Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3433
DünənDünən4308
Bu həftəBu həftə30449
Bu ayBu ay61111
Bu günə qədərBu günə qədər8804397

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstanın gənclər və idman naziri: "Gürcüstanda yaşayan azərbaycanlı gənclərlə bağlı birgə layihələr nəzərdə tutulur"

altGürcüstanın gənclər və idman naziri Levan Kipiani ölkəsində yaşayan azərbaycanlı gənclərin problemləri və bu istiqamətdə görülməsi vacib olan işlərdən danışıb. APA-nın məlumatına görə, gürcüstanlı nazir Bakıda jurnalistlərə bildirib ki, Gürcüstanda ümumilikdə ölkə gəncliyinin bir sıra ortaq problemləri var: “Gənclər üçün iş yerlərinin az olması və təhsil başlıca problemdir. Biz bu yöndə aktiv iş aparmaq istəyirik. Məqsədimiz tələbə və məktəblilər arasında elə bir layihə icra etməkdir ki, bu, onların gələcəyinə töhfə verə bilsin”.

L. Kipiani gənclər və idman sahəsində Azərbaycanla əməkdaşlıqdan söz açıb: “Mən demişdim ki, Azərbaycan tərəfi ilə birgə layihələrimiz var. Ötən il biz gənclərə həsr olunmuş layihə hazırladıq. Bu, mədəniyyət və idman sahəsində olan geniş bir layihə idi. Bu işlərin günümüzdə də davam etdirilməsi nəzərdə tutulur. Azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə onların etnik qrup kimi deyil, heç bir fərq qoyulmadan yaşamasını təmin etmək ölkəmizin vəzifəsidir. Onların problemləri bizə bəllidir. Həmin gənclərin istəkləri idman və mədəniyyət sahəsində aktiv iştirak etməkdir. Biz azərbaycanlıların təhsil aldığı məktəblərdə bir neçə gənci iri layihələrə cəlb etmişik. Əsasən Marneulidə boks və sərbəst güləş üzrə yarışlar təşkil etdik ki, onlar burada öz məşqlərini daha rahat şəkildə həyata keçirə bilsinlər, eyni zamanda təhsil alsınlar. Ümumiyyətlə, biz bütün imkanlarımızdan istifadə edirik ki, Gürcüstan ərazisində yaşayan bütün etnik qruplar eyni şəraitdə yaşayıb, fəaliyyət göstərsinlər”.Gürcüstanın gənclər və idman naziri: "Gürcüstanda yaşayan azərbaycanlı gənclərlə bağlı birgə layihələr nəzərdə tutulur"

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb

alt

Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş başlayıb.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ermənistan Prezidentinin mətbuat katibi Arman Saqatelyan "Twitter" səhifəsində yazıb.

Bu görüşdən sonra prezidentlərin ikitərəfli görüşü keçirilir.

"Sarkisyan və hökumət istefaya getməlidir"

altErmənistanın ilk prezidenti və müxalif "Ermənistan Milli Konqresi"nin (EMK) lideri Levon Ter-Petrosyan bildirib ki, konstitusiya çərçivəsində ümumxalq təzyiqi yolu ilə hakimiyyətin istefaya getməsinə nail olmaq niyyətindədirlər.

7/24news-un Trend-ə istinadən verdiyi məlumata görə, L.Ter-Petrosyan EMK, "Çiçəklənən Ermənistan" və "İrs" partiyalarının birgə nümayişində deyib ki, hakimiyyəti istefaya göndərdikdən sonra növbədənkənar azad və ədalətli prezident və parlament seçkilərini keçirməyi təmin edəcəklər.

"İrs" partiyasının lideri Raffi Hovannisyan hesab edir ki, Ermənistanda düşüncə, xalq, vətəndaş və milli gələcək inqibalına ehtiyac var: "Hər şey konstitusiya çərçivəsində həyata keçirilməlidir. Bu inqilab konstitusiya çərçivəsində, dinc və qanuni olacaq".

Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyan və hökumət istefaya getməli, bundan sonra isə müvəqqəti hökumət formalaşdırmaq lazımdır.

"Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan isə bəyan edib ki, ölkədə zərurət yaranacağı təqdirdə cəmiyyəti səfərbər etməyə hazır olan qərargahlar formalaşdırılacaq.

