Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün191
DünənDünən3835
Bu həftəBu həftə13458
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8470057

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Türkiyədən NATO açıqlaması

alt

Türkiyəyə qarşı hər hansı bir hücum olarsa, NATO Türkiyənin tərəfində olacaq.

ANS PRESS-in məlumatına görə, Türkiyə müdafiə naziri İsmət Yılmaz İŞİD-in Türkiyəyə ehtimal olunan hücumlarına dair şərhində bu cür açıqlama verib. Nazir qeyd edib ki, İŞİD silahlıların Türkiyəyə hücumu, ümumilikdə, NATO ölkələrinin hamısına qarşı edilmiş hücum kimi qəbul olunacaq və alyans ölkələri bu müdaxiləni dəf etmək üçün vahid mövqedən çıxış edəcək.

“NATO-nun 5-ci maddəsində aydın qeyd olunur. Müttəfiq ölkələrdən birinə hücum edilərsə, bu hücum bütün müttəfiq ölkələrə qarşı edilmiş hesab olunur və buna görə də NATO-nun müştərək müdafiə sistemi qüvvəyə minir. Suriyada zorakılıq hadisələri törədilən zaman biz NATO-dan ehtimal ola biləcək hadisələrə dair planlar hazırlanmasını tələb etmişdik və NATO da müxtəlif alternativləri nəzərə alaraq bir plan hazırlayıb. Ona görə də Türkiyə bir hücum olarsa, NATO Vaşinqton razılaşmasının 5-ci maddəsində göstərilən tələbləri yerinə yetirəcək. Yeni gələn baş katib də bunu dedi”, - deyə nazir qeyd edib.

Nazir, həmçinin, hazırda Kobanidə davam edən gərgin vəziyyətə də toxunaraq əlavə edib ki, Türkiyə bu “yanğın"ın fərqindədir və bundan ən az zərərlə çıxmağa çalışır.

Ərdoğan İlham Əliyevi təbrik etdi

alt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə zəng edib.

AzNews.az Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərdoğan İlham Əliyevi Qurban bayramı münasinətilə təbrik edib.

Ərdoğan həmçinin Qətər əmiri Şeyx Temim bin Hamada da zəng edərək ona da bayram münasibətilə təbriklərini çatdırıb.

Co Bayden Ərdoğandan üzr istədi

alt

ABŞ-ın vitse prezidenti Co Bayden bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək ondan üzr istəyib.
Co Bayden bu həftənin cümə axşamı Harvard Universitetində etdiyi açıqlamada Türkiyəni İŞİD-ə dəstək verməkdə suçlamışdı. ABŞ-ın vitse prezidenti həmin açıqlamada demişdi ki, türklər çox yaxşı dostumuzdur və mənim də uzun müddət Ərdoğanla dostluq əlaqəm var.

“Suriya prezidenti Bəşər Əsədi devirmək üçün səudiyyəlilər, əmrliklər və başqaları heç bir addım atmadılar. Ərdoğan köhnə bir dostumdur, mənə dedi ki, siz haqlı idiniz, çox-çox insanın Suriyaya keçidinə icazə verdik, indi sərhədi bağlamağa çalışırıq”, - deyə Co Bayden bildirib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarında, namaz qıldığı Sultanahmet məscidində Türkiyə ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyinə görə, ABŞ-ın vitse prezidenti Co Baydenə sərt mesajlar göndərib: “Co Bayden deyir ki, güya, Türkiyə İŞİD-ə kömək edir. Bu iddia kökündən yanlışdır. Biz heç vaxt İŞİD kimi bir terror təşkilatına kömək edə bilmərik. Bunu kimsə isbat edə bilməz. Xarici döyüşçülər əsla bizim ölkəmizdən Suriyaya girməyib. Turist pasportuyla gəlib, Suriyaya keçib, amma silahlı olaraq keçdiyini kimsə söyləyə bilməz. Biz bu ana qədər 6 min adamın Türkiyəyə girişinə qadağa qoymuşuq. Bunları bildikləri halda Fransa deyir ki, 1000-dən çox döyüşçüsü ordadır. İngiltərə isə 600 döyüşçü haqda məlumat verir. Bunları özləri söyləyir. Özləri söylədikləri halda Türkiyəni bu cür ittihamlarla qarşı-qarşıya buraxmaq çox səhvdir. Hörmətli Bayden də deyir ki, guya biz İŞİD-ə dəstək dururuq. O, belə bir şey söylədisə, bizdən üzr diləməlidir”, - deyə Ərdoğan əlavə edib.

