Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün160
DünənDünən3835
Bu həftəBu həftə13427
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8470026

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İlham Əliyev 4 fərman imzaladı

alt

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

AzNews.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 14; 2001, № 11, maddə 669; 2002, № 5, maddə 237; 2006, № 6, maddə 478; 2007, № 8, maddə 756, № 11, maddə 1075; 2008, № 8, maddə 701, № 10, maddə 886; 2009, № 4, maddə 211, № 7, maddə 519; 2010, № 3, maddə 171; 2013, № 3, maddə 230, № 5, maddə 471, № 11, maddələr 1297,1310) ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 18-ci maddə üzrə:

1.1. birinci hissədə “pasportunun surətini” sözləri “pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı,” sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Əcnəbilər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu qaydada müraciət edə bilərlər.”;

1.2. üçüncü hissədə “əcnəbini” sözü “əcnəbi barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə, onu” sözləri ilə, “qəbul edən tərəfə” sözləri “müraciət edən şəxsə” sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin:

“BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır.”.

2. 23-1-ci maddənin ikinci hissəsi üzrə:

2.1. “b” bəndinə “ərizəsi” sözündən sonra “(əcnəbinin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla)” sözləri əlavə edilsin;

2.2. “b” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda “c” bəndi əlavə edilsin:

“c) əcnəbiyə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla).”.

3. 23-2-ci maddənin birinci abzasında “və “b” sözləri “, “b” və “c” sözləri ilə əvəz edilsin".

***

Prezident İlham Əliyev daha 3 fərman imzalayıb:

“Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1062-IVQD nömrəli Qanununun tətbiqi və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

***

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında

***

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1071-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Mübariz Qurbanlı Gürcüstanın dövlət nazirini qəbul edib

altDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə səfərdə olan Gürcüstanın diaspora məsələləri üzrə dövlət naziri Gela Dumbadzeni qəbul edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Gürcüstanın qonşu, dost və qardaş ölkələr olduğu, siyasi, iqtisadi, dini və mədəni sahələrdə münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulanıb.

G. Dumbadze səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib. Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də iştirak edib.

Müdafiə naziri Gürcüstanın səfirini qəbul edib

altNoyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Teymuraz Şaraşenidzeni qəbul edib.

GSR.fm Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Gürcüstan Silahlı Qüvvələrinin ölkədəki hərbi attaşesi polkovnik Şalva Turaşvili iştirak edib.

ABŞ erməniləri məyus etdi

altABŞ Dövlət Departamentinin mətbuat katibi Cef Patke ATƏT nümayəndəsinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vertolyotun vurulduğu yerə getmək məsələsi ilə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə o, "Amerikanın Səsi"nin İrəvan bürosunun sorğusuna cavabında deyib ki, biz ATƏT nümayəndəsinin Ermənistan vertolyotunun vurulduğu yerə gedə bilməməsi barədə məlumatlıyıq.

C.Patke bildirib: "Bizim mövqeymiz dəyişməyib. Bütün tərəflərə bir daha xatırladırıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səyləri ikiqat artırmaq çox əhəmiyyətlidir. Mənim deməyə başqa sözüm yoxdur."

ATƏT-ə cavab verdik (FOTO)

alt"ATƏT-in Minsk qrupunun həmsədrinin bəyanatında neytral ərazi anlayışından istifadə olunub. Azərbaycan üçün neytral ərazi anlayışı qəbul edilməzdir".

Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib.

XİN rəsmisi xatırladıb ki, Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsi məxsusi olaraq BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində qəti şəkildə pislənilib: "Həmin qətnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə olunub və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur və güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğu vurğulanır".

Qeyd edək ki, Ceyms Uorlik bu gün də "Twitter" hesabında paylaşdığı statusda Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmuş Ermənistan ordusuna məxsus helikopterin heç kimə məxsus olmayan əraziyə düşdüyünü bildirib və Ermənistan tərəfinin helikopterin qalıqlarına yaxınlaşmasının təmin olunmalı olduğunu yazıb.

Gürcüstan NATO-ya girir

altNATO Gürcüstanın müdafiə qabiliyyətini gücləndirməyə davam edəcək. Bu məqsədlə Tiflisdə NATO-Gürcüstan təlim-tədris mərkəzinin yaradılması nəzərdə tutulur.