Ramil Usubov tapşırıq verdi

altAzərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 25-də Gəncə şəhərində növbəti qəbul keçirib. Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Kəlbəcər, Samux, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarından olan sakinlərini qəbul edib.

Eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir onların müraciətlərini dinləyıb. Qaldırılan məsələlərin operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti qanunvericiliyə uyğun şəkildə elə yerindəcə öz həllini tapıb. Polis fəaliyyətinə aid olmayan ərizələrin isə baxılması üçün aidiyyatı dövlət orqanlarına göndəriləcəyi nəzərə çatdırılıb.

Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 338 nəfər də qəbulda iştirak edib. Daxili işlər naziri Ramil Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olan 76 gəncin, o cümlədən 7 qızın sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib.

Qəbulda iştirak edən vətəndaşlar ölkə Prezidenti İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə yerlərdə vətəndaşlarla görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığının yüksək səviyyədə icrasına, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Mübariz Qurbanlı Gürcüstanla dostluqdan danışdı

altAzərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.

Komitədən APA- ya verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Gürcüstanın qonşu, dost və qardaş ölkələr olduğu, siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulanıb.

T. Şaraşenidze tarixən yaxın münasibətdə olan ölkədə səfir kimi fəaliyyət göstərməyin böyük məsuliyyətli iş olduğunu qeyd edərək, ölkələr arasında din sahəsində mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini bildirib.

Həmsədrlər prezidentlərin Paris görüşündən gözləntilərini açıqlayıblar

altATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə sülh sazişinin əsas məqamları üzərində ciddi müzakirə gözləyirlər.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, ATƏT-in mətbuat xidmətinin Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri adından verdiyi açıqlamada qeyd olunur ki, həmsədrlər prezidentlərin Soçi və Uelsdə baş tutmuş görüşlərinin tərəflər arasında “ünsiyyət kanalı” yaratdığını hesab edirlər: “Biz prezidentlərin Paris görüşündə sülh sazişinin əsas məqamlarının ciddi şəkildə müzakirəsini gözləyirik. Həmçinin ümid edirik ki, prezidentlər qarşılıqlı etimad və şəffaflıq yaratmağa hesablanan tədbirlər ətrafında razılığa gələcəklər. Həmsədrlər bu istiqamətdə bacardıqları köməyi göstərməyə hazırdırlar”.

“Həmsədrlər hesab edirlər ki, Minsk Qrupu tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini etibar etdiyi yeganə formatdır. Azərbaycan və Ermənistan rəhbərlikləri də həmsədrlərin səylərini dəstəklədiklərini ictimai şəkildə bəyan ediblər, biz də sülhə nail olmaq istiqamətində tərəflərə yardım etməyə hazırıq”, - deyə açıqlamada bildirilir.

Açıqlamada o da qeyd olunur ki, həmsədrlər Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmasının münaqişənin həlli prosesinə təsir etməyəcəyi fikrindədirlər: “Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır, hansısa müqavilə və ya alyansa qoşulmaqdan yox... Həmsədrlər ümid edir ki, son təmaslardan sonra, tərəflər özlərini sülhə kökləyə biləcəklər”.

Separatçı Dağlıq Qarabağ rejiminin azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində 27 oktyabr tarixinə məhkəmə təyin etməsi xəbərinə isə həmsədrlər şərh vermək istəməyiblər.

Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərinin səfirini qəbul edib

altDaxili işlər naziri, general-polkovnik Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Salem Xəlifə Məhəmməd Əl-Gaflini qəbul edib.

Dalgatv  APA-ya istinadən xəbər verir ki, nazir BƏƏ-nin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu, beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəklədiyini qeyd edərək iki ölkə arasındakı əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

2007-ci ilin sonlarında Birləşmiş Ərəb Əmirliklərinə səfərini xatırladan daxili işlər naziri Azərbaycan tərəfinin iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafında hər zaman maraqlı olduğunu, bu görüşün əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini vurğulayıb.

Səfir Salem Xəlifə Məhəmməd Əl-Gafli səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, paytaxt da daxil olmaqla Azərbaycanın bütün bölgələrində yaradılmış təhlükəsiz və əmin-amanlıq şəraitindən məmnunluq duyduğunu, bundan sonrakı fəaliyyəti dövründə də ikitərəfli əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcəyini bildirib.

