Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1975
DünənDünən3835
Bu həftəBu həftə15242
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8471841

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycan prezidenti: “Bakı Moskva ilə münasibətləri səmərəli və uğurlu inkişaf etdirmək niyyətindədir”

“Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin səmərəli və uğurlu inkişafının davam etdirilməsində maraqlıdır”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Bakıda səfərdə olan Rusiya XİN rəhbəri Sergey Lavrov ilə görüşündə  Azərbaycan prezidenti İlham Əliyev deyib.   

Azərbaycan prezidenti qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Rusiya Günündə Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etməsi Bakıda çox yüksək qiymətləndirilib. “Bu çox yüksək qiymətləndirilir. Bu bizim münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsidir”, deyə Azərbaycan prezidenti qeyd edib.    

“Bu müddət ərzində bizim nazir Moskvaya səfər edib, indi Siz buradasınız. Yəni, bu bizim münasibətlərin dinamik inkişafının göstəricisidir”. Biz ikitərəfli xarakterli bir çox məsələləri operativ və səmərəli şəkildə həll edirik, həmçinin beynəlxalq qurumlarda fəal əməkdaşlıq edirik, xüsusən də, hazırkı zamanda, dünyada və bizim regionda hər şeyin belə dəyişdiyi bir dövrdə mütəmadi məsləhətləşmələr aparırıq”, deyə prezident İlham Əliyev qeyd edib.       

“Başqa sözlə, bu səfərlər ölkələrimiz  arasında xeyli əvvəl formalaşmış və həyatımızın, demək olar ki, bütün – siyasi, iqtisadi, enerji, humanitar sahələrini əhatə edən strateji tərəfdaşlığın ən yaxşı göstəricisidir. Və biz ikitərəfli münasibətlərin səmərəli  və uğurlu inkişafının davam etdirilməsində maraqlıyıq”, deyə prezident İlham Əliyev qeyd edib.

Sergey Lavrovun Azərbaycana səfəri başlayıb

İstifadəçilərin qiymətləndirməsi: / 1
ZəifƏla 

Səfər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq

 Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri başlayıb. Bu barədə APA-ya Rusiyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edək ki, səfər zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, Dağlıq Qarabağ münaqişəsinin həlli,   ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu barədə müzakirələr aparılması nəzərdə tutulub

Rusiya XİN-i Gürcüstanı hədələdi: NATO Təlim Mərkəzinin açılması regionda sabitliyi pozacaq

Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanda NATO təlim mərkəzinin açılmasını provokativ addım və regionda sabitliyi pozan faktor kimi dəyərləndirib.

 
APA-nın news.am-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Gürcüstanda bu tipli hərbi obyektin yerləşdirilməsi regionun təhlükəsizliyinə ciddi təsir edəcək: "Rəsmi Tbilisini NATO-ya daxil etməyə çalışan qüvvələr bunun məsuliyyətini yaxşı dərk etməlidir. Rusiya isə belə olan halda, müttəfiqlərinin təhlükəsizliyinin təmin olunması üçün öhdəliklərini yerinə yetirməyə davam edəcək”.

Əfqanıstanın vitse-prezidenti: "İŞİD-in Qafqaz və Azərbaycanla bağlı da planları var"

"Əfqanıstanda türk sözü bəziləri tərəfindən sevilmir"

 

APA-nın məlumatına görə, bu sözləri Əfqanıstanın vitse-prezidenti, general Əbdürrəşid Dostum "Anadolu" agentliyinə müsahibəsində deyib. O bildirib ki, Taliban və İŞİD təkcə Əfqanıstan üçün deyil, Orta Asiya və dünya üçün böyük təhlükədir: “İŞİD dünyanın düşmənidir. Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan və Qafqazı əhatə edən planları var. Suriya və İraqda törətdiklərinin eynisini buralarda da etmək istəyirlər”.

 

İllərdir Əfqanıstan türklərinin hüquqları üçün mübarizə apardığını söyləyən general Dostum, özünü türk adlandıran vətəndaşların problemlərlə qarşılaşdığın deyib: “Əfqanıstanda türk sözü bəziləri tərəfindən sevilmir. Təklif edirəm ki, Əfqanıstanda olan türkmənlər və özbəklər ümumilikdə türk  adlandırılsın. Ölkədə başlanan yenidənqurma işlərinə baxmayaraq, türklərin yaşadığı bölgələrdə ciddi layihələr həyata keçirilmir. Türkiyə prezidenti və baş nazirindən istəyimiz bu ərazilərdə məktəb və xəstəxana tikdirmələridir. Əfqanıstan türkləri çox geridə qalıb. Bəzi şəhərlərimizdə məktəb yoxdur. Türkiyənin Əfqanıstan türklərinə kömək etməsini istəyirəm. Gənclərimiz təhsil almalıdır. Mən öldükdən sonra mənim daşıdığım bayraq əldən-ələ keçməli və yerə düşməməlidir".

