Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün153
DünənDünən3835
Bu həftəBu həftə13420
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8470019

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstanlı nazir Azərbaycana səfər edəcək

alt

Noyabrın 18-19-da Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze Azərbaycana səfər edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfər çərçivəsində Gürcüstan və Azərbaycan mədəniyyət nazirlərinin görüşü olacaq.

Noyabrın 18-də Azərbaycan İncəsənət Muzeyində gürcü rəssamlarının rəsm əsərlərinin təqdimatı, noyabrın 19-da isə Xalça Muzeyində ARDNŞ-in Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə Tiflisdə nəşr olunan “Azərbaycan xalçaları” kataloqunun təqdimatı keçiriləcək.

Bu gün Azərbaycana səfər ərəfəsində Gürcüstanın yeni təyin edilən mədəniyyət və abidələrin mühafizəsi naziri M. Georqadze Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində olub.

Prezidentdən müraciət

alt

Prezident İlham Əliyev Azərbaycan Rus İcması İctimai Birliyinin IV qurultayının iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir: "Hörmətli qurultay iştirakçıları! Sizi – Azərbaycan Rus İcması İctimai Birliyinin IV qurultayının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş arzularımı yetirirəm".

Dövlət başçısı qeyd edib ki, tarixən müxtəlif xalqlar və dinlər arasında səmimi dostluq, qardaşlıq, qarşılıqlı hörmət və etimad mühitinin hökm sürdüyü Azərbaycanda rus icması həmişə əmin-amanlıq şəraitində yaşayıb, dil və mədəniyyətini, milli və dini adət-ənənələrini qoruyub saxlamaqla, çoxmillətli cəmiyyətimizin etnik-mənəvi mənzərəsini özünəməxsus çalarlarla zənginləşdirib: "Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycanın rus əhalisi ictimai-siyasi həyatımızda, milli dövlətçiliyimizin inkişafında yaxından iştirak edir. Onların tam və bərabərhüquqlu vətəndaş kimi cəmiyyətə inteqrasiyası və etnik-mədəni özünəməxsusluğunun qorunub saxlanması üçün ölkəmizdə hərtərəfli hüquqi-demokratik şərait təmin olunmuşdur. Sovet İttifaqının süqutundan sonra postsovet məkanında rus dilinə qarşı məlum basqı və neqativ halların əksinə olaraq, bu gün Azərbaycanda rus dilində orta ümumtəhsil məktəbləri, ali təhsil ocaqları, universitetlərdə rusdilli bölmələr, Dövlət Rus Dram Teatrı, rusdilli teatr truppaları, rusdilli mətbu orqanlar və digər ictimai-mədəni qurumlar öz fəaliyyətini uğurla davam etdirməkdədir. Təsadüfi deyil ki, hazırda Cənubi Qafqazda ən böyük rus icması məhz bizim ölkəmizdə yaşayır".

İlham Əliyev bildirib ki, 1988-1989-cu illərdə Ermənistanda azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və deportasiya nəticəsində mürtəce erməni şovinizmindən əziyyət çəkən rus xalqının minlərlə nümayəndəsinin Azərbaycana pənah gətirməsi də burada millətlərarası münasibətlərin və etnik-dini tolerantlığın necə yüksək səviyyədə olduğuna bariz nümunədir: "Azərbaycan Rus İcması Birliyi, ictimai təşkilat olaraq, 20 ildən artıqdır ki, vətəndaş cəmiyyəti quruculuğunda səmərəli fəaliyyət göstərir, xalqlarımızın və mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşmasında və qarşılıqlı zənginləşməsində önəmli işlər görür. Əminəm ki, bu təşkilat respublikamızın rus icmasını bundan sonra da layiqincə təmsil edəcək, cəmiyyətimizdə vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında səylərini gücləndirəcəkdir. Bu yolda hər birinizə cansağlığı və qurultayınızın işinə uğurlar arzulayıram".