Ərdoğandan dünyaya haqlı sual

altTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Kobani şəhəri uğrunda döyüşən 2 terrorçu təşkilat barədə maraqlı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, Ərdoğan Kobaniyə peşmərgələrin göndərilməsi təklifinin ona məxsus olduğunu bildirib:

"Barak Obama ilə telefon danışığımda bu təklifi mən etdim. Bildirdim ki, PYD və PKK qruplarına verəcəyiniz dəstəyi anlayışla qarşılayırıq. Ancaq bu bizim üçün qəbul edilə bilməz. Biz yalnız Azad Suriya Ordusu ilə əməkdaşlıq edə bilərik. Ancaq indi ABŞ rəsmiləri çıxıb başqa şeylər deyirlər. Media da bu xəbərləri fərqli şərh edir".

Daha sonra PKK üçün Kobaninin niyə belə əhəmiyyətli olduğunu sual edən Ərdoğan Şimali İraqdan gələn peşmərgələrin Türkiyə ərazisindən Kobaniyə keçməsinə qarşı olmadığını deyib:

"İki gün keçdi, üçüncü, dördüncü gündəyik. Kobani müdafiə olunur. Kobani özləri üçün niyə bu qədər strateji əhəmiyyət daşıyır, onu anlamaqda çətinlik çəkirəm. Çünki Kobanidə mülki adam qalmayıb. 200 min nəfər ölkəmizə keçib, onlara ev sahibliyi edirik. Kobanidə yalnız 2 min qədər döyüşçü var".

ABŞ-ın kürdlər üçün hava vasitəsi ilə göndərdiyi silahların İŞİD-in əlinə keçdiyini söyləyən Türkiyə prezidenti anti-İŞİD koalisiyassının Kobanini müdafiəsinə verdiyi dəstəyi tənqid edib.

Putin Gürcüstan prezidenti ilə görüşə razıdır

alt

Rusiya prezidenti Vladimir Putin Gürcüstanın dövlət başçısı Georgi Marqvelaşvili ilə görüşməyə hazırdır. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib. Onun fikrincə bunun üçün Gürcüstan tərəfinin siyasi iradə nümayiş etdirməsi lazımdır: “Prezident öz sözünü deməlidir. Putin aydın şəkildə bəyan edib ki, əgər Gürcüstandan siqnal alarsa, görüş baş tutacaq”.

Gürcüstan prezidenti də bir müddət əvvəl Rusiya ilə səmərəli dialoqa hazır olduğunu bəyan edib.

Mehriban Əliyeva İranın vitse-prezidenti ilə görüşüb

alt

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransda iştirak edən İran İslam Respublikasının ailə və qadın məsələləri üzrə vitse-prezidenti Şahindoxt Movlaverdi ilə görüşüb.
Modern.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonağı salamlayaraq “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransın uğurlu keçəcəyinə ümidvar olduğunu söyləyib. Mehriban Əliyeva tədbirdə iştirak etdiyinə görə Şaxindoxt Movlaverdiyə minnətdarlığını bildirib.
Hazırda Azərbaycan ilə İran arasındakı əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini deyən Azərbaycanın birinci xanımı bu il ərzində hər iki ölkənin prezidentlərinin üç dəfə görüşdüyünü bildirdi, qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb.

Mehriban Əliyeva Bakıda keçirilən beynəlxalq konfransın qadın məsələlərinin həllində mühüm rolunu oynayacağına əminliyini ifadə edib. Şahindoxt Movlaverdi konfransa dəvətə görə təşəkkürünü bildirib. Qonaq ilk dəfədir ki, Bakıya səfər etdiyini deyərək, ümidvar olduğunu vurğulayıb ki, bu konfrans İslam ölkələrində qadınların rolunun artmasına töhfə verəcək.

Ramiz Mehdiyev icra başçılarına seminar keçəcək

altOktyabrın 28-də icra başçılarının iştirakı ilə Bakıda böyük bir seminar-müşavirə keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, seminara Prezident Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyev rəhbərlik edəcək.

