Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1981
DünənDünən3835
Bu həftəBu həftə15248
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8471847

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstanın baş naziri müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Bu gün Tiflisdəki Cümə məscidində bayram namazı qılınıb. Gürcüstanın baş naziri İrakli Qaribaşvili məscidə gedərək bu ölkədə yaşayan müsəlmanları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Ardını oxu...

Yunanıstanın yeni hökumətində istanbullu iki nazir olacaq

Yunanıstanda erkən parlament seçkilərindən gözlənilməz bir zəfərlə çıxan Syriza Partiyasının lideri Aleksis Çiprasın yeni hökumətdə iki istanbullu nazirə yer verməsi gözlənilir.

"Dalğa TV" Türkiyə KİV-nə istinadən bildirir ki, prezident Prokopis Paulopoulos qarşısında yaxın dostları Nikos Pappas və Olqa Gerovasilinin iştirakı ilə dünən axşam and içən Çipras yeni hökuməti bu gün gec saatlarda açıqlayacaq.

Ardını oxu...

Prezidentdən daha bir icra başçısı - Təyinatı

Nizami rayonuna yeni icra başçısı təyin olunub.

"Dalğa TV" xəbər verir ki, bu barədə məlumatı Azinforum.az saytı yayıb. Məlumata görə, yeni icra başçısı Arif Adil oğlu Qasımovdur. O, bu vəzifəyə Siyəzən rayon icra başçısı postundan təyinat alıb.

Arif Adil oğlu Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində anadan olub.

Ardını oxu...

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın deputatlığa namizədliyi qeydə alındı

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban Əliyevanın deputatlığa namizədliyi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasınin İnformasiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, Mehriban Əliyevanın deputatlığa namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən Bakı şəhəri, 14 saylı Xəzər seçki dairəsindən irəli sürülüb.

Ardını oxu...

Dəmir yolları Ziya Məmmədovdan alındı - Prezident sərəncamı

Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.


AzNews.az-ın president.az-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 563) aşağıdakı dəyişikliklər ediləcək.

Davamı

Vaan Martirosyan: "Ermənistan ordusu acınacaqlı vəziyyətdədir"

Ermənistanda bu gün heç kim döyüşmək istəmir. Müharibə olarsa, bu, hər iki xalq üçün faciə olacaq".

"Dalğa TV" xəbər verir ki, bunu Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycandan siyasi sığınacaq istəyən Ermənistanın "Milli Azadlıq Hərəkatı" ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyan bildirib. Davamı

Gürcüstanın dövlət naziri: “İstəyirik ki, azərbaycanlılar öz dillərinin dövlət tərəfindən qorunduğunu hiss etsinlər”

“Dövlət dilinin öyrədilməsi prosesi getdikcə intensivləşir, lakin hələ istənilən səviyyəyə çatmayıb. Gürcüstan vətəndaşı olan milli azlıq nümayəndələri təəssüf ki, hələ arzuolunan səviyyədə gürcü dilini mənimsəməyiblər”.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili deyib.

Ardını oxu...

Prezident İlham Əliyev: “Azərbaycan bütün məsələlərdə daim Türkiyənin yanındadır”

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə xarici işlər naziri Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı F. Sinirlioğlunu Türkiyə xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

F. Sinirlioğlunun ilk xarici səfərini Azərbaycana etməsinin önəmini vurğulayan prezident İlham Əliyev bir ənənə olaraq ölkələrimizin prezidentlərinin də ilk xarici səfərlərini qardaş ölkələrə etmələrini münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin təməlində qardaşlıq duyğularının dayandığını deyən dövlət başçısı bu təməl üzərində çox gözəl ikitərəfli münasibətlərin qurulduğunu da məmnunluqla qeyd edib. Davamı

 

Rusiyaya Gürcüstanın hava məkanı üzərindən Suriyaya uçuşlar etməyə icazə verilməyib

Gürcüstanın Müdafiə Nazirliyi Rusiyaya ölkənin hava məkanı üzərindən Suriya istiqamətinə uçuşlara icazə verməyib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"2008-ci il avqust müharibəsindən sonra Rusiya Gürcüstanın hava məkanı üzərindən hərbi və ya ikili təyinatlı malları daşımaq üçün Gürcüstana müraciət etməlidir. Hərbi təyyarə və ya Rusiyanın hərbi, yaxud ikili təyinatlı mallarının ölkəmizin hava məkanı üzərindən daşınması ilə əlaqədar müraciət daxil olarsa, Gürcüstanın Müdafiə Nazirliyinin mövqeyi mənfi olacaq", - deyə bəyanatda bildirilib.

