Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1990
DünənDünən3835
Bu həftəBu həftə15257
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8471856

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Elmar Məmmədyarov: "Ermənistan girovları saxlamaqla qeyri-konstruktiv mövqeyini nümayiş etdirir"

alt"Ermənistanda saxlanılan girovların geri qaytarılması əslində çox təbii və asan məsələdir".


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tiflisdə rəsmi səfərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib: “İrəvanda həm Viktoriya Nuland, həm Ceyms Uorlik, həm də həmsədrlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə toxunublar. Mən açıq şəkildə deyə bilərəm ki, Ermənistanda girovların saxlanılması ədalət baxımından ağlasığmaz məsələdir. Ermənistan girovları saxlamaqla qeyri-konstruktiv mövqeyini nümayiş etdirir. Mən inanıram ki, biz girovları geri qaytarmağa nail olacağıq”.

Elmar Məmmədyarov Gürcüstan prezidenti ilə görüşüb

altTiflisdə səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşüb.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə G. Marqvelaşvili ölkə ərazisindən keçən layihələrin Gürcüstan və Avropa üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

“Gəlişiniz münasibəti ilə sevincimi ifadə etmək istəyirəm və vasitənizlə dostum, qardaşım İlham Əliyevə salamlarımı göndərirəm", - deyə G. Marqvelaşvili qeyd edib.


E. Məmmədyarov isə Gürcüstan prezidentinə təşəkkür edib və ona Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırıb. O qeyd edib ki, Azərbaycanla Gürcüstan qardaş ölkələrdir: “İnanırıq ki, bir-birimizə dəstək verərək həm inkişaf edə bilərik, həm də suverenliyimizi möhkəmləndirə bilərik. Biz Gürcüstanın beynəlxalq aləmdə Azərbaycanı necə dəstəklədiyini görürük. Azərbaycan da beynəlxalq arenada Gürcüstanı dəstəkləyir".

Sonra görüş jurnalistlər üçün qapalı davam edib.

Tbilisidə Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü keçirilib

altBu gün Tiflisdə Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazirlər öncə təkbətək, sonra isə geniş formatda görüşüblər.

Gürcüstan xarici işlər naziri Tamar Beruçaşvili Azərbaycanın ölkəsi üçün dost, yaxşı qonşu və strateji tərəfdaş dövlər olduğunu bildirib: "Azərbaycan Gürcüstanla siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə fəal əməkdaşlıq edir, mühüm investisiyalar yatırır. Ən böyük layihələrin ölkəmizdən keçməsi vacib amillərdən biridir”.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə gürcüstanlı həmkarına səmimi görüş üçün təşəkkür edib, iki ölkənin münasibətlərindən danışıb.

Sonra görüş jurnalistlər üçün qapalı davam edib.

Görüşdən sonra Gürcüstan və Azərbaycan xarici siyasət idarələrinin rəhbərləri jurnalistlər üçün mətbuat konfransı keçiriblər.

Konfransda çıxış edən T. Beruçaşvili iki ölkə arasındakı əməkdaşlığın çoxşaxəli olduğunu bildirib. O qeyd edib ki, Gürcüstan üçün ticarət və iqtisadi əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir: "Bizim üçün ən mühüm əməkdaşlıq enerji sahəsi ilə bağlıdır. Gürcüstanın energetika naziri Kaxa Kaladze bu yaxınlarda Azərbaycanda keçirilən beynəlxalq toplantıda bir daha Azərbaycanla əməkdaşlığımızın siyasi əhəmiyyətini təsdiq edib. Biz “Cənub qaz dəhlizi”nə əhəmiyyətli və səmərəli layihə kimi baxırıq".

T. Beruçaşvili ölkəsinin təhlükəsizlik məsələlərinə də xüsusi önəm verdiyini bildirib: "Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyirik. Öz növbəsində Azərbaycan da bizim ərazi bütövlüyümüzü dəstəkləyir”.

T. Beruçaşvili GUAM-ın Gürcüstan üçün aktual bir təşkilat olduğunu bildirib: "Bizi bu təşkilatda eyni maraqlar birləşdirir". Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığını da müsbət qiymətləndirib və bu formatda ölkələrimizin uğurlu mexanizm yaratdığını bildirib.

E. Məmmədyarov isə jurnalistlər qarşısında çıxış edərkən həmkarı ilə bütün məsələləri hərtərəfli müzakirə etdiyini bildirib: "Biz açıq və səmimi şəkildə Azərbaycan-Gürcüstan əməkdaşlığını müzakirə etdik. Gürcüstanla Azərbaycan lider ölkələrdir. Bizim ölkələr müxtəlif layihələr həyata keçirir".