Ərdoğandan İŞİD-ə XƏBƏRDARLIQ

altTürkiyə prezidenti İŞİD terrorçu qruplaşmasına xəbərdarlıq edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ərazisində Süleyman Şah türbəsini qoruyan əsgərlərə xitabən İŞİD terror qruplaşmasına xəbərdarlıq edib.
Ərdoğan "Türkiyə Suriyada yerləşən ərazisini qorumaqda bair dəqiqə belə tərəddüd etməyəcək" deyə bildirərək türbəni mühafizə edən 25 nəfərlik əsgər heyətinin tək olmadığını deyib.

Onun sözlərinə görə, Süleyman Şah türbəsi ölkə hüdudlarından yeganə Türkiyə ərazisidir.

R.T.Ərdoğan qeyd edib ki, dünyanın ən güclü ordularından biri bu ərazinin müdafəsində dayanıb və zərurət yaranarsa, tez bir zamanda bu türbəni qoruyan hərbçilərin yanında olacaq.

İlham Əliyev sabiq prezidentlərlə görüşdü

altAzərbaycan prezidenti İlham Əliyev Xorvatiya, Litva və Latviyanın sabiq prezidentlərini qəbul edib.

Modern.az saytının məlumatına görə dövlət başçısı İlham Əliyevin Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç ilə görüşündə IV Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq əməkdaşlığı genişləndirmək baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb.

Bununla yanaşı, ölkələr arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Prezidenti İlham Əliyev daha sonra Litvanın keçmiş prezidenti Vitautas Landsbergisi qəbul edib. Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Artıq dördüncü dəfədir Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun mədəniyyətlərarası dialoqa verdiyi töhfə vurğulanıb.

Azərbaycan Prezidenti bu gün həmçinin Latviyanın sabiq prezidenti Valdis Zatlersi qəbul edib. Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. IV Bakı Beynəlxalq Humanitar Forumunun xalqlar və mədəniyyətlər arasında dialoqun genişləndirilməsində rolu qeyd edilib.

Elmar Məmmədyarov AŞPA-da çıxış etdi

altAvropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.

Dalgatv apa-ya istinadən xəbər verir ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində AŞPA-də nitq söyləyən E. Məmmədyarov sədrlik etdiyi qurumun fəaliyyəti haqda assambleya üzvlərinə məlumat verib.

Nazir ilk olaraq Ukraynadakı böhran haqqında danışıb və AŞ NK-nin bu məsələ ilə bağlı xüsusi bəyanat verdiyini assambleya üzvlərinin diqqətinə çatdırıb. E. Məmmədyarov Azərbaycanın sədrliyi dövründə AŞ-nin Bakıda keçirilmiş tədbirləri, eləcə də gələn ay Bakıda keçiriləcək korrupsiyaya qarşı tədbirin hazırlıqları haqda məlumat verib. Azərbaycanda uğurla tətbiq olunan “ASAN xidmət”in fəaliyyətinə toxunan E. Məmmədyarov bu təcrübənin digər Avropa ölkələri üçün də faydalı ola biləcəyini bildirib.

