Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün160
DünənDünən3835
Bu həftəBu həftə13427
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8470026

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Məşhur ata-bala öldürüldü

altTürkiyənin Urfa vilayətinin Suruç rayonunun keçmiş bələdiyyə başçısı və oğlunun avtomobilinə edilmiş silahlı hücum nəticəsində hər ikisi həlak olub.

ANS PRESS-in məlumatına görə, Salih Tekinalp və oğlu Sinan Tekinalpa hücum bu gün yerli vaxtla saat 16-radələrində Urfa-Suruç yolunda baş verib.

Ata-oğul Urfadan şəhərlərinə dönən zaman avtomobil şəxsiyyətləri hələ müəyyən edilməmiş adamlar tərəfindən atəşə tutulub. Ata və oğul açılan atəş nətiəcəsində həlak olduğundan avtomobil idarə etməni itirərək yol kənarındakı maneələrə çırpılıb.

Ərdoğan 60 illik “ənənə“ni pozdu

alt

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Əfqanıstanla strateji əməkdaşlıq haqda razılaşma imzalamaq üçün Kabilə gedib.

ANS PRESS-in məlumatına görə, onun Əfqanıstan prezidenti Əşrəf Qəni Əmədzai və digər yüksək səviyyəli rəsmilərlə görüşü gözlənilir. Bu, son 60 ildə Türkiyə prezidentinin Əfqanıstana ilk səfəri hesab olunur.

Ərdoğan Türkiyə vəsaiti ilə paytaxt Kabilin qərbində inşa olunan yolun açılışına da qatılacaq.

Ərdoğan Kabilə 2005-ci ildə baş nazir olarkən səfər etmişdi. Türkiyə hökuməti 2001-ci ildən Əfqanıstanın hərbi, iqtisadi və tikinti sahəsində mühüm rol oynayır.

400-dək türk əsgəri beynəlxalq koalisiya tərkibində Kabil ətrafında xidmət edir.

Sərkisyanın İlham Əliyevin şərtini qəbul etməsi Ermənistan hakimiyyətini susdurub

altErmənistan hakimiyyəti Azərbaycanın hansı şərtlərini qəbul edərək Avrasiya İqtisadi İttifaqına girməsini şərh etmir. Belə ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Avrasiya İqtisadi İttifaqının Minsk sammitində Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsinə işarə vuran çıxışını rəsmi Yerevan cavablandırmaqdan imtina edir.
Modern.az saytının erməni KİV-nə istinadən verdiyi məlumata görə Ermənistan Prezident Administrasiyasının rəhbəri Viden Sərkisyan məsələ ilə bağlı ona ünvanlanan sualı susqunluqla qarşılayıb.

Ermənistan prezidenti Serj Sərkisyanın mətbuat katibi Armen Saqatelyan isə ölkənin xarici işlər nazirinin müavini Savarş Köçəryanın açıqlamasında istinad edib. Lakin o Qazaxıstan rəhbərinin açıqlamasına münasibət bildirməkdən belə bəhanə ilə imtina edib: “Başqa ölkə prezidentlərinin bəyanatlarının şərh edilməsi Ermənistan prezidentinin mətbuat katibinin hüquqi səlahiyyətlərinə daxil deyil”.

Xatırladaq ki, Ermənistan XİN başçısının müavini Savarş Köçəryan açıqlamasında Yerevan hökumətinin Avrasiya İttifaqına girmək üçün Azərbaycana getdiyi kompromisdə Dağlıq Qarabağ danışıqları ilə bağlı məsələlərin yer almadığını bildirib.

Qeyd edək ki, bu ilin may ayının 29-da Rusiya, Qazaxıstan, Belarus dövlət başçılarının iştirakı ilə gerçəkləşən Avrasiya İqtisadi İttifaqının təsis konfransında Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın quruma üzvlüyü üçün şərtlərini özündə ehtiva edən məktubunu oxumuşdu. Məktubda prezident İlham Əliyev Ermənistanın beynəlxalq təşkilatlar tərəfindən tanınan sərhədlər çərçivəsində Avrasiya İqtisadi İttifaqına üzv olması şərtini irəli sürmüşdü.

Həmin tədbirdə iştirak edən Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyan isə Azərbaycan prezidentinin bu xatırlatmasını biabırçı susqunluqla qarşılamışdılar.

