Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün153
DünənDünən3835
Bu həftəBu həftə13420
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8470019

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Mehriban Əliyeva “V1 Challenge Azerbaijan” yarışının açılış mərasimində iştirak edib

alt

Bu gün Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakı Kristal Zalında ilk dəfə olaraq “V1 Challenge Azerbaijan” yarışı start götürüb.
Yarışın açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Əvvəlcə "V1 Challenge Azerbaijan" yarışının təqdimat şousu keçirilib.

Şouda İsraildən olan dünya şöhrətli “Voca People” qrupu konsert proqramı ilə çıxış edib. Tamaşaçılara incə yumor, gözəl səslər və maraqlı repertuarları özündə cəmləşdirən proqram təqdim olunub. Canlı vokal səslənmə ilə yüksəksəviyyəli bitboksu özündə birləşdirən akapella-şou zövqləri oxşayıb.

Sonra şounun aparıcısı Murad Dadaşov səhnəyə çıxıb. O qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq belə bir möhtəşəm yarış keçirilir.

Sonra Azərbaycanın üçrəngli bayrağı ilə bəzədilmiş maşınların nümayişi olub. Bundan əlavə, "V1 Challenge Azerbaijan" yarışmasına hazırlığı əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov yarışmanı rəsmi olaraq açıq elan edib. Tamaşaçıları salamlayan A.Ələkbərov qeyd edib ki, Azərbaycanın bir-birindən maraqlı və əhəmiyyətli tədbirlərə, beynəlxalq konfranslara, forumlara, sərgilərə və idman yarışlarına ev sahibliyi etməsinin şahidi oluruq:

“Fərəhləndirici haldır ki, bu gün Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi təcrübə və nailiyyətlər, bir çox istiqamətlərdə həyata keçirdiyi layihələr beynəlxalq qurumlar tərəfindən örnək kimi qəbul edilir.

Ölkəmizin coğrafi mövqeyi və tarixi, xalqımızın mədəniyyətlər və sivilizasiyalararası dialoqa verdiyi önəm Azərbaycanı yüksək tolerantlıq ənənələrinin və multikulturalizm dəyərlərinin mövcud olduğu məkan kimi tanıdıb. Dövlət siyasətinin nəticəsi olaraq, bu gün biz Azərbaycanı dünya birliyində idman ölkəsi kimi də təqdim edə bilərik”.

A.Ələkbərov vurğulayıb ki, son 10 ildə Azərbaycanda 40-dan çox Olimpiya mərkəzi istifadəyə verilib, gənc idmançılarımız qarşısında yeni perspektivlər və imkanlar açılıb: “Biz dəfələrlə ayrı-ayrı idman növləri üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi etmişik. Bu gün isə paytaxtımız 2015-ci ildə idman tarixində ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına hazırlaşır. Ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə, təşkilat komitəsinin səyləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək templə görülən hazırlıq işlərinə birbaşa nəzarət etməsi deməyə əsas verir ki, Azərbaycan birinci Avropa Oyunlarını layiqincə keçirəcək”.

Federasiya prezidenti bildirib ki, idmanın təbliği, idman infrastrukturunun yaradılması və yenilənməsi, əhalinin maarifləndirilməsi kimi mühüm sahələri əhatə edən dövlət siyasəti ayrı-ayrı qurumları, o cümlədən Azərbaycan Avtomobil Federasiyasını bu sahələrdə daha aktiv fəaliyyətə sövq edir: “Azərbaycan Avtomobil Federasiyası avtomobil idmanı, yol hərəkəti təhlükəsizliyi və yol hərəkəti iştirakçılarının hüquqlarının müdafiəsi, avtomobil sənayesi və nəqliyyat infrastrukturu, avtomobil yarışları üzrə mütəxəssislərin, peşəkar pilotların hazırlanması sahəsində yeni layihələrin həyata keçirilməsinə başlayıb. Bizim əsas məqsədimiz ölkə ərazisində yol hərəkəti təhlükəsizliyi və mədəniyyətinin təbliğ olunmasına, vətəndaşların, xüsusilə də yaşlıların və gənclərin yol hərəkəti təhlükəsizliyi mövzusunda maarifləndirilməsinə, nəqliyyat vasitələrinin istismarı sahəsində ətraf mühitin mühafizəsinə yönəlmiş layihələri reallaşdırmaqdır”.