ANS PRESS-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Gürcüstanın baş naziri ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O deyib: "Biz bunu Gürcüstanın müstəqilliyinə hörmətimizə görə edirik. Biz təlim-tədris mərkəzini yaratmağa qərar verdik və bu, yaradılacaq."

Onun sözlərinə görə, NATO Gürcüstanın Avropaya inteqrasiya prosesini davam etdirməsini, bu yola sədaqətini alqışlayır: "Bu, çox əhəmiyyətlidir və birmənalı yanaşmadır. Eyni zamanda, NATO-nun 2008-ci ildə keçirilən Sammitində qəbul olunan qərara uyğundur. O zaman qərar qəbul etdik ki, Gürcüstan NATO-nun üzvü olacaq. Buna görə, biz Gürcüstanın bu kursa sədaqətini alqışlayırıq."

Şimali Atlantik İttifaqından bildirilib ki, bu tədris mərkəzi NATO-ya məxsus olmayacaq, sadəcə hərbi təşkilat bunun yaradılmasında Gürcüstana kömək edəcək.

Helikopter hər şeyi dəyişdi

altDağlıq Qarabağ münaqişəsi indi yeni mərhələyə keçir. Hər iki tərəfdən də yeni insidentlər, gərginlik gözlənilir.

ANS PRESS-in məlumatına görə, bunu Qafqaz İnstitunun direktoru, politoloq Aleksandr İsgəndəryan bildirib. O, Azərbaycan tərəfinin erməni helikopterinin vurmasından sonra vəziyyətin dəyişdiyini deyib. Politoloq bununla yanaşı Qarabağda genişmiqyaslı əməliyyatlar gözləmədiyini də bildirib. .

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası noyabrın 12-də daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib.

Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopterlərində biri məhv edilib, digəri isə uzaqlaşıb. Helikopterin vurulması nəticəsində 3 pilot ölüb.

Ərdoğandan şok bəyanat

alt

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan iddia edib ki, Amerikanı Xristofor Kolumbdan əvvəl müsəlmanlar kəşf edib.

ANS PRESS-in məlumatına görə, Birinci Latın Amerika ölkələri müsəlman dini liderlərinin zirvə görüşünün yekununda çıxış edən Ərdoğan deyib ki, Kolumbdan 314 il əvvəl, yəni 1178-ci ildə müsəlman dənizçilər Amerika qitəsinə üzüblər. Onun sözlərinə görə, hətta Kolumb xatirələrində Kuba sahillərinə çatanda dağın təpəsində bir məscid gördüyündən bəhs edib.

Ərdoğan bildirib ki, "bu gün də o dağın təpəsinə bir məscid yaraşar".

Görüşə 40 ölkədən 70 müsəlman dini lider qatılıb. Tədbirə orta və şimali Amerika təmsilçiləri qatılıb. Kubadan tədbirə qatılan imam Pedro Ərdoğanı Kubaya dəvət edib.

Rəcəb Tayyip Ərdoğan isə "2015–ci ildə Kubaya gedəcəm, Kubalı dostumla da bu mövzu haqqında danışırıq. Düşünürük ki, Kolumb hələ Amerika qitəsini kəşf etməzdən əvvəl İslam dini qitədə inkişaf edib və yayılıb”,- deyə o bildirib.

Davudoğlu Barak Obama ilə Suriya və İraq məsələsini müzakirə edib

altAvstraliyanın Brisbane şəhərində keçirilən G20 liderlərinin sammitində Türkiyənin baş naziri Əhməd Davudoğlu tədbirdə iştirak edən dövlət rəsmiləri ilə görüşüb. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Davudoğlu nahar yeməyində ABŞ prezidenti Barak Obama, İngiltərənin Baş naziri Devid Kemeron, Fransa prezidenti Fransua Oland, Yaponiyanın baş naziri Şinzo Abe, Cənubi Afrikanın dövlət Başçısı Jacob Zuma ilə eyni masada əyləşib. Burada Davudoğlu dövlət rəsmiləri ilə uzun söhbət edib.Ə.Davudoğlunun ABŞ prezidenti Barak Obama ilə görüşündə əsasən Suriya və İraq məsələsini müzakirə ediblər. Almaniyanın Baş naziri Angela Merkel, Cənubi Koreya və İndoneziyalı liderlərlə də bir araya gələn Davudoğlunun, həm də təklikdə Rusiyanın prezidenti Vladimir Putinlə görüşün reallaşdığını da deyirlər. Məlumatda o da qeyd olunub ki, Əhməd Davudoğlu sammit çərçivəsində tədbirdə iştirak edən liderlərə ikitərəfli görüşləri davam etdirir.Qeyd edək ki, sammitin ilk günündə aralarında Türkiyənin baş naziri Əhməd Davudoğlu, ABŞ prezidenti Barak Obama, İngiltərə baş naziri Devid Kemeron, Rusiya prezidenti Vladimir Putinin də olduğu G20-yə üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edir. Sammitin ilk toplantısında qlobal iqtisadiyyatın hazırkı problemləri və yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunacaq.

