Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1750
DünənDünən3835
Bu həftəBu həftə15017
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8471616

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Putin ilə Obama arasındakı gərginlik aradan qalxır - RƏSMİ

alt

“Rusiya və ABŞ arasında praqmatik və real dialoq gedir”. Modern.az saytının verdiyi məlumata görə, bunu “Bloomberg” telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obama ilə vaxtaşırı olaraq telefonla əlaqə saxlayır.

“Kifayət qədər praqmatik dialoq gedir və prezidentlər qarşılıqlı əməkdaşlığın konkret sferalarını müzakirə edirlər. Bunun hər iki ölkəyə xeyri var”,-deyə Sergey Lavrov bildirib.

Nazir əlavə edib ki, onun özü də ABŞ dövlət katibi Con Kerri ilə daha ətraflı müzakirələr aparır.

Qeyd edək ki, ABŞ-Rusiya əlaqələrində gərginlik Ukrayna münaqişəsi başlayandan sonra pik həddə çatıb.

Nemtsovun qızı: “Atamın öldürülməsi siyasi edamdır”

altMoskvada güllələnən Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qızı Janna Almaniyanın Bild tabloidinə müsahibəsində deyib ki, onun atasını həmişə hakimiyyətin əleyhinə bərkdən danışdığına, kütləvi etirazların təşkilatçısı olduğuna və Ukraynadakı müharibə haqda həqiqətləri söylədiyinə görə öldürüblər: “Müxalif siyasətçi kimi hakimiyyət onu özünə təhlükə kimi qəbul edirdi. Bu, avtoritar rejimin təbiətidir”.

Modern.az-ın verdiyi xəbərə görə, Yanna atasının ölümünü siyasi edam kimi dəyərləndirir: “Təkcə qətl yerinin Kremlə yaxın olması böyük rəmzi məna daşıyır. Bu vasitə ilə hakimiyyət xalqı qorxutmaq istəyib. Bu, onlarda alınıb”.

Siyasətçinin qızı deyib ki, qətllə bağlı istintaqın gedişindən də razı deyil: “İstintaqın yeni rəhbərinin bu sətirləri oxumaq xoş olmayacaq. Ancaq düşünürəm ki, o, həqiqətən atamın öldürülməsinin sifarişçisinin tapılmasına və məhkəmə qarşısında dayanmasına maraqlıdır”.


Boris Nemtsov fevralın 27-də axşam qətlə yetirilib. Bu qətlə görə 5 nəfər - Zaur Dadaev, Anzor və Şadid Qubaşevlər, Xamzat Baxaev və Tamerlan Eskerxanov ittiham olunur. Onların hamısı barəsində Moskvanın Basmannı məhkəməsi mart ayının əvvəllərinə həbs qətimkan tədbiri seçib.

Ərdoğan məşhur nəşrin onun haqqında yazdıqlarına ƏSƏBİLƏŞDİ: “Həddini bil!”

alt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sənaye, İqtisadiyyat və Toplum Araşdırmaları Fondu (SETA) tərəfindən təşkil edilən prezidentlik sistemi panelinde çıxışı zamanı ABŞ-ın dünyaca məşhur “New York Times” qəzetini sərt dillə tənqid edib.
Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə Rəcəb Tayyib Ərdoğan sözügedən nəşrdə onun haqqında yazılanlara münasibət bildirib.
Prezident deyib ki, adıçəkilən qəzet nə vaxtsa, ABŞ rəhbərliyi haqqında heç bir tənqidi fikir söyləmir:
“Bu qəzet etikadan kənar bir şəkildə “Ərdoğan Türkiyəsində elə olur, belə olur” yazır. Adətən Amerikaya, başqa güclərə bir təlimat verirlər. Sən bir qəzetsən, buna görə də həddini bilməlisən. Ərdoğanın Türkiyəsində guya təzyiqlər var və bu təzyiqlərə qarşı ABŞ və onun bunun müdaxiləsini istəyirlər.