İran prezidenti Bakıda

altİran İslam Respublikasının prezidenti Həsən Ruhani noyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

ANS PRESS-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

“Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı“ İtaliyada

alt

Millət vəkilləri Fuad Muradov və Asim Mollazadə “Avropa geosiyasi kontekstində Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı” regional konfransında iştirak etmək üçün noyabrın 13-dən 16-dək İtaliyanın Kadenabiya şəhərində səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Avropa İdeyalar Şəbəkəsi ilə Konrad Adenaur Fondunun təşkil etdiyi tədbirdə Avropa Parlamentində Xalq Partiyasının vitse-prezidenti Paulo Rangel, Avropa Komissiyasının rəsmi nümayəndələri, hər üç ölkənin təmsilçiləri iştirak edəcəklər.

Regional konfransda Bosfor boğazından Xəzər dənizinədək ərazidə Avropa qonşuluq siyasəti nəzərdən keçiriləcək. Azərbaycan, Gürcüstan və Türkiyənin Avropa İttifaqı ilə yaxınlaşmasının perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.

“Avrasiya bağlılığı və Avropanın enerji təhlükəsizliyi: regional əməkdaşlığın geostrateji uyğunluğu” mövzusu ətrafında müzakirələrdə F.Muradov Azərbaycanla bağlı istiqamətlərdən söhbət açacaq.

Azərbaycan, Gürcüstan və Türkiyə ilə əməkdaşlıq imkanlarının araşdırılacağı tədbirdə Milli Məclisin deputatı A.Mollazadə “Üçtərəfli əməkdaşlıq və Avropa təhlükəsizliyi” məsələsinə dair fikirlərini diqqətə çatdıracaq.

Regional konfransın yekun mərhələsində açıq debat olacaq. İştirakçılar Avropa İttifaqı ilə bu üç ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsi yollarını araşdıracaqlar.

Gürcüstanın yeni xarici işlər nazirinin adı məlum olub

altGürcüstanın yeni xarici işlər nazirinin adı məlum olub.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni naziri Gürcüstanın baş naziri İrakli Qaribaşvili təqdim edib.

Baş nazirin sözlərinə görə, Tamar Beruçaşvili ölkənin xarici siyasət istiqamətini dəqiq bilir: "Avropa seçimi gürcü xalqının seçimidir və mən ümidvaram ki, Tamar Beruçaşvili bu işə öz töhfəsini verəcək. Onun dövlət və diplomatik sahədə 22 illik böyük təcrübəsi var. O, eyni zamanda özünün böyük təcrübəsi ilə Gürcüstanın Avropaya inteqrasiyası prosesinə mühüm töhfə verəcək. Ona xidmət etdiyimiz bu yolda uğurlar arzulamaq istəyirəm".


Qeyd edək ki, T. Beruçaşvili bundan öncə xarici işlər nazirinin müavini olub. O, noyabrın 4-də XİN başçısı Maya Pancikidze ilə birhə istefa versə də, az keçməmiş qərarından imtina edib və İ. Qaribaşvili ilə söhbətdən sonra öz vəzifəsində qalıb.

Tbilisi Açıq Universitetində Qarabağ İnformasiya Guşəsi yaradılıb

altGürcüstanın Tbilisi Açıq UniversitetindəQarabağ İnformasiya Guşəsinin açılış tədbiri keçirilib.Açılış tədbirində Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı Səfirliyinin ataşesi Samirə Ağayeva , layihənin Gürcüstan üzrə koordinatoru Aybəy İsayev, universitetin müəllimləri və tələbələri iştirak ediblər.

Açılış tədbirində çıxış edən Aybəy İsayev guşə ilə bağlı məlumat verib.O qeyd edib ki,bu cür guşələrdən dünyanın müxtəlif ölkələrində yaradılmasına başlanılıb.Bu da əsassız deyil.Çünki Cənubi Qafqaz ölkələri üçün ən vacib problem məhz etnik münaqişələr və bu münaqişələr ilə bağlı olaraq dövlətlərin ərazi bütövlüyünün pozulması ,konkret olaraq ərazilərinin qonşuları tərəfindən işğal edilməsidir. Problemlərin həll olunmadan qalması xüsusilə alim və tədqiqatçıların, eləcə də universitet tələbələrinin məsuliyyətini daha da artırır.Hesab edirik ki, bu sahədə görüləcək ən vacib işlərdən biri də problemlərlə bağlı məlumatlılığın artmasına və beləcə problemlərin ədalətli həllinə töhfə verməkdir.