 

Ə. Dostum Türkiyədəki terror hücumlarından xəbərdar olduğunu da bildirib: “Mətbuatdan izlədiyimə görə, türk əsgərlərinə terror hücumları olur. Şəhidlərin ata-analarına, ailələrinə və Türkiyə prezidentinə başsağlığı verirəm”.

 

Qeyd edək ki, general Əbdürrəşid Dostumun atası özbək, anası türkməndir.

 

İlham Əliyevlə Serj Sərkisyanın Nyu-York görüşü alınmaya bilər: Səbəb nədir?

ATƏT-in Minsk Qrupunun həmsədrləri, daha doğrusu Amerika tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu Yorkda görüşünü təşkil edə bilməyib.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Regnum” agentliyi bildirir. Təmas xəttində gərginliyin getdikcə artdığı bir vaxtda həmsədrlər Nyu Yorkda xarici işlər nazirlərinin görüşünü hazırlayırlar.
BMT Baş Assambleyasının 70-ci sessiyası gələn ayın üçüncü ongünlüyündə işə başlayacaq. Azərbaycan prezidenti İlham Əliyevin bu yubiley sessiyasında iştirakı və çıxışı gözlənilir. Hələ bir neçə ay əvvəldən ATƏT-in Minsk Qrupunun həmsədrləri sessiya çərçivəsində Serj Sərkisyanın və İlham Əliyevin görüşünü təşkil etməyə çalışırdılar.

Modern.az saytının məlumatına görə, əslində bu görüş barədə ilkin razılıq Əliyevlə Sərkisyanın ötən ilin oktyabrında Parisdə Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə baş tutan görüşündə əldə edilmişdi.

Görüşün yekunlarına dair Yelisey sarayından yayılan rəsmi bəyanatda deyilirdi ki, prezidentlər danışıqların davam etdirilməsi barədə razılığa gəliblər, xarici işlər nazirlərinə bu barədə müvafiq tapşırıqlar verilib və dövlət başçıları 2015-ci ilin sentyabrında Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində yenidən görüşməyə hazırdır.

Prezidentlərin növbəti görüş üçün düz bir il fasilə götürməsi danışıqların dalana dirəndiyinin növbəti sübutu idi. Hərçənd ki, Yelisey sarayı prezidentlərin görüşünün “çox isti” keçdiyini, irəliləyişlər əldə olunduğunu açıqlamışdı.

Buna baxmayaraq Paris danışıqlarının ardınca Ermənistan bütün ordusunu hərbi təlimlərə çıxardı və Qarabağda erməni qüvvələrinin təlimlərinin gedişində düşmənə aid vertolyotun vurulması ilə nəticələnən məlum insident baş verdi. Nəticədə atmosfer yenidən gərginləşdi və o vaxtdan etibarən təmas xəttində müntəzəm olaraq diversiya həmlələri, artilleriyadan istifadə olunmaqla mövqe döyüşləri baş verməkdədir.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin tərəflərlə ara-sıra təmasları da gərginliyin yumşaldılmasına heç bir təsir göstərməyib.

Amerikalı həmsədr Ceyms Uorlik isə mətbuata tez-tez açıqlamalar verərək və Twitter bloqundan qeydlər paylaşaraq prezidentlərin Nyu York görüşünü hazırlamaq səylərindən bəhs edirdi. Ancaq indi Uorlik Nyu Yorkda xarici işlər nazirlərinin görüşəcəyini deyib. Prezidentlərin görüşündən isə söhbət getmir.

Avqustun 27-də Rusiya XİN-in rəsmi nümayəndəsi Marina Zaxarova Azərbaycan və Ermənistan prezidentlərinin bu ilə planlaşdırılmış görüşünün baş tutmaması ilə Qərblə Moskva arasında münasibətlərin kəskinləşməsi arasındakı əlaqəyə dair suala birbaşa cavab verməkdən yayınıb.