Sən bunu yazmaqla Türkiyəyə müdaxilə edirsən. Sən kimsən? Öncə həddini bil! Görəsən sən bunu Amerika rəhbərliyinə qarşı edə bilərsən? Elə anındaca sənə qarşı lazım tədbir görərlər”,-deyə Ərdoğan bildirib.

Müsavatın daha 55 üzvü partiyadan getdi - SİYAHI

alt

Müsavat Partiyası Xətai rayon təşkilatının bir bir qrup üzvü bəyanat yayıb. APA-ya daxil olan bəyanatda deyilir: Biz, Müsavat Partiyası Xətai rayon təşkilatının bir qrup üzvü partiyanın VIII qurultayını və qurultaydan sonra partiya daxilində baş verən antidemokratik fəaliyyəti, verilən qərarları böyük narahatlıq, səbr və dözümlə izlədik. Düşündük ki, partiya rəhbərliyi buraxılmış səhvlərdən, edilən tənqidlərdən düzgün nəticə çıxararaq özünün qeyri-legitimliyi haqqında şübhələri dağıtmaq üçün təşkilat daxilində sabitliyi qoruyacaq, qurultay zamanı və sonra baş vermiş hüquq pozuntularını aradan qaldıracaqdır. Amma gözlədiklərimizin əksi olaraq rəhbərlik nizamnamədən kənar fəaliyyətini davam etdirərək partiyadaxili siyasətə qarşı edilən tənqidlərdən nəticə çıxartmadı.

Partiya rəhbərliyinin Nizamnamədən kənar addımlarını, fədakar, "Müsavatçılıq" ideologiyasına bağlı üzvlərə qarşı təhqir, böhtan və iftira kampaniyasını pisləyərək, hazırkı rəhbərliyi tənqid edən, verilən qərarlara etirazını bildirən partiyanın nüfuzlu və aparıcı qüvvəsini təşkil edən müsavatçıların müxtəlif bəhanə və yollarla partiyadan uzaqlaşdırılmasına etiraz edərək, növbədənkənar qurultayın çağırılıb azad, ədalətli seçkilər əsasında legitim rəhbərliyin formalaşmasınadək partiyadakı fəaliyyətimizə xitam veririk".

Bəyanatı ümumilikdə 55 nəfər imzalayıb. Lakin onlardan 15-i adının açıqlanmasını istəməyib. Bəyanatı imzalayan 40 nəfərin siyahısı isə belədir:

