Dalga Televiziyasi Əflatun Amaşov: "Ölkəyə gətirilən çap məhsulları və qəzet kağızı vergidən azad edilməlidir"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün482
DünənDünən1595
Bu həftəBu həftə6284
Bu ayBu ay50983
Bu günə qədərBu günə qədər7421457

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Əflatun Amaşov: "Ölkəyə gətirilən çap məhsulları və qəzet kağızı vergidən azad edilməlidir"

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Ölkəyə gətirilən hazır çap məhsulları, qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsi dövlət büdcəsinə böyük əksiklik gətirməyəcək".

bunu Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Parlamentdə hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.

Ə.Amaşov bildirib ki, bu sahəyə tətbiq edilən vergi maliyyə baxımdan çox cüzi olan bir rəqəm olsa da, mənəvi baxımdan böyük məsələdir:

"Ölkəyə gətirilən hazır çap məhsulları qoyulan vergi dövlət büdcəsinə yarım milyona qədər vəsait gətirir. Bu rəqəm medianın iqtisadi durumuna əhəmiyyətli dərəcədə təsir edir. Medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya nəzərə alınmalıdır. Media tək ictimai deyil, strateji missiya da yerinə yetirir. Əgər bu məhsulları əlavə dəyər vergisindən azad etsək, ölkəyə çoxlu kitab, jurnal gətiriləcək. İnsanlar maariflənəcək, bunun nəyi pisdir?"

Ə.Amaşov qeyd edib ki, Vergi Məcəlləsinin  164.1.7-ci maddəsi bu məsələdə hüquqi bazanın da mövcud olduğunu göstərir.

Saytda Axtarış

Son xəbərlər