“Ümid edirəm ki, Rusiyanın hansısa ölkələrlə bizim günahımız üzündən baş verməyən fikir ayrılıqları Minsk Qrupunun işinə təsir etməyəcək. Bizim tərəfdən heç bir maneə yoxdur, hansısa aspekt, sual və ya problem ola bilməz. Biz bu formatın iştirakçısıyıq və öz öhdəliklərimizə ciddi yanaşırıq, başa düşürük ki, Minsk Qrupunun gündəmində nə dərəcədə ciddi mövzu var”-Zaxarova bildirib.

Lakin Rusiyanın Qərblə münasibətlərinin indiki kimi kəskin xarakter aldığı bir vaxtda Qarabağ münaqişəsinə dair prezidentlər səviyyəsində danışıqların Nyu Yorkda, ABŞ dövlət katibinin vasitəçiliyi ilə baş tutmasının ağlabatan olmadığı aydın idi. Doğrudur, Rusiya formal olaraq Minsk Qrupu formatında qalır və Qarabağ nizamlanmasına dair ABŞ-la tərəfdaşlıq statusunu dəyişməyib.

Ancaq ABŞ-ın Qafqaz işlərinə “burnunu soxması” Rusiyanı indi heç vaxt olmadığı kimi qıcıqlandırır və Minsk Qrupu formatının qalmasına baxmayaraq Moskva Qarabağ münaqişəsinin nizamlanması prosesində Vaşinqtonun rolunu heçə endirmək üçün bütün mümkün rıçaqlardan istifadə etməyə hazırdır.

Türkiyə müvəqqəti hökumətinin heyəti bəlli olub

Türkiyə Cümhuriyyətinin 63-cü hökumətinin tərkibi elan edilib.

APA-nın məlumatına görə, Axşam saatlarında prezident Ərdoğana hökumətin siyahısını təqdim edən baş nazir Əhməd Davudoğlu, siyahının prezident tərəfindən təsdiq edilməsindən sonra Çankaya iqamətgahında yeni nazirlər şurasının tərkibini açıqlayıb.

63-cü hökumətdə aşağıdakı şəxslərə nazir kreslosu verilib:
Baş nazir- Əhməd Davudoğlu
Baş nazirin müavini- Numan Kurtulmuş
Baş nazirin müavini- Tuğrul Türkeş
Baş nazirin müavini- Cevdet Yılmaz
Baş nazirin müavini- Yalçın Akdoğan
Daxili işlər naziri – Səlami Altınok
Xarici işlər naziri- Firidun Sinirlioğlu
Elm və sənaye naziri- Fikri Işık
İnkişaf naziri –Müslim Doğan
İqtisadiyyat naziri- Nihat Zeybəkçi
Ətraf mühit və şəhərçilik naziri- İdris Güllücə
Gənclik və idman naziri- Akif Çağatay Kılıç
Meşəçilik və su işləri naziri- Veysəl Əroğlu
Milli təhsil naziri- Nabi Avcı
AB naziri- Ali Haydar Konca
Nəqliyyat, dənizçilik, kommunikasiya naziri - Firidun Bilgin
Ədliyyə naziri-Kənan İpək
Maliyyə naziri-Məhmət Şimşək
Səhiyyə naziri- Məhmət Müəzzinoğlu
Gömrük və ticarət naziri- Cənab Aşçı
Mədəniyyət və turizm naziri- Yalçın Topçu
Enerji naziri- Əli Rza Alaboyun
Milli müdafiə naziri- Vəcdi Könül
Ailə və sosial siyasətlər naziri- Ayşən Gürcan
Əmək və sosial təminat naziri- Əhməd Ərdəm
Ərzaq, kənd təsəsrrüfatı və heyvandarlıq naziri- Kutbəddin Arzu

Qeyd edək ki, Türkitə Cümhuriyyəti tarixində ilk dəfə seçki hökuməti qurulub. Hökumətin əsas vəzifəsi ölkəni 1 noyabrda keçiriləcək erkən seçkiyə qədər idarə etməkdir. Yeni hökumətdə uzun müddətdən bəri XİN icra aparatının rəhbəri vəzifəsində olan Firidun Sinirlioğlunun xarici işlər naziri vəzifəsinə təyin edilməsi diqqəti cəlb edib. İstanbul baş polis idarəsinin rəisi Səlami Altınokun daxili işlər naziri vəzifəsinə gətirilməsi də hökumətin məqsədlərinə uyğun bir təyinat kimi qiymətləndirilib. Yaxın günlərə qədər Milliyyətçi Hərəkat Partiyasının sədr müavini olan Tuğrul Türkeş baş nazirin müavini vəzifəsinə, Böyük Birlik Partiyasının sədri Möhsün Yazıçıoğlunun 27 mart 2009-cu ildə helikopter qəzasında həlak olmasından sonra bir müddət partiyaya rəhbərlik edərək daha sonra AKP-yə keçən və 7 iyundakı seçkidə millət vəkili seçilən Yalçın Topçu mədəniyyət və turizm naziri vəzifəsinə gətirilib. Konstitusiyanın tələbinə görə, seçki hökumətinə məclisdə təmsil edilmiş bütün partiyalardan nazir təyin edilməlidir.

Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) seçki hökumətinə nazir vermədiyinə görə, o partiyalara hökumətdə kreslo verilməyib. Kürd təmayüllü Halkların Demokrasi Partiyasını (HDP) isə hökumətdə 2 nazir təmsil edəcək: Avropa Birliyi naziri Əli Heydər Qönçə və İnkişaf naziri Müslüm Doğan. 60 və 61-ci hökumətlərdə milli müdafiə naziri vəzifəsi tutmuş, ancaq 7 iyunda millət vəkilliyinə namizəd olmamış Vəcdi Könül 63-cü hökumətdə yenidən milli müdafiə naziri vəzifəsinə təyin edilib.
Türkiyədə son hökumət 28 avqust 2014-cü ildə Əhməd Davudoğlu tərəfindən qurulmuşdu.

Sergey Lavrov Bakıya gəlir

Rusiyanın XİN başçısı Sergey Lavrov sentyabrın 1-də Azərbaycana işgüzar səfər edəcək.

 

"DalğaTV" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

 

“Nazirin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqları baş tutacaq. Danışıqlar zamanı qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, həmçinin regiondakı vəziyyət müzakirə olunacaq”, - XİN-nin məlumatında deyilir.

İlham Əliyev parlament seçkiləri ilə bağlı SƏRƏNCAM imzaladı

Azəbaycan Prezidenti İlham Əliyev Milli Məclisə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb

Sərəncamda qeyd edilib ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilsin.

Azərbaycan terrorla mübarizədə Türkiyənin yanındadır – Elmar Məmmədyarov

Bu gün qardaş ölkələr olan Azərbaycan-Türkiyə- Türkmənistan xarici işlər nazirlərinin Türkiyədə keçirilən növbəti üçtərəfli görüşündə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov terror və ekstremizmi kəskin pisləyərək Azərbaycan dövlətinin hazırda belə hücumlara məruz qalan qardaş Türkiyənin yanında olduğunu bildirib.

Nazir qeyd edib ki, terror, ekstremizm və aqressiv separatçılıqla müşayiət olunan mövcud təhlükəli çağırışların qarşısının alınması və regionda dinamik inkişaf üçün münbit şəraitin təmini naminə təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsi zəruridir.

Görüşə ev sahibliyi etdiyi üçün Türkiyə dövlətinə təşəkkürünü bildirən nazir E.Məmmədyarov qeyd edib ki, fürsətdən istifadə edərək bir daha vurğulamaq istəyirəm ki, biz Türkiyədə törədilən terror aktlarını qətiyyətlə pisləyir və ona qarşı mübarizədə qardaş Türk dövlətinin yanındayıq: "Şəhid olmuş qardaş və bacılarımıza Allahdan rəhmət, yaxınlarına baş sağlığı diləyirəm. Xüsusilə qeyd etmək istərdim ki, terror, ekstremizm və aqressiv separatçılıqla müşayiət olunan mövcud təhlükəli çağırışların qarşısının alınması, dövlətlərimizin müstəqilliyinin möhkəmləndirilməsi və regionda dinamik inkişaf üçün münbit şəraitin təmini naminə təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsi zəruridir. Azərbaycan üçün regional təhlükəsizlik, terrorçuluqla mübarizə və enerji təhlükəsizliyinin təmin olunması xarici siyasətin prioritet sahələri sırasındadır".

Nazir sonra qeyd edib ki, regionda sülh və sabitliyin qorunması üçün dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etməsi, o cümlədən təcavüz siyasətindən çəkinməsi əsas amildir: "Bununla belə, regiondakı sülhə və inkişafa ciddi maneələr də mövcuddur. Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması regionda sülhə, əmin-amanlığa ən böyük təhdid, o cümlədən, regional əməkdaşlığın inkişafına da ciddi maneədir. 20 ildən artıqdır Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri Ermənistanın işğal altındadır. Bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq təşkilatlar, ilk növbədə, BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə işğalçı silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb olunsa da, Ermənistan buna məhəl qoymur. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və soyqırım kimi insanlıq əleyhinə ağır cinayətlərlə müşayiət olunmuş işğalçılıq siyasəti onu bütün regional inkişaf proseslərindən kənarda qoyub".

