Dalga Televiziyasi Yunanıstanın yeni hökumətində istanbullu iki nazir olacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1279
DünənDünən3331
Bu həftəBu həftə10711
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8467310

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Yunanıstanın yeni hökumətində istanbullu iki nazir olacaq

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Yunanıstanda erkən parlament seçkilərindən gözlənilməz bir zəfərlə çıxan Syriza Partiyasının lideri Aleksis Çiprasın yeni hökumətdə iki istanbullu nazirə yer verməsi gözlənilir.

"Dalğa TV" Türkiyə KİV-nə istinadən bildirir ki, prezident Prokopis Paulopoulos qarşısında yaxın dostları Nikos Pappas və Olqa Gerovasilinin iştirakı ilə dünən axşam and içən Çipras yeni hökuməti bu gün gec saatlarda açıqlayacaq.

Syriza Partiyasındakı mənbələrdən alınan məlumatlara görə, Çiprasın yeni hökumətində iki istanbullu nazirə birdən yer verməsi gözlənilir. Hökumətin Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondundan ibarət olan üçlüklə danışıqları aparmaq kimi bir “Memorandum Nazirliyi” qurulması və bu vəzifəyə nazir olaraq müvəqqəti hökumətin maliyyə naziri olan Giorgos Houliarakisin təyin olunması, Maliyyə Nazirliyinə də istanbullu Dimitris Mardasın gətirilməsi gözlənilir.

Çiprasın yeni kabinetində təhsil və ya mədəniyyət naziri kimi də yenə istanbullu olan Kostas Gavrogluna yer verməsi gözlənilir.

Saytda Axtarış

Son xəbərlər