E. Məmmədyarov həmkarı ilə Gürcüstan yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülərin problemlərini də müzakirə etdiyini bildirib: "Biz həm azərbaycanlı və gürcü ailələrinə dəstək verəcəyimizi müzakirə etdik. Onlar özlərini rahat hiss edə bilərlər".

Qeyd edək ki, bu gün E. Məmmədyarovun Gürcüstan prezidenti və baş naziri ilə görüşü gözlənilir.

Yeni icra başçısı təyin edildi

altQuba rayonuna yeni icra başçısı təyin olunub.

ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən Yaşar Qəhrəman oğlu Məmmədov Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, prezidentin digər sərəncamı ilə Mübariz Ağayev Quba rayon icra başçısı vəzifəsindən azad olunub.

Prezidentin digər sərəncamı ilə Yaşar Məmmədov Ucar rayonunun icra hakimiyyəti vəzifəsindən azad edilib.

Prezident icra başçısını çıxardı

altQuba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Mübariz Alı oğlu Ağayevin icra başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Mübariz Ağayev 15 mart 2012-ci il tarixli prezident sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
Mənbə

İlham Əliyevdən sərt xəbərdarlıq

altHeydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Prezident İlham Əliyev konfransda iştirak edib.

Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş sərgidə 2004-2014-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və ekologiya sferalarında əldə edilən uğurlardan bəhs edilir.

Sərgidə Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr barədə də geniş məlumat verilir. Nümayiş olunan foto, cədvəl və diaqramlardan aydın görünür ki, müvafiq dövrdə regionların sosial iqtisadi inkişafını nəzərdə tutuan proqramların icrası nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı, o cümlədən regionlarda irimiqyaslı layihələrin həyata keçirilməsi uğurla təmin edilib. 2004-2014-cü illərdə Naxçıvan Muxtar Respublikası da əsaslı inkişaf yolu keçib. Son 10 ildə muxtar respublikada ÜDM-nin həcmi 10,3 dəfə, sənaye məhsulunun ümumi həcmi 34,9 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4,6 dəfə, əsas kapitala investisiyalar 11,5 dəfə, xarici ticarət dövriyyəsi 13,2 dəfə artıb. Bu dövrdə əhalinin gəlirləri 8,2 dəfə, orta aylıq əmək haqqı isə 5,8 dəfə çoxalıb. Naxçıvanda təhsil, səhiyyə, mədəniyyət, infrastruktur və digər sahələrdə də əsaslı dəyişikliklər baş verib.

Konfransda çıxış edən Prezident İlham Əliyev dedi ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramının qəbulundan 1 il keçir. Ötən dövrdə dünyada siyasi, iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq, Azərbaycanda sabitliyin və inkişafın hökm sürdüyünü deyən dövlət başçısı bu amilin əsasında iqtidarla xalq arasında olan birliyin dayandığını diqqətə çatdırdı. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramı da uğurla icra olunacaq və nəticədə əvvəllər olduğu kimi, bütün ölkə üzrə investisiya proqramlarının icrası, sahibkarlara verilən dəstəyin, quruculuq-abadlıq işlərinin davam etdirilməsi və digər məsələlərin həlli müntəzəm xarakter daşıyacaq.

Son 11 ildə regionların inkişafı ilə bağlı əldə olunan nəticələrin kifayət qədər ciddi dayaqlarının olduğunu deyən Prezident İlham Əliyev bunu statistik rəqəmlərlə əsaslandırdı. Prezident İlham Əliyev dedi ki, son 11 ildə ölkədə 1 milyon 360 min yeni iş yeri açılıb, onlardan 1 milyonu daimidir. Həyata keçirilən tədbirlər nəticəsində işsizlik və yoxsulluq indi 5 faiz səviyyəsindədir. Bununla yanaşı, dünyanın aparıcı reytinq agentlikləri ölkəmizin reytinq göstəricilərini artırıb, Davos İqtisadi Forumu Azərbaycanı inkişaf göstəricilərinə görə dünya üzrə 38-ci yerdə qərarlaşdırıb. Dövlət başçısı onu da vurğuladı ki, hazırda dünyanın inkişaf etmiş ölkələrinin belə xarici yardımlardan bəhrələndiyi bir vaxtda Azərbaycan bütün uğurlara öz imkanları hesabına, təkbaşına çatıb.

İqtisadi gücün siyasi səhnədə də öz sözümüzü deməyə, milli maraqlarımızı qorumağa imkan yaratdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycandan fərqli olaraq Ermənistanın aciz durumundan danışdı. Kriminal rejimin rəhbərlik etdiyi bu ölkənin öz çirkin və işğalçılıq siyasətindən əl çəkmədiyi təqdirdə onun müstəmləkə durumunun daha da dərinləşəcəyini diqqətə çatdırdı.

