Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün180
DünənDünən3835
Bu həftəBu həftə13447
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8470046

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Putinə xəbərdarlıq

alt

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq məktubu göndərib.

ANS PRESS-in məlumatına görə, məktubda Avropa Komissiyasının sədri bildirir ki, Avropa Birliyi ilə Ukrayna arasında ticarət sazişini yalnız Kiyev və Brüssel dəyişə bilər, Moskva yox.

Məktubun mətninin bu gün açıqlandığı bildirilir.

Ukrayna ilə Avropa Birliyi arasında həmin sazişi Ukrayna parlamenti keçən ay təsdiqləyib. Ancaq sazişin icrası 2016-cı ilin əvvəlinə qədər təxirə salınıb.

Barrozu məktubunda Rusiyaya xəbərdarlıq edir ki, Rusiya yeni ticarət addımları atsa, bu Rusiya ilə Avropa Birliyinin Ukrayna sazişini təxirə salmaq haqda razılaşmasını dəyişə bilər.

İlham Əliyev və Qazaxıstan Prezidentinin Həştərxanda görüşü oldu

alt

Sentyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Həştərxanda görüşü olub. Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibətlərinin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb.

Ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Putin Xəzərətrafı dəmir yolu dairəsinin yaradılmasını dəstəklədi

alt

Rusiya prezidenti Vladimir Putin Xəzər dənizi ətrafında dəmir yolu dairəsi layihəsinin həyata keçirilməsini dəstəkləyib.

“APA-Economics” Rusiyanın “MİR” telekanalına istinadən verdiyi xəbərə görə, V. Putin bu layihənin perspektivli olacağını düşünür.

Qeyd edək ki, layihə Xəzər dənizinin əsas limanlarının birləşdirilməsini nəzərdə tutur. Bu isə öz növbəsində yüklərin daşınması zamanı vaxtı itkisinin və artıq məsrəflərin qarşısını alır.

Rusiya prezidenti hesab edir ki, sözügedən layihə Xəzəryanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə müsbət təsir göstərəcək.

Gürcüstanın yeni viza rejiminin detalları açıqlanıb

altGürcüstanın Azərbaycan səfirliyi bu ölkənin tətbiq etdiyi yeni viza rejiminin detallarını açıqlayıb. Səfirlikdən verilən məlumata görə, Azərbaycan vətəndaşları Gürcüstana səfər etdikdə bu ölkədə 90 gündən çox olmamaqla vizasız qala biləcəklər.

Dalgatv APA-ya istinadən xəbər verir ki, Gürcüstanda 90 gündən artıq qalmaq istəyənlər “geoconsul.gov.ge” saytına daxil olmalı, ingilis dilində anket doldurmalı, tələb olunan sənədlərin “scan” olunmuş sürətini anketə əlavə etməli və anketdə Gürcüstanın Azərbaycandakı səfirliyini seçməlidirlər: “Anket Gürcüstanın Azərbaycandakı səfirliyinə çatacaq, səfirlik vətəndaşları dəvət edəcək və viza rüsumunu ödəmək üçün çek təqdim olunacaq”.

Biznes vizası (D1 kateqoriyası) üçün səyahət məqsədini sübut edən sənəd, sağlamlığın və bədbəx hadisənin sığortası haqqında sənəd, iş yerindən arayışı, müqavilə, Gürcüstanda yaşayış yerinin olması haqqında sənəd, bankda 5000 lari və ya 3000 dollar, yaxud da 2500 manat pul vəsaitinin olması haqqında sənəd, pasport surətini, ağ fonda 3x4 ölçülü fotoşəkili “scan” edib anketə əlavə etmək lazımdır.

Təhsil vizası (D3 kateqoriyası) üçün vətəndaşın həqiqətən qeyd etdiyi təhsil müəssisəsində təhsil aldığına dair arayış, sağlamlığın və bədbəxt hadisənin sığortası haqqında sənəd, Gürcüstanda yaşayış yerinin olması haqqında sənəd; bankda 5000 lari və ya 3000 dollar, yaxud da 2500 manat pul vəsaitinin olması haqqında sənəd, bu olmadığı təqdirdə isə atasının və ya digərinin sponsorluğu haqqında məktub və onun iş yerindən maaşı haqqında sənəd; pasport surəti və ağ fonda 3x4 ölçülü fotoşəkil “scan” olunaraq elektron anketə əlavə edilməlidir.