Bu gün Azərbaycanda keçirilən Bakı Beynəlxalq Humanitar Forumu haqda da məlumat verən nazir bu tədbirin Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində təşkil edilmədiyini, lakin bu məsələnin də Azərbaycan üçün prioritet təşkil etdiyini söyləyib. O, Azərbaycanın sədrliyinin gələn ayın 15-də bitəcəyini xatırladaraq Azərbaycandan sonra quruma sədrlik edəcək Belçika və Bosniyanın fəaliyyətini dəstəkləyəcəklərini vurğulayıb.

Qənirə Paşayeva AŞPA-da İŞİD-dən danışdı

alt

Millət vəkili Qənirə Paşayeva İraq və Suriyada yaşayan türkmənlər adından Avropa Şurasına müraciət edib.

Bu gün AŞPA-da "İŞİD kimi tanınan terrorist qrupu tərəfindən insanlıq əleyhinə törədilən hədələr: “Xristianlara və başqa dini və ya etnik icmala qarşı zorakılıq" adlı məruzəçi Theodora Bakoyannisin hazırladığı məruzə ətrafında geniş müzakirələr keçirilib.

Müzakirədə çıxış edən millət vəkili Qənirə Paşayeva Assambleyadakı çıxışında deyib:” Suriyada davam edən böhran və terrorist qrupların, xüsusilə "İraq və Suriyada İslam Dövləti" adlanan qrupun peyda olması regiona və onun hüdudlarına ciddi təhlükə törədir. Zorakılıq heç bir sərhəd tanımır. Regionda yaşayan insanlar, istər yezidlər, türkmənlər, kürdlər, yaxud müsəlmanlar, xristianlar, dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq zorakılığa məruz qalırlar. Onların hamısı eyni zülmün qurbanlarıdır. İkincisi, biz səylərimizi böhranın humanitar aspektlərində cəmləşdirməliyik. Belə ki, regional ölkələr humanitar fəlakətlə üzləşiblər. Türkiyə 1,5 milyon insana sığınacaq verib, onların da böyük əksəriyyəti uşaqlar və qadınlardır. Təqribən 250 min nəfər son iki həftədə sərhədi keçmişlər. Biz Türkiyənin bu istiqamətdə olan səylərini təqdir etməliyik. Assambleya bütün üzv dövlətlərə onların məsuliyyətini öz üzərlərinə götürməyi və baş vermiş faciəvi humanitar böhran yükünü paylaşmağa çağırmalıdır. Mən Assambleyamıza İraq və Suriyada yaşayan milyonlarla türkmənlərin, onların təmsilçilərinin xahişi ilə onların da düşüncələrini, səsini, yaşadıqları dəhşətləri sizə çatdırmaq və cağırış etmək istəyirəm. Əziyyət çəkən digər etnik və dini qrupların səsi,düşünccə və çağırırşları burada həmkarlarım tərəfindən səsləndirildi və məruzədə öz əksini tapır. Mən də türkmənlərin səsinin, cağırışının burada səslənməsini istəyir və sizə çatdırıram. 100-lərlə türkmən İŞİD tərəfindən qətl edilib, çoxlu sayda insan girov götürülüb, 10 minlərlə insan yaşadığı kəndin, bölgənin İŞİD-in əlinə keçməsindən sonra və ya bölgəsindəki dəhşətli vəziyyət üzündən evini tərk etmək, qaçmaq məcburiyyətində qalıb. Evini, sağlamlığını, işini itirən türkmənlərin sayı yüz minlərlərdir və türkmənlər Avropa Şurasını onlara dəstək olmağa, kömək göstərməyə çağırır. Çünki etnik kimliyindən və dini inancından asılı olamayaraq biz İŞİD zülmündən əziyyət çəkən hər kəsin səsini eşitməli və onlara öz dəstəyimizi göstərməliyik. Özəlliklə evini, işini itirmiş və qaçqın düşmüş insanlara daha çox humanitar dəstək göstərməyimizə böyük ehtiyac var. Üçüncüsü, regionda İŞID-lə və başqa terror qrupları ilə mübarizədə mənbə ölkələr və göndəriş ölkələri müəyyən edilməli və döyüşçülərin münaqişə zonalarına səyahət etməsi dayandırılmalıdır. Bu ağır yükü tək Türkiyənin üzərinə qoymaq ədalətsizlik olardı. Hörmətli həmkarlar, son olaraq vurğulamaq istərdim ki, İslam sülh və barış dinidir. İslam heç vaxt zorakılığa izn vermir. Biz İŞİD təhlükəsi ilə üzləşmiş Avropa cəmiyyəti arasında islamofobiya təmayüllərinin mümkün artmasına diqqət yetirməliyik. Yadda saxlamalıyıq ki, islamofobiya təmayülləri yalnız bu kimi terrorist qrupların gələcəkdə çiçəklənməsi üçün məhsuldar zəmin yaradır. Ona görə də biz Avropada islamafobiyanın artmasına qarşı da ciddi mübarizə aparmalıyıq”.

