Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3152
DünənDünən3331
Bu həftəBu həftə12584
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8469183

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Serj Sərkisyan Azərbaycana gəlir

alt

Ermənistan prezidenti Serj Sərkisyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 2-də Azərbaycan ərazisinə - işğal olunmuş Dağlıq Qarabağa səfər edəcək. Çağırılmamış "qonağın" səfərində məqsəd qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin 23-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etməkdir. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibində nazirlər və diaspor erməniləri də olacaq. Məlumatda qeyd olunur ki, sentyabrın 2-də Xankəndidə separatçıların hərbi paradı və Şuşa şəhərində Geoloji Muzeyin açılışı nəzərdə tutulub.

Bundan bir gün öncə - sentyabrın 1-də Qarabağa Ermənistan parlamentinin bütün fraksiyalarını təmsil edən deputat qrupu səfər edəcək.

Xatırladaq ki, 1991-ci il sentyabrın 2-də Qarabağ separatçıları Azərbaycandan ayrıldıqlarını, qanunsuz olaraq öz müstəqilliklərini elan ediblər.

Ərdoğan sentyabrın 2-də Bakıda olacaq

alt

Türkiyənin yenicə seçilmiş 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı qismində ilk xarici səfərinin tarxini rəsmən élan oluunub. Ərdoğan prezident İlham Əliyevin dəvəti ilə 2-3 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.

Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyası bəyan edib.
Rəsmi məlumata görə, prezidentlərin görüşü zamanı Azərbaycan-Türkiyə arasındakı münasibətlərin müxtəlif aspektləri, iki ölkə arasındakı əməkdaşlıq, həmçinin Türkiyə ilə Azərbaycanın müştərək mənfəətlərini əks etdirən beynəlxalq və regional hadisələrin müzakirəsi gözlənilir.

Bundan başqa, bildirilir ki, Ərdoğanın səfəri hər iki ölkənin ortaq mənfəətlərinin inkişafı baxımından böyük bir fürsət olacaq.

Poroşenko: “Sülh planı gələn həftə hazır olacaq”

altUkrayna prezidenti Pyotr Poroşenko Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib ki, Donbasdakı vəziyyətlə bağlı sülh planı gələn həftə hazır olacaq.

Dalgatv-nin  APA-ya istindən verdiyi xəbərə görə, o bildirib ki, sülh planı sentyabrın 1-də Ukrayna üzrə təmas qrupunun görüşündə Ukrayna, Rusiya və ATƏT nümayəndələri ilə birgə müzakirə ediləcək

“Ümid edirəm ki, görüşdə atəşkəs məsələsi müzakirəyə çıxarılacaq”, deyə Ukrayna prezidenti vurğulayıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin təmas qrupunun Ukrayna, Rusiya, Ukraynanın şərq regionu və ATƏT nümayəndələrinin iştirakı ilə məsləhətləşmələrin Minskdə keçirilməsinin vacibliyini qeyd edib.

“İlham Əliyev gələn həftə Sərkisyanla görüşə bilər” – RƏSMİ

alt

“Heç kim münaqişənin eskalasiyasında maraqlı deyil və Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

Modern.az saytının xəbərinə görə bunu Turan İnformasiya Agentliyinə müsahibəsində ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupu sülhün saxlanılmasına çalışır. Amerikalı diplomat qeyd edib ki, iyul ayının 31-dən başlaya və avqust ayının əvvəllərinə qədər davam edən cəbhə xəttindəki gərgin vəziyyət sülh prosesinə əngəldir

“Cəbhə xəttindəki münaqişə zamanı onlarla insanın ölməsi bizi sülhün nailiyyətinə gedən yolda geriyə salır. Həll yollarını tapmaq üçün işləmək və danışıqlar stolu arxasında səyləri ikiqat artırmaq lazımdır. Bunun üçün isə atəşkəs rejiminə əməl etmək ilkin şərtdir”.

