Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2
DünənDünən957
Bu həftəBu həftə9203
Bu ayBu ay46941
Bu günə qədərBu günə qədər7474275

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

GÜRCÜSTAN QARIŞIB: BAŞ NAZİRƏ ÇIXIŞ ETMƏYƏ İMKAN VERİLMƏDİ

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Tbilisidə kütləvi aksiyanın keçirildiyi parlamentin qarşısına gəlib. APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, o, aksiya iştirakçılarına müraciət edib.

"lk növbədə bəyan edirəm ki, bu ölkənin sıravi vətəndaşı kimi mənim üçün vəzifə qara qəpiyə dəyməz. Mənim üçün prosesin hüquqi çərçivədə inkişaf etdirilməsi vacibdir. Buna görə də səhər tezdən iş üzrə istintaq Daxili İşlər Nazirliyinə qaytarılacaq", - deyə baş nazir bildirib.
 
Aksiya iştirakçıları baş nazirə müraciətini bitirməyə imkan verməyərək, onun ünvanına "Get!" şüarı səsləndiriblər.
 
G. Kvirikaşvilinin mühafizəsi onu aksiya keçirilən ərazidən uzaqlaşdırıb.
 
 
Qeyd edək ki, Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya keçirilir.
 
Aksiya iştirakçıları ötən ilin dekabrında Tbilisidə qətlə yetirilən iki məktəblinin qatillərinin cəzalandırılmasını tələb edirlər.
 
"Məni qətlə yetirmə" şüarlı aksiya öncə Baş prokurorluğun qarşısında Tbilisi şəhər məhkəməsinin yeniyetmələrin qətli ilə bağlı iş üzrə qərarından sonra keçirilib. Baş prokuror İrakli Şotadzenin istefasından sonra aksiya iştirakçıları parlamentin binası qarşısına doğru yürüş ediblər.
 
 
Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı ölümcül bıçaq yaraları alıblar. Polis insidentdə şübhəli bilinən 2 yeniyetməni saxlayıb. Tbilisi şəhər məhkəməsi ötən gün təqsirləndirilən şəxsləri qismən təqsirli hesab edib.

Tbilisidə etiraz aksiyası davam edir

Tbilisidə parlamentin binası qarşısında saat 17:00-dan başlamış aksiya davam edir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yağışın başlaması səbəbindən parlament binası qarşısında olan çadırlar Rustaveli prospektinə daşınıb.

Aksiya iştirakçıları yağışdan qorunmaq üçün çadırlara toplaşıblar.

Zaza Saralidze jurnalistlərə açıqlamasında deyib ki, oğlunun qətlində günahı olanların hamısı müəyyən olunmayana qədər  Rustaveli prospektindəki çadırdan çıxmayacaq.

Düşmən təxribatı davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 85 dəfə pozub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Quşçu Ayrım, Məzəm kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

 

İşğal altında olan Ağdam rayonunun Abdinli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Kvirikaşvili: “Yeniyetmələrin qətli ilə bağlı məhkəmə qərarı çoxlu suallar doğurub”

"Birinci instansiya məhkəməsinin Xorava küçəsində baş vermiş faciə ilə bağlı qərarı bizim də aramızda çoxlu suallar doğurub".

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. O bildirib ki, iki gəncin itirilməsi ilə nəticələnmiş faciə cəmiyyətdə ciddi narahatlıq yaradıb. Baş nazir Tbilisinin Xorava küçəsində iki yeniyetmənin qətlini hökumət üçün ciddi çağırış adlandırıb: "Bizim üçün əsas dəyər insandır. Biz iki gənc insanı itimişik".


G. Kvirikaşvili qeyd edib ki, Daxili İşlır Nazirliyicinayətin bilərəkdən gizlədilməsi, həmçinin şahidlərə mümkün təzyiqin göstərilməsi istiqamətində təhqiqatı bərpa edib. 


Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin 16 yaşlı iki şagirdi Xorava küçəsində mübahisə zamanı qətlə yetirilib. Tbilisi şəhər məhkəməsinin iş ilə bağlı qərarı yeniyetmələrin doğmaları ilə yanaşı cəmiyyətdə də kəskin narazılıq və etiraza səbəb olub. 