A.Ələkbərov əlavə edib ki, siması gündən-günə dəyişən Bakıda aparılan quruculuq işləri, salınan yeni yollar və körpülər idman turnirləri həvəskarlarına avtomobil yarışlarını paytaxtımızda canlı izləmək şansı da verir: “2016-cı ildə ölkəmizdə ilk dəfə olaraq “Formula-1” üzrə Avropa Qran-Pri yarışları keçiriləcək və Azərbaycan Avtomobil Federasiyası yarışların rəsmi tərəfdaşı kimi tədbirin təşkilində yaxından köməklik göstərəcək”.

Federiya prezidenti vurğulayıb ki, bu gün keçirilən "V1 Challenge Azerbaijan" yarışımasında 12 ölkədən, o cümlədən Almaniya, Belçika, Bolqarıstan, Fransa, Xorvatiya, İtaliya, Livan, Moldova, Portuqaliya, Türkiyə və Türkmənistandan peşəkar pilotlar yarışacaqlar.

Çıxışdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Bundan sonra isə tryuklar nümayiş etdirilib.

Rusiyadan AÇIQLAMA: “Azərbaycan Avrasiya İttifaqına qoşulsa, Qarabağın həllinə yol açılacaq"

alt

“2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayacaq Avrasiya İqtisadi İttifaqı üzv ölkələrin daxili bazarlarının inkişafına imkan yaradacaq”. Modern.az saytı rus KİV-nə istinadla xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini, Vladimir Cabarov deyib.

O, yeni ölkələrin Avrasiya Birliyinə qoşulması perspektivindən danışarkən Azərbaycan amilindən də söz açıb. Vladimir Cabarovun sözlərinə görə Rusiya Azərbaycanla konstruktiv əməkdaşlığa bel bağlayır. Komitə rəsmisi bildirib ki, Azərbaycan sözügedən ittifaqa üzv olacağı təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail oluna bilər:

“Qırğızıstan il ərzində Avrasiya İqtisadi İttifaqına üzv olmaq haqqında qərar qəbul edəcək. Tacikistan Avrasiya İqtisadi cəmiyyətinin banilərindən biri olub. Bakı isə “Şərq tərəfdaşlığı” proqramında fəaliyyətini dayandırdı və Avropa Birliyi ilə assosiasiya sazişini imzalamadı. Əgər Azərbaycan Avrasiya İqtisadi İttifaqına girmək haqqında qərar qəbul etsə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yol açılacaq. Hər iki ölkə birlikdə eyni iqtisadi ittifaqda olacaqsa, problemin həllinə yol açılacaq ”.
Qeyd edək ki, Avrasiya Birliyi bu ilin may ayının 29-da Astanada Rusiya, Qazaxıstan, Belarus prezidentlərinin imzaladığı sənədlə təsis olunub. Oktaybrın 10-da isə ittifaqın Minsk sammitində Ermənistanın quruma üzvlüyü haqqında sənəd imzalandı.

Putin MDB liderlərini Moskvaya dəvət edib

alt

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçiriləcək təntənəli bayram tədbirlərinə dəvət edib.

Dalgatv Trend-ə istinadən xəbər verir ki, V.Putin bu gün Minskdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında deyib: "Ümumi borcumuz bu əlamətdar yubileyi birlikdə layiqli şəkildə qeyd etməkdir. Fürsətdən istifadə edib, Sizi, hörmətli həmkarlarımı 2015-ci ilin mayında təntənəli tədbirlərdə iştirak etmək üçün Moskvaya səfərə dəvət edirəm”.

İlham Əliyev Minsk Sammitində çıxış etdi

alt

“MDB-nin potensialı tükənməyib. Bu, əməkdaşlıq, qarşılıqlı fəaliyyət, regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirə olunduğu məkandır”.
AzNews.az trend-ə istinadən xəbər verir ki, bunu cümə günü Azərbaycan Prezidenti İlham Əliyev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən deyib.
İlham Əliyev bildirib: "Biz uzun müddətdir birgə ünsiyyət saxlayan və vacib məsələləri həll edən həmkarlar kimi belə açıq və səmimi ab-havada bizi narahat edən bütün məsələləri müzakirə etməliyik".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan MDB-də iştirakına böyük önəm verir: "Biz hesab edirik ki, təşkilatımız çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birinin problemini daha yaxşı başa düşmə, həmçinin digər vacib məsələlərin həlli işində bir çox şeylərə nail olunub. Eləcə də MDB üzvü olan ölkələrin çoxu ilə ikitərəfli formatda aktiv qarşılıqlı fəaliyyət göstəririk. Hesab edirəm ki, ikitərəfli əlaqələr təşkilatımız çərçivəsində münasibətlərimizi möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əməkdaşlığın potensialını genişləndirməyə çalışacağıq".

