Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1000
DünənDünən3835
Bu həftəBu həftə14267
Bu ayBu ay100001
Bu günə qədərBu günə qədər8470866

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycan, Gürcüstan, Türkiyə nazirlərinin görüşü keçiriləcək

alt

Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili Azərbaycan və Türkiyə həmkarları ilə üçtərəfli görüşdə iştirak etmək üçün gələn həftə Türkiyəyə səfər edəcək.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, dekabın 10-da Türkiyənin Qars şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici siyasət idarələri rəhbərlərinin görüşü keçiriləcək.

Görüş çərçivəsində regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional stabillik və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarların müzakirələri həyata keçiriləcək.

Tədbirdən əvvəl Tamar Beruçaşvilinin Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü gözlənilir. Görüşdə ikitərəfli münasibətlər, bütün sahələrdə strateji tərəfdaşlıq, eyni zamanda regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, üç ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin birinci görüşü 2012-ci ildə Trabzon şəhərində, ikinci görüş isə 2014-cü ilin fevral ayında Gəncədə baş tutub.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin birinci üçtərəfli sammit görüşü 2014-cü ilin may ayında Tiflisdə, bu ilin avqustunda isə üç ölkənin müdafiə nazirlərinin görüşü keçirilib

Millət vəkili Qənirə Paşayeva Pakistan prezidenti ilə görüşüb

alt

Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanı qəbul edib.

GSR.fm APA-ya istinadən xəbər verir ki, görüş zamanı Pakistan prezidenti parlamentlərarası münasibətləri yüksək qiymətləndirib, bunun ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə kömək edə biləcəyini vurğulayıb.

M. Hüseyn bildirib ki, Dağlıq Qarabağ və Kəşmir məsələsində tərəflərin birgə mövqeyi Pakistanla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində özünü göstərir. Prezident Pakistanın Azərbaycanla tekstil, idman və əczaçılıq məhsulları, həmçinin hərbi texnikaların təkmilləşdirilməsi sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu qeyd edib.

İlham Əliyev Azərbaycanı BMT-də təmsil edəcək heyəti təsdiqlədi

alt

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinin 60-cı sessiyasında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Birləşmiş Millətlər Təşkilatının Qadınlara Münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinin 9-27 fevral 2015-ci il tarixlərində BMT-nin Cenevrə ofisində 60-cı sessiyasında Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası Hökumətinin beşinci dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə təsdiq edilsin:

Nümayəndə heyətinin başçısı

Hicran Hüseynova – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Nümayəndə heyətinin üzvləri

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini
Natiq Məmmədov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Yusif Yusifov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini
Xaqani Rzayev – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsinin müdiri

Fransa da Fələstin Dövlətini tanıyıb

alt

Fransa parlamenti bu gün keçirdiyi iclasda Fələstinin dövlət kimi tanınmasının lehinə səs verib.

GSR.fm-in Trend-ə istinadən verdiyi məlumata görə, səsvermədə 339 deputat lehinə, 151-i isə əleyhinə səs verib.

Qeyd edək ki, indiyədək 135 ölkə Fələstin Dövlətini tanıyıb.

İlham Əliyev türk nazirlə görüşdü

altAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Türkiyə Respublikasının elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ANS PRESS-in məlumatına görə, nazir Fikri İşık Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və baş nazir Əhməd Davudoğlunun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Bakıda keçirilən “BakuTel-2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətini vurğuladı. Fikri İşık Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə nazirlər toplantısında iştirak edəcəklərindən məmnun olduqlarını dedi.

Rəcəb Tayib Ərdoğan ilə dekabrın 1-dəki telefon söhbətini xatırlayan prezident İlham Əliyev bir daha Türkiyə tərəfindən Azərbaycanın “G-20”nin tədbirlərinə və zirvə toplantısına dəvət edilməsini ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlığın elm və yüksək texnologiyalar sahəsində də daha da genişləndirməyin önəmini qeyd etdi.

Türkiyəli nazir bildirdi ki, biz hamımız Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” fəlsəfəsinin daha da möhkəmləndirilməsində səylərimizi əsirgəməməliyik.

Dövlətimizin başçısı İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğanın və baş nazir Əhməd Davudoğlunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin prezidentinə və baş nazirinə çatdırmağı xahiş etdi.