Mehriban Əliyeva MDB-nin ali mükafatına layiq görüldü

alt

Oktyabrın 2-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

V.Matviyenko deyib: "Biz, Sizi Rusiyada çox yaxşı tanıyırıq. Təkcə Prezidentin həyat yoldaşı kimi deyil, başqa cəhətdən də tanıyırıq. Siz həqiqətən çox böyük ictimai fəaliyyət göstərirsiniz. Həm Azərbaycan parlamentinin üzvü, həm Heydər Əliyev Fondunun prezidenti, həm xoşməramlı səfir kimi. Siz həmişə Rusiyada arzulanan qonaqsınız. Sizin qızınız Leyla da Moskvada gənclər hərəkatı, gənclər təşkilatları ilə çox böyük işlər aparır. Bu yaxınlarda Moskvada çox parlaq tədbir keçirildi. Mühüm olan odur ki, bütün ailə Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmlənməsi üçün böyük işlər görür. Mən fürsətdən istifadə edərək, həmkarlarım adımdan Rusiya-Azərbaycan münasibətlərinin inkişafına və humanitar əməkdaşlığa verdiyiniz töhfəyə görə Sizin fəaliyyətinizin qiymətləndirilməsi məqsədilə Federasiya Şurası tərəfindən təsis olunan medalı təqdim etmək istəyirəm. Bu medal MDB ölkələrinin Parlamentlərarası Assambleyasının əməkdaşlığa görə ali mükafatıdır. Biz bu mükafatı ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verən şəxslərə təqdim edirik".

Mehriban Əliyeva isə bildirib: "Mən bu mükafata görə Sizə dərin minnətdarlığımı bildirirəm. Siz çıxışınızda Rusiya ilə Azərbaycan arasında olan münasibətlər barədə çox yaxşı danışdınız. Çıxışınız həqiqətən bütün sahələri əhatə edirdi. Buna görə də mən təkrar etmək istəmirəm. Təkcə onu demək istəyirəm ki, bizim bütün sahələrdəki münasibətlərimiz iki qonşu ölkənin öz siyasətini, münasibətlərini qarşılıqlı hörmət, dostluq və qarşılıqlı maraqlar əsasında qurmaq nümunəsi ola bilər. Həmişə belə olub və əminəm ki, bundan sonra da belə olacaq. Heydər Əliyev Fondunun verdiyi kiçik töhfələrin qiymətləndirilməsinə şadam. Sevinirəm ki, indi layihələr genişlənir. Bu yaxınlarda Prezident Həştərxanda olub. Mən tədbirə televizorda baxırdım və mənə çox xoşdur ki, Heydər Əliyev Fondunun adı çəkilirdi. Bizim münasibətlərimizdə Leylanın fəal iştirakı qeyd olundu. Yəni, bütün bunlar təbii proseslərdir və əminəm ki, bundan sonra da belə davam edəcək. Bir daha dəyərli mükafata görə çox sağ olun. Əminəm ki, bundan sonra daha da sıx əməkdaşlıq edəcəyik".

