Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1688
DünənDünən3835
Bu həftəBu həftə14955
Bu ayBu ay100001
Bu günə qədərBu günə qədər8471554

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

​Türkiyə XİN rəhbəri Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək

Türkiyənin Xarici İşlər naziri Feridun Sinirlioğlu Azərbaycana səfər edəcək.

"Dalğa TV" Türkiyə XİN-in saytına istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər nazirinin rəsmi səfəri iki ölkə arasında müntəzəm həyata keçirilən yüksək səviyyəli səfərlər çərçivəsində sentyabrın 15-16-da baş tutacaq.

Səfər zamanı F.Sinirlioglu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək. Görüşdə ikitərəfli əməkdaşlıq və regiondakı vəziyyət, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.

Bundan əlavə, Türkiyə Xarici İşlər nazirinin Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşləri planlaşdırılır.

Gürcüstanın yeni XİN başçısı: Rusiya ilə dialoq davam edəcək

Gürcüstanın yeni Xarici İşlər Naziri, baş nazirin müavini Georgi Kvirikaşvili Rusiya ilə dialoqun davam edəcəyini bəyan edib.

 Bu barədə "Dalğa TV" "İnterfaks" agentliyinə istinadən xəbər verir.

"Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi gündəlimizdə əsas məsələ olaraq qalmaqdadır. Bu məqsədə nail olmaq üçün isə həm də diplomatiya sahəsində addımlar atılmalıdır", - deyən nazir, rəsmi Moskva ilə danışıqları "vacib" sayıb.

Onun sözlərinə görə, müsbət nəticələr verən bütün dialoq formatları saxlanılmalıdır. Bu baxımdan Rusiya xarici işlər nazirinin müavini Grigory Karasin ilə Gürcüstan hökumətinin Rusiya ilə əlaqələr üzrə xüsusi elçisi Zurab Abashidzenin iştirakı ilə təşkil olunan görüşlər də böyük əhəmiyyət daşıyır.

Yerevanda polis etiraz aksiyasını güc tətbiq edərək dağıdıb: 48 nəfər saxlanılıb

Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyası iştirakçıları ilə polis arasında gərginlik artıb.

"Dalğa TV" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu gün səhər nümayişin davam etdiyi əraziyə xeyli sayda polis qüvvələri yeridilib.

Erməni polisi Baqramyan prospektindəki etirazçılara güc tətbiq edərək ərazini "təmizləyib". Aksiyanı dağıdmaq üçün bu dəfə su şırnağından istifadə edilməyib.

Polis məntəqələrinə aparılan vətəndaşların sayının 48 olduğu bildirilir.

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilirdi. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və həmin gün 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Turkiyədə yaşayan Gürcüstan vətəndaşlarına müraciət edilib.

 

"Dalğa TV" xəbər verir ki, müraciət səfirliyin rəsmi saytında yerləşdirilib.

"Turkiyədəki son hadisələrlə bağlı Gürcüstan səfirliyi Gürcüstan vətəndaşlarını ehtiyatlı olmağa çağırır və lazım gələrsə +905336903040 nömrəsi ilə əlaqə saxlaya bilərlər" - deyə müraciətdə deyilir.

 

Lavrov TƏSDİQLƏDİ: “Suriyada rusiyalı hərbçilər var”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada rus hərbçilərinin olduğunu təsdiqləyib.

 "Dalğa TV" Rusiya KİV-nə istinadən xəbər verir ki, rusiyalı nazir hərbi qulluqçuların Suriya ordusuna texniki yardım etdiyini deyib.

“Rusiya hərbçiləri Suriyada uzun illərdir ki, fəlaiyyət göstərirlər. Onların ölkədə mövcudluğu “İslıam dövləti” və digər esktremist qüvvələrə qarşı mübarizənin əsas yükünü çiynində daşıyan Suriya ordusuna silahların verilməsi ilə bağlıdır”.Lavrovun sözlərinə görə, rusiyalı hərbçilər Suriya ordusuna yeni texnikadan istifadə olunma qaydalarını başa salır və bu yardımlar gələcəkdə də davam edəcək.

Batumi şəhərinə Azərbaycanın yeni baş konsulu təyin edilib

Prezident İlham Əliyev Rəşad Fail oğlu İsmayılovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Dalğa TV"-nin məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə R.İsmayılova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Hüseyn Nizami oğlu Nəcəfov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb. 

Azərbaycan prezidenti Qazaxıstana işgüzar səfərə gedib

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak etmək üçün sentyabrın 10-da Qazaxıstana işgüzar səfərə gedib.