Amerika Qanunvericilik Mübadiləsi Şurası Azərbaycanla bağlı qətnamə qəbul edib - FOTO

ABŞ-ın 50 ştatının qanunvericilərini özündə birləşdirən Amerika Qanunvericilik Mübadiləsi Şurası (American Legislative Exchange Council – ALEC) Azərbaycanın strateji önəmini və sürətli inkişafını vurğulayan geniş qətnamə qəbul edib.

Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, qətnamədə Azərbaycanın coğrafi-siyasi önəmi vurğulanıb, ABŞ hökumətinin rəsmi Bakı ilə strateji əməkdaşlıq münasibətlərini gücləndirməsinin və dərinləşdirməsinin zəruri olduğu əks olunub. Sənəddə qeyd edilib ki, ABŞ Azərbaycan kimi müttəfiqlərini dəstəkləməlidir.

Qətnamədə həmçinin bildirilir ki, ABŞ və BMT Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini tanıyır və dəstəkləyir.

Sənəddə həmçinin qeyd olunur ki, 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi-demokratik respublika təsis edən Azərbaycan, ABŞ da daxil olmaqla bir çox ölkəni qabaqlayaraq tarixə qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən biri kimi düşüb. Yerləşdiyi regionda Azərbaycanın ən böyük iqtisadiyyata malik olduğu qeyd edilərək, Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən və müasirləşən ölkələrindən biri və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu bildirilib.

Bununla yanaşı, sənəddə 11 sentyabr terror hadisələrindən sonra Azərbaycanın ABŞ-a güclü dəstək verdiyi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ ilə yaxından əməkdaşlıq etdiyi vurğulanaraq, Əfqanıstandakı ABŞ və koalisiya qüvvələrinin təchizatının 40%-nin çatdırılması üçün şərait yaratdığı bildirilir. 

Çex Respublikasının prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Çex Respublikasının prezidenti Miloş Zeman sentyabrın 15-də Azərbaycana rəsmi səfərə gəlib.

"Dalğa TV" - nin məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Çex Prezidenti Miloş Zemanı və xanımı İvana Zemanovanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Poroşenko: “Saakaşvili əla baş nazir ola bilər”

Saakaşvili Odessa vilayətinə 2015-ci ilin may ayınnı 30-dan rəhbərlik edir.

 

Ukrayna prezidenti Odessa Dövlət Administrasiyasının rəhbəri Mixail Saakaşvilini Ukraynanın baş naziri kimi görmür.

Dalgatv Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu arədə o, Independent-ə verdiyi müsahibəsində bildirib.

Poroşenkoya bir başa olaraq Odessa Dövlət Administrasiyası rəhbərinin vəzifəsinin yüksəldilməsi barədə sual veriblər.

“Şübhəsiz ki, o, əla baş nazir ola bilər. Gürcüstanda”, - deyə, president bildirib.

Xatırladaq ki, sentyabrın 7-də president 25 min vətəndaşdan Saakaşvilini Ukrayna hökumətinin başçısı təyin etmək barədə müraciət alıb.

Bununla belə, Saakaşvilinin özü baş nazir olmaq istəmədiyini bəyan edib.

Saakaşvili Odessa vilayətinə 2015-ci ilin may ayının 30-dan rəhbərlik edir. 2004-cü ilin əvvəlindən 2013-cü ilin sonuna qədər Gürcüstanın prezidenti olub.

Hal-hazırda Ukrayna Nazirlər Kabinetinə Arseni Yatsenyuk rəhbərlik edir.

Saytda Axtarış

Son xəbərlər