Dalga Televiziyasi Gürcü nazir: “Etnik azlıqların nümayəndələri siyasət də daxil olmaqla, müxtəlif sahələrə cəlb olunmalıdır”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1361
DünənDünən634
Bu həftəBu həftə7797
Bu ayBu ay52496
Bu günə qədərBu günə qədər7422970

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcü nazir: “Etnik azlıqların nümayəndələri siyasət də daxil olmaqla, müxtəlif sahələrə cəlb olunmalıdır”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Gürcüstanda milli azlıqların kompakt yaşadığı bölgələrdə dövlət dilinin öyrənilməsi səviyyəsinin artırılması əsas vəzifə olaraq qalır".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili milli azlıqlarla bağlı fəaliyyət planının təqdimat mərasimində deyib. 
 

O bildirib ki, milli azlıqlar arasında gürcü dilinin tədrisi səviyyəsinin artırılması istiqamətində gələcək illərdə bir sıra maraqlı layihələrin həyata keçiriləcəyi gözlənilir. 
 

K. Tsixelaşvili etnik azlıqların nümayəndələrinin siyasət də daxil olmaqla, müxtəlif sahələrə cəlb olunmasının əhəmiyyətini vurğulayıb: "2017-ci il bu sahədə yeniliklə yadda qaldı. Etnik azlıqlardan olan və "1+4" proqramının uğurlu tələbələri üçün  dövlət strukturlarında təcrübə proqramı təşkil olundu. Milli azlıqlardan olan gənclərin peşə təcrübəsi qazanması çox vacibdir".

Dövlət naziri əlavə edib ki, Gürcüstan dövlətinin vətəndaş inteqrasiyası sahəsi üzrə 2020-ci ilə qədər təsdiq olunmuş strategiyası var: "Strategiyanın əsas məqsədi etnik və dini mənsubiyyətindən asılı olmayaraq Gürcüstanın hər bir vətəndaşının ölkə həyatının bütün sahələrində özünü bərabərhüquqlu hesab etməsidir". 

Saytda Axtarış

Son xəbərlər