Vidadi Hüseynov - Xətai rayon təşkilatının sabiq sədri və keçmiş Ali Məclis üzvü

Yaşar Ağabəyov - Şura üzvü

Fəxrəddin Ağayev - üzv

Zahidə Ağabəyova - üzv

Tofiq Süleymanlı - Şura üzvü

Tahir Süleymanov - Şura üzvü

Fərrux Seyidov - Şura üzvü

Yaşar Tağıyev - üzv

Fəxrəddin Rəhimov - üzv

İlqar Məmmədov - üzv

Vüqar Məmmədov - üzv

Sahib Məmmədov - Şura üzvü

Bəkir Qasımov - üzv

Səxavət Hüseynov - üzv

Fikrət Zeynalov - üzv

Məcid Nəcəfov - üzv

Ümid Mirzəyev - Şura üzvü

Zahid Məmmədov - üzv

Ramil Məmmədov - üzv

Qərənfil Şiriyeva - üzv

Zərifə Qulamova - Şura üzvü

Gülüş Həsənova - üzv

Aydın Novruzov - üzv

Elnur Novruzov - üzv

Musa İsmayılov - üzv

Aqil Qazi - üzv

Anar Hacıyev - üzv

Adil Məmmədov - üzv

Mövlud Məmmədov - üzv

Akif Həsənov - üzv

Zülfüqar Həsənov - üzv

Vüqar Qayıbov - üzv

Əkbər Məmmədov - üzv

İlham Cəfərov - üzv

Salam Qasımov - üzv

Qasım Əbdülrəhimov - üzv

Asif Məmmədov - üzv

Mahmud Şıxzadayev - üzv

Hidayət Əliyev - üzv

Fərhad Məmmədov - üzv

Azərbaycan səfiri erməni icmasını qəzəbləndirdi

altAzərbaycanın Argentinadakı səfirinin "Clarin" qəzetinə ünvanladığı məktublar ermənipərəst jurnalistin və erməni icmasının qəzəbinə səbəb olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Argentinanın "Clarin" qəzetinin beynəlxalq siyasət bölməsinin redaktoru, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə növbəti dəfə qanunsuz səfər etmiş qatı ermənipərəst mövqeyi ilə tanınan Marselo Kantelminin 25 aprel tarixində həmin qəzetdə "Dağlıq Qarabağa, heç kimin tanımadığı ölkəyə səfər" adlı məqaləsi dərc olunub.
Buna cavab olaraq, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin "Clarin" qəzetinə ünvanladığı məktubu bəzi hissələr çıxarılaraq qəzetin 8 may tarixli buraxılışında dərc olunub.

Məktubunda azərbaycanlı diplomat bildirib ki, "Clarin" qəzetində Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, siyasi, hüquqi aspektləri barədə, eləcə də Azərbaycan hökumətinin icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin qeyri-qanuni olması barədə dəfələrlə yazılarının dərc olunmasına baxmayaraq, M.Kantelmi həmin ərazilərə növbəti dəfə qanunsuz səfər edərək, Azərbaycan qanunlarını və beynəlxalq hüququ pozub. Diplomat vurğulayıb ki, M.Kantelminin öz məqaləsində Ermənistanın müharibədə geniş şəkildə iştirakı, bölgədə bu gün azərbaycanlıların qalmaması, Şuşada iki minarəsi dağıdılmış məscidin xarabalıqların içində qalması və Dağlıq Qarabağa hər şeyin Ermənistan tərəfindən tədarük olunması kimi faktları etiraf etməsi birmənalı şəkildə sübut edir ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz, azərbaycanlılara qarşı etnik təmizləmə, bu ərazilərdə Azərbaycanın mədəni-tarixi irsinin məhv edilməsi siyasətini həyata keçirib və qondarma “Dağlıq Qarabağ respublikası” Ermənistanın öz təcavüzünü ört-basdır etmək üçün yaratdığı oyuncaq rejimdir.

Məmməd Əhmədzadə bildirib ki, müəllif tərəfindən müharibədən əvvəl bölgədə azərbaycanlılarla ermənilərin sülh içində yaşaması faktının da qeyd edilməsi göstərir ki, ermənilərin məlum iddialar irəli sürmələri üçün heç bir tutarlı əsası olmayıb və Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalı Ermənistanın öz qonşularının ərazisi hesabına “böyük Ermənistan” xülyasını həyata keçrimək planının tərkib hissəsidir.

Azərbaycan səfirinin dərc olunmuş məktubunun sonunda M.Kantelminin cavab qeydləri də yer alıb və bununla, jurnalist özünün Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni girişi ilə bağlı əməlinə məntiqsiz formada haqq qazandırmağa cəhd göstərib. Buna cavab olaraq Azərbaycan səfiri dərhal "Clarin" qəzetinə növbəti məktub ünvanlayıb və məsələ ilə bağlı səfrilik tərəfindən mətbuata açıqlama verilib.

Bunun ardınca Argentina erməni icmasının radikal mövqeyi ilə seçilən "Prensa Armenia" mətbuat agentliyi də öz tərəfindən açıqlama dərc edərək M.Kantelminin müdafiəsinə qalxıb, Azərbaycan səfirinin məktublarına cavab olaraq Azərbaycan hökumətinin argentinalı jurnalistləri təqib etdiyini bildirib, bu yaxınlarda "Telam", "Tiempo Argentino", "Pefil" kimi Argentina KİV-lərinin nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərindən sonra Azərbaycanın Argentinadakı səfirliyinin gördüyü müvafiq tədbirlərə qarşı etirazını bildirib.

Prezident ailəsi Gül bayramında

altMayın 10-da Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Respublika Sarayının qarşısında keçirilən Gül bayramında iştirak ediblər.