E.Məmmədyarov sonra bildirib ki, Azərbaycan-Türkiyə-Türkmənistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradıb: "Bundan irəli gələrək ölkərimizin iştirakı ilə regionda bir sıra əhəmiyyətli layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Son illərdə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin döyüş hazırlığının və bacarığının artırılması, o cümlədən qarşılıqlı fəaliyyətin təşkilini nəzərdə tutan birgə hərbi təlimləri intensiv hal almışdır. Azərbaycan geostrateji mövqeyə malik olmaqla, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Bu da qarşılıqlı səmərəli əməkdaşlıq qurmaq üçün geniş imkanlar yaradır. Bundan irəli gələrək bu gün uğurla həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi ilə başlayaraq Azərbaycan regionda bir sıra əhəmiyyətli layihələrin təşəbbüskarı olmuş, “TANAP” və “TAP” layihələrini ana xəttləri olduğu “Cənub Qaz Dəhlizi”, habelə Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin həyata keçirilməsi ilə Avrasiya qitəsinin mühüm regionları arasında əlaqə yaradır".

E.Məmmədyarov qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın ən böyük infrastruktur layihəsidir: "Bu layihəyə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollardır. "Cənub Qaz Dəhlizinin” vacibliyi, ondan ibarətdir ki, Avropa yeni alternativ mənbədən davamlı şəkildə əhəmiyyətli qaz həcmləri ilə təchiz olunacaq. Məlum olduğu kimi, dünya iqtisadiyyatının qloballaşması dövründə nəqliyyat sahəsinin rolu artmaqdadır. Müxtəlif mənbələrə istinadən il ərzində Çindən Avropaya daşınan məhsulların ümumi həcmi 180 milyon tondan artıqdır və 2020-ci ilə bu rəqəmin 240 milyona çatacağı proqnozlaşdırılır. Asiyadan Avropaya daşınan yüklərin həcminin artım templərini nəzərə alaraq, həmin yüklərin qısa vaxt müddətində çatdırılması məsələsi gündəmə çıxır. Bu baxımdan Şərq-Qərb nəqliyyat dəhlizi coğrafi yerləşməsi, multimodal nəqliyyat infrastrukturunun mövcudluğu və iqtisadi səmərəliliyi baxımından digər dəhlizlərlə müqayisədə cəlb edicidir. İstifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri Şərq-Qərb nəqliyyat dəhlizinin əsas seqmentlərin birinə çevrilərək layihədə iştirak edən ölkələrin inkişafına müsbət töhfə verəcək".

E.Məmmədyarov vurğulayıb ki, regional formatda qeyri-neft sektorunda əməkdaşlığın gücləndirilməsi vacibdir: "Burada informasiya-kommunikasiyaları texnologiyaları, bərpa olunan enerji, orta və kiçik sahibkarlıq kimi sahələri qeyd etmək olar. Ölkələrimiz arasında humanitar sahədə üçtərəfli əməkdaşlıq imkanları da əsas müzakirə obyektidir. Belə ki, ortaq dəyərlərimiz və maraqlarımız bu istiqamətdə əməkdaşlığı qaçılmaz edir. Bu sahədə də imzalanmış Çərçivə Proqramından yol alaraq əməkdaşlığı inkişaf etdirmək gündəlikdə duran məsələlərdəndir. Hər üç ölkənin mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə ortaq mədəniyyət günlərinin təşkili, ali təhsil müəssisələri, gənclər və idman təşkilatları arasında birbaşa əlaqələrin yaradılması və birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi humanitar sahədə əməkdaşlığın inkişafı üçün stimul yaradır. Turizm sahəsində müştərək fəaliyyətin və əməkdaşlığın gücləndirilməsi, xüsusilə investisiya imkanlarının öyrənilməsi və təcrübə mübadiləsi məqsədilə dövlət qurumlarının və turizm şirkətlərinin nümayəndələrinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi, birgə seminar, tur və tədris kurslarının təşkilinin də faydalı olacağına inanıram".