V.Matviyenko qeyd edib ki, Beynəlxalq Humanitar Forum Bakıda daimi qeydiyyata götürülüb və dünyada artıq Bakı Forumu kimi tanınır: "Bu, Azərbaycanın və şəxsən Sizin böyük töhfənizdir. Mən Sizin humanitar sahədə, bütövlükdə dünyada, dövlətlər arasında, Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsi sahəsində nə qədər çox iş gördüyünüzü bilirəm. Bu, Azərbaycanın nüfuzunu artırır və Azərbaycanın xidmətlərinin dünyada, bütövlükdə dünya siyasətində, xüsusən humanitar sahədə tanınmasına verilən töhfədir. Fikrimcə, bu, ölkənin statusunu daha da yüksəldir. Azərbaycanın yüksək templə inkişaf etməsi, Bakının bu cür dəyişməsi böyük hörmətə layiqdir. Buna görə, Sizi belə əlamətdar hadisə münasibətilə təbrik edirik və mənim həmkarlarım, Federasiya Şurasının üzvləri həmişə humanitar sahədə belə əməkdaşlıq etməyə hazırıq".

“Bu qanlı toqquşmalar ölkələri məhv edir" - İlham Əliyev

alt

“Dünyada baş verən bəzi hadisələr belə forumların keçirilməsini zəruri edir”.
AzNews.az apa-ya istinadən xəbər verir ki, bunu IV Bakı Beynəlxalq Forumunda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, dünyada humanitar təhlilin aparılması üçün belə foruma çox ehtiyac var: “Bakı Beynəlxalq Forumu çox vacib formata çevrilib. Azərbaycan humanitar aspektlərə həmişə böyük diqqət göstərib”.

Prezident bəyan edib ki, Azərbaycanda heç vaxt dini-milli zəmində qarşıdurma olmayıb: “Bu, bizim böyük sərvətimizdir. Dövlətin gücünü həm də cəmiyyətdə mövcud olan ab-hava, həmrəylik duyğuları müəyyən edir. Bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir. Biz bununla dünyaya müsbət töhfə veririk. Azərbaycanda əsrlər boyu multimədəniyyətli cəmiyyətlər mövcud olub, xalqlar arasında dostluq və həmrəylik bunun nümunəsidir. Azərbaycanın bir sıra təşəbbüsləri dünyada öz əksini tapıb. Məsələn, 2008-ci ildə Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət tədbirinə İslam Konfransı Təşkilatına üzv dövlətlər də dəvət olundu. 2009-cu ildə İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasına üzv dövlətlərin nazirləri dəvət edilmişdi. Azərbaycanın təşəbbüsü ilə dünya dini liderlərinin zirvə görüşü keçirilib”.

Dövlət başçısı Azərbaycana qarşı işğalçılıq siyasəti aparıldığını, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin Ermənistan tərəfindən zəbt edildiyini, etnik təmizləmə siyasəti aparıldığını, Xocalı soyqırımı törədildiyini və yüzlərlə insanın qətlə yetirildiyini xatırladıb. O, BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların ərazilərdən çıxarılması barədə 4 qətnamə qəbul etdiyini də nəzərə çatdırıb: “Bu qətnamələr yerinə yetirilmir, ikili standartlarla üzləşirik. Bilirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən bir gündə yerinə yetirilir. İslam Konfransı Təşkilatı, Avropa Şurası da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlar qəbul edib. Soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdır. Baxmayaraq ki, o torpaqlarda artıq həyat yoxdur, hər şey dağıdılıb. ATƏT-in Faktaraşdırıcı Missiyasının iki məruzəsində göstərilib ki, məscidlər, tarixi abidələr, qəbiristanlıqlar dağıdılıb. Bu, böyük humanitar fəlakətdir. Azərbaycan qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi, onların problemlərinin həlli üçün işlər görüb. Lakin hələ də onların bir hissəsi ağır şəraitdə yaşayır”.