Gr=ürcüstanda Ulu Önder Heydər Əliyevin ildönümü qeyd olunub

altBu gün yəni Mayın 10-da ümummilli li   Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünün qeyd olunması Gürcüstanda ənənəyə çevrilib.

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş mərasim ulu öndərin Tbilisidəki büstü önünə əklillər qoyulması ilə başlanıb

Əklil qoyma mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyin,Gürcüstan parlamentinin bir qrup deputarları Gürcüstan hökümətinin və burada yaşayan soydaşlarımızın nümayəndələri Azərbaycanın Gürcüstandakı iş adamları və digər rəsmi şəxslər iştirak ediblər

Sonra mərasim iştirakçıları Kvemo Kartili-Borçalı bölgəsinin Rustavi şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərə qatılıblar.Tədbirlərdə Azərbaycanın Gürcüstandakı səfirliyi və Rustavi şəhər rəhbərliyi,həmçinin burada fəaliyyət göstərən Azərbaycan və digər ölkələrin diaspor təşkilatlarının nümayəndələri,Rustavi mətəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

İştirakçılar Rustavi şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parlda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

   Keçirilən mərasimdə xalqımızın Ümummilli Liderinin həyat və fəaliyyətindən,iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında onun əvəzsiz rolundan söhbət açılıb.Tədbir iştirakçılarına əməldaşımızın müəllifi olduğu gürcü və azərbaycan dilində “Heydər Əliyev və Gürcüstan”kitabları hədiyyə olunub

Tədbir Azərbaycan və Gürcü incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti ilə davam edib.

Gürcüstanın yeni müdafiə naziri qadın oldu

altGürcüstanda yeni müdafiə naziri Tinatin Xidaşeli təyin olunub. Bununla da Gürcüstanda Müdafiə Nazirliyinə ilk dəfə qadın başçılıq edəcək.

AzNews.az ANS PRESS-ə istinadən xəbər verir ki, onun bu təyinatı ölkə mətbuatında və ictimaiyyətdə geniş rezonans doğurub.

Tinatin Xidaşeli Gürcüstan parlamentinin indiki sədri David Usupaşvilinin xanımıdır. Onlar Gürcüstanın Respublika Partiyasının üzvləridir. T.Xidaşeli bir sıra qeyri-hökumət təşkilatının, o cümıədən Gənc Hüquqşünaslar Assosiasiyasının yaradıcılarından sayılır.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yeni kabinetinin tərkibində olacaq namizədləri təqdim edib. Deputat Qiqlu Aqulaşviliyə Ətraf mühitin müdafiəsi və təbii ehtiyatlar, deputat, keçmiş biznesmen və idmançı Tariyel Xiçikaşviliyə isə İdman və gənclər naziri vəzifəsinə təsdiqlənib.

Gürcüstanın yeni hökuməti və 3 yeni nazir - SİYAHI

alt

Gürcüstan baş naziri İrakli Qaribaşvili bu gün Nazirlər Kabinetinin yeni üzvlərini təqdim edib. Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, parlamentdə hökumətin yeni tərkibinin təsdiq olunması üçün səsvermə keçiriləcək.

2014-cü ilin iyul ayıda baş nazir İrakli Qaribaşvilinin başçılığı altında formalaşan hökumət aprelin 29-da sayca 7-ci nazirin - idman və gənclər naziri Levan Kipianinin istefa verməsi ilə istefaya göndərilib. Kipinaidən bir gün öncə ətraf mühit və təbii sərvətlər naziri Elquca Xokrişvili istefa vermişdi.

İrakli Qaribaşvilinin təklif etdiyi yeni Nazirlər Kabinetinin tərkibində idman və gənclər naziri olaraq “İberia Business Group” avtomobil holdinqinin prezidenti Tariel Xiçikaşvilinin, ətraf mühit və ekologiya naziri olaraq deputat Qiqla Aqulaşvilinin, müdafiə naziri postuna isə parlamentin avrointeqrasiya məsələləri üzrə komitəsinin sədri Tina Xidaşelinin namizədliyi təklif olunub.

