Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün560
DünənDünən1073
Bu həftəBu həftə2048
Bu ayBu ay50744
Bu günə qədərBu günə qədər7478078

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstanda yeni baş prokuror seçilib

Şalva Tadumadze Gürcüstanın baş prokuroru seçilib.

APA-nın yerli bürosunun məlumatına görə, onun bu vəzifəyə namizədliyi Gürcüstanın Ədliyyə Nazirliyinin prokurorlar şurası tərəfindən dəstəklənib.

Ş. Tadumadze hökumət administrasiyasının rəhbəri olub. Onu baş prokuror vəzifəsinə parlament təsdiq etməlidir.

 

Baş prokuror vəzifəsinə Şalva Şavqulidze və Nino Qoqniaşvili də namizəd olub. Ş. Şavqulidze prokurorlar şurasının gizli səsverməsindən öncə namizədliyini geri götürüb.

Qeyd edək ki, Gürcüstanın sabiq baş prokuroru İrakli Şotadze bu ilin mayın 31-də istefa verib. İstefaya səbəb ötən ilin dekabrında paytaxtda iki yeniyetmənin qətli ilə bağlı Tbilisi şəhər məhkəməsinin qəbul etdiyi qərarın yaratdığı böyük narazılıq olub.

Əfqanıstanda Gürcüstan müdafiə nazirinin baş çəkdiyi hərbi bazaya hücum olub

Əfqanıstanda Gürcüstanın müdafiə naziri Levan İzoriyanın baş çəkdiyi Kunduz hərbi bazası atəşə tutulub.

APA-nın yerli bürosu Gürcüstanın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Kunduz bazasında L. İzoriya gürcü sülhməramlıları ilə görüşüb. 

Bildirilir ki, Gürcüstan müdafiə naziri Almaniya silahlı qüvvələrinin nümayəndələri ilə Kunduzdakı hərbi bazaya baş çəkdikdən sonra baza istiqamətinə iki dəfə atəş açılıb. Mərmilər bazanın yaxınlığına düşüb, xəsarət alan olmayıb.  

 

Fuad Muradov: Erməni lobbisinə ağır zərbələr endirəcəyik

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradoverməni diaspor təşkilatlarına xəbərdarlıq edib.

 F. Muradov deyib ki, erməni lobbisi öz çirkin əməllərindən əl çəkməlidir: 

"Azərbaycan diasporu olaraq yaxın zamanda erməni lobbisinə ağır zərbələr endirəcəyik. Azərbaycan diaspor təşkilatları istənilən vaxt buna hazırdır".

AdRiver Virtual karabakhyuxarı Bu müşavirə bütün qurumlara xəbərdarlıq idi - RƏY

Prezidentin müşavirəsində başını aşağı salıb duran bəzi məmurlar, çox güman ki, dövlət başçısının sərt tənqid və xəbərdarlığından nəticə çıxaracaq. Cənab prezident xalqın həmin məmurlara demək istədiklərinin hamısını onlara ciddi narazılıq və sərt xəbərdaqlıqla söylədi.

O, hər zaman söylədiyi "biz hamımız, məmurlar, millət vəkilləri xalqın xidmətçiləriyik" yanaşmasını bu müşavirədə də ortaya qoydu. 

Bunu açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, görünən budur ki, məsələ təkcə tənqidlə bitməyəcək, ölkənin enerji sistemində yaranan problemin səbəbkarları qanun qarşısında cavab verəcəklər. 

"Cənab prezident bunu çox ciddi məsələ kimi qeyd etdi və irəli sürülən səbəbləri əsaslı hesab etmədiyini açıq şəkildə bildirdi. Çox ciddi mesajlar vardı. Bu müşavirə, əslində, bütün qurumlara bir xəbərdarlıq idi.

Cənab prezidentin insanlarımızın qəza ilə bağlı üzləşdiyi problemlərin qısa zamanda həlli tapşırıqlarını bəzi qurumların tezliklə həll etməsi lazımdır.