Gürcüstan prezidenti Axısxa türkləri ilə görüşdü

altGürcüstan prezidenti Georgi Marqvelaşvili Axısxa türkləri ilə görüşüb və onların problemləri ilə tanış olub.

Bu barədə prezidentin milli azlıq məsələləri üzrə müşaviri Sofiya Şamanidi bildirib.

S. Şamanidi APA-ya açıqlamasında bu ildən başlayaraq, Axısxa türklərinin repatriasiyası məsələsinə baxılacağını deyib: "Axısxa türkləri prezidentlə görüşdə onları narahat edən problemlər barədə ətraflı danışıblar. Qeyd olunub ki, 2011-ci ildə yaradılan "Repatriasiya məsələləri üzrə idarələrarası Şura" onlarla sıx əməkdaşlıq etməlidir”.

S. Şamanidinin sözlərinə görə, görüşdə həmçinin qeyd edilib ki, Gürcüstan vətəndaşlığına qəbul müddəti 2 ildən 5 ilədək uzadılsın: “Bizdə olan məlumata görə, hələlik 267 Axısxa türkü Gürcüstan vətəndaşlığını alıb. Bu il Axısxa türklərinin Gürcüstandan köçməsinin 70 illiyi tamam olub və bu münasibətlə Axısxa türkləri konfrans keçiriblər. Prezidentlə keçirilən görüşdə isə Axısxa türkləri onlara göstərdiyi diqqətə görə təşəkkür ediblər".

Xatırladaq ki, Axısxa türkləri 1944-cü ildə Gürcüstandan Orta Asiya respublikalarına sürgün ediliblər.

Prezident baş katibi qəbul etdi

alt

Azərbaycan prezidenti İlham Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib.

AzNews.az-ın məlumatına görə, görüş zamanı S. Adeli rəhbərlik etdiyi təşkilat barədə dövlət başçısına məlumat verib.

O, Qaz İxrac edən Ölkələrin Forumuna üzv olan 17 dövlətin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu deyib. Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu vurğulayan S. Adeli qlobal qaz bazarında ölkəmizin mühüm rol oynayacağına əminliyini bildirib.

Prezident İ. Əliyev isə ölkəmizin böyük qaz ehtiyatlarına malik olduğunu deyərək hazırda təbii qazın müxtəlif marşrutlarla nəqlinin uğurla həyata keçirildiyini vurğulayıb. Dövlət başçısı Qaz İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlığın təşkilata üzv olan ölkələrlə ikitərəfli əlaqələrin inkişafına da xidmət edəcəyinə əminliyini ifadə edib.


Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və Gürcüstan arasında quru sərhədinin mühafizəsinin yaxşılaşdırılması layihəsinin imzalanma mərasimi keçirilib

altAzərbaycan hökuməti Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin yaxşılaşdırılması” layihəsinin həyata keçirilməsinə qərar verib.


APA-nın məlumatına görə, layihəyə əsasən iki ölkə arasında yaşıl sərhəddə daha çox təhlükəsizlik məsələlərini əhatə edəcək layihə çərçivəsində əlaqələndirilmiş tədbirlər mexanizminin yaradılması və tətbiqi üçün Azərbaycan və Gürcüstanın sərhəd orqanlarının birgə fəaliyyəti daha da inkişaf etdiriləcək, Azərbaycan Dövlət Sərhəd Xidməti ilə Gürcüstanın Sərhəd Polisi arasında əməkdaşlıq gücləndiriləcək, quru sərhəd mühafizə və nəzarət proseduraları təkmilləşdiriləcək, iki ölkənin sərhəd mühafizə orqanları üçün təlim proqramları hazırlanacaq, müasir infrastruktur yaradılaraq yüksək texnologiyalı avadanlıqlarla təchiz ediləcək .