 

Gürcüstan Suriya ilə diplomatik əlaqələrin dayandırılmasına dair BMT-yə nota göndərib

Rəsmi Tbilisi Suriyanın BMT və Misirdəki nümayəndəliklərinə bu ölkə ilə diplomatik əlaqələrin dayandırılmasına dair nota göndərib.

APA-nın məlumatına görə, bu barədə Gürcüstan XİN-in yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, bu addım Gürcüstan hökumətinin mayın 31-də əlaqələri dayandırmaq barədə qərarları ilə bağlı atılıb.

 

Gürcüstanın BMT yanında daimi nümayəndəliyi də artıq bu barədə BMT baş katibini məlumatlandırıb.

Qeyd edək ki, mayın axırlarında Suriya hökuməti Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdığına dair bəyanat yayıb.

Suriya separatçı qurumlarla diplomatik əlaqələr quracağını, qarşılıqlı nümayəndəliklər açılacağını bildirib.

Ekspert: “Türkiyə, Azərbaycan və Gürcüstan əməkdaşlığı üçün yeni ideyalar irəli sürülməlidir”

"Türkiyə, Azərbaycan və Gürcüstan əməkdaşlığının formatı üçün yeni strateji ideyalar irəli sürülməlidir".


APA-nın yerli bürosunun məlumatına görə, bunu beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert Oqtay Tanrısevər Tbilisidə keçirilən "Azərbaycan-Türkiyə-Gürcüstan: üçtərəfli əməkdaşlığın qlobal və regional determinantları" konfransında deyib.


Ekspertin fikrincə, üç ölkə arasında müxtəlif sahələr üzrə funksional əməkdaşlığın inkişafı üçün böyük potensial var: "Türkiyə, Azərbaycan və Gürcüstan investorları bu üç ölkəyə yatırdıqları investisiyaları artırmaqla iqtisadi dinamizm yarada bilərlər. Bu dinamizm digər ölkələrin investorlarını da bu üç ölkəyə cəlb edə bilər".

Prezident müşaviri: “Gürcüstan-Azərbaycan-Türkiyə tərəfdaşlığı Şərq və Qərb arsında oksigen dəhlizidir”

"Gürcüstan, Azərbaycan və Türkiyə arasında münasibətlər tərəfdaşlıqdan daha böyükdür".

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Tengiz Pxaladze Tbilisidə keçirilən "Azərbaycan-Türkiyə-Gürcüstan: üçtərəfli əməkdaşlığın qlobal və regional determinantları” konfransında deyib. O bildirib ki, üç ölkə arasında əməkdaşlıq yalnız tranzit dəhlizi, karbohidrogenlərlə bağlı deyil: “Üç ölkə arasında tərəfdaşlıq Şərq və Qərb arasında oksigen dəhlizidir. Gürcüstan, Türkiyə və Azərbaycan Şərq və Qərb arasında alternativ əməkdaşlıq yolları təklif edir".


Müşavir qeyd edib ki, üç ölkə arasında tərəfdaşlıq həyati önəm daşıyır və xalqların gələcəyinə xidmət edir. "Azərbaycanın və Türkiyənin inkişafı Gürcüstanın inkişafı deməkdir".

“Azərbaycan-Türkiyə-Gürcüstan: üçtərəfli əməkdaşlığın qlobal və regional determinantları” konfransı keçirilir

"Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq dinamik inkişaf edir".
 
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Azərbaycan Respublikasının prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Tbilisidə keçirilən "Azərbaycan-Türkiyə-Gürcüstan: üçtərəfli əməkdaşlığın qlobal və regional determinantları" konfransında deyib. O bildirib ki, ötən il hər üç ölkənin əməkdaşlığı sahəsində əlamətdar hadisələrlə yaddaqalan olub: "Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışı, hər üç ölkənin xarici işlər nazirinin görüşü keçirildi. Bütün bunlar göstərir ki, regional inteqrasiya pozitiv dinamika ilə inkişaf edir".
 
F. Məmmədovun sözlərinə görə, üç ölkənin strateji məqsədi ərazi bütövlüyünün bərpa olunmasıdır: “Böyük qüvvələrin ikili standartları fonunda Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməsi çox önəmlidir”. 
 