Avrasiya Birliyinin oktyabrın 10-da Minskdə keçirilən sammitində isə Ermənistanın təşkilata qoşulması haqqında sənəd imzalandı. Sammitdə çıxış edən Qazaxıstan lideri Nursultan Nazarbayev çıxışında bəyan etdi ki, Ermənistanın hansı sərhədlər daxilində Avrasiya Birliyinə üzvlüyünə dair məsələlər ətrafında kompromis əldə olunub. Yəni, Nazarbayevin çıxışından belə anlaşıldı ki, Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi Avrasiya İttifaqına qoşmaq istiqamətindəki səyləri fiaskoya uğrayıb.

Azərbaycanla Gürcüstan arasında razılaşma

altAzərbaycan və Gürcüstan Müdafiə Nazirlikləri arasında 2015-ci il üçün ikitərəfli əməkdaşlıq planının layihəsi razılaşdırılıb.

ANS PRESS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, Bakı şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirilib.

Danışıqlara Azərbaycan tərəfdən Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Gürcüstan tərəfdən isə Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr və Avro-Atlantik İnteqrasiya Departamenti İkitərəfli Əməkdaşlıq İdarəsinin rəisi cənab İosif Cikia rəhbərlik ediblər.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrin yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Gürcüstanın Müdafiə Nazirliyi arasında 2015-ci il üçün ikitərəfli əməkdaşlıq Planı"nın layihəsi razılaşdırılıb.

Moskvada Azərbaycanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

altMoskvadakı Bakı Mədəniyyət Mərkəzində 18 Oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi gün qeyd olunub, eyni zamanda “Azərbaycan müstəqilliyinin formalaşmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin rolu” layihəsinin bağlanış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK), Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, Azərbaycanın Rusiyadakı səfirliyinin təmsilçisi, QHT və media nümayəndələri, Rusiyada təhsil alan tələbələr iştirak ediblər.

Azərbaycan və Rusiya dövlət himnləri ilə başlayan tədbirdə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib. ASGA-nın sədri Səbuhi Abbasov Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsində Heydər Əliyevin xidmətlərindən bəhs edib. S. Abbasov rəhbərlik etdiyi təşkilatın apardığı sorğunun nəticələri haqqında da məlumat verib. Onun sözlərinə görə, 6 minə yaxın gənc, KİV nümayəndəsi və QHT arasında aparılmış sorğuya əsasən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “İlin səfiri”, Ümumrusiya Azərbaycan Konqresi isə (ÜAK) “İlin diaspor təşkilatı” seçilib. ÜAK icraçı direktoru İlqar Hacıyev isə Dövlət Müstəqilliyi Günü münasibətilə təbrikini çatdırıb. Daha sonra tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev, Rusiya Azərbaycan Gənclər Təşkilatının nümayəndəsi Ramil Rəcəbov, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun direktoru Şamil Tağıyev və başqaları çıxış edərək Heydər Əliyevin xidmətlərindən söz açıblar.

Sonda çıxış edən ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev ÜAK, ASGA-nın Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun birgə reallaşdırdığı “Azərbaycan müstəqilliyinin formalaşmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin rolu” layihəsinin yekunu haqqında məlumat verib. Tədbirin yekununda layihənin qalibləri mükafatlandırılıb. İlk olaraq Rusiyada reallaşdırılan layihənin digər slavyan ölkələrində də həyata keçirilməsi planlaşdırılır.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “İlin səfiri” mükafatına layiq görülüb

alt

Oktyabrın 16-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin üzvlərini qəbul edib.


Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, görüşdə ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov bildirib ki, ASGA tərəfindən həyata keçirilən “Azərbaycanın müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin rolu” adlı layihə çərçivəsində Heydər Əliyev irsinin araşdırılması və təbliği istiqamətində görülən işlərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin rolunu qeyd edən təşkilat sədri, bununla bağlı azərbaycanlı gənclər, eyni zamanda Azərbaycanın KİV və QHT nümayəndələri arasında sorğu aparıldığını bildirib. O qeyd edib ki, sorğunun nəticələrinə əsasən səfir Polad Bülbüloğlu respondentlər tərəfindən “İlin səfiri” mükafatına layiq görülüb. Daha sonra mükafat səfir Polad Bülbüloğluna təqdim edilib.