Həmsədr Azərbaycan və Ermənistan prezidentlərinin yaxın zamanlrda növbəti görüşünün baş tutacağını da istisna etməyib:

“Prezidentlər NATO-nun Uelsdə keçiriləcək sammitində və ya BMT Baş Assambleyasının iclasında görüşə bilər”,-deyə C. Uorlik bildirib.


Qeyd edək ki, NATO-nun sammiti sentyabr ayının 4-5-də Uelsin paytaxtı Kardifdə keçiriləcək.

ABŞ Rusiyanı çökdürmək üçün nə qədər xərcləyə bilər?

altRusiya təlaş içindədir ; NATO Rusiya sərhədlərində çevik qüvvələr yerləşdirəcək, yoxsa ...; “Şər imperiyası” yenidən dirçəlməyə can atır; ölkəmizdəki QHT repressiyaları ilə Rusiyanın hansı əlaqəsi var...


Bəlkə də ciddi heç nə baş verməyəcək. Bəlkə də NATO üzvləri uçan boşqablardan, yad planetlilərdən danışıb sonra da birgə şəkil çəkdirəcək və evlərinə dağılışacaqlar. Amma Rusiya təlaş içindədir. Bu ölkədə fikirləşirlər ki, görən NATO Ukraynaya, Moldovaya və Gürcüstana hansı statusu verəcək? Burada hələ də təlaş içindədirlər ki, NATO Rusiya sərhədlərində çevik qüvvələr yerləşdirəcək, yoxsa bu da bir söz-söhbətdir?
Bəli, Rusiya təlaş içindədir, sentyabrın 4-5-də Uelssdə toplaşacaq NATO bosları isə çox danışmağı sevmirlər. Hələlik yalnız çevik qüvvələrlə bağlı nəsə deyilir. NATO rəhbərləri bu qüvvələrin yerləşdirilməsini onunla əsaslandırırlar ki, İkinci Dünya müharibəsindən sonra Rusiya ilk dövlət oldu ki, başqa bir dövlətin ərazisini zorla özünə birləşdirdi...
Üç ölkəyə veriləcək statusa gədikdə isə belə bildirirlər ki, Moldova, Ukrayna və Gürcüstanla “Gücləndirilmiş əməkdaşlıq” sazişi imzalanacaq.

Halbuki bir az əvvəl deyirdilər ki, bu üç ölkəyə tam üzvlük yolunda sonuncu mərhələ olan “Üzvlük planı” təqdim ediləcək...

Düzdür, soyuq müharibə bitəndən sonra ilk dəfədir ki, NATO yenidən Rusiyanı əsl rəqib kimi qiymətləndirməyə başlayıb...

Obamadan Putinə İTTİHAM: “Geridə qalmısan”

alt“Rusiya Avropada güc yolu ilə hüquq qurmağa çalışır. Rusiya Avropada hüququn güclü tərəfdə olmasını göstərmək istəyir”.

Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, belə bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib. Onun sözlərinə görə çoxlarının buna görə narahatlığını anlayır.

O, Rusiya prezidenti Vladimir Putini də ittiham edib.
"Avropaya baxanda Rusiya prezidenti qərarların qəbulunda geridə qalır. Həmçinin özünün qonşularının müstəqilliyinə və ərazi bütövlüyünə qəsd edir. O kimin daha güclü və üstün hüquqlara malik olması ilə bağlı iddiaları sübut etməyə çalışır.”,-deyə Ağ Ev rəhbəri söyləyib.

“Rusiya ordusu Ukraynaya daxil olub”

altRusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə irimiqyaslı hərbi müdaxiləsi baş verib.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ukrayna daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak bəyan edib.

Onun sözlərinə görə, Rusiya ordusu Ukraynaya bir neçə istiqamətdən hücuma başlayıb. "Hazırda Rusiyanın hərbi komandanlığı antiterror əməliyyatı qüvvələrini parçalayaraq, Donbasdakı yaşayış məntəqələrini ələ keçirməyə cəhd göstərir”, deyə Şkiryak bildirib.