 

Ermənilər Ağdamda yenidən hərbi helikopterlərdən istifadə ediblər

altErmənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində keçirilən hərbi təlimlərdə ötən gün yenidən hərbi helikopterlər havaya qaldırılıb. GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, Ermənistan mediası Ağdam rayonunun işğal olunmuş ərazilərində prezident Serj Sərkisyanın da izlədiyi təlimdə Mi-24 döyüş helikopterlərinin uçuşu və raket atışlarının foto və videolarını nümayiş etdirib Təlimdən yayımlanan fotolarda erməni əsgərlərinin «İqla» portativ zenit-raket sistemindən də atışlar həyata keçirdiyi nümayiş olunub Qeyd edək ki, ermənilərin açıqladığı rəsmi məlumata görə, Qarabağda keçirilən «Birlik-2014» adlı təlimə 2100 artilleriya sistemi, 850 zirehli texnika, 450 ədəd hava hücumundan müdafiə vasitəsi, 1600 tank əleyhinə vasitə, 260 xüsusi texnika və 4200 avtomobil texnikası cəlb olunub. Təlimlər noyabrın 15-də başa çatacaq Noyabrın 12-də Ağdam ərazisində keçirilən təlim zamanı Azərbaycan Ordusunun mövqelərinə hücum edən Ermənistan HHQ-nin bir ədəd Mi-24 döyüş helikopteri Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

Türkiyə: "Ermənistan Şahbaz və Dilqəmi qaytarmalıdır"

alt"Ermənistan girov götürdüyü iki azərbaycanlını azad etməlidir". ANS PRESS-in məlumatına görə, bunu Türkiyə Jurnalistlər Federasiyası rəhbəri və İzmir Jurnalistlər Cəmiyyətinin sadri Atila Sertel deyib.

O, Azərbyacan vətəndaşları olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işğal altında olan Kəlbəcərə ata-anasının məzarını ziyarət etmək üçün getdiyini, onların yanında olan Həsən Həsənovun ermənilər tərəfindən qətlə yetirildiyini xatırladıb.

"Yaxınlarının məzarlarını ziyarət edənlərin tutulmasına heç bir hüquq icazə vermir. Azərbaycandakı həmkarlarımızdan əldə etdiyimiz məlumatlar və ailələrindən gələn reaksiyalardan sonra bu açıqlamanı etməyi borc bildik. Şəxsən və təmsil etdiyim qurum adından biz sülhün tərəfdarıyıq. Bunu ölkə daxili və xaricindəki platformalarda dilə gətiririk. Sülhün itirib, qazananı olmur. Üç aydan çoxdur yaxındır sevdiklərindən uzaq qalan Dilqəm və Şahbazın tez bir zamanda azad edilməsini istəyirik. Qardaş Azərbaycan və qonşu Ermənistan arasında uzun müddətdir davam edən problemin yeni müharibəyə şərait yaratmadan bitəsinə ümid edirik".

Qənirə Paşayeva Türkiyənin 7 telekanalına müsahibə verdi

alt

“Bütün dünyanın Ermənistana təzyiq göstərərək “Sənin hərbi vertalyotunun, əsgərinin Azərbaycan hava sahəsində, torpağında nə işi vardı?” deyə təzyiq etməsi lazımdır”.
AzNews.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Türkiyənin TRT, TRT TÜRK, TRT HABER, Kanal 24, TGRT, TV 5, TRT Avaz televiziya kanalarına və bir sıra məşhur qəzetlərə, agentliklərə, mətbua orqanlarına Qarabağ həqiqətləri və bölgədə baş verən son hadisələrlə bağlı geniş müsahibə verərkən deyib.