Mükafata görə, ASGA-nın üzvlərinə və sorğuda iştirak etmiş hər bir respondentə təşəkkürünü bildirən səfir Polad Bülbüloğlu, mükafatı səfirliyin hər bir diplomatına verilən qiymət kimi dəyərləndirib. Həmçinin Polad Bülbüloğlu prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdiyini bildirib və son dövr ərzində iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərləri qeyd edib. Azərbaycanın Rusiyadakı səfiri iki ölkənin ictimai-siyasi həyatında, xalqlarımız arasında ənənəvi dost və qonşuluq münasibətlərinin inkişafında gənclərin rolunu xüsusi vurğulayıb. Bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün gənclərin gələcəkdə də mövcud olan ənənəni davam etdirməli olduqlarını söyləyib. Bu müstəvidə Polad Bülbüloğlu Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəaliyyəti, onun keçirdiyi tədbirlər haqqında məlumat verib.

Görüşün sonunda səfir Polad Bülbüloğlu ASGA üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan prezidenti Tacikistana rəsmi səfərə gedib

alt

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 15-də Tacikistan Respublikasına rəsmi səfərə gedib.


APA-nın məlumatına görə, Azərbaycanın və Tacikistanın dövlət bayraqlarının dalğalandığı Düşənbə Beynəlxalq Hava Limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Tacikistanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

İlham Əliyev həmsədrlər qarşısında kəlbəcərli girovlarla bağlı tələb qoydu

alt

Azərbaycan ATƏT-in Minsk qrupundan ölkəmizin işğal edilmiş Kəlbəcər rayonunda saxlanılmış iki nəfərin tezliklə qaytarılması məsələsini həll etməyi tələb edib. Modern.az saytı Trend-ə istinadən xəbər veri ki, bunu çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, bu cür tələbi Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə irəli sürüb: "Onlar diversant deyil, mülki vətəndaşlardır və Ermənistan onları azad etməlidir".

Minsk qrupunun həmsədrləri regionda səfərdədirlər.

Modern.az saytı xatırladır ki, bu il iyulun 11-də erməni xüsusi təyinatlıları Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna gedən üç mülki azərbaycanlıdan birini - Cəbrayıl köçkünü Həsən Həsənovu öldürüb, kəlbəcərlilər Şahbaz Quliyev və Dilqəm Əsgərovu isə girov götürüblər. Sonuncu iki azərbaycanlı barədə cinayət işi açan ermənilər qondarma ittihamlarla onları mühakimə etməyə hazırlaşır.

Leyla Əliyeva Kreml Sarayında təntənəli TƏDBİRDƏ

 

alt

Xəbər verdiyimiz kimi, Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MDBMİ) 70 illik yubileyini qeyd edir. Bununla əlaqədar, Moskvada MDBMİ məzunlarının II Beynəlxalq Forumu keçirilib. Universitetin yubileyinə həsr olunmuş tədbirdə dünyanın 50-dən çox ölkəsindən mindən yuxarı məzun – tanınmış dövlət və ictimai xadimlər, görkəmli iş adamları, akademik dairələrin nümayəndələri bir araya gəliblər. MDBMİ-nin görkəmli məzunlarından biri də Azərbaycan Prezidenti İlham Əliyevdir.

Oktyabrın 14-də Kreml Sarayında bu adlı-sanlı ali məktəbin yubileyi münasibətilə konsert olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, MDBMİ-nin Azərbaycan Məzunları Assosiasiyasının sədri Leyla Əliyeva tədbirdə iştirak edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın MDBMİ məzunlarından ibarət mötəbər nümayəndə heyəti də Kreml Sarayında olub.

Təbrik nitqi ilə Forum iştirakçılarına müraciət edən Rusiya Prezidenti Vladimir Putin vurğulayıb ki, dünyada münaqişə potensialının artdığı, köhnə ziddiyyətlərin kəskinləşdiyi, yeni böhranların yarandığı bir vaxtda MDBMİ məzunları bu ali təhsil ocağında öyrətdikləri kimi, öz işini mükəmməl bilərək, savadlı, səmərəli və ləyaqətlə fəaliyyət göstərirlər. Vladimir Putin deyib: “Siz fundamental və dərin biliklərə məhz universitet divarları arasında yiyələnmisiniz. Bu da ən mürəkkəb danışıqları səmərəli aparmağa və həmişə zirvədə olmağa imkan verir”.