Ölkədə sosial sahənin də inkişaf etdiyini qeyd edən dövlət başçısı bildirdi ki, indi ölkədə orta aylıq əmək haqqı 565 dollar, orta pensiya 221 dollardır. Bu illərdə 2900 məktəb, 560 tibb ocağı tikilib və təmir olunub. Regionlarda 41 olimpiya-idman, o cümlədən 30 gənclər mərkəzi yaradılıb. Son 11 ildə məcburi köçkünlər üçün 84 qəsəbə salınıb, fərdi yaşayış evləri tikilib, 210 min məcburi köçkün yeni evlərə köçürülüb. Bu məqsədlər üçün 2,6 milyard dollar vəsait xərclənib.

Ölkəmizdə tarixi, mədəni və dini abidələrin bərpa olunduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, bir xalq kimi biz öz tarixi köklərimizə hər zaman bağlı olmalı və hər bir gənc bu ruhda tərbiyə almalıdır.

Bu illər ərzində paytaxtda və bölgələrdə böyük infrastruktur layihələrinin həyata keçirildiyini deyən dövlət başçısı bildirdi ki, son 11 ildə ümumi gücü 2400 meqavat olan 23 elektrik stansiyası tikilib, ölkədə 64 min müəssisə yaradılıb. İndi bütün şəhərlərdə qazlaşma 100 faiz səviyyəsindədir və hazırda bu işlər kənd yerlərində davam etdirilir. Ötən 11 ildə ölkədə 10 min kilometr yol çəkilib, 340 körpü-tunel tikilib, bölgələrdə 4-ü beynəlxalq olmaqla 6 aeraport inşa olunub. Son illərdə ölkədə içməli su layihələri də icra edilib, nəhəng meliorasiya tədbirləri həyata keçirilib.

Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi nəhəng enerji və nəqliyyat layihələrinin ölkəmizin gücünü daha da artırdığını bildirdi.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov son bir il ərzində görülən işlər barədə məruzə etdilər.

Yekun çıxışında Prezident İlham Əliyev qarşıda duran bütün planların həyata keçirilməsi üçün makro-iqtisadi sabitliyin qorunub saxlanmasının zəruri olduğunu diqqətə çatdırdı. Ötən il iqtisadiyyatın 3 faiz, qeyri-neft sektorunun 7 faiz artdığını deyən dövlət başçısı görülən işlər zamanı israfçılığa yol verilməməsinin vacibliyini vurğuladı, investisiya proqramına ancaq prioritet məsələlərin salındığını qeyd etdi.

Dövlət başçısı bu il məktəblərin, səhiyyə ocaqlarının, uşaq bağçalarının tikintisinin, zəruri infrastruktur layihələrinin icrasının davam etdiriləcəyini, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər görüləcəyini diqqətə çatdırdı. Bununla yanaşı, Prezident İlham Əliyev vurğuladı ki, qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dətəyin göstərilməsi də prioritet sahələr sırasındadır. Dövlət başçısı hər bir rayonda sənaye zonalarının yaradılması, ölkədə istehsal olunan məhsulların xaricə çıxışının təmin edilməsi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi, həmçinin, istifadəsiz torpaqlara nəzarət mexanizminin gücləndirilməsi, torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarını verdi. Prezident İlham Əliyev ekoloji vəziyyət və turizmin inkişafından danışdı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə əldə olunan uğurları qeyd etdi, vətəndaş-məmur münasibətləri məsələsində də Azərbaycanın nümunəvi ölkə olmasının vacibliyinə diqqət çəkdi.

Sonda Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Allahşükür Paşazadə Mixail Qorbaçovu beynəlxalq məhkəməyə verməyə çağırıb

alt“Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı törədilmiş kütləvi terror da var”


 Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə SSRİ prezidenti Mixail Qorbaçovu beynəlxalq məhkəməyə verməyə çağırıb.

APA-nın məlumatına görə, bu barədə Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 20 Yanvar şəhidlərinin yaxınları ilə görüşdə deyib.

Şeyxülislam bildirib ki, 20 Yanvar hadisələri Sovet rəhbərinin göstərişi ilə Azərbaycanın xalqın azadlıq hissini, haqlı tələbini qan içində boğmaq cəhdi idi: “Ona görə də Azərbaycan xalqının tam haqqı var ki, əlləri qanına bulaşmış qatillərini, xüsusilə Mixail Qorbaçovu məhkəməyə versin. Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı törədilmiş kütləvi terror da var. Qarabağ münaqişəsi də 20 Yanvar cinayətinin davamı oldu. Xalqı buna qiymət verilməsini tələb etməlidir”.

Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə aksiya keçiriləcək

altDekabrın 30-da Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin azadlığa buraxılmaları tələbi ilə aksiya keçiriləcək. Bu barədə APA-nın Gürcüstan bürosuna Bavariyadakı (Almaniya) Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov məlumat verib.