Nazir qeyd edib ki, bu sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsində müxtəlif səviyyələrdə mütəmadi təmasların davam etdirilməsinin faydalı olduğunu düşünürəm: "Bu görüşlərə həmçinin iş və elm adamlarının da dəvət edilməsi mümkündür. 29 yanvar 2015-ci il tarixində Aşqabad şəhərində imzalanmış “2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığının Çərçivə Proqramı”nın icrası ilə bağlı görülmüş işləri qiymətləndirmək məqsədilə birgə işçi qrupunun yaradılmasını və ya milli koordinatorların təyin edilməsini təklif edirəm. Əminəm ki, bu formatda görüşlərimiz dövlətlərimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə yanaşı, regionumuzda sülh, əmin-amanlıq və davamlı inkişafın təmin olunmasına da öz töhfəsini verəcək. Fürsətdən istifadə edərək əziz həmkarlarımı Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm".

Üçtərəfli görüşün nəticələrinə dair - Bəyanat

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Antalyada keçirilən üçüncü üçtərəfli görüşün nəticələrinə dair bəyanat imzalanıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən AzNews.az-a verilən məlumatda bildirilir.

Tərəflər görüşdə ortaq tarix və mədəni birlikdən öz qüvvəsini əldə edən dostluq, qardaşlıq, mehriban qonşuluq və qarşılıqlı fayda əsasında davam etdirilən əlaqələrin daha da inkişafı istiqamətindəki iradələrini bir daha təsdiqləyiblər.

Xarici İşlər Nazirləri səviyyəsində keçirilən sayca üçüncü görüşün üç ölkə arasındakı əlaqələrin və əməkdaşlığın inkişafına verdiyi töhfədən duyulan məmnuniyyət ifadə edilib və əməkdaşlığın konkret layihələr əsasında daha da inkişaf etdirilməsi üzrə iradələrin olduğu xüsusilə vurğulanıb.

Nazirlər 26 may 2014-cü il tarixli "Bakı Bəyanatı" və 29 yanvar 2015-ci il tarixli "Aşqabad Bəyanatı"na sadiqlik təsdiqlənərək "Aşqabad Bəyanatı"nın əlavəsini təşkil edən "2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığının Çərçivə Proqramı" kontekstində görülən işlərlə bağlı fikirlərini bildiriblər.

Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentləri arasında 2015-ci ilin oktyabr ayında Türkmənistanda keçiriləcək Zirvə Toplantısına hazırlıq işləri müzakirə edilib.

Azərbaycan, Türkiyə və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun və Azərbaycan, Türkiyə və Türkmənistan arasında enerji sahəsində əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun Yüksək Səviyyədə keçiriləcək görüş zamanı imzalanması məqsədilə sözügedən layihələrin razılaşdırılması üzrə tamamlanma işlərin aparılmasının önəmi qeyd edilib.

Regionda sülh və sabitliyin təmin olunması ilə bağlı üzərlərinə yeni məsuliyyətlərin düşdüyünü qəbul edərək, mövcud əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərin artırılmasının davam etdiriləcəyi bəyan edilib.

Dövlətlərin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstək bir daha təsdiq edilib. Tərəflər qlobal və regional sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, beynəlxalq və regional təşkilatlarda mövcud olan yaxın və faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu təşkilatlarda namizədliklərinin qarşılıqlı şəkildə dəstəklənməsi üzrə mövqelərini davam etdirməyə dair iradələrini bəyan ediblər.

BMT çərçivəsində mühüm təşəbbüslərdən biri olan Sivilizasiyalar Alyansı daxilində sivilizasiyalararası dialoqun gücləndirilməsi və qarşılıqlı hörmət mühitinin yaradılması məqsədilə əlaqələndirilmiş fəaliyyətlər təkmilləşdirilməklə davam etdiriləcəyini və Alyansın 2016-cı ildə Bakıda keçiriləcək VII Qlobal Forumunun uğurlu alınması üçün əməkdaşlıq ediləcəyi bildirilib.

“Asiyanın ürəyi” bölgəsində sülh və sabitliyin möhkəmləndirilməsi məqsədi ilə təsis olunan İstanbul Prosesi çərçivəsində fəal əməkdaşlığın davam etdirilməsində tərəfdar olduqları təsdiqlənib.