Azərbaycan ordusunun vurduğu Ermənistana məxsus vertalyotla bağlı da sualları cavablandıran millət vəkili Qənirə Paşayeva qardaş Türkiyə KİV-lərini bu məsələdə daha həssas olmağa çağırıb:

"Dağlıq Qarabağ adlı bir dövlət yoxdur və heç zaman da olmayacaq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında saxta bir rejim yaradıb və onlar dünya tərəfindən tanınmır və heç bir zamanda da tanınmayacaq".

Millət vəkili Qənirə Paşayeva deyib ki, bütün dünyanın Ermənistana təzyiq göstərərək sənin hərbi vertalyotunun, əsgərinin Azərbaycan hava sahəsində, torpağında nə işi vardı deyə təzyiq etməsi lazımdır:

"Ermənistanın işğal etdiyi Azərbaycan bölgəsi olan Ağdamda və ön cəbhə bölgəsində 40 minlik əsgərlə təlim keçirməsinə səssiz qalan güclər, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa bölgədə durumun gərginləşməsinin təəssüf ki, qarşısını almaq üçün heç bir addım atmırlar. Onlar Ermənistandan işgal etdiyi Azərbaycan bölgesi olan Ağdamda, həm də tam ön cəbhəyə yaxın 40 minlik əsgərlə hərbi təlimləri nə üçün keçirirsiniz, buna nə haqqınız var deyə Ermənistana heç bir təzyiq göstərmirlər. Və Ermənsitan hərbi helikopteri bu təlimlər zamanı Azərbaycanın zaten bu təlimlərlə ihlal etdiyi hava sahəsini daha da ihlal edərək işğal altında olmayan bölgələrə doğru da görünməsi artıq səbri daşıran son addım oldu. Azərbaycan əsgərləri də Ermənistanın təxribatlarının qarşısını alaraq həmin helikopteri vurmuş və onların insanımıza hər hansı bir zərar verə bilmələrinin qarşısını almışlar. Təəssüf ki, bu gün də beynəlxalq təşkilatlar Ermənistana sizin hərbi helikopterin vurulduğu yerdə nə işi vardı, orada nə axtarırdı, ora Azərbaycanın hava sahəsi deyərək ciddi təzyiq göstərmirlər. Əsas da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan ATƏT MQ həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın bölgədə daha da həddini aşmasına və vəziyyəti daha da gərginləşdirən təxribatları davam etdirməsinə səbəb olur. Amma artıq münaqişənin sülh yolu ilə həlli üçün dayanmadan çalışan Azərbaycanın hərbi güclərinin, xalqının da səbri daşmışdır və artıq yetər deyirik. Ermənistan artıq anlamalıdır ki, Azərbaycana qarşı etdiyi bu kimi təxribatlara, hava sahəsini pozmalarına qarşı çox sərt cavab alacaqlar. 20 ildir Azərbaycan torpaqlarını işgaldan azad etməyən Ermənistana bunun bir dərs olmalıdır. ATƏT-in Minsk Qrupu həmsədrlərini də artıq münaqişənin həlli üçün ciddi addınlar atmağa çağırırq və işgalçını qudurtmağımıza artıq yetər deyirik. Hər şeyin bir həddi var”.

Azərbaycan həqiqtlərinin həm Türkiyədə insanlara, həm də bütün dünyaya yayılmasında Türkiyə KİV-lərinin də üzərinə böyük missiya düşdüyünü deyən Qənirə Paşayeva bəzi KİV-lərdə bu məsələ ilə bağlı yanlış məlumatlar verməsini bizi üzdüyünü bildirib:

“İnanırıq ki, bunlar bir daha təkrarlanmayacaq və bütün həmkarlarımızı, dostları bu həssas məsələ ilə bağlı məlumatlar verərkən daha həssas olacaqlar”. O, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva 2015-ci ilə doğru ermənilərin özlərinin qondarma erməni soyqırımı iddiaları ilə bağlı daha da aktivləşəcəyini və bunun artıq ciddi şəkildə hiss olunduğunu bildirib və qondarma erməni soyqırımına qarşı mübarizədə də Türk Dünyası KİV-nin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayaraq jurnalistlərimiz də daxil olmaqla hər bir insanımızı qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb.

Saytda Axtarış

Son xəbərlər