Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1710
DünənDünən3835
Bu həftəBu həftə14977
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8471576

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Tbilisidə Saakaşvili tərəfdarları etiraz aksiyası keçirdi - FOTO

altBu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin jurnalistlərlə "Holiday İnn" hotelində keçirdiyi görüş zamanı binanın qarşısında bir qrup gənc tərəfindən etiraz aksiyası keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya sabiq prezident Mixail Saakaşvilinin tərəfdarları olan "Azad Zona" təşkilatının üzvləri tərəfindən təşkil edilib. İştirakçılar hökumətin istefasını tələb edən şüarlarla çıxış ediblər.
Aksiya iştirakçıları "Bidzina get!", "Hakimiyyət istefaya!", "Larinin kupona çevrilməsini dayandırın!" şüarları səsləndirib və plakatlar qaldırıblar.
Etiraz aksiyasının iştirakçılarının mehmanxanaya daxil olmaması üçün polis tərəfindən sədd qurulub. Aksiya insidentsiz başa çatıb.

“Qarabağ Azərbaycana qaytarılır“ - Erməni siyasətçi

alt

Şuşanın işğalında iştirak etmiş erməni komandir Jirayr Sefilyan Ermənistanın tezliklə Dağlıq Qarabağ itirəcəyini proqnozlaşdırıb.
ANS PRESS-in məlumatına görə, doğulduğu Livandan gələrək Dağlıq Qarabağ müharibəsinə qoşulmuş və çox sayda azərbaycanlını yurd-yuvasından didərgin salmış erməni veteran baş verənləri 1920-ci ildə Qars vilayəti ilə bağlı baş verənlərə bənzədir.

“Onda Qars məsələsi vardı - Ermənistan sovetləşdi, indi Avrasiya İttifaqına girmişik. Həmin vaxt Qarsın verilməsi ilə üsyan başladı. Üsyanın başlaması üçün Dağlıq Qarabağın itirilməsini gözləmək lazım deyil”, - deyə erməni veteran vurğulayıb.

Müxalifətçi “Təsisçilər parlamenti” təşəbbüsünün koordinatoru Jirayr Sefilyan erməni xalqını rejimə qarşı mübarizəyə çağırıb. O, vətəndaşları kreditləri və cərimələri ödəməməyə, vətəndaş itaətsizliyinə dəvət edir.

Jurnalistlərə mitinq xəbərdarlığı

altMilli Şuranın bu gün “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirəcəyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqi aparılacaq.

Şuradan “Qafqazinfo”ya verilən məlumata görə, bu məqsədlə Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupunun üzvləri saat 15.00-dan 17.00-dək aksiyanın düzənlənəcəyi məkanda olacaqlar.

Şuranın mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvləri də prosesdə iştirak edəcəklər. Onlar jurnalistlərə peşə fəaliyyətlərini yerinə yetirmələri üçün yaradılmış şəraiti nəzərdən keçirəcəklər.

Bundan başqa MŞ-nin (012) 441 35 30 telefon nömrəsi də saat 15.00-dan 17.00-dək “qaynar xətt” rejimində fəaliyyət göstərəcək.

Azərbaycan Mətbuat Şurası mitinqi işlıqlandıracaq bütün jurnalistlərdən üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmalarını xahiş edir.

Birləşmiş Ştatlar Dağlıq Qarabağın müstəqilliyini tanımır

altDağlıq Qarabağda keçiriləcək qondarma “seçkilər” davam edən sülh danışıqlarının gedişinə təsir göstərmir.

ANS PRESS xəbər verir ki, bu barədə separatçı Dağlıq Qarabağ rejimi tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində mayın 3-nə qondarma “parlament seçkiləri”nin təyin edilməsi ilə bağlı APA-nın sorğusuna cavabında ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən qeyd ediblər ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağın müstəqilliyini tanımır:

“Dağlıq Qarabağın hüquqi statusu beynəlxalq vasitəçiliyin mövzusu olaraq qalır. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi davamlı və sülh yolu ilə həllə nail olmaq sahəsində tərəflərlə işləmək fikrinə sadiqdir”.