Konfransda çıxış edən Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun Prezidenti Yekaterina Metreveli deyib ki, üç ölkə arasında münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir: "Münasibətlərin səviyyəsi birgə maraqlara əsaslanıb. Üç ölkənin iştirakı ilə həyata keçirilən iqtisadi layihələr bütün dünyaya böyük imkanlar yaradır".
 
Ekspert qeyd edib ki, Gürcüstan Azərbaycanın dəstəyini yüksək qiymətləndirir: "Suriyanın Abxaziya və Cənubi Osetiyanı tanımasından sonra  Azərbaycan bir daha  Gürcüstanın ərazi bütövlüyün dəstəklədiyini bildirdi".
 

Y. Metrevelinin fikrincə, üç ölkə müasir dünyada mövcud təhdidlərin minimallaşdırılması üçün birgə səyləri daha da gücləndirməlidir.

Cəbhədə silahlar susmur

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 82 dəfə pozub.

Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Seyidli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Kvirikaşvili: “Gürcüstanda qeyri-sabitliyin yaradılmasına imkan verilməyəcək”

"Gürcüstanda qeyri-sabitliyin yaradılması üçün heç kəsə əsas verilməyəcək".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili söyləyib.

Gürcüstanın baş naziri bildirib ki, ölkədə sabitlik təmin olunacaq: "Ədalətsizlik hissi olan insanlara gəlincə, bu, bizim üçün ciddi çağırışdır. Bütün suallara müvafiq formatda mütləq cavab veriləcək. Ölkədə sabitliyi pozmağa çalışan və tamamilə qanunsuz siyasi tələblər irəli sürən radikal qruplara qeyri-sabitliyin yaradılmasına əsas verilməyəcək".

 

Qeyd edək ki, Tbilisidə son günlər məhkəmə-hüquq sisteminə qarşı keçirilən davamlı etiraz aksiyasına bəzi müxalif siyasi partiyalar da dəstək verib. Partiyalar fəaliyyət planının hazırlanması məqsədilə məsləhətləşmələr aparır.

Gürcüstan prezidenti kütləvi aksiyanın təşkilatçısı ilə görüşüb

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Tbilisidə dünən kütləvi aksiyanın keçirildiyi parlament binasının qarşısına gəlib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, dövlət başçısı ötən il qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze ilə parlamentin qarşısında qurulmuş çadırda görüşüb.


Dünən aksiya keçirilən zaman Z. Saralidze G. Marqvelaşvilini aksiyaya qoşulmağa çağırmışdı.
 

Parlament qarşısında etiraz aksiyası bu gün saat 16:00-da bərpa olunacaq. Aksiyaya digər şəhər və bölgələrdən də iştirakçıların qatılacağı gözlənilir.

Gürcüstanın baş naziri istefa verməyəcəyini bildirib

alt

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefa verməyəcəyini bildirib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə baş nazir keçirdiyi xüsusi brifinqdə deyib.

Baş nazir qeyd edib ki, onun istefası üçün vəziyyət yetişməyib.

 

G. Kvirikaşvili bildirib ki, səhər tezdən yeniyetmələrin qətli ilə bağlı istintaq Baş prokurorluqdan Daxili İşlər Nazirliyinə qaytarılacaq: "İstintaqa daxili işlər naziri Giorgi Qaxariya rəhbərlik edəcək".

Tbilisidə parlament binası qarşısında kütləvi aksiya davam edir.

Qeyd edək ki, Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya keçirilir.

Aksiya iştirakçıları ötən ilin dekabrında Tbilisidə qətlə yetirilən iki məktəblinin qatillərinin cəzalandırılmasını tələb edirlər.

"Məni qətlə yetirmə" şüarlı aksiya öncə Baş prokurorluğun qarşısında Tbilisi şəhər məhkəməsinin yeniyetmələrin qətli ilə bağlı iş üzrə qərarından sonra keçirilib. Baş prokuror İrakli Şotadzenin istefasından sonra aksiya iştirakçıları parlamentin binası qarşısına doğru yürüş ediblər.

Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı ölümcül bıçaq yaraları alıblar. Polis insidentdə şübhəli bilinən 2 yeniyetməni saxlayıb. Tbilisi şəhər məhkəməsi ötən gün təqsirləndirilən şəxsləri qismən təqsirli hesab edib.

 

Saytda Axtarış

Son xəbərlər