Xüsusilə isti yay günlərində bəzi yerlərdə su təhcizatı və elektrik enerjisi ilə bağlı yaranmış problemlər tez bir zamanda öz həllini tapmalıdır", - deyə Q. Paşayeva əlavə edib.

Millət vəkili Eldəniz Səlimov qeyd edib ki, belə bir müşavirənin keçirilməsi gözlənilən və arzuolunan idi.

Millət vəkili bildirib ki, dövlət başçısı çıxışında son iki gündə iki dəfə baş vermiş qəzanın çox ciddi şəkildə araşdırılmasının, günahkar şəxslərin müəyyənləşdirilərək, cəzalandırılmasının vacibliyini vurğulayıb:

"Dövlət başçısı çox haqlı olaraq bildirdi ki, bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu və ona görə də çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir.

Belə məsələlərdə kimsəyə güzəşt ola bilməz. Hər kəs öz hərəkətinin, öz davranışlarının cavabını almalıdır və alacaq. Buna kimsənin şübhəsi olmasın. Çünki Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin iradəsi ortadır. Heç bir güc, heç bir qüvvə bu iradəni sarsıda bilməz və sarsıtmaq iqtidarında deyil!"

İlham Əliyev müşavirə keçirib

İyulun 4-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Gürcüstanda hökumət başçısı istefa verib

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) hökumət başçısı Zurab Pataradze istefa verib.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə o keçirdiyi brifinqdə bildirib. 
 

Z. Pataradze istefası ilə bağlı qərarın hakim komandada qəbul edildiyini deyib. O, hakim "Gürcü arzusu" partiyasında qalacağını qeyd edib. 
 

Hökumət başçısının vəzifəsini tərk etməsi səbəbindən Acarıstan MR-in nazirlər kabineti avtomatik olaraq istefaya göndərilib. 

Qarabağı Azərbaycanın ərazisi sayan rusiyalı deputata hücumlar başlayıb

alt

İşğal olunmuş Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab edən Rusiya Dövlət Dumasının deputatına hücumlar başlayıb

APA-nın Moskva müxbirinin xəbərinə görə, "Rossiya 1" telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" siyasi tok-şousunda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov bir müddət öncə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırıb. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə müraciət edən S. Baqdasarov D. Savelyevi partiyadan qovmağa çağırıb: "Necə olur ki, sizin deputat münaqişə bölgəsinə gedir, ağzına gələni danışır. Məhv edin onu, qovun onu. O, satqındır. Rusiya Federasiyasının düşmənidir. Heç olmasa, bu deputatın məsələsini həll edin. Mən ümid edirəm ki, Vladimir Volfoviç bu məsələni həll edəcək".
 

V. Jirinovski isə cavabında S. Baqdasaryanın dedikləri ilə razı olduğunu söyləyib. 
 

Verilişin müəllifi və aparıcısı, Ermənistanın fəxri vətəndaşı Vladimir Solovyov erməni ekspertə dəstək nümayiş etdirib. O, başını bulayaraq bunları deyib: “Deputat Savelyev Ermənistanın deyil, Azərbaycanın Rusiyanın müttəfiqi olduğunu bəyan edib. Qarabağ və dağlıq ərazilərin Azərbaycana verilməsini tələb edib və bunun yeganə düzgün qərar olduğunu söyləyib”.

Qeyd edək ki, iyulun 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransda  çıxış edən Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitri Savelyev Dağlıq Qarabağ və ətraf 7 rayonun qeyd-şərtsiz, mütləq şəkildə Azərbaycana qaytarılmalı olduğunu vurğulayıb. Cocuq Mərcanlıda işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, inkişaf işlərini təqdir edən rusiyalı deputat qeyd edib ki, Ermənistanda baş verən hadisələr nəzərə alınsa, Azərbaycanın Rusiya üçün dəyəri ikiqat artır: “Azərbaycan nadir ölkələrdən biridir ki, burada rus dili inkişaf edir. Azərbaycan Rusiyanı Avropa Şurasında dəstəkləyir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda etibarlı müttəfiqidir. Baxmayaraq ki, biz Azərbaycana külli miqdarda silah satmışıq, amma bu, heç vaxt Rusiyanın öz əleyhinə yönələ bilməz. Ümid edirəm ki, Ermənistan müdrik olacaq və Qarabağ münaqişəsi öz həllini tapacaq”.