Prezidentin sözlərinə görə, iqtisadiyyat və investisiyalar sahəsində yaxşı təcrübə var: "Bu gün, əlbəttə ki, narahatlıq doğuran məsələlərə diqqət ayrılır. Bunlar regional, beynəlxalq təhlükəsizliklə bağlı məsələlərdir".

Ermənilər Bakıya gəlməkdən imtina etdi

alt

“Ermənistan və Ukrayna MDB-nin Bakıda keçiriləcək turizm və mədəniyyətlə bağlı sammitinə qatılmayacaq”.

AzNews.az xəbər verir ki, bu barədə xəbəri qurumun katibi Konstantin Pşenko deyib. Katibin sözlərinə görə, Ukrayna 26 oktyabr parlament seçkiləri ilə əlaqədar olaraq Bakıdakı tədbirdə iştirak etməyəcəyini bildirib. Katib daha sonra ermənilərin də Bakıdakı tədbirə qatılmayacağını bildirib:

“Ermənistan tərəfi Bakıda keçiriləcək tədbirdə iştirak etməyəcəyini deyib. Onlar bunun üçün heç bir səbəb göstərməyib. Azərbaycan tərəfi erməni nümayəndələrinin Bakıya edəcəyi səfəri zamanı onların təhlükəsizliyinə təminat verə biləcəyini açqıqlamışdı”.

İlham Əliyev dünənki müşavirədən yazdı

altAzərbaycan Prezidenti İlham Əliyev 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası müsbət dəyərləndirib.

AzNews.az xəbər verir ki, ölkə başçısı bu barədə özünün tvitter hesabında yazıb.

“Son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir. Doqquz ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru isə 6 faiz artmışdır. İnflyasiya 1,5 faiz olmuş, əhalinin pul gəlirləri isə 5,4 faiz artmışdır. İlin əvvəlindən Azərbaycan iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulmuşdur. İlin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb və 53 milyard dollardan çoxdur. Bizim əsas məqsədimiz neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir”-deyə İlham Əliyev qeyd edib.

Prezident həmçinin Azərbaycanın gələcək inkişafının sənayenin inkişafı ilə bağlı olmasını də bildirib.

“Azərbaycanda müasir emal müəssisələri yaradılır. Hazırda ixrac potensialımızın artırılması üçün çox gözəl imkanlar var. Turizmin inkişafı sürətlə gedir. Bizim gözəl təbiətimiz var, istənilən turizm növü Azərbaycanda mövcuddur.Artıq infrastruktur da var. Aeroportlar, magistral yollar və bütün bölgələrdə beşulduzlu, dördulduzlu, üçulduzlu gözəl otellər yaradılır. Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır. Sənaye klasterlərinin yaradılması prosesi gələcəkdə də davam etdirilməlidir”.

alt

alt

Nazirlər hesabat verdi

altPrezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev bildirib ki, bu ilin 9 ayının sosial-iqtisadi inkişafı uğurlu olub. Ölkəmizin inkişafı ilə bağlı inamlı addımlar atılıb. Dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda 9 ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru isə 6 faiz artıb. İnflyasiya 1,5 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,4 faiz çoxalıb.

Bu il də büdcə xərclərinin kifayət qədər böyük olduğunu deyən ölkə başçısı vurğulayıb ki, ilin əvvəlindən ölkəmizə 19 milyard dollar sərmayə qoyulub. Bunun isə 11 milyard dolları daxili investisiyalardır. İlin əvvəlindən maliyyə resursları 3 milyard 600 milyon dollar artıb və Azərbaycanın valyuta ehtiyatı 53 milyard dollara çatıb.

Dövlət başçısı bildirib ki, Dünya İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə artıq 38-ci yerdə qərarlaşıb. Bu dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra olunub, doqquz ayda 100 mindən çox yeni iş yeri yaradılıb, bununla da son 10 ildə açılan iş yerlərinin sayı 1 milyon 300 minə çatıb. Ötən doqquz ayda sosial layihələrin icrası davam etdirilib və investisiya portfelində bu layihələrə xərclənən vəsait kifayət qədər böyük olub. Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı da uğurla icra olunur. Ölkədə infrastruktur layihələrinin icrasına xüsusi diqqət yetirilir.

Prezident İlham Əliyev vurğulayıb ki, artıq bir çox sahələrdə Azərbaycanın müsbət təcrübəsi öyrənilir. Bunu bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda BMT İnkişaf Proqramının rəhbərinin səsləndirdiyi fikirlər də təsdiqlədi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini deyən dövlətimizin başçısı qeyd edib ki, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən fikirlərə Ermənistan məhəl qoymur, bu fikri səsləndirən qüvvələr isə təsirli addımlar atmır. Buna baxmayaraq, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir, ordu quruculuğu yüksək səviyyədə həyata keçirilir. Təsadüfi deyil ki, üçüncü rübdə təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavabını verdi.

