Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün662
DünənDünən1299
Bu həftəBu həftə8906
Bu ayBu ay46644
Bu günə qədərBu günə qədər7473978

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Bakının baş meydanında hərbi parad keçirilib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxıblar.

Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda nitq söyləyib.

Bunun ardınca şəxsi heyətin keçidi olub.

Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti tribuna önündən keçib.

Daha sonra hərbi texnika və uçuş vasitələri nümayiş etdirilib.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.

Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 100 il keçir

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

APA-nın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.

Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bu gün Bakının "Azadlıq" meydanında hərbi parad keçiriləcək.

https://youtu.be/gaxil34W6uU

Gürcüstan hökumətinin yeni strukturu sabah məlum olacaq

"Gürcüstanın yeni hökumətinin strukturu sabah təqdim olunacaq".

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib. O bildirib ki, hökumətin yeni tərkibində nazirliklərin sayı 11-dən çox olmayacaq: "Bu, effektiv fəaliyyət üçün ən optimal saydır".


M. Baxtadze qeyd edib ki, sabah hökumətin iclası keçiriləcək və yeni struktur ətraflı nəzərdən keçiriləcək. 


Qeyd edək ki, M. Baxtadzenin başçılıq etdiyi yeni hökumətə parlament iyunun 20-də etimad göstərib. 

Azərbaycanın yeni hərbi helikopterləri Ermənistanı təşvişə saldı — ABŞ-a TƏCİLİ MƏKTUB

Ermənistan Azərbaycan ordusunun Amerika istehsalı olan yeni Bell-412 hərbi helikopterlərindən təşvişə düşüb.

Təşviş dolu məktubla ölkə parlamentinin vitse-spikeri Arpin Hovanisyan ABŞ konqresinin Ermənistan-Amerika Dostluq Qrupunun üzvü Tulsi Harbarda müraciət edib. O,  Azərbaycanda hərbi parad zamanı sözügedən helikopterlərin nümayiş etdiriləcəyi barədə xəbərlərdən narahat olduğunu dilə gətirib:

"Bu məlumatlar bir çox problem və narahatlıqlar yaratmaqdadır. Narahatlığım xüsusilə Azərbaycanın bu helikopterləri haradan aldığı, bunların Azərbaycanın öhdəsinə necə verildiyinə dairdir".

 

Hovanisyan qrup rəhbərlərinin bu durumu izləmələrini və məsələ ilə bağlı məlumat vermələrini xahiş edib.

Sərhəddə atışma: Əsgər yaralanıb

Dövlət Sərhəd Xidməti (DSX) Cəlilabad rayonu ərazisində İranla sərhəddə baş vermiş insident barədə məlumat yayıb.

DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, bu gün DSX Sərhəd Qoşunlarının sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.

Baş vermiş hadisə zamanı sərhəd naryadının başçısı, Balakən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Kurupov Ramazan Məmməd oğlu güllə yaraları alıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar.

 

Hadisədən dərhal sonra DSX rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə əsgər Kurupov Ramazan Məmməd oğlu xidməti vəzifələrinin icrasında göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Hadisə ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir.

Fakt üzrə Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb.

Gürcüstanın yeni baş nazir və hökuməti təsdiq olunub

Gürcüstan parlamenti bugünkü növbədənkənar iclasında yeni baş nazir Mamuka Baxtadze və hökumətə etimad göstərib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, əvvəlki hökumətdən fərqli olaraq yeni hökumətdə iqtisadiyyat və davamlı inkişaf, xarici işlər və maliyyə naziri dəyişib.

Qonşu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Giorgi Çerkezişvili, xarici işlər naziri vəzifəsinə David Zalkaliani, maliyyə naziri vəzifəsinə isə Nikoloz Qaqua təsdiq olunub.

 

Parlamentin etimad göstərdiyi hökumət müvəqqəti hökumət hesab olunur. Belə ki, ölkə qanunvericiliyinə ediləcək müvafiq düzəlişlərdən sonra nazirliklərin sayı 14-dən 11-dək azaldılacaq.

Baş nazir M. Baxtadze bir neçə həftə ərzində yenilənmiş hökumətin tərkibini təqdim edəcək və parlament bir daha hökumətə etimad göstərməli olacaq. Ölkədə bir neçə nazirliklərin birləşdiriləcəyi gözlənilir. M. Baxtadze yeni hökumətdə bir neçə yeni simanın olacağını bildirib.

Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri Giorgi Kvirikaşvili iyunun 13-də istefa verib. İyunun 14-də parlament çoxluğu maliyyə naziri M. Baxtadzenin baş nazir vəzifəsinə namizədliyini irəli sürüb

https://youtu.be/0xA99S1QsYo

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.

Dalga tv Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbər verir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli  rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Gürcüstandan Azərbaycana avtomobil idxalı 5 dəfə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 2 786 ədəd avtomobil idxal edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, idxal olunmuş avtomobillərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 5 dəfə çoxdur.

Hesabat dövründə qonşu ölkədən idxal olunmuş avtomobillərin ümumi dəyəri 54 mln. 099 min dollar təşkil edib. İdxal olunmuş avtomobillərin dəyəri ötən illə müqayisədə 3,7 dəfə çox olub.

 

Ötən ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 dollar dəyərində 556 ədəd avtomobil idxal olunub.

Gürcüstanda xarici işlər naziri dəyişib

Gürcüstan hökumətinin yeni tərkibi rəsmi olaraq parlamentə təqdim olunub.

APA-nın yerli bürosunun məlumatına görə, qanunverici orqana təqdim olunmuş siyahıya əsasən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf, xarici işlər və maliyyə naziri dəyişib.

İqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Çerkezişvili, xarici işlər naziri David Zalkaliani, maliyyə naziri isə Nikoloz Qaqua olacaq. Hər üç namizəd hazırda nazir müavinləridir.

Parlament bu həftə ərzində 14 nazirlikdən ibarət yeni hökumətə etimad göstərməlidir. Qanunvericiliyə müvafiq dəyişiklikdən sonra nazirliklərin sayı 11-dək azaldılacaq və parlament 2-3 həftədən sonra hökumətə yenidən etimad göstərməli olacaq.

Qeyd edək ki, bundan əvvəl iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze, maliyyə naziri isə Mamuka Baxtadze olub. M. Baxtadze iyunun 14-də parlament çoxluğu tərəfindən baş nazirliyə namizəd irəli sürülüb.

Gürcüstanda nazirliklərin sayı azaldılır

"Gürcüstanda nazirliklərin sayı 14-dən 11-dək azaldılacaq".

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş nazirliyinə namizəd Mamuka Baxtadze bildirib.

M. Baxtadze deyib ki, dəyişikliklər hökumət daxilində struktur dəyişiklikləri çərçivəsində həyata keçiriləcək: "Bu islahat dərhal yerinə yetirilməlidir. Yeni Nazirər Kabinetində bir neçə yeni sima olacaq".

Türkiyənin Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə bağlı səsvermə keçirilir

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçkilərində səs verməyə başlayıblar.

APA-nın xəbərinə görə, səsvermə yerli vaxtla səhər saat 09:00-da başlayıb və axşam 21:00-da başa çatacaq.

Səsvermədə iştirak edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib ki, bu gün Bakı üzrə 5209 nəfər, Gəncədə 207 nəfər, Naxçıvanda isə 330 nəfər Türkiyə vətəndaşı səs verir. Səsvermə prosesi ilə bağlı Türkiyə səfirliyində 5 seçki qutusu qoyulub: "Bu gün ikiqat bayramdır. Həm Ramazanın son günüdür, həm də səsvermə  keçirilir. Bu gün demokratiyanın, millətin öz iradəsinə sahib çıxdığını, azad seçim etdiyini göstərən bir gündür. Bu gün 60 ölkədəki 123 Türkiyə təmsilçiliyində səsvermə keçirilir".

E. Özoral qeyd edib ki, xarici ölkələrdə səsvermə prosesi seçkilərdən bir həftə əvvəl başlayır: "Seçici sayı daha yüksək olan ölkələrdə proses 15 gün davam edir. Məsələn, Almaniyada Türkiyə vətəndaşı çox olduğundan səsvermə prosesi iki həftə əvvəl başlayıb. Xarici ölkələrdə  bu səsvermə prosesi  19-na qədər davam edəcək. Bu gün də burada səsvermə üçün lazımlı tədbirlər görülüb. İndiyə qədər səsvermə çox rahat keçirilir.  Ümid edirəm ki, yekun nəticə vətənə, millətə xeyirli olacaq".

Qeyd edək ki, Türkiyədə prezident  seçkiləri iyunun 24-də keçiriləcək.

Cəbhədə gərgin gecə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 83 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Saytda Axtarış

Son xəbərlər