Universitetin rektoru Anatoli Torkunov vurğulayıb ki, Forum 2013-cü ildə Bakıda başlanan ənənənin davamıdır. O vaxt Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə MDBMİ məzunlarının birinci Forumu keçirildi. Rektor Forum iştirakçılarına universitetin son illərdə qazandığı uğurlardan - yeni müasir tədris korpusunun açılmasından, yeni fakültə və kafedraların yaradılmasından, MDBMİ Məzunları Assosiasiyasının və İnkişaf Fondunun fəaliyyətinin modernləşdirilməsindən söz açıb. A.Torkunov deyib: “Hazırda MDBMİ universitet statusu daşıyır, onun məzunları isə təkcə diplomatiyada deyil, həm də humanitar elmlər, biznes, jurnalistika və hətta kəşfiyyat sahələrində müvəffəqiyyət qazanırlar.

Moskvaya səfər edən xarici siyasətçilərin çoxu universitetdə çıxış etmək fürsətini əldən vermir. MDBMİ-də dünyanın hər hansı digər ali məktəbindən daha çox - 54 dil tədris olunur”.
Rəsmi hissədən sonra Rusiya və xarici estrada ulduzlarının iştirakı ilə qala-konsert olub. MDBMİ-nin yaradılması və inkişafı tarixini əks etdirən film nümayiş etdirilib.

Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və Rusiyanın digər tanınmış siyasi və ictimai xadimləri təntənəli gecənin qonaqları arasında olublar.

Əli Həsənov Gürcüstanda külli miqdarda narkotik vasitənin saxlanılması ilə bağlı aparılan təhqiqatla əlaqədar BMT-yə müraciət edib

altBaş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Yuriy Fedotova müraciət ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyi ölkədə külli miqdarda (280 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kq 866 qr heroin, 11 kq 759 qr morfin və 2 kq 201 qr kodein) narkotik maddənin saxlanılması və Azərbaycan ərazisindən tranzit olaraq keçdiyi barədə məlumat yayıb. Hazırda bu məsələ ilə əlaqədar Gürcüstanda cinayət işi açılıb və istintaq aparılır. Prosedur qaydalara görə, Azərbaycan tərəfi bu istintaq prosesində iştirak etmədiyindən bu məsələnin tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Ə. Həsənov təhqiqata beynəlxalq ekspertlərin cəlb edilməsinə köməklik göstərilməsi üçün BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoruna müraciət unvanlayıb.

Araşdırmaların nəticəsi barədə mətbuata əlavə məlumatlar veriləcək.

Ukrayna MDB-dən çıxır

altOktyabrın 12-də Ukrayna parlamentində Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqda razılaşmanın dayandırılmasını nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb. Modern.az saytı bildirir ki, bu haqda Ali Radanın saytında məlumat yerləşdirilib. Parlamentdəki mənbə deyib ki, Ukraynanın MDB-də iştirakını dayandırması son aylar çox müzakirə olunur. Mənbə oktyabrın 10-da Minskdə keçirilən MDB dövlət başçılarının sammitində Ukrayna prezidenti Pyot Poroşenkonun iştirak etmədiyini də xatırladıb. Ukraynanı həmin tədbirdə Belarusdakı səfir Mixail Yejel təmsil edib.

Azərbaycanla Türkiyə arasında protokol imzalanıb

altNaxçıvan-Qars dəmir yolunun xəttinin çəkilməsi ilə bağlı Azərbaycanla Türkiyə arasında müvafiq protokol imzalanıb.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Nazir müavini deyib ki, hazırda Türkiyədən olan mütəxəssislər Qars ərazisindən dəmir yollarının Naxçıvan ərazisinə birləşdirilməsi üçün layihələndirmə işlərini aparırlar.

M. Pənahov əlavə edib ki, eyni zamanda yerli mühəndislər də bu layihələndirmə işlərində iştirak edirlər: “Qars-Naxçıvan dəmir yolu xəttinin böyük bir hissəsi Türkiyə ərazisindən keçir. Təxminən 13 km yeni tikinti işləri isə Naxçıvan ərazisində nəzərdə tutulub. Həmçinin Naxçıvan ərazisində 160 kilometr dəmir yollarının yenidən qurulmasına və inkişafına ehtiyac var. Layihə üzərində iş davam edir, kifayət qədər böyük layihədir. Onun detalları ilə bağlı ətraflı layihə hazırlandıqdan sonra hökumətə təklif ediləcək”

Saytda Axtarış

Son xəbərlər