Almaniya vətəndaşı olan A. Məmmədov bildirib ki, aksiya ilə bağlı Gürcüstana gəlib, artıq Tiflis şəhər meriyasına yazılı şəkildə məlumat təqdim ediblər və onlara bir saat ərzində aksiya keçirməyə icazə verilib: “Sabah əllərimizdə Azərbaycan bayraqlarını və girov götürülən azərbaycanlıların şəkillərini tutaraq, onların azad olunması tələbini səsləndirəcək və bu barədə bəyanatımızı Ermənistan səfirliyinə təqdim edəcəyik. Aksiyaya Tiflisdə yaşayan azərbaycanlı gənclər də qoşulacaqlar”.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə APA-ya açıqlamasında atası ilə Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin köməyi ilə məktub vasitəsilə əlaqə saxladıqlarını söyləyib: “Atamdan axırıncı məktubu bir ay bundan əvvəl almışıq. Yazıb ki, “yaxşıyıq, bizə yaxşı baxırlar”. Bilirik ki, onlar orada işgəncə və təzyiqlərə məruz qalırlar və bizə ünvanlanan məktublar təzyiq nəticəsində yazılır. Məktubdakı xətt atamındır, lakin o, məktubu təzyiq altında yazıb. Şəkillərdən görünür ki, onlar nə vəziyyətdədir. Atam çəkisinin yetmiş faizini itirib, otuz faizi qala-qalmaya...”

Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər ərazisində öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb, onun meyiti Bakıda dəfn edilib. Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlayıb.

Bakıdan ABŞ-a sərt cavab

alt"Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər".

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində qeyd edib.

O bildirib ki, belələrindən biri cənab Baer unudur ki, zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni elə öz ölkəkisidir:

"Görünür ABŞ-ın ATƏT-dəki nümayəndəsi cənab Baerin ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur. Elə bir neçə gün əvvəl Senatın Kəşfiyyat Komitəsində gedən dinləmələrlə tanış olsa idi, yaxşı olardı. Onda anlayardı ki, Twitterdə yazdıqlarını oxuyanda ilk yada düşən ölkə elə ABŞ olur".

Novruz Məmmədov bildirib ki, cənab Baer qərəzli fikirləri ilə ABŞ ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmağa çalışır.

Oqtay Əsədova "Şərəf" ordeni verildi

altAzərbaycan Prezidenti İlham Əliyev Oqtay Əsədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük xidmətlərinə görə Oqtay Sabir oğlu Əsədov “Şərəf” ordeni ilə təltif edilsin.

Gürcüstanın daxili işlər naziri: “Çox şadam ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir”

alt“Çox şadam ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir. Mən bunu alqışlayıram”.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Azərbaycan jurnalistlərinə açıqlamasında Gürcüstanın daxili işlər naziri Aleksandr Çikvaidze deyib.

Nazir son vaxtlar Gürcüstanın Azərbaycanla sərhəd zolağında yeni nəzarət-buraxılış məntəqələrinin açılmasına və güc nazirlikləri arasındakı əməkdaşlığa da münasibət bildirib: “Mən sərhəd nəzarət-buraxılış məntəqələrinin açılmasını alqışlayıram. Dövlətlərimiz arasında sıx əlaqələr mövcuddur və iqtisadiyyatımız, sosial vəziyyətimiz getdikcə yaxşılaşır. Biz çalışırıq ki, regionda baş verən mütəşəkkil cinayətkarlığa qarşı səmərəli mübarizə aparaq və birgə əməkdaşlığımız regionda sabitliyə və təhlükəsizliyin təminatına xidmət etsin. Azərbaycanın güc strukturlarının rəhbərləri ilə yaxşı münasibətlərim var və hər iki dövlətin bu strukturları əməkdaşlığımızı möhkəmləndirməkdə və münasibətlərimizi daha da dərinləşdirməkdə maraqlıdır”.

Bu qız erməniləri türkə qarşı müdafiə edəcək

altErmənilər İnsan Hüquqları üzrə Avropa Məhkəməsində maraqlarını müdafiə etmək üçün məşhur amerikalı aktyor Corc Kluninin həyat yoldaşı, Livan əsilli ingilis vəkil Amal Alamuddinə müraciət edib.


“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bir müddət öncə “Erməni soyqırımı”nı inkar etdiyi üçün İsveçrə məhkəməsi tərəfindən cəzalandırılan (cərimələndirilən) Türkiyə Fəhlə Partiyasının (TFP) sədri Doğu Perinçək İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişdi. Yanvarın 28-də Avropa Məhkəməsinin Böyük Palatasında baş tutacaq növbəti məhkəmədə üçüncü tərəf (ölkə) olaraq Ermənistanı hüquqşünas Amal Kluni, eləcə də həmkarı Cefri Robertson müdafiə edəcək.

Saytda Axtarış

Son xəbərlər