"Dalğa TV" -nin məlumatına görə, Astana şəhərinin hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Bakı-Tbilisi-Qars dəmiryolu Çindən Avropaya və əksinə etibarlı və sürətli sərnişin və yük daşımalarını mümkün edəcək

“Gələn il üçün inşasının başa çatdırılması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi Çindən Avropaya və əksinə rəqabətədavamlı, etibarlı və vaxt baxımından qənaətli sərnişin və yük daşımalarının reallaşdırılmasına yol açacaq və ölkələrimizin geniş tranzit potensialını nümayiş etdirəcək və iqtisadiyyatımız üçün stabil gəlir mənbəyi yaradacaq”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

“Bu məqsədlə, Türk Şurası çərçivəsində keçirilən əlaqədar nazirlik və qurumların müntəzəm görüşlərini və yuxarıda qeyd olunan nəqliyyat dəhlizinin imkanlarının artırılmasına xidmət edəcək təklifləri dəstəkləyirik”, deyə nazir qeyd edib.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan hər zaman Xəzər dənizinin enerji resurslarının Qərb bazarlarına nəqli üçün öz infrastrukturunu təklif edib: “Bu gün Azərbaycan həm də Cənubi Qaz Dəhlizi kimi transregional əhəmiyyətli, genişmiqyaslı enerji layihələrinin təşəbbüskarı və icraçısı kimi önəmli rol oynayır. Cənubi Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan Cənubi Qafqaz boru xəttinin genişləndirilməsi və TANAP və TAP boru kəmərlərinin inşası plana uyğun şəkildə həyata keçirilir. Bu, nəhəng Şah Dəniz qaz yatağını Gürcüstan və Türkiyədən keçməklə Avropaya birləşdirəcək”.

Nazir həmçinin Azərbaycanın üzv dövlətlər arasında informasiya-kommunikasiya texnologiyaları, bərpa olunan enerji, orta və kiçik sahibkarlığın inkişafı və özəl sektor sahəsində əməkdaşlıq təşəbbüslərini dəstəklədiyini vurğulayıb: “Mən həmçinin, turizm sahəsində tərəfdaşlığın və bu sahədə yeni sərmayə yatırımı imkanlarının öyrənilməsinin əhəmiyyətini xüsusi qeyd etmək istərdim”.

Avropa Parlamentindən Azərbaycana qarşı qətnamə

Avropa Parlamentində Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr qətnamənin qəbulu ilə başa çatıb.


 Dalga TV  virtualaz.org saytına istinadən xəbər verir ki, qətnamə layihəsinin mətni bu gün Avropa Parlamentinin saytında yerləşdirilib. Layihənin müəllifləri qeyd edirdi ki, sənədi hazırlayarkən Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair əvvəlki qətnamələrini; Avropa İttifaqı, Avropa Komissiyası, Avropa Şurası və s. qurumların rəhbərlərinin bu ölkədəki repressiyalarla bağlı son dövrlərdə verdikləri bəyanatları; həmçinin Leyla və Arif Yunuslar, Xədicə Ismayılovanın barəsindəki hökmə bağlı beynəlxalq rəyləri; Avropa İttifaqı ilə Azərbaycan arasında 1999-cu ildən qüvvəyə minmiş münasibətləri, o cümlədən Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramları çərçivəsində əməkdaşlığı nəzərə alıblar.

Qətnamədə Azərbaycanda repressiyaların miqyasının artdığı, həbs olunan jurnalistlərin və hüquq müdafiəçilərinin sayının çoxaldığı bildirilir. Onların dərhal və heç bir şərtsiz azad olunmasına çağırış yer alır.

Sənəd həmçinin Avropa Komissiyası ilə üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır.

Qəbul olunmuş qətnamənin layihəsini Avropa parlamentinə liberal-demokratlardan ibarət fraksiya (ALDE qrup) hazırlayıb. Son anda sənəd AP-dəki bütün fraksiyalar adından müzakirəyə təqdim edilib.

Azərbaycanın Batumidəki baş konsulu geri çağırıldı - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Hüseyn Nizami oğlu Nəcəfovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

​Britaniya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Böyük Britaniya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun fəaliyyətini müzakirə ediblər.

"Dalğa TV" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, ötən gün Britaniyanın xarici işlər naziri Filipp Hammond Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanı Londonda qəbul edib.

Tərəflər iki ölkə, Avropa İttifaqı-Ermənistan arasında əməkdaşlıq, habelə İranın nüvə proqramı ətrafında yaranmış böhrana və Yaxın Şərqdəki vəziyyətə dair məsələləri müzakirə ediblər.

F.Hommond və E.Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun rolunun gücləndirilməsindən, qurumla qarşılıqlı əməkdaşlıqdan danışıblar.

Anqela Merkelin maskasını geyinən deputat iclasdan qovuldu - VİDEO

Deputatlardan biri Avropa Parlamentinin iclasına Almaniyanın kansleri Anqela Merkelin maskasını taxaraq gəlib.

 

"Dalğa TV"-nin xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerin çıxışı zamanı kişi öz tribunasından qalxaraq siyasi xadim tərəfə gedib.

Yunkerə yaxınlaşan Avropa Parlamentinin deputatı onun əlini sıxıb. Anqela Merkelin maskasında olan kişi sonradan zaldan çıxarılıb.

 

Saytda Axtarış

Son xəbərlər