Tədbirdə çıxış edənlər qeyd edib ki,universitetlərdə belə guşələr yaradaraq Cənubi Qafqazdakı etnik münaqişələrlə bağlı elmi ədəbiyyatın universitetlərdəki vahid mərkəzlərdə toplanılmasına,maraqlananların bu vəsaitlərlə daha operativ şəkildə tanış olmalarının təmininə nail olmağa çalışılır.Daha sonra bu resursların universitet kitabxanalarına hədiyyə verilməsi və kitabxanalarda münasib bir hissədə yerləşdirilmələri ,oxuyuculara onlardan uzunmüddətli istifadə etmək imkanınin yaradılması nəzərdə tutulur.

Sonda çıxış edən qonaqlar da guşənin yaradılmasının vacibliyini qeyd ediblər.

İŞİD-ə ağır zərbə: 80 ölü

altİraq ordusu İŞİD terror qruplaşmasına ağır zərbələr endirib.

ANS PRESS-in məlumatına görə, Beyci mahalında ordunun keçirdiyi əməliyyat nəticəsində terror qruplaşmasının 80 yaraqlısı öldürülüb.

İraq ordusunun Səlahəddin Cəbhəsinin Komandanlığından verilən açıqlamada deyilir ki, əməliyyat zamanı İŞİD-in 13 yanacaq tankeri də məhv edilib. Məlumatda deyilir ki, İŞİD həm mənəvi, həm də maddi cəhətdən ağır zərbələr alıb.

İraq ordusunun keçirdiyi əməliyyata döyüş təyyarələri də havadan dəstək verib.

Qeyd edək ki, İraq ordusu bir qədər əvvəl Beyci mahalını İŞİD yaraqlılarından azad etmişdi.

Putinin Ukrayna planı ifşa oldu

altUkraynanın şərqində separatçılar genişmiqyaslı təxribatlara hazırlaşırlar.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümyəndəsi Aleksandr Lısenko açıqlama verib.

Onun sözlərinə görə, separatçıların təxribat törətməsi Rusiya sülhməramlılarının Ukraynanın şərqinə daxil olması üçün hazırlıq məqsədi daşıyır.

"Hazırda ölkənin şərqində vəziyyət yenə qarışıb. Separatçılar terror aktları törədə, silahlı hücumlar həyata keçirə bilər. Bütün bunların baş verməsində Ukrayna ordusu günahlandırılacaq və Rusiya sülhməramlılarının Donbasa girməsi üçün şərait yaradılacaq. Bizdə olan məlumata görə, belə bir plan hazırlanıb", deyə Lısenko bildirib.

Lısenko onu da bildirib ki, son günlər Donetsk və Luqansk vilayətlərində qarşı tərəfin qoşunları və hərbi texnikasının sayı artırılıb.

Azərbaycanlı deputatdan Gürcüstandakı siyasi böhranla bağlı AÇIQLAMA: “Onlar İvanaşviliyə tabe olmurdular”

alt

Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə baş nazir İrakli Qaribaşvili arasındakı açıq müstəvidə davam edən gərgin mübarizə hakimiyyət daxilindəki qruplaşmaları da hərəkətə gətirdi.
Qərbyönümlü mövqeyi ilə seçilən və Rusiyaya qarşı bəyanatlar verən müdafiə naziri İrakli Alasaniyanın baş nazir tərəfindən istefaya göndərilməsi hakim “Gürcü Arzusu” koalisiyasında yaranan uçurum üçün stimul rolunu oynadı. Müdafiə Nazirliyinin 6 əməkdaşının korrupsiyada və dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbsindən sonra İrakli Alasaniyanın da hökumətdəki postundan kənarlaşdırılması ilə Tbilisi hökumətində siyasi böhranın yeni mərhələsi başlandı.
İrakli Alasaniyanın rəhbəri olduğu və “Gürcü Arzusu” koalisiyasındakı “Bizim Gürcüstanımız – Azad demokratlardır" partiyasının digər nazir üzvləri də onun tutduğu vəzifədən azad edilməsindən sonra hakimiyyətdən təmsil olunmaq istəmədiklərini bəyan edərək istefa veriblər.

Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili isə artıq istefa ərizəsinin baş nazir tərəfindən qəbul edildiyini söyləyib.

Xarici işlər naziri Maya Pancikidze də "Gürcü Arzusu" komandasında tutduğu vəzifəsindən istefa verib.

Ədliyyə naziri Teya Sulukiani keçmiş müdafiə nazirinə dəstək əlaməti olaraq istefa edəcəyini bəyan edib.

Ərdoğanı əsəbiləşdirənlər cəzalandırıldı

altTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsəbləşməsinə səbəb olan olayın səbəbkarları cəzalandırılıb.

ANS PRESS-in məlumatına görə, dünən İstanbulda piyada hərəkət edən zaman bir kafedə siqaret çəkənləri görəndə etirazını sərt şəkildə Esenler bələdiyyə başqanı Tofiq Göksuya çatdıran Ərdoğan qanunu pozanların cəzalandırılmasını tələb etmişdi.

Bu gün Esenler Bələdiyyəsinin əməkdaşları həmin kafe sahibini 6 min lirə cərimə edib. Siqaret çəkən adam isə qanuna əməl etmədiyinə görə 91 lirə ödəməli olacaq.

Kafenin sahibi Deniz Ayvaz siqaret çəkən müştərilərinin olmadığını bildirib: "Prezident Rəcəb Tayyib Ərdoğan gələn zaman bir izdiham yaşandı. Küçələr təhlükəsizlik səbəbiylə bağlanıldı. O sırada küçədəki vətəndaşlar prezidentini görmək üçün bizim kafeyə girdi. Kafeyə girənlərdən biri də siqaret çəkdi. Ancaq o zaman bunu fərq etmədik. Hadisə səbəbindən bu gün 6 min lirə cəzalandırıldıq. Və bizə ən yüksək cəza verildi. Ancaq etiraz etməyəcəyəm. Çünki qanunda siqaret çəkilməməsi açıqca bildirilir. Kafe mənimdir və cəzamızı ödəyəcəyik".

"Qarabağ münaqişəsi hələ də həll edilməmiş qalır”

alt“Çox kədərlidir ki, Ermənistan və Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsi hələ də həll edilməmiş qalır”.

Dalgatv-nin  APA-ya istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Pata Zakareişvili Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli jurnalistlərlə görüşündə deyib.

Nazir xatırladıb ki, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu işləyir: “Azərbaycan və Ermənistan prezidentlərinin Parisdəki təkbətək görüşü bizi ruhlandırır ki, bu münaqişənin həllində müsbət irəliləyiş olacaq. Bu, yaxşı işarədir. İnanırıq ki, bu istiqamətdə keçirilən görüşlərin dinamik inkişafı müsbət nəticələr verəcək”.

Oqtay Əsədov Litvanın səfirini qəbul edib

altAzərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Litvanın Azərbaycanda yeni təyin olunmuş səfiri Valdas Lastauskası qəbul edib.

7/24news APA-ya istinadən xəbər verir ki, O. Əsədov görüşdə bildirib ki, V. Lastauskas Azərbaycan-Litva əlaqələrinin daha da möhkəmlənməsi üçün səfir kimi öz qüvvə və bacarığını əsirgəməyəcək. O qeyd edib ki, müstəqil Azərbaycan Litva ilə əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır: “Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradıb”.

Sədr hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib.

V. Lastauskas Azərbaycanda diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. O bildirib ki, parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı iqtisadi əməkdaşlığın gücləndirilməsi günün tələbidir.

Saytda Axtarış

Son xəbərlər