Gürcüstan Abxaziya seçkilərini tanımır

altGürcüstanın Xarici İşlər Nazirliyi Abxaziyada keçirilən prezident seçkisini qeyri-qanuni sayıb.

Dalgatv-nin  Anspress-ə istinadən verdiyi məlumata görə, rəsmi Tiflis beynəlxalq ictimaiyyəti bu seçkini pisləməyə çağırıb. Gürcüstan seçkinin ölkənin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin pozulması kimi qiymətləndirib.

Qeyd edək ki, tanınmamış Abxaziya respublikasında prezident seçkisində Aslan Bjaniya, Leonid Dzapba, Mirab Kişhmariya və Raul Kajimba mübarizə aparırlar.

Abxaziya 1993-cü ildə Gürcüstandan ayrıldığını elan edib. Rusiya onun müstəqilliyini tanıyıb.

Livan İsrailə raket zərbəsi endirib

alt

Livandan İsrail ərazisinə raket zərbəsi endirilib.

Dalgatv APA-ya istinadən xəbər verir ki, raket Akko şəhərinin şərq hissəsinə düşüb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Son illər ərzində İsrailin ərazisi dəfələrlə Livandan raket hücumuna məruz qalıb. Hələ ki, heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Ərdoğanın andiçmə mərasimində Oqtay Əsədov iştirak edəcək

altTürkiyə prezidenti seçilmiş Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin təmsil etməsi gözlənilir.

Dalgatv APA-ya istinadən xəbər verir ki, artıq andiçmə mərasimində iştirak edəcək heyətlər dəqiqləşir.

Məlumata görə, mərasimdə 14 ölkəni prezident və dövlət rəhbəri, 8 ölkəni baş nazir, bir neçə ölkəni parlament sədri, digərlərini isə nazirlərin başçılıq etdiyi nümayəndə heyətləri təmsil edəcək.

Mərasimdə Rusiya və İranı xarici işlər nazirləri Sergey Lavrov və Mohammed Cavad Zarifin təmsil edəcək. ABŞ-dan gələcək heyət rəhbərinin adı isə hələlik bəlli deyil. Çin Xalq Respublikası da tədbirə xüsusi nümayəndə göndərəcəyini bildirib.

Qeyd edək ki, R.T. Ərdoğan bu il avqustun 10-də keçirilmiş seçkilərdə Türkiyə prezidenti seçilib.

Andiçmə mərasiminə Ermənistan da dəvət edilib

altTürkiyənin yeni seçilmiş prezidentinin andiçmə mərasiminə Ermənistan da dəvət edilib.

Dalgatv-nin  APA - ya istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan “Miasin 2014” forumunun iştirakçılarının suallarını cavablandırarkən deyib.

S.Sarkisyanın sözlərinə görə, böyük ehtimalla Ermənistan Türkiyə prezidentinin andiçməsi mərasiminə xarici işlər naziri səviyyəsində qatılacaq.

“Nazirimiz Türkiyə prezidentinin gələn il aprelin 24-də “erməni soyqırımı qurbanları”nın xatirəsinin 100 illiyi ilə əlaqədar keçiriləcək mərasimə qatılıb-qatılmayacağı ilə bağlı maraqlanacaq”, - deyə o vurğulayıb.

Ermənistan-Türkiyə sərhədinin açılmasına gəldikdə isə S.Sarkisyan konkret tarix açıqlamaqda çətinlik çəkdiyini söyləsə də, qeyd edib ki, Ermənistan tərəfi bunun mümkün qədər tez olmasını arzulayır.

Böyük Britaniyanın Azərbaycan, Ermənistan, Gürcüstandakı səfirləri və Türkiyədəki konsulu Bakıya toplaşıblar - FOTO

alt

Böyük Britaniyanın Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirləri, həmçinin Türkiyədəki konsulu Bakıda görüşüblər.


APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində xəbər verilir.

Diplomatlar İçərişəhəri və Bakı bulvarını gəzib, Azərbaycan paytaxtının mədəni-tarixi abidələri ilə tanış olublar. 

 

Saytda Axtarış

Son xəbərlər