Prezident İ. Əliyev bütün bunlara baxmayaraq, Azərbaycanın dayanıqlı inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, humanitar sahə hökumətin prioritet sahələrindən biridir: “Təhsilə böyük diqqət göstərilir. Son 10 ildə 3 minə qədər məktəb tikilib. Təhsildə islahatlar aparılır və yaxın gələcəkdə bu islahatların nəticəsini görəcəyik. Tələbələr xarici ölkələrə göndərilir”.

Dövlət başçısı bildirib ki, mutlimədəniyyətli cəmiyyət, xalqlar arasında dostluq və qardaşlıq dövləti gücləndirir. İqtisadi və sosial sahədə əldə edilən uğurlardan danışan İ. Əliyev yoxsulluqla mübarizənin başa çatmaqda olduğunu, yaxın illərdə yoxsulluğun bir amil kimi aradan götürüləcəyini vurğulayıb. Prezident bəzi dövlətlərdə neft gəlirlərindən düzgün istifadə edilmədiyini deyib: “Biz isə neft gəlirlərini insan kapitalına çevirməyə nail olmuşuq. Azərbaycan bu gün kosmik sənaye ölkələrindən birinə çevrilib. Azərbaycan hazırda siyasi və iqtisadi cəhətdən müstəqil ölkədir. Bu, dünya ölkələri tərəfindən dəstəklənir. Azərbaycan bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdi. Bu da bizim dünyadakı rolumuzu, müstəqil siyasətimizi əks etdirir. Dünya birliyinin əksəriyyəti bizə inanır”.

Prezident qeyd edib ki, hər bir dövlət müstəqil siyasət aparsa, problemlər də aradan qalxar: “Bu gün foruma 60-dan çox ölkədən nümayəndə gəlib. Biz yığışıb müzakirə edirik ki, dünyadakı prosesləri necə müsbət istiqamətə yönəldək. Dünyada irqçilik, ayrı-seçkilik artır. Biz bu tendensiyaları narahatlıqla izləyirik. Forumda bu tendensiyaların qarşısının alınması istiqamətində müzakirə aparacağıq. Bəzən deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Ancaq dünyada multikulturalizmin alternativi yoxdur. Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya, ona məhəl qoymaya bilməz. Ona görə də bu məsələlər barədə danışmalı, lazım gələndə irad tutmalıyıq. Biz çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, ölkələr, millətlər arasında əlaqələr yaxşılaşsın, dinlərarası dialoq inkişaf etsin”.
Prezident İlham Əliyev müsəlman aləmində gedən proseslərin Azərbaycanı çox narahat etdiyini vurğulayıb: “Bu qanlı toqquşmalar ölkələri məhv edir. Biz buna təcrid olunmuş proses kimi baxa bilmərik. Eyni zamanda Avropada miqrantlara qarşı münasibətin pisləşməsi, ayrı-seçkiliyə tərəfdar olan qüvvələrin daha böyük səs toplaması hamımızı narahat etməlidir. Müasir dünyada Azərbaycanın unikal rolu var, biz Avropa və Asiya arasında, qədim İpək Yolunda yerləşən ölkəyik. Biz həm Avropanı, həm də Asiyanı yaxşı anlayırıq”.

İ. Əliyev iki il əvvəl Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin keçirildiyini xatırladıb: “Müsəlman ölkəsində belə müsabiqənin keçirilməsi mühüm hadisədir. İlk Avropa Olimpiya Oyunları Bakıda keçiriləcək. İki il sonra isə Bakıda İslam İdman Oyunları keçiriləcək. Bugünkü Azərbaycan budur, biz Avropa və müsəlman ailəsinin üzvüyük. Bunun mümkün olduğunu ortaya qoyuruq. Cəmiyyətdə müsbət tendensiyalar olanda böyük uğurlara imza atmaq mümkündür”.

İlham Əliyev BMT-nin İnkişaf Proqramının rəhbərini qəbul edib

alt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğuladı.
Xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyətinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd edən Prezident İlham Əliyev Forumda maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.

Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını ifadə edən BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Elizabet Klark tədbirin gündəliyinin geniş sahələri əhatə etməsinin əhəmiyyətini vurğuladı. Xanım Helen Elizabet Klark təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu dedi.

Jirinovskidə Azərbaycan sevgisini mən yaratdım - Markov

alt

“Hazırda Moskva ilə Bakı arasında əlaqələr çox fəal inkişaf edir. Bu inkişafın əsası bir çox cəhətdən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ötən ilin avqustunda Azərbaycana tarixi səfəri zamanı qoyulub. Həmin səfər zamanı Rusiya Prezidenti Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində çox maraqlı olduğunu bildirib. Bu, son dərəcə əhəmiyyətli məqam idi. Bizim üçün bu dinamikanı itirməmək, onu inkişaf etdirmək vacibdir”.

AzNews.az xəbər verir ki, bu sözləri oktyabrın 1-də Bakıda mətbuat konfransında tanınmış Rusiya politoloqu, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov səsləndirib.

Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına yol tapması üçün infrastrukturun yaradılması məsələsini ciddi müzakirə etmək vaxtının çatdığını bildirən S.Markov deyib: “Rusiya ərazisində Azərbaycanın logistika mərkəzləri yaradılmalıdır ki, Rusiyanın topdan satış ticarətçiləri kənd təsərrüfatı məhsullarını Azərbaycan ərazisində deyil, həmin mərkəzdən alsınlar. Bundan əlavə, Rusiya bazarlarının Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə təchizatının davamlılığını yetərincə uzun müddət təmin etmək lazımdır. Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçıları Rusiya bazarında boşalan yerləri indi tutsalar, həmin yerlər artıq Azərbaycanın olacaq”.

Moskva meri Sergey Sobyaninin bu yaxınlarda Bakıya səfəri məsələsinə toxunan Rusiya diplomatı bildirib ki, səfər Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya göndərilməsi məsələlərinin müzakirəsinə həsr olunub. Rusiya politoloqu deyib: “Moskva merinin qeyd etdiyi kimi, paytaxt bazarı Azərbaycandan idxal olunan məhsulların həcmini 300 faiz artırmaq iqtidarındadır. Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalı 80 faiz , subtropik bitkilərin idxalı isə 100 faizdən çox artırılacaq”.

S.Markov Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin bu yaxınlarda Azərbaycana səfəri ilə bağlı bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçün xeyli işlər görülüb. Siyasi Araşdırmalar Mərkəzinin direktoru fikrini belə yekunlaşdırıb: “Vladimir Jirinovski Azərbaycana münasibətdə tənqidi mövqedə dayanmışdı. Düşmənin dosta çevrilməsi parlaq dəyişikliklərə dəlalət edir. Onun öz mövqeyini dəyişməsi Azərbaycana münasibətin yaxşı istiqamətdə dəyişməsi deməkdir. Mən özüm ona Azərbaycana münasibəti dəyişməyi məsləhət görmüşəm”.

Ərdoğana müxalifətçi millət vəkilləri şok yaşatdılar

alt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müxalifətçi millət vəkilləri şok yaşadıblar.

ANS PRESS-in məlumatına görə, Ərdoğanın Türkiyə Böyük Millət Məclisinə girişi əsnasında CHP-li millət vəkilləri ayağa qalxıb qalxmayacağı maraqla gözlənilirdi.

Ərdoğan Boyük Millət Məclisində daxil olanda CHP üzvlərinin bir neçəsi ayağa qalxsa da, əksrəyyəti yerindən tərpənməyib.

Qeyd edək ki, bu gün Türkiyə Parlamenti ordunun Suriya və İraqda hərbi əməliyyatlar keçirməsini nəzərdə tutan qanun lahiyəsini müzakirəyə çıxarıb.

Saytda Axtarış

Son xəbərlər