İlham Əliyev Putinin köməkçisini qəbul edib

altAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitini qəbul edib.

Modern.az xəbər verir ki, İqor Levitin Soçi Qış Olimpiya Oyunlarına həsr olunmuş xatirə albomunu dövlətimizin başçısına təqdim edib. Rusiya idmançılarının Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayan İqor Levitin Rusiyanın bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını dedi.

O, Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə ümidvar olduğunu bildirdi və bu işdə ölkəmizə uğurlar arzulayıb.

Dövlət başçısı Soçi Qış Olimpiya Oyunlarında Rusiyanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən qısa vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə böyük işlərin görüldüyünü vurğulayıb və Oyunların yüksək səviyyədə təşkil olunması üçün Azərbaycanın bütün səylərini əsirgəmədiyini bildirib. Dövlətimizin başçısı bu idman yarışının təkcə ölkəmiz üçün deyil, ümumilikdə idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəmini qeyd edib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Vladimir Putin Oqtay Əsədovu və Əli Həsənovu "Dostluq" ordeni ilə təltif edib

altRusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovu və Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovu "Dostluq" ordeni ilə təltif edib.

APA-nın məlumatına görə, Rusiya prezidentinin martın 5-i imzaladığı Fərmanda qeyd edilir ki, O. Əsədov və Ə. Həsənov Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində böyük töhfəyə görə ordenə layiq görülüb.

Gürcüstanın baş naziri gürcü müsəlman icmasına hədiyyə edilən binaların açılışında iştirak edib - FOTO

altMartın 6-da Gürcüstanın baş naziri Qərbi Gürcüstanda gürcü müsəlman icmasına hədiyyə edilən binaların açılışında iştirak edib.


Bu barədə APA-nın Gürcüstan bürosuna GMİ-nin şeyxi Ramin İgidov bildirib.

Məlumata görə, tikililərin açılış mərasimində baş nazir İrakli Qaribaşvili, Acarıstanın hökümət başçısı Arçil Xabadze, Ali Məclisin sədri Avtandil Beridze, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, GMİ-nin müftiləri Hacı Beglar Kamaşidze və Hacı Yasin Əliyev, GMİ şeyxinin nümayəndəsi Hacı Qurban Murquzov, Qərbi Gürcüstan müftisinin yerli nümayəndələri, GMİ-nin administrasiya əməkdaşları iştrak ediblər.

Qeyd edək ki, baş nazirin iştirakı ilə GMİ nəzdinə verilən binalardan biri Acarıstandakı muftiliyin rəsmi idarəsi, ikinci bina isə Təhsil Mərkəzinin fəaliyyəti üçün nəzərdə tutulub.

“Abdullah Gülün siyasətə dönməsi xeyirli olar” - Ərdoğan

alt

Şəhid pilotların cənazə mərasimində danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabiq dövlət başçısı Abdullah Gülün siyasətə dönməsi ilə əlaqədar danışıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Eskişehirdə şəhid pilotlar üçün təşkil edilən cənazə mərasimində mətbuat nümayəndələrinin suallarını cavablayan prezident Rəcəb Tayyib Ərdoğan, Abdullah Gülün siyasətə dönməsi ilə əlaqədar düşüncələri soruşulanda deyib: “Siyasətə dönməsi məqsədəuyğun olar, xeyirli olar”.

Bir jurnalistin “Abdullah Güllə bir görüşünüz olubmu, özü millət vəkili olacaqmı" sualına cavab verən Ərdoğan mövzuyla əlaqədar olaraq bunları söyləyib: “Namizədlik mövzusu Abdullah beyin öz seçimidir. Keçən həftə özü ilə bir telefon danışığım olub. Atasının narahatlığı səbəbi ilə axtarıb şəfa dilədim. Verəcəyi qərar gözəl də olar. Xeyirli olar. Məqsədəuyğun olar. Amma qərar Abdullah beyindir”.