Müşavirədə icra başçıslarına ictimai-siyasi və humanitar sahədə fəaliyyətlə bağlı müəyyən tövsiyələr və təlimatlar veriləcək. Eyni zamanda dövlət və əhali ilə iş prinsipləri, icra hakimiyyətləri ilə digər dövlət qurumlarının koordinasiyalı fəaliyyəti müzakirə olunacaq.

Nazirlərin də həmin müşavirədə iştirakı nəzərdə tutulub. Mikayıl Cabbarov, Səlim Müslümov, Hüsenyqulu Bağırov və digər nazirlərin seminarda çıxışı gözlənilir.

Seminar 3 gün davam edəcək.

Tbilisidə Azərbaycanın Dövlət Müstəqillik Günü qeyd olunub

altGürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Heydər Əliyev Düşüncə Mərkəzinin (BHƏDM) təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan dövlət müstəqilliyinin bərpasının 23 illiyi qeyd edilib. Tədbirdə Azərbaycanın Dövlət himni səsləndirilib. Sonra tədbirdə muzeyin direktoru Leyla Əliyeva və BHƏDM-nin sədri Vüsal Bayramov çıxış ediblər. Tədbirdə Gürcüstan Humanitar və İncəsənət Akademiyasının prezidenti, parlament üzvü Demuri Başeleişvili, Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri üzrə komitə sədri, parlamentin deputatı Qubad Sanikidze, Gürcüstan Parlamentinin sabiq deputatı Ramiz Bəkirov,Gürcüstanda fəaliyyət göstərən Ağsaqqallar Şurasının sədri İshaq Novruzov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, sabiq parlament üzvü, Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Teatrının əməkdaşı Hidayət Hüseynov və başqaları çıxış edərək Azərbaycan-Gürcüstan ölkələrinin tarixi dostluğundan, ölkələrimizin bir-birinə arxa olmağından, irimiqyaslı layihələrin Gürcüstandan keçməsində Azərbaycan dövlətinin rolundan, iki dövlətin strateji əməkdaşlığından, Azərbaycan-Gürcüstan münasibətlərinin indi də geniş şəkildə inkişaf etdirilməsindən danışılıb. Müstəqilliyə həsr olunan tədbirdə Azərbaycan-Gürcüstan dostluğunun alternativi olmadığı bildirilib. Qeyd olunub ki, ölkələrimizin siyasi-iqtisadi əlaqələri daha da inkişaf edir.

Tədbirin sonunda Azərbaycan dövlət müstəqilliyinin bərpasının 23 illiyinə həsr olunan görüş iştirakçılarına BHƏDM-nin diplomları təqdim olunub.

Tədbirdə Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Gürcüstanın barışıq və vətəndaş inteqrasiyası məsələləri üzrə dövlət nazirinin Kvemo-Kartli üzrə nümayəndəsi Zaur Darğallı və Gürcüstan parlamentinin üzvləri, Azərbaycanın Gürcüstanda fəaliyyət göstərən şirkət nümayəndələri, gürcü və ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, jurnalistlər iştirak edib.

Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri üzrə komitə sədri, parlamentin deputatı, tarix elmləri doktoru Qubad Sanikidze  müsahibəsində Azərbaycanın müstəqillik gününü gürcülər də bayram kimi qeyd etdiyini bildirib.O qeyd edib ki,bu gün bizim üçün də bayramdır. Bu gün dünyada baş verən mənfi hadisələr bizə bildirir ki, biz strateji, siyasi-iqtisadi, həm də mədəni sahələrdə bir olmalıyıq. Biz emosiyalarımızdan yüksəkdə olmalıyıq. Biz bilmirik ki, sabah başımıza nələr gələcək. Gürcüstan və Azərbaycanın min illər davam edən dostluq əlaqələri nəsillər davam etdikcə inkişaf etməlidir. Çünki bizim qohumluq əlaqələrimiz də var. Tarixdən bəllidir ki, gürcü çarı ilə Şirvanşahlar hökmdarının əlaqəsi möhkəm olub və siyasi və mədəni əlaqələrimiz tarixən gücləndirilib. Bu gün qarşımızda bir məqsəd var - təhlükəsizliyimizi qoruyaraq bir olmaq. Bu, bizim alnımıza yazılıb.

Saytda Axtarış

Son xəbərlər