Terrorizmin bütün forma və təzahürləri ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın ilk sıralarında yer aldıqlarını, xoş mərama əsaslanan və multikultural tarixi irsi ilə sivilizasiyalararası dialoq səylərini fəal şəkildə dəstəklədiklərini, həmçinin İslamofobiya, irqçilik və ayrı-seçkiliyin digər bütün təzahürləri ilə mübarizənin davam etdirilməsi məsələsində qətiyyətli olduqları təsdiqlənib.

İqtisadi və ticarət sahəsindəki əlaqələrin genişdirilməsi məqsədilə dərin və geniş əhatəli əməkdaşlığın təşviqi üzrə birgə səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib. Tərəflər bu kontekstdə qarşılıqlı investisiyaların həcminin artırılması istiqamətində üç ölkənin dövlət və özəl sektoru arasındakı əməkdaşlığı inkişaf etdirməyə və qarşılıqlı məlumat mübadiləsinin davam etdirilməsinə hazır olduqlarını bildiriblər.

Turizm, səhiyyə, kənd təsərrüfatı, qabaqcıl texnologiya, sənaye, informasiya və kommunikasiya texnologiyaları, neft-kimya, qida sənayesi, nəqliyyat infrastrukturu, aqrar tədqiqat və davamlı inkişaf sahələrində əməkdaşlığı möhkəmləndirmək məqsədi ilə bilik və təcrübə mübadiləsini, tədqiqat və istehsal ilə bağlı birgə təşəbbüsləri, aqrar ticarəti və investisiyaların artırılmasının dəstəklənməsi məsələsində razılığa gəlindiyi bildirilib. Üç ölkənin kiçik və ortahəcmli müəssisələri arasında konstruktiv əməkdaşlığın davamlı şəkildə və qətiyyətlə aparılması ilə bağlı ümumi mövqenin olduğu ifadə edilib.

Enerji sahəsində nail olunacaq birgə əməkdaşlığın qlobal və regional sülh və sabitliyə töhfə verəcəyini qeyd etməklə, Türkmən və Azərbaycan təbii qazının Türkiyə üzərindən keçməklə Avropaya və beynəlxalq bazarlara nəqlinin əhəmiyyəti vurğulanıb.

Türkmənistan qazının Azərbaycan və Türkiyə ərazilərindən keçməklə Avropaya nəqli layihəsində üçtərəfli formatda işçi qrupun yaradılmasının xüsusi əhəmiyyət kəsb etdiyi bir daha qeyd edilib.

Üç ölkənin enerji şirkətləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilməklə bu konteksdə üçtərəfli formatda görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.

Üç ölkənin potensialından maksimum səviyyədə istifadə edilməsi məqsədi ilə Türkmənistan, Azərbaycan və Türkiyə üzərindən keçən nəqliyyat dəhlizlərinin əsas ticarət marşrutuna çevrilməsi üçün əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Xəzər dənizində nəqliyyat daşımalarının sadələşdirilməsi və xərclərinin azaldılmasına nail olmaq üçün limanların gücü, infrastrukturu və logistika imkanlarının inkişaf etdirilməsi ilə multimodal daşımaları əlverişli edəcək şərtlərin qarşılıqlı təmin olunmaqla yaradılması və dəstəklənməsi məqsədi ilə dövlət və özəl sektorun əlaqədar idarə və təşkilatlarının mütəmadi görüşlər keçirməsinə ehtiyac olduğunu qeyd edərək, bu çərçivədə Azərbaycan, Türkiyə və Türkmənistanın bütün əlaqədar idarə və təşkilatlarının iştirakı ilə üçlü formatda iclasınmümkün olan ən qısa zamanda keçirilməsinin faydalı olacağı bildirilib.

İstanbul Boğazının altından keçən Marmaray layihəsinin, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin, Xəzər dənizində Azərbaycanın Ələt və Türkmənistanın Türkmənbaşı limanlarının region iqtisadiyyatının inkişafına mühüm töhfə verəcəyi qeyd edilib.

Nəqliyyat sahəsindəki əməkdaşlığın inkişaf etdirilməsi və üç ölkənin bu sahədə malik olduğu potensialdan tam şəkildə istifadə edilməsi məqsədi ilə Əfqanıstan - Türkmənistan -Azərbaycan Respublikası – Gürcüstan - Türkiyə Respublikası" nəqliyyat dəhlizinin yaradılması məsələsi nəzərdən keçirilib.

Xarici İşlər Nazirlərinin növbəti üçtərəfli görüşünün Azərbaycanda keçirilməsi qərara alınıb.