Prezident İlham Əliyev nitqində keçən ay təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı fikirlərini də bölüşdü və bunu tarixi hadisə adlandırıb.

Sonra maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, gənclər və idman naziri Azad Rəhimov bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.

İclasa yekun vuran prezident ilin sonunadək dövlət investisiya proqramının tam icra olunacağını, məktəblərin, uşaq bağçalarının və müasir səhiyyə ocaqlarının tikintisinin davam etdiriləcəyini deyib. Dövlət başçısı gələn ilin büdcəsində də hərbi xərclərə xüsusi diqqətin göstəriləcəyini qeyd edib, texniki baxımdan Azərbaycan Ordusunun dünyada güclü ordular sırasında olduğunu bildirib. Prezident İlham Əliyev bu ilin sonuna qədər investisiya proqramının təsdiq edilməsinin vacibliyini vurğulayıb, müasir emal müəssisələrinin yaradıldığını, qeyri-neft sektorunun inkişafında xidmət və turizm sahələrinin xüsusi yer tutduğunu bildirib.

Dövlət başçısı yaxın iki ildə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tam istifadəyə veriləcəyini bildirib. Bununla da Xəzərdə ən iri ticarət limanının yaradılacaq. Hava nəqliyyatının inkişaf etdiyini, keçən rübdə ilk dəfə olaraq Bakıdan Nyu-Yorka uçuşların təşkil edildiyini vurğulayan prezident məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini söyləyib, ekologiya məsələlərinin həllinə diqqət göstərilməsinin önəmini vurğulayıb. İlk Avropa Oyunlarına hazırlıqla bağlı bütün işlərin cədvəl üzrə uğurla getdiyini, təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu deyən İlham Əliyev bu oyunların Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcəyini bildirib.

Prezident “Formula-1”in rəhbərini qəbul etdi

altPrezident İlham Əliyev oktyabrın 8-də “Formula-1”in rəhbəri Bernard Ekklstounu qəbul edib.

 Görüşdə ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olunub. Azərbaycanın mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün artıq yaxşı təcrübəyə malik olduğu vurğulanıb.

Söhbət zamanı 2016-cı ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan “Formula-1” yarışının da yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə edilib.

Bu tədbirin Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığının daha da genişləndirilməsi işinə xidmət edəcəyi bildirilib.

İlham Əliyev Putinə zəng etdi

alt

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, yüksək səviyyədə görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmini qeyd edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.

İlham Əliyev Putinə zəng etdi

alt

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, yüksək səviyyədə görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmini qeyd edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.

NATO Rusiyaya verdiyi vədi pozur

alt

NATO baş katibi Jens Stoltenberg alyansın Ukraynada atəşkəsin pozulmasından narahat olduğunu bildırib.

ANS PRESS-in məlumatına görə, baş katib bu haqda Polşaya səfəri zamanı bildirib.

Jens Stoltenberg bildirib ki, Rusiya separatçılara nüfuzindan isitifadə edib, atəşkəsə riayət edilməsinə çalışmalıdır.

Rusiyanın Təhlükəsizlik Şurası bu gün keçirdiyi yığıncaqda atəşkəsin pozulmasına əfsuslandığını qeyd edib.

Jens Stoltenberg NATO-nun şərq cinahında qüvvələrin yerləşməsinin davam etməsindən danışıb, bu da 1997-ci ildə NATO-nun Rusiyaya verdiyi vədin qüvvədən düşdüyünü göstərə bilər. NATO o vaxt bildirmişdi ki, şərq cinahında daimi qüvvələr yerləşdirməyəvək.

Poroşenkodan sərt ismarıc

altUkrayna prezidenti Petro Poroşenko Kiyevdə ABŞ Dövlət katibinin köməkçisi Victoria Nulandla görüşüb.

ANS PRESS-in məlumatına görə, Poroşenko Ukraynanın öz sərhədlərini nəzarətə götürməsə, Donbasda sülhün mümkün olmayacağını qeyd edib.

Poroşenko görüşdə Donetsk və Luqnskda Ukrayna televiziyalarının yayımının bərpasını da mühüm hesab ediyini bildirib.

Poroşenko ABŞ hökumətinə və prezident Barak Obamaya Ukraynaya verdiyi dəstəyə görə, minnətdarlıq edib.

Saytda Axtarış

Son xəbərlər