Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün191
DünənDünən3835
Bu həftəBu həftə13458
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8470057

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Prezident İlham Əliyev: "TANAP Türkiyə-Azərbaycan layihəsidir"

alt

“Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu, belə də olmalıdır. Çünki bizim xalqlar qardaş xalqlardır, biz əsrlər boyu bir-birimizin yanında olmuşuq. Bu gün biz iki müstəqil dövlət kimi gələcəyimizi birgə qururuq". APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdən sonra mətbuata verdiyi bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, iki ölkə arasında siyasi əlaqələr gündən-günə inkişaf edir. O xatırladıb ki, bu ayın əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdə olub, hazırda da Türkiyənin baş naziri Azərbaycanda rəsmi səfərdədir: "Mənim də prezident seçkilərindən sonra ilk rəsmi səfərim Türkiyə olub. Bu, əslində əlaqələrimizin səviyyəsini rəsmi şəkildə göstərir. Bu gün ölkələrimiz eyni zamanda iqtisadi sahədə uğurla əməkdaşlıq edir. Türkiyə və Azərbaycan qarşılıqlı sərmayə qoymaqla həm öz maraqlarını təmin edir, həm də bir-birini daha da gücləndirir. Azərbaycandan Türkiyəyə qoyulacaq sərmayələrin miqdarı 20 milyard dollara yaxındır. Eyni zamanda Türkiyədən Azərbaycana sərmayələr qoyulur. Biz Türkiyənin "Şahdəniz" qaz yatağındakı və TANAP-dakı payının artırılmasını böyük məmnuniyyət hissi ilə qəbul edirik. Çünki Türkiyə şirkətləri daha çox böyük paya malik olacaqlar. TANAP Türkiyə-Azərbaycan layihəsidir, cəmi 2 il əvvəl bu layihəyə start verilib. Bu gün artıq bu layihə reallaşır".

Prezident qeyd edib ki, enerji sahəsində əlaqələr nəinki iki ölkə üçün, bölgə və dünya üçün də böyük önəm daşıyır: “Sabah Azərbaycanda böyük bir mərasim keçiriləcək. Sabah Cənub Qaz Dəhlizinin tikintisi başlayır. 20 sentyabr bizim üçün tarixi bir gündür, çünki 20 il əvvəl məhz sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanıb. 20 il sonra biz artıq 21-ci əsrin layihəsinə start veririk. Bu layihənin uğurla həyata keçirilməsində Türkiyə və Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır”.

Dövlət başçısı deyib ki, enerji sahəsində “Trans Anadolu”, “Şahdəniz-2” və digər layihələrin uğurla icrası nəticəsində bölgədə yeni şərait yaranacaq: “Bu layihələr həm siyasi, həm də iqtisadi maraqlarımızı təmin edəcək. Bu layihələrdə iştirak edəcək ölkələrin sayı kifayət qədər çoxdur. Beləliklə, Türkiyə və Azərbaycan bu layihələrin təşəbbüskarları kimi geniş beynəlxalq əməkdaşlığa da öz töhfəsini verəcək".

İlham Əliyev Gürcüstanın baş naziri ilə təkbətək görüşdü

alt

Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təkbətək görüşü olub.

Modern.az saytının məlumatına görə görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi.

Gürcüstanın Baş nazirinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edildi. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

İlham Əliyev Türkiyənin müdafiə naziri ilə görüşdü

altAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Türkiyə Respublikasının müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyi bildirildi, keçirilməsi nəzərdə tutulan birgə hərbi təlimlərin Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olunub.

Türkiyə Respublikasının müdafiə naziri İsmet Yılmazın ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik vurğulanıb.

Gürcüstanda siyasi QALMAQAL: XİN prezidenti Nyu-Yorka getməyə qoymur

alt

Gürcüstan prezidenti Georgi Marqvelaşvili BMT-nin Baş Assambleyasının 69-cu sessiyasında iştirak etməyəcəyini bəyan edib.

Modern.az saytı gürcü mətbuatına istinadən xəbər verir ki, prezident bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparıldığını deyib.

G. Marqvelaşvilinin sözlərinə görə Gürcüstan XİN onun Nyu-Yorka getməməsi üçün təkid edib.

“Onlar təkid edirdi ki, nümyəndə heyətinə baş nazir İrakli Qaribaşvili rəhbərlik etməlidir. Onlar qeyd edir ki, iki nümayəndə heyətinin iştirakı Gürcüstanın imicinə zərər verəcək. Mənə bu səhər məlum oldu ki, səfərimə mane olmaq üçün ciddi işlər görülüb”.

Prezident icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM

alt

Azərbaycan Prezidenti İlham Əliyev Məharət Mustafa oğlu Mustafayevin Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın xəbərinə görə, bu haqda sentyabrın 10-da Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məharət Mustafayev 2011-ci ilin iyun ayında bu vəzifəyə təyin olunmuşdu. Nizami rayonunun icra başçısı vəzifəsinə hələlik yeni təyinat olmayıb

Yunanlar ermənilərin arzusunu ürəyində qoydu

altYunanıstan parlamenti “Ksenofobiya əleyhinə mübarizə” adlı qanun qəbul edilib.