Belçika nəşri Gürcüstanda və Azərbaycanda turizm bumundan yazır

alt

Belçikanın “EurActiv” adlı nüfuzlu nəşrində İlinsk Dövlət Universitetinin Konstitusiya Tədqiqatları Mərkəzinin direktoru, professor Giorgi Meladzenin Gürcüstana və Azərbaycana turist axınının artması barədə məqaləsi dərc olunub (http://www.euractiv.com/sections/baku-2015-european-games/tourist-boom-georgia-and-azerbaijan-helps-mitigate-low-oil-prices). Müəllif qeyd edir ki, bu iki dövlət xarici turistlərə əsrarəngiz təbiət, memarlıq inciləri və qədim tarixi abidələr təqdim edir.

G.Meladze turizm sektorunun dünya bazarında neftin qiymətdən düşməsinin öhdəsindən gəlməkdə Bakıya çox kömək etdiyini qeyd edərək yazır ki, göstərilən iki dövlət iqtisadiyyatın bu sektoruna böyük sərmayələr yatırır. Müəllif xatırladır ki, “Lonely Planet” adlı populyar turizm nəşri Gürcüstanı “dünyanin ən gözəl ölkələrindən biri” adlandırır, bir çox başqa nəşrlər isə Azərbaycan haqqında belə yazır.

G.Meladze iki qardaş dövlətin Qara dəniz və Xəzər dənizi sahillərinə ayrıca diqqət yetirir. O, belə bir fakta da diqqəti cəlb edir ki, Bakı birinci Avropa Oyunlarında minlərlə turist və təqribən 6000 idmançı qəbul etməyə hazırlaşır, Gürcüstanda isə Avropanın müxtəlif ölkələrindən olan təqribən 4000 atletin iştirak edəcəyi gənclər arasında Avropa Olimpiya Festivalı keçiriləcək.

Səfirin Azərbaycana qarşı təxribatı - İlginc faktlar

altSəfirlikdən AzNews.az-a daxil olan məlumatnin APA xəbər agentlyində dərc olunan məqalə ilə bağlı mövqeyi

AzNews.az xəbər verir ki, APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən, Yunanıstan prezidenti Prokopis Pavlopulos Bakıda keçiriləcək l Avropa Oyunlarında iştirak etmək qərarından daşınıb. Buna səbəb isə Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqasın bu ölkənin Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli məlumatlar olub.

Belə ki, səfir mayın 21-də Yunanıstan XİN-ə göndərdiyi məlumatda iddia edib ki, l Avropa Oyunlarının açılışında heç bir dövlət və hökumət başçısı iştirak etməyəcək.

Səfir öz iddiasını həm də Avropa İttifaqının Bakı ofisindən səfirliyə daxil olan və guya l Avropa Oyunlarının dünya liderləri tərəfindən “boykot” ediləcəyi haqqında məlumat ilə əsaslandırıb.

Səfir məktubunda hətta iddia edib ki, Rusiya və Türkiyə prezidentləri də açılışda iştirak etməyəcəklər. Məhz bundan sonra Yunanıstan hökuməti səfirin yanlış iddiasını əsas tutaraq, açılış mərasimində idman nazirinin müavini Stavros Kontonis səviyyəsində təmsil olunmaq barədə qərar qəbul edib.

Diplomatik mənbə onu da bildirib ki, Yunanıstan XİN-i formal olaraq bu qərarını Prezident Prokopis Pavlopulosun mayın 9-da Qələbə günü münasibətilə Moskvada keçirilən hərbi paradda iştirak etməməsi və buna görə də balans saxlamaq zərurəti ilə əsaslandırıb.

O da məlum olub ki, son günlər Avropa İttifaqı və onun Bakıdakı ofisi ayrı-ayrı ölkələrin rəhbərliyinə və Azərbaycandakı səfirliklərinə müraciətlər edərək, onları l Avropa Oyunlarının açılış mərasimində iştirakdan çəkindirməyə çalışır.

***

Bu iddiaları Yunanıstan Respublikasının Bakıdakı Səfirliyi təkzib edibı. Məsələ ilə bağlı daxil olan məlumatda deyilir: "Yunanıstan Respublikasının Bakıdakı Səfiri APA- xəbər agentliyində "Avropa İttifaqının Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin təxribatçı işbirliyi ortaya çıxıb" adı altında dərc olunan məqalənin bütün məzmununu qəti şəkildə təkzib edir. Yunanıstan tərəfi rəsmi mövqeyini bildirəcəkdir".

Saytda Axtarış

Son xəbərlər