alt

https://youtu.be/u8QM57rndE0

 

PA: Hökumət ölkənin və əhalinin təhlükəsizliyini təmin etmək iqtidarındadır

Azərbaycan Respublikası Prezident Administrasiyası (PA) ölkədə yaranmış vəziyyətlə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

"2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza nəticəsində respublika ərazisinin böyük hissəsi, o cümlədən Abşeron yarımadası və Bakı şəhərinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dərhal məsələni nəzarətə götürüb, qəzanın nəticələrinin qısa zamanda aradan  qaldırılması ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq tapşırıqlar verib, məsələ ilə əlaqədar Xüsusi Dövlət Komissiyası yaradıb. 

Mövcud şəraitə uyğun olaraq, qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin neqativ təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr – təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, hərbi, əhalinin təminatı və s. ciddi nəzarətə götürülüb və onların idarə olunması işi təşkil edilib".

Qeyd olunur ki, həyata keçirilmiş ciddi tədbirlər nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı alınıb, ən əsası, insan tələfatına yol verilməyib:

“Hal-hazırda dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi istiqamətində zəruri tədbirlər görür, işlərin gedişi barədə əhaliyə müntəzəm məlumat verilir”.

Açıqlamada təəssüflə bildirilir ki, əhali Mingəçevir İES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı qayğıları yaşadığı bir zamanda Gəncə şəhərində cinayət hadisəsi baş verib:  

"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Məsələ barədə dərhal Azərbaycan prezidentinə məlumat verilib və müvafiq tapşırıqlar alınıb, cinayəti törədən şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib. Göründüyü kimi, Azərbaycan hökuməti bütün vəziyyətlərdə, o cümlədən fövqəladə hallar zamanı ölkənin və əhalinin təhlükəsizliyini, habelə cəmiyyətin normal həyat ritmini təmin etmək iqtidarındadır. Baş vermiş hadisə zamanı görülən işlər bunu əminliklə deməyə  tam əsas verir.

Qeyd edilməlidir ki, kütləvi informasiya vasitələri Mingəçevir İES-də qəzanın baş vermə səbəbləri, onun aradan qaldırılması ilə bağlı dövlət orqanlarının gördüyü işlər barədə cəmiyyəti operativ və obyektiv şəkildə məlumatlandırıb, olduqca təmkinli və məsuliyyətli davranaraq, əhali  arasında ajiotaj yaranmaması üçün üzərələrinə düşən vəzifələri icra ediblər.

Əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevir İES-də baş vermiş qəzadan və Gəncə şəhərində vəzifəli şəxsə qarşı həyata keçirilmiş silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışıb, dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaş yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirmişlər”.

Həmçinin, qeyd edilir ki, özlərini müstəqil sayan bir sıra xəbər saytları da bu eyforik əhval-ruhiyyəyə qoşularaq, dəqiqləşdirilməmiş şayiələri baş vermiş hadisə kimi təqdim edib və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstəriblər:

"Mingəçevir İES-də baş vermiş qəzanın, o cümlədən bu hadisənin müxtəlif sahələrdə yaratdığı problemlərin aradan qaldırılması üçün dövlət orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilib və qısa müddətdə respublika həyatının bütün sahələrində normal iş fəaliyyəti bərpa olunub.

Görülən işlər barədə müntəzəm qaydada əhaliyə məlumat verilib və qarşıdan gələn dövrdə bu fəaliyyət davam etdiriləcək".

Ərdoğan Bakıya səfərə hazırlaşır

Türkiyədə keçirilən prezident seçkilərində növbəti dəfə qalib gələn Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edə bilər.