APA-nın Yunanıstan KİV-nə istinadən verdiyi xəbərə görə, layihənin qəbulunda iştirak edən 99 millət vəkilindən 3-ü bitərəf qalıb, 42-si layihənin əleyhinə, 54-ü isə lehinə səsə verib.

Qəbul olunmuş qanunda göstərilib ki, beynəlxalq məhkəmələr və Yunanıstan parlamentində tanınan soyqırımları mediada aşağılayanlar, inkar edənlər, Xolokost kimi cinayətləri rədd edənlər və bu məsələ ilə bağlı aksiyalara imkan verənlər dil, din, irq, rəng və cinsiyyət ayrı-seçkiliyi edənlərə pul və həbs cəzası veriləcək. Bu məsələ ilə bağlı pul cəzası 5-20 min avro, həbs cəzası isə 5-10 ay arasında olacaq.

Qeyd edək ki, bu qanun layihəsi 3 ilə yaxın müzakirə olunub. Layihənin son vəziyyətində Yunanıstan parlamentinin tanıdığı "Pontuslu yunan və Anadolu yunan soyqırımı" və "erməni soyqırımı" ifadələri çıxarılıb. 

Bunun əvəzinə isə sadəcə "Yunanıstan parlamentinin tanıdığı soyqırımlar" ifadəsi işlədilib. Həmçinin "bu məsələlərə tarixi prizmadan yanaşanlar və elmi araşdırma ilə məşğul olanlara bu qanun şamil olunmayacaq" maddəsi əlavə olunub.

Xatırladaq ki, Yunanıstan parlamenti qondarma "erməni soyqırımı"nı tanımayıb. 

“Kerri, Əliyev və Sərkisyan arasındakı görüş səmərəli olub” - RƏSMİ AÇIQLAMA

altABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin NATO-nun Uelsdəki sammiti çərçivəsindəki görüşü haqqında ilk rəsmi açıqlama verilib.

Modern.az saytı xəbər verir ki, bu barədə özünün twitter səhifəsində ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik yazıb. O bildirib ki, görüş səmərəli keçib:
“Con Kerri ilə Azərbaycan və Ermənistan prezidentləri arasında səmərəli görüş keçirilib. Biz Qarabağ münaqişəsinin həlli üçün kömək etməyə hazırıq”.
Qeyd edək ki, Uelsin paytaxtı Kardifdə NATO-nun sammiti keçirilir. Sentyabrın 4-də başlayan sammitin bu gün yekunlaşacağı gözlənilir.

Rusiyanın eks-baş naziri Putini “vurdu”: “O, Ukraynanı özünə tabe etdirmək istəyir”

alt

Rusiyanın keçmiş baş naziri, müxalifətçi və Xalq Azadlığı Partiyasının həmsədri Mixail Kasyanovun fikrincə, Donbas prezident Vladimir Putinin Ukraynanın Şərqindəki “münaqişənin həlli üçün” başlıca hədəfi deyil:

“Putin çalışır ki, Qərb əvvəlcə Krımı, sonra bütün Ukraynanı Rusiyanın ərazisi kimi tanısın. Açıq-aşkar görünür ki, rus dili və federallaşma Putini narahat etmir. Krımla yanaşı ona mərkəzi hakimiyyətin zəifliyi lazımdır ki, ticarət əlaqələri – qazın qiymətini, böyük hissəsi Rusiya oliqarxlarına məxsus olan sənayenin kooperativləşdirilməsini, beləliklə də Ukraynanı özünə tabe etdirsin.

Modern.az bildirir ki, keçmiş baş nazir bu haqda “Fokus” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Putin Ukraynanın müstəqilliyi ilə barışmaq istəmir: “O, indi sülhməramlı imici, Ukrayna hakimiyyəti və terrorçular arasında danışıqlarda vasitəçi mövqeyini tutmaqla həyasızcasına özünü xeyirxah kimi təqdim etməyə cəhd edir. Mən Kiyevi buna razılaşmamağı məsləhət görərdim. Putin özünü nə qədər mövqesiz kimi aparsa da, o-münaqişənin tərəfidir”.

Kasyanov hesab edir ki, Ukrayna hakimiyyəti indi düzgün hərəkət edir: “Çünki terrorçularla danışa getmək olmaz”.

Keçmiş baş nazir əmindir ki, Rusiya Krımı dünya səviyyəli kurort yerinə çevirə bilməyəcək. Kasyanovun fikrincə, bəziləri Putinə yaxın olan rusiyalı oliqarxlar da yarımadaya vəsait qoymayacaqlar.

Keçmiş nazir vətəndaşlıqdan məhrum olundu

altKeçmiş müdafiə naziri Tengiz Kitovanı Gürcüstan vətəndaşlığından məhrum olunub.