Bununla yanaşı, Nazirlər Kabinetinin digər üzvlərinin öz postlarında qalması təklif olunur: iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili, energetika və təbii sərvətlər naziri Kaxa Kaladze, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko, qaçqınlar və işğal olunmuş Gürcüstan torpaqlarını məcburən tərk edən köçkünlərlə iş üzrə nazir Sozar Subari, təhsil və elm naziri Tamara Sanikidze, kənd təsərrüfatı naziri Otar Daneliya, regional inkişaf və infrastruktur naziri Nodar Cavaxişvili, maliyyə naziri Nodar Xaduri, mədəniyyət və tarixi abidələrin qorunması naziri Mixail Qiorqadze, ədliyyə naziri Teya Çulukiani, xarici işlər naziri Tamara Beruçaşvili, daxili işlər naziri Vaxtanq Qomelauri, proborsiya və məhkəmə qərarlarının icrası naziri Georgi Mqebrişvili, barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Paata Zakareişvili, Avropa və avroatlantik məkana inteqrasiya məsələləri üzrə dövlət naziri David Bakradze və diasporla iş üzrə dövlət naziri Gela Dumbadze.

Abdullah Gül Allahşükür Paşazadə ilə

altÖlkəmizdə səfərdə olan III Qlobal Bakı Forumunun iştirakçıları Bakının Nəsimi rayonundakı Əjdərbəy məscidində cümə namazında iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Modern.az-a bildiriblər ki, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev qonaqları səmimi salamlayaraq, dünya şöhrətli, nüfuzlu şəxsiyyətlərin Azərbaycana səfərlərinin yüksək dəyər kəsb etdiyini vurğulayıblar.

Türkiyənin keçmiş Prezidenti Abdullah Güllə görüşən A.Paşazadə Azərbaycan-Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlığın dərinləşdirilməsi yönündə qonağın səylərini yüksək qiymətləndirib. Azərbaycanda keçirilən qlobal əhəmiyyətli tədbirdə qardaş Türkiyə dövlətinin nüfuzlu dövlət xadiminin iştirakını mühüm sayan QMİ sədri turk-İslam birliyinin ümumi mənafeləri üçün dəyərli hal kimi səciyyələndirib.

A.Gül isə öz növbəsində, Şeyxülislamla Azərbaycanda və Türkiyədə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb və A.Paşazadənin iki qardaş dövlət arasında dini-mənəvi əlaqələrin inkişafı üçün səylərini əvəzsiz kimi dəyərləndirib.

Səmimi qardaşlıq şəraitində keçən görüşün sonunda Şeyxülislam Türkiyənin sabiq Prezidentinə xatirə hədiyyəsi təqdim edib.

“Baş nazir və parlament sədri prezidentə qarşı cəbhə açıblar” - Gürcüstanın azərbaycanlı deputat ilə MÜSAHİBƏ

alt

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasını bu ölkənin parlamentində təmsil edən azərbaycanlı deputat Azər Süleymanov Modern.az saytına müsahibə verib.

- Azər müəllim, Gürcüstanda ətraf mühit və təbii sərvətlər naziri Elquca Xokrişvilinin, onun ardınca idman və gənclər naziri Levan Kipianinin istefa verməsindən sonra hökumətdə böhran yarandı. Baş nazir bu gün Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılması ilə bağlı namizədlərin siyahısını açıqlasa da, prezident bir həftə bu məsələnin parlamentdə səsverməyə çıxarılmasını yubadıb. Gürcüstan hökumətində yaranan böhran barədəki fikirləriniz necədir?

- “Gürcü Arzusu” bloku hakimiyyətə gələndən sonra qarşıya qoyulan məqsədlərdən heç birinə nail ola bilməyib. Gürcüstanda hazırda hökumət böhranı ilə yanaşı, iqtisadi böhran də yaşanır. İqtisadi böhran zamanı isə idman naziri ilə ətraf mühit nazirinin istefası təəccüb doğurur. Halbuki, iqtisadi böhrana görə məsuliyyət daşıyan başqa nazirlər var idi.