Ərdoğan iyulun 10-da Şimali Kiprə, oradan da Bakıya səfər edəcək.

Qeyd edək ki, Ərdoğan seçkilərdən əvvəl də, qalib gələcəyi təqdirdə ilk səfərini Azərbaycana edəcəyini açıqlamışdı. Bu səbəbdən də türk mətbuatının xəbərinə əsasən, türk prezident Şimali Kiprdən Bakıya uçacaq.

 

Qeyd edək ki, Ərdoğanın andiçmə mərasimi 8 iyul tarixində keçiriləcək.

ABŞ-dan Azərbaycanın layihəsinə dəstək

ABŞ dövlət departamentinin nümayəndəs Hizer Noyert yeni açıqlama verib.

Açıqlamaya əsasən ABŞ hökuməti Azərbaycandan Avropaya qaz nəqlini nəzərdə tutan "Cənub qaz dəhlizi" layihəsini dəstəkləyir.

Layihə 2020-ci ildən Avropanı Azərbaycan qazı ilə, Rumınya və Xorvatiyanı yanacaqla təmin edəcək.

Tbilisidə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi qeyd olunub

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbir Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik-leytenant Fuad İbrahimov Azərbaycan ordusunun yaranma tarixindən danışıb. "Son 27 il ərzində Azərbaycan ordusu güclənib, bölgədə və dünyada təhlükəsizliyin təmin olunmasında iştirak edir. Azərbaycan terrorizmə qarşı mübarizədə etibarlı tərəfdaşdır".

 

Azərbayacan ərazilərinin 20 faizinin işğal olunduğunu xatırladan hərbi attaşe Ermənistanın təxribatlardan əl çəkmədiyini və BMT-nin Dağlıq Qarabağmünaqişəsi ilə bağlı qətnamələrini yerinə yetirmədiyini diqqətə çatdırıb: "2016-cı ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etməyə hazır və qadirdir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır".

F. İbrahimov hərbi sahədə Azərbaycan və Gürcüstan arasındakı uğurlu əməkdaşlıqdan da bəhs edib.

Sonra çıxış edən Gürcüstanın müdafiə naziri Levan İzoriya Azərbaycan ordusunun 100 illiyi  münasibətilə Azərbaycan xalqı və rəhbərliyini təbrik edib. Nazir iki ölkə arasında hərbi əməkdaşlıq sahəsindəki münasibətlərin ilbəil daha da inkişaf etdiyini vurğulayıb.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimir Çaçibaya, müdafiə nazirinin müavini Lela Çikovani, Gürcüstan hökumət və parlamentinin üzvləri, SOCAR rəhbəriyi, diplomatik korpusun nümayəndələri iştirak edib.

Mərasimə Qarabağ şəhidləri ailələrinin üzvləri və qaziləri də qatılıb.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Gürcüstanda üç nazirlik ləğv olunub

Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətin yeni strukturunu təqdim edib.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstan hökumətində 10 nazirlik və 1 dövlət naziri aparatı olacaq. 


Yeni struktura əsasən Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi Təhsil və Elm Nazirliyinə, Cəzaların İcrası və Probasiya Nazirliyi Ədliyyə Nazirliyinə birləşdirilir. Qaçqınların İşi və Yerləşdirilməsi üzrə Nazirlik ləğv olunaraq səlahiyyətləri 3 dövlət qurumu arasında bölüşdürüləcək.  Dini Məsələlər üzrə Dövlət Agentliyi isə Barış və Vətəndaş Bərabərliyi üzrə dövlət nazirinin aparatına birləşdiriləcək. 
 

Qeyd edək ki, M. Baxtadzenin başçılıq etdiyi və 14 nazirlikdən ibarət müvəqqəti hökumət iyunun 20-dən fəaliyyət göstərir. Hökumətin yeni strukturu bu yaxınlarda etimad göstərilməsi üçün parlamentə təqdim olunacaq. 

Saytda Axtarış

Son xəbərlər