə Azərbaycan özü nail olub"

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Yarım əsrdən çoxdur Qoşulmama Hərəkatı humanizm prinsiplərini təşviq edir və fəaliyyətini bütün ölkələrin ərazi bütövlüyü prinsipinə əsaslandırır".

bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransında deyib.

Prezident bildirib ki, Azərbaycan bu hərəkatın yeni üzvüdür: "2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv qəbul olunub. Qoşulmama Hərəkatının üzvləri Azərbaycana BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən dəstək veriblər. Qoşulmama Hərəkatının üzvlərinə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərinə görə təşəkkür edirik. İyirmi ildir ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Dünya qəbul edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik təmizləmə aparılıb. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Dünyanın bir sıra ölkələri bu soyqırımı tanıyıb. Xocalı soyqırımı insanlığa qarşı bir cinayət idi".

Prezident təəssüflə vurğulayıb ki, işğal bu günə qədər davam edir: "Beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Azərbaycan torpaqları işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələri indiyə qədər yerinə yetirilməyib. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların bu sahədə qərarları da yeninə yetirilməyib. Ermənistanın etnik təmizləmə aparmasına baxmayaraq, Ermənistana qarşı hər hansı sanksiya qəbul edilməyib. İşğal olunmuş ərazilərdə hər şey dağıdılıb. ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatı göstərir ki, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu, mədəniyyətimizə qarşı soyqırımdır. Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır, yalnız bundan sonra regiona sülh gələ bilər. Ermənistan monoetnik ölkədir, orada yalnız bir etnik qrup yaşayır. Ermənistandan azərbaycanlılar və digər etnik qruplar qovulub".

"Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə və tanıdığına görə Qoşulmama Hərəkatına minnətdarıq", - Prezident diqqətə çatdırıb.

Dövlət başçısı deyib ki, Azərbaycan öz tarixi ilə fəxr edir: "Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh şəraitində yaşayıb. Azərbaycan həmişə mültikultural ölkə olub. Azərbaycan bundan sonra da bu dəyərləri inkişaf etdirəcək. Azərbaycan dünyada mədəniyyətlərarası dialoqa böyük töhfə verir".

İlham Əliyev həmçinin qeyd edib ki, bu nailiyyətlərə Azərbaycan özü nail olub: "Azərbaycan regional əməkdaşlıqda mühüm rol oynayır. Ölkəmiz qitələrarası əməkdaşlığı gücləndirmək üçün layihələr həyata keçirir. Biz bu layihələri qonşu ölkələrlə birgə reallaşdırırıq. Çünki region ölkələri ilə yaxşı əlaqələr qurmuşuq. Azərbaycan bir çox beynəlxalq tədbirlər təşkil edir. Mədəniyyətlərarası Dialoq Forumunu xüsusi qeyd etmək istəyirəm. Azərbaycan Birinci Avropa Oyunları və İslam Həmrəylik Oyunlarını keçirib. Bu, mədəniyyətlər, dinlər və xalqlar arasında dialoq və əməkdaşlığa xidmət edir. Biz bu cür qlobal tədbirləri təşkil etməyə qadirik. İnanırıq ki, Azərbaycanın növbəti müddətə Qoşulmama Hərəkatına sədrliyinə dəstək verəcəksiniz. Biz birlikdə güclüyük".

Saytda Axtarış

Son xəbərlər