Bu gün Azərbaycan Dövlət Sərhəd Xidməti və Gürcüstan Sərhəd Polisi arasında layihənin imzalanma mərasimi keçirilib. Tədbirdə Avropa İttifaqının Azərbaycan və Gürcüstan nümayəndələri ilə yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Gürcüstanın müvafiq hökumət qurumlarının səlahiyyətli şəxsləri, BMT-nin İnkişaf Proqramının Azərbaycan və Gürcüstan ofislərinin, Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin, ATƏT-in Bakı Ofisinin nümayəndələri, eləcə də Avropa İttifaqına üzv tərəfdaş ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər. Sənədi Sənədləri Dövlət Sərhəd Xidmətinin rəis müavini Fərhad Tağızadə və Gürcüstan Sərhəd Polisinin rəis müavini, Yaşıl Sərhədlərin Mühafizəsi Departamentinin rəhbəri Giorgi Turiaşvili imzalayıblar. Büdcəsi 5 milyon 600 min avro olan layihə “İnterə Edilmiş Sərhəd İdarəçiliyi layihələrinin Cənubi Qafqazda tətbiq edilməsində Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi” (İCMPDİ) tərəfindən icra olunacaq.

Tədbirdə çıxış edən layihə rəhbəri Məzahir Əfəndiyev bu gün sərhədlərin mühafizəsinin Azərbaycan üçün prioritet məsələ olduğunu nəzərə çatdırıb. DSX-nin rəis müavini Fərhad Tağızadə bildirib ki, sərhəd siyasəti dövlət siyasətinin tərkib hissəsidir, ölkə sərhədlərinin təhlükəsizliyinin mühafizəsi məsələdir. O qeyd edib ki, Azərbaycan rəhbərliyi sərhəddən keçən yük və nəqliyyatla bağlı proseduraların sadələşdirilməsinə dəstək verir: “2009-cu ilin yanvar ayının 1-dən nəqliyyat operatorları və sərnişinlərə əlverişli şərait yaratmaq üçün bir pəncərəli sistemin tətbiqinə başlanıb. 2010-2012-ci illərdə “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sisteminə Dəstək” layihəsi icra olunub, iki ölkə inteqrə edilmiş sərhəd idarəçiliyi Konsepsiyasının tətbiqi üzrə fəaliyyətə başlayıb. Bu gün bunun davamı olaraq “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin yaxşılaşdırılması” layihəsinin icrasına başlayırıq”.

F. Tağızadə nəzərə çatdırıb ki, bu layihə Azərbaycan və Gürcüstanın sərhəd qurumları arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradacaq: “İnanıram ki, bu layihənin həyata keçirilməsi regionun təhlükəsizliyinə öz töhfəsini verəcək”.

Gürcüstan Sərhəd Polisinin rəis müavini G. Turiaşvili bu layihənin ölkələrimiz arasında sərhəddə texniki təchizatın artırılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəldiyini söyləyib. G. Turiaşvili 2014-cü ildə Gürcüstan və Azərbaycan sərhədində Avropa standartlarına uyğun 2 sektor tikildiyini açıqlayıb: “Bu işlər həm Avropa İttifaqı, həm də NATO ilə əməkdaşlığı artıracaq, sərhədlərin müdafiəsini gücləndirəcək. Ümid edirəm ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq dünyada təhlükəsizliyə töhfə olacaq”.

BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Antonius Bruk bu gün imzalanan layihənin Azərbaycanda Zaqatala və Qaxda, Gürcüstanda isə iki sərhəd sektorunda icra ediləcəyini açıqlayıb: “Ümumilikdə donorlar, Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və digər donorlar tərəfindən layihəyə 5 milyon 360 min avro ayrılacaq və bu vəsait iki ölkə arasında yarıya bölünəcək”.

BMT İnkişaf Proqramının Gürcüstandakı rezident nümayəndəsi Nilz Devid Skot pilot layihə çərçivəsində müşahidə, birgə təlimlərin keçirilməsi də nəzərdə tutulub: “Bu layihə nəticəsində beynəlxalq əməkdaşlarla, Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq güclənəcək. Gürcüstan xərclərin 10 faizini ödəməyə də hazırdır. Sərhədlərin mühafizəsini Avropa standartlarına çatdırmaq istəyirik”.

Daha sonra layihə rəhbəri Məzahir Əfəndiyev layihənin Azərbaycanla bağlı qismi ilə əlaqədar təqdimat keçirib. O bildirib ki, layihənin Azərbaycan qismi 3 milyon 405 min dollara icra ediləcək. Bu vəsaitin 2 milyon 859 min dolları Avropa İttifaqı, 134 min dollar BMT-nin İnkişaf Proqramı, 412 min dolları isə Azərbaycan tərəfindən maliyyələşdiriləcək. “İnterə Edilmiş Sərhəd İdarəçiliyi layihələrinin Cənubi Qafqazda tətbiq edilməsində Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi” (İCMPDİ) tərəfindən icra olunacaq layihə çərçivəsində Zaqatala və Qaxda sərhəd mühafizəsi təkmilləşdiriləcək, birgə təlim proqramları hazırlanacaq, təlimçilər bazası yaradılacaq, sərhədçilər yeni avadanlıqlarla təchiz ediləcəklər.