Mübariz Qurbanlı Gürcüstan səfiri ilə görüşüb

altAzərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.

Komitədən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Gürcüstan arasında din sahəsində münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulanıb.

Görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

Putinin ən güclü rəqibi öldürüldü, ABŞ kəskin reaksiya verdi: "Şoka düşmüşük..."

alt

ABŞ-ın Dövlət katibi Con Kerri rusiyalı siyasətçi Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

“Mən Nemtsovun öldürülməsi xəbərindən şoka düşmüşəm və Moskvanın mərkəzində Rusiya Baş nazirinin sabiq müavininin ölümünə görə çox pis olmuşam. ABŞ rəhbərliyi Rusiyadan Nemtsovun qatillərinin tez bir zamanda tutulmasını tələb edir. Biz Rusiya xalqı ilə birgəyik, mərhumun ailəsinə başsağlığı veririk”,- deyə Con Kerri bildirib.

Con Kerri açıqlamasını bu sözlərlə bitirib: “Öz həyatını Rusiyanın demokratikləşməsinə həsr edən siyasətçi həm də Rusiya ilə ABŞ arasındakı münasibətləri tənzimləmək istəyirdi”.

Qeyd edək ki, prezident Vladimir Putinə ən güclü rəqib hesab edilən Boris Nemtsov ötən gecə Moskvanın mərkəzində Vasilyevsk enişində qətlə yetirilib.

55 yaşlı siyasətçiyə 4 güllə vurulub. O, hadisə yerində keçinib. Hadisə zamanı onun yanında ukraynalı bir qız da olub.

Son anda verilən məlumata görə, Boris Nemtsovun yanında olan xanımın kimliyi bəlli olub. O, 23 yaşlı ukraynalı model Anna Duriskayadır.

Xocalı üçün kreativ aksiya (FOTO)

altAzərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində yeni aksiyaya başlayıb.

ARGTMŞ-dan verilən məlumata görə, aksiyanın məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və kampaniyaya dəstək verməkdir. Aksiya elektron poçt ünvanlarında istifadə olunan imzalarda “Xocalıya ədalət” kampaniyası ilə əlaqədar elektron bannerin yerləşdirilməsindən ibarətdir. Bu bannerləri yerləşdirməklə göndərilən hər bir elektron poçt “Xocalıya ədalət” kampaniyasına dəstəkdir. Aksiya çərçivəsində “Xocalıya ədalət” kampaniyası və soyqırımı qurbanlarına aid statistik göstəriciləri ehtiva edən elektron banner tədbir iştirakçılarının elektron poçt imzalarına əlavə olunacaq. Aksiya iştirakçılarının bütün ölkə daxili və beynəlxalq yazışmalarında bu elektron banner əks ediləcək.

ARGTMŞ-ın sədri Şahin Seyidzadə bildirib ki, son illərdə Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan “Xocalıya ədalət” kampaniyası vasitəsilə faciə barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Tərəfimizdən “Xocalıya ədalət” kampaniyasına dəstək olaraq həyata keçirilən elektron poçt imzası aksiyası yalnız fevralın 26-sı ilə məhdudlaşmayacaq. Aksiyaya qoşulan vətəndaşlarımızın gündəlik yazışmalarında da əks olunacaq.

Aksiya barədə ətraflı məlumatı bu ünvandan əldə etmək mümkündür.

Polad Bülbüloğlu Gürcüstanın patriarxı ilə görüşüb

altAzərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar Gürcüstanda səfərdədir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, P. Bülbüloğlu Gürcüstanın katalikos-patriarxı II İlya ilə görüşüb.

Yubilyarı səmimi şəkildə qəbul edən II İlya P. Bülbüloğlunun 70 illik yubileyinin Tiflisdə keçirilməsini alqışlayıb və bu tədbirin yaddaşlarda qalacağını bildirib. P. Bülbüloğlu görüş üçün patriarxa minnətdarlığını bildirib, Tiflis və Şuşa xatirələrindən danışıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak ediblər.

Saytda Axtarış

Son xəbərlər