Gürcüstanda ailə üzvü olan Azərbaycan vətəndaşları üçün (D4 kateqoriyası) elektron viza anketini doldurduqdan sonra əlavə edəcəkləri sənədlərin siyahısı da qeyd olunub: “Sağlamlığın və bədbəxt hadisənin sığortası haqqında sənəd, Gürcüstanda yaşayış yerinin olması haqqında sənəd, bankda 5000 lari və ya 3000 dollar, yaxud da 2500 manat pul vəsaitinin olması haqqında sənəd, bu olmadığı təqdirdə isə ayda 1600 lari və 800 manat maaşının olması haqqında sənəd, Gürcüstanda olan ailə üzvünün sənədləri – həyat yoldaşının yanına gedirsə nikah haqqında arayış, övladlarının yanına gedirsə onların doğum haqqında şəhadətnaməsi, əcnəbinin doğum haqqında şəhadətnaməsi, Gürcüstanda yaşayan ailə üzvünün Gürcüstanda qanuni şəkildə yaşaması haqqında sənəd (əgər ailə üzvü Gürcüstanda viza əsasında qalmırsa) – yaşayış yerindən arayış, ağ fonda 3x4 ölçülü fotoşəkil və pasport”.

Qeyd olunub ki, viza aldıqdan sonra Gürcüstanda ədliyyə evlərində müddətli yaşayış icazəsi də almaq lazımdır.

Turistik viza (C1 kateqoriyası) üçün isə sağlamlıq və qəza sığortası sənədi; yaşayış yerini təsdiq edən sənəd; səyahət sənədləri üçün kifayət qədər vəsaitlərin olması haqqında sənəd, geri qayıdacağına zəmanət verən sənədin “scan” surətini elektron anketə əlavə etmək tələb olunur.

Obama: “İŞİD Əsəd rejimindən daha təhlükəlidir”

alt

Bəşər Əsədin rəhbərliyi altında Suriyada sabitliyi təmin edə bilmərik. Suriyanın bütövlüyünü istəyiriksə, bu halda Əsəd hakimiyyətinin davam etməsi mümkün deyil.

Dalgatv APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama “CBS” telekanalında yayımlanan “60 minutes” proqramına müsahibəsində deyib.

Həm Əsəd rejiminə, həm də İŞİD-ə qarşı savaşın çətin olduğunu deyən B. Obama İŞİD-in Əsəddən daha təhlükəli olduğunu vurğulayıb: “ABŞ ordusu İraq və Əfqanıstanda olduğu kimi İŞİD-lə mübarizəyə qoşulmayacaq. Bu, Amerikanın İŞİD-ə qarşı savaşı deyil. Bu, Amerikanın təhlükəsizlik ortağımız olan bir ölkəyə kömək etmək üçün beynəlxalq ictimaiyyəti səfərbər etməsidir. Bölgədə siyasi sabitlik və əmin-amanlıq bir gecədə əldə oluna bilməz, bunun üçün xeyli vaxt lazımdır”.

B. Obama Qərbin İslamla mübarizə aparmadığını qeyd edib. “İslam sülh dinidir və müsəlmanların çoxu sülhsevər insanlardır. Ancaq indi müsəlman dünyasında fərqli bir tanrıya ibadət edən, günahsız insanların öldürülməsində qəbahət görməyən və uzun müddətdir böyüyən bir xərçəng var. Müsəlman ölkələri liderlərinin “bunlar bizi və İslam dinini təmsil etmir” bəyanatı vermələrini, habelə bu cür qruplaşmalara qarşı sərt mövqe sərgiləməsini təmin etməliyik”, - deyə o vurğulayıb.

B. Obama həmçinin ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapperin “ABŞ kəşfiyyat orqanları İŞİD-dən gələn təhlükəni vaxtında düzgün dəyərləndirməyiblər və İraq ordusunun bu qruplaşmaya qarşı mübarizə imkanlarını yüksək qiymətləndiriblər” fikri ilə razı olduğunu bildirib.

“Azərbaycan və Ermənistan nümayəndələri görüşməlidir”

altBu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun sədri Ann Brassör mətbuat konfransı keçirib.

Dalgatv APA-ya istinadən xəbər verir ki, mətbuat konfransında AŞPA sədri bir çox məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Ermənistanlı jurnalistin danışıqlarda Dağlıq Qarabağın da ayrıca tərəf kimi iştirakının mümkünlüyü ilə bağlı sualına A. Brassör belə cavab verib: “Ötən həftə mən Azərbaycanda səfərdə oldum və fürsətdən istifadə edərək parlamentlər səviyyəsində iki ölkənin nümayəndələri arasında təmasların keçirilməsinin vacibliyini bir daha qeyd etdim. Hazırda bu, olduqca mürəkkəb, hətta deyərdim ki, mümkünsüz bir məsələyə çevrilib. Lakin hər iki nümayəndə heyətini bir araya gətirə bilməyimiz çox vacib bir məsələdir. AŞPA-nın məndən öncəki sədri iki ölkə nümayəndə heyətləri arasında görüşlərin keçirilməsinə nail olmuşdu. Mən də ardıcıl olaraq bir neçə görüşlərin keçirilməsinə müvəffəq olmuşdum, lakin sonradan tərəflər bundan imtina etdilər. Biz məsələni parlamentarlar səviyyəsində irəli apara bilərik və mənim də istəyim odur ki, hər iki nümayəndə heyəti öz aralarında danışa bilsinlər. Lakin açıq deyim ki, bu gün bu məsələdə vəziyyət olduqca mürəkkəbdir və deyərdim ki, hətta mümkünsüzdür. Bizim işimizi davam etdirə bilməyimiz üçün hər iki tərəf öz aralarında danışmalıdır”.

Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib

alt

Həştərxanda işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.

Dalgatv APA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli görüşlərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib.

Söhbət zamanı həmçinin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qaribaşvili Rusiyaya şərt qoydu

altRusiya ilə Mixail Saakaşvilinin gərginləşdirdiyi əlaqələri yumşaltmaq niyyəti ilə Gürcüstan baş naziri İrakli Qaribaşvili bunun bəzi şərtlər əsasında mümkünlüyünü qeyd edib.

ANS PRESS-in məlumatına görə, sentyabrın 27-də BMT Baş assambleyasında çıxış edən Qaribaşvili ölkəsinin Rusiya ilə əlaqələrdə yaxınlaşmağa hazır olduğunu bildirib. Lakin onun qoyduğu şərtə əsasən, bu yaxınlaşma Gürcüstanın suverenliyi və müstəqilliyinə neqativ təsir etməməsi şərti ilə mümkündür.

Son vaxtlar Gürcüstan və Rusiya arasında eksport proseduraları 300 dəfə çoxalıb.

Jirinovski Şəhidlər Xiyabanında (FOTO)

altAzərbaycanda səfərdə olan Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Şəhidlər Xiyabanını ziyarət edib.

ANS PRESS-in məlumatına görə, Bakıda rəsmi səfərdə olan Jirinovski şəhidlərimizin məzarlarına baş çəkib.

Daha sonra Bakını seyr edən RLDP sədri Xəzər dənizi fonunda şəkil də çəkdirib.

Paytaxtımızı seyr edən Jirinovski ətrafındakılardan Bakı ilə bağlı məlumatlar öyrənib.

Qeyd edək ki, bundan əvvəl RLDP sədri Fəxri Xiyabanda olub. Ötən gün isə onu Azərbaycanın dövlət başçısı İlham Əliyev qəbul edib.

Saakaşvilinin xanımı danışdı (FOTO)

altGürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs bu ölkədə qalır.

ANS PRESS-in məlumatına görə, Sandra Rulofs, Tiflisdə yaşamaqda və işləməkdə davam etmək niyyətindədir.

Keçmiş birinci ledi bunu Acarıstanda olarkən bəyan edib. O, jurnalistlərə deyib ki, Tiflisdə başladığı layihələri başa çatdırmaq niyyətindədir.

“Gürcüstanda işləməkdə davam etsəm də buradakı fəaliyyətimin gələcəyinin sual altında olması məni çox narahat edir. Bu, elə də sadə məsələ deyil. Gürcüstan məndən ötrü birinci yerdə olmaqda davam edir. Ona görə də bu çətinliyi də dəf edəcəyəm. Bizim balaca uşağımıza sakitlik və sabitlik lazımdır. O, Gürcüstanda təhsil almalıdır. Mən istəyirəm ki, körpəmiz əsl gürcü kimi böyüsün və atası kimi mübariz olsun” - deyə Saakaşvilinin xanımı bəyan edib.

Qeyd edək ki, Tiflis Şəhər Məhkəməsi Mixail Saakaşvilinin yerli bank hesablarına həbs qoyub. Bundan sonra onun və ailə üzvlərinin (anasının, nənəsinin və həyat yoldaşının) daşınmaz əmlakına da həbs qoyulub.

M.Saakaşvilinin özü isə hazırda ABŞ-da yaşayır və orada iş vizası alacağı günü gözləyir. Sabiq prezidentin böyük oğlu da ABŞ-da universitet tələbəsidir.

Jirinovskidən Qarabağ mesajı

alt

"Dağlıq Qarabağ münaqişəsi çox ağrılı məsələdir və bu problemin tez bir zamanda həlli Rusiyanın xeyrinədir".
Trend-in məlumatına görə, bunu cümə günü Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski Bakı Slavyan Universitetinin tələbləri qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, münaqişənin nizamlanması Azərbaycan və Ermənistan xalqlarına da fayda verəcək: "Münaqişənin artıq həll edilməli olduğu barədə anlayış mövcuddur, bunu isə dövlət başçıları səviyyəsində həll etmək lazımdır".

Rusiya-Azərbaycan münasibətlərindən danışan V.Jirinovski qeyd edib ki, bu əlaqələr çox yaxşı səviyyədədir: "Münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün böyük potensial var".

Dövlət Dumasının deputatı əlavə edib ki, Rusiya Azərbaycandan indikindən üç dəfə çox məhsul ala bilərdi.

Prezident Vladimir Jirinovskini qəbul edib

altBu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovskini qəbul edib.

Dalgatv  AzərTac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın rolu qeyd edilib, iki ölkənin ali qanunvericilik orqanları arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər, o cümlədən parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Saytda Axtarış

Son xəbərlər