Millət vəkilləri həyacan təbili çaldılar

altQaraçuxur məscidinin yandırılması və son günlər oxşar təxribat xarakterli hadisələr millət vəkillərini narahat edir.

ANS TV-nin məlumatına görə, Milli Məclisin bugünkü iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri ölkədə təxribat yaratmaq istəyən qüvvələrlə bağlı həyacan təbili çalıblar.

Millət vəkili Zahid Oruc: "Azərbaycanda mövcud ictimai sabitlik kimlərəsə sərfəli deyil. Bu gün beynəlxalq ailəmdə mövcud olan qarşıdurmalar hansısa bir şəkildə Cənubi Qafqaza, xüsusilə də ən böyük sabitlik adası olan Azərbaycana keçsin deyə yanaşmalar var. Bilərəm ki, hüquq-mühafizə orqanları bu prosesi ən yüksək səviyyədə diqqətdə saxlayır. Beynəlxalq təsirlər isə Azərbaycanı siyasi kursundan döndərmək gücündə deyil”.

Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, çox önəmli bir məsələdə - dini maarifçilik istiqamətində iş həqiqətən güclənməlidir: “Bu cür provakasiyalara, bu cür təxribatlara qarşı cəmiyyətin hər hansı bir şəkildə addımları müəyyən olunsun. Məsələn, məscidlərdə kamera quraşdırmaq olar. Kameralar yoxdursa, polis postları qurmaq olar. Və bu olduqca çox vacibdir. Çünki kütlənin toplaşdığı yerlərdir və burda hər hansı bir hadisə, sonra qarşısı alınmaz proseslərin başlanmasına gətirib çıxara bilər”.

İlham Əliyev müsahibə verdi

altAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24” informasiya telekanalına müsahibə verib.

Dövlət başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivləri haqqında danışıb.

O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda multikulturalizm ənənələri, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri və digər məsələlərlə bağlı sualları ətraflı cavablandırıb.

Prezident BBC rəhbərini qəbul etdi

altPrezident İlham Əliyev noyabrın 25-də BBC Global News-un baş icraçı direktoru Cim İqanı qəbul edib.

ANS PRESS-in məlumatına görə, BBC Global News-un baş icraçı direktoru Cim İqan rəhbərlik etdiyi qurumun fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlər barədə prezident İlham Əliyevə məlumat verib.

O, Azərbaycanın tarixi, mədəni yüksəlişi və ölkəmizdə gedən inkişaf prosesləri barədə dolğun informasiyanın geniş tamaşaçı auditoriyasına çatdırılmasının önəmini vurğulayıb.

Dövlət başçısı Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar, müstəqillikdən sonra sürətli iqtisadi inkişaf proseslərinə nail olunması, ölkəmizdə azadlıq və demokratiyanın təmin edilməsi istiqamətində görülən işlər, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, respublikamızın energetika sahəsində qazandığı nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Prezident İlham Əliyev Azərbaycanın zəngin tarixi, mədəniyyəti, inkişaf prosesləri barədə obyektiv və qərəzsiz informasiyanın çatdırılmasının önəmini vurğulayıb.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə qoşun yeritdi

alt

Türkiyə parlamenti ölkə silahlı qüvvələrinin Mərkəzi Afrika Respublikasına və Maliyə BMT-nin sülhməramlı kontingentinin tərkibində qoşun yeritməsinə razılıq verib.

AzNews.az xəbər verir ki, bu haqda Türkiyənin “Hurriyet” qəzeti məlumat yayıb.

Qeyd edək ki, bu ilin fevral ayında BMT-nin Baş katibi Pan Gi Mun və Avropa Birliyinin sabiq Ali komissarı Ketrin Eşton Türkiyə rəhbərliyinə müraciət edərək BMT-nin sülhməramlı qüvvələrinin tərkibində Afrikaya hərbçi göndərməsi xahişilə müraciət edib.

Saytda Axtarış

Son xəbərlər