Dalgatv xarici KİV-ə istinadən bildirir ki, bu haqda o özü məlumat verib. Onun sözlərinə görə, hətta Saakaşvilinin ağlına belə onun vətəndaşlıqdan məhrum olunması gəlməsə də, indiki prezident Marqvelaşvili bunu edib. Keçmiş nazir qeyd edib ki, bu bir neçə ay əvvəl baş versə də, bu haqda danışmayıb. Onun fikrincə, əgər o olmasaydı nə Saakaşvili, nə İvanişvili, nə də Marqvelaşvili olmazdılar.

Kitovaninin vətəndaşlıqdan məhrum olunmasının ilkin səbəbi kimi onun ikili vətəndaşlığı göstərilib.

O, həm də Rusiya vətəndaşıdır. Gürcüstan qanunvericiliyinə görə, digər ölkənin vətəndaşlığı olan şəxs avtomatik vətəndaşlıqdan məhrum olunur.

Gürcüstanlı nazirlər Bakıya səfər edəcəklər

altGürcüstanın xarici işlər naziri Maya Pancikidze ilə energetika və təbii sərvətlər naziri Kaxa Kaladze Bakıya səfər edəcəklər.

Dalgatv-nin  APA-ya istinadən verdiyi məlumata görə, səfər 8-9 sentyabr tarixlərində gerçəkləşəcək.

Gürcüstan nümayəndə heyətinin üzvləri sentyabrın 9-da Bakıda keçiriləcək "Şərq tərəfdaşlığı" ölkələrinin energetika nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcəklər.

Ohanyan ATƏT sədrinin şəxsi nümayəndəsi ilə Qarabağı müzakirə etdi

alt

Ermənistanın müdafiə naziri Seyran Ohanyan ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kanspişiklə görüşüb.

Dalgatv news.az saytına istinadən xəbər verir ki, görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da fikir mübadiləsi aparılıb. Ermənistan Müdafiə

Nazirliyinin yaydığı məlumatda görüşün detalları açıqlanmayıb.

Putin Azərbaycan müxalifəti ilə əməkdaşlıq etmədiyini söylədi

altRusiya prezidenti Vladimir Putin “Seliger” yay düşərgəsində gənclərlə görüşü zamanı keçmiş SSRİ məkanı ölkələrindəki hakimiyyətlərə münasibətini açıqlayan çıxış edib. Modern.az bildirir ki, Putin bununla əlaqədar Vaşinqtonu dolayısı ilə siyasi riyakarlıqda ittiham edib.

“Biz bir çox qərbli tərəfdaşlarımızdan fərqli olaraq, həmişə hakimiyyətdə olan iqtidarları dəstəkləmişik. Ola bilsin onlar bu mənada özlərini daha çox praqmatik aparırlar. Onlar həmişə yumurtanı müxtəlif səbətə qoymağı sevirlər. Bundan əlavə, hakimiyyət hətta onlara loyal yanaşırsa belə, onlar yenə də müxalifətlə işləyirlər. Amerikalılar adətən belə edirlər. Həmişə”-deyə Putin vurğulayıb.

Putin daha sonra bildirib ki, ABŞ hətta ona qarşı loyal olan dövlətə qarşı belə, müxtəlif təzyiqlər edir:

“Onlar özlərinə loyal olan hakimiyyəti belə, bir az sıxırlar, bu hökümətə qarşı müxtəlif təzyiqlərdən istifadə edirlər. Bunu onun üçün edirlər ki, bu loyal hökümət daha da loyal olsun. Bu yolla hakimiyyətə nümayiş etdirirlər ki, onu əvəz etmək üçün güvənməyə həmişə adamları var. Ola bilsin bu praqmatik mövqedir. Bu metod əsrlər boyu Böyük Britaniya tərəfindən istifadə olunub”.

Kreml sahibinin sözlərinə görə, bu anqlosakson yanaşma sonradan ABŞ-a köç edib.

“ABŞ bu metoddan indi istifadə edir. Onlar mənim bu çıxışımdan sonra nə cavab verəcəklərindən asılı olmayaraq bu, belədir ki var”.

Daha sonra Putin əlavə edib ki, keçmiş SSRİ məkanı belə yanaşma üçün məqbul ərazi deyil:
“Biz xüsusilə postsovet məkanında belə davrana bilmərik. Bizdə tamamilə fərqli situasiyadır. Biz həmişə ölkələrində hazırda fəaliyyətdə olan iqtidarı dəstəkləyirik. Bu o demək deyil ki, müxalifətə düşmən münasibət bəsləyirik, yaxud bizim üçün onların varlığı əhəmiyyətsizdir. Yox, biz hamıya bərabər yanaşırıq. Amma mövcud hakimiyyətlə əməkdaşlıq edirik”.

Bununla da Putin digər postsovet ölkələri ilə yanaşı, Azərbaycan müxalifətini də dəstəkləmədiyini dolayısı ilə bəyan edib.

Moskva tərəfindən Yanukoviç iqtidarının dəstəklənməsi barədə iddiaları rədd edən Putin bildirib ki, bütün bu deyilənlər həqiqəti əks etdirmir.
“Biz Yanukoviçi heç vaxt nəyəsə təhrik etməmişik.”-deyə Putin vurğulayıb.

Saytda Axtarış

Son xəbərlər