Onlar, yəni ölkənin iqtisadi fəlakətə sürüklənməsinə görə məsuliyyət daşıyan nazirlər yerində qaldı, günahsız olmayan hökumət üzvləri istefa verdi. Bu onu göstərir ki, Gürcüstan dövlətində ciddi siyasi böhran mövcuddur. Nazirlərin dəyişilməsi ilə heç nə düzəlməyəcək.

- Bir az aydınlaşdıraq, siz konkret nəyi nəzərdə tutursunuz?

- Gürcüstanda kriminal hadisələrin, narkotik ticarətinin, “qanuni orğular”ın sayı artıb, iqtisadiyyat gündən-günə geriləyib. İndiki hakimiyyətin isə bundan çıxış yolu tapacağına ümid yoxdur.


- Sizcə, çıxış yolu nədir?

- Yeganə çıxış yolu ölkədə növbədənkənar parlament seçkisinin keçirilməsidir. Bidzina İvanaşvili isə kənardan müdaxilələrə, dövləti idarə etməyə son qoymalıdır.

- Gürcüstanda baş nazirlə prezident arasında da qalmaqal yaşanırdı. Sizcə, proseslərin mürəkkəbləşməsində bu amil də rol oynayıbmı?

- Gürcüstan prezidenti Georgi Marqvelaşvili Bidzina İvanaşviliyə tabe olmadığına görə baş nazir və parlament sədri ona qarşı cəbhə açıblar. Prezident bu komandanın içərisində yeganə insandır ki, ancaq Gürcüstan haqqında fikirləşir. Ancaq təəssüflər olsun ki, Bidzina İvanaşvili heç bir vəzifədə olmadan hakimiyyətin işinə nəzarət edir. Nazirlərin əksəriyyəti onun tərəfindən idarə olunur.

- Mixail Saakaşvilinin tərəfdarları çoxdur. Bu fakt Saakaşvilinin yenidən hakimiyyətə gəlişini zəruri edə bilərmi?

- Mixail Saakaşvilini istəyənlər çoxdur. Onun yenidən qayıdışına Gürcüstan xalqı qərar verə bilər. Mixail Saakaşvili prezident olanda sübut etdi ki, ölkə tarixindəki ən yaxşı rəhbərdir. Təəssüf ki, onun zamanında tikilən Gürcüstan sökülə-sökülə gedir. Belə getsə, Saakaşvilinin yenidən hakimiyyətə gəlməsi ehtimalları çoxdur.

Abdulla Gül: “Azərbaycandakı inkişaf bizə qürur verir”

alt“Azərbaycanda müşahidə olunan inkişaf bizə qürur verir”.


APA-nın məlumatına görə, bu sözləri Türkiyənin 11-ci prezidenti Abdullah Gül deyib. O, Azərbaycanın I Avropa Oyunları və digər mühüm tədbirlərə ev sahibliyi edəcəyini xatırladıb: “Bakı tarixi şəhərdir. 19-cu əsrdə neftin tapıldığı önəmli şəhərlərdən biri kimi dünyada böyük şəxslərin diqqətini cəlb edib. Bakı həm də siyasi paytaxtdır və Azərbaycan enerji resursları ilə zəngin ölkədir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft boru xətti yuxu kimi görünürdü. Ancaq reallaşdı. Sonra biz Bakı-Tbilisi-Ərzurum qaz boru xətini reallaşdırdıq. Çəkiləcək TANAP xətti də Azərbaycanı Avropada önəmli enerji mənbəyi olaraq ortaya çıxaracaq. Bakı-Tbilisi-Qars dəmir yol xətti çox önəmli layihədir və bitmək üzrədir. Bunlar Azərbaycan qaynaqlı layihələrdir. Gürcüstan və Türkiyə üzərindən çıxır və bütün Avropaya paylanır. Dünya bu layihələrə çox önəm verir”.

Saytda Axtarış

Son xəbərlər