Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün189
DünənDünən3835
Bu həftəBu həftə13456
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8470055

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Jirinovski fikirlərinin yanlış anlaşıldığını bildirib

altAzərbaycana səfərə gəlmiş Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski Bakı şəhərindəki 23 saylı orta məktəbdə olub.

Dalgatv  APA-ya istinadən xəbər veir ki, V. Jirinovski 6-cı sinif üçün rus dili və ədəbiyyatından açıq dərs keçib. O, şagirdlərdən Turgenev və onun “Mumu” əsəri barədə məlumatlı olub-olmadıqlarını soruşub, sonra 10-cu sinif şagirdləri ilə görüşüb.

V. Jirinovski jurnalistlərə açıqlamasında Azərbaycanda çox yaxşı qarşılandığını, burada insanların rus dilində çox yaxşı danışdıqlarını bildirib. O, Azərbaycanda barəsində mənfi fikir formalaşmasına və hazırda Azərbaycan barədə müsbət fikirlər söyləməsinin səbəblərinə aydınlıq gətirib: “Bu, yanlış anlaşılmazlıqla bağlı idi. Müəyyən situasiya ilə bağlı söylənən fikir sonradan xalqa, ölkəyə aid edilir. Məsələn, hazırda Donbassa görə Kiyevdə mənə nifrət edirlər. Haradasa nə isə bir hadisə baş verəndə, biz onu qiymətləndiririk. Sonra da hər hansı situasiya ilə bağlı qiymətləndirməni o ölkə və xalqla bağlayırlar. Nəticədə yanlış anlaşılma olur”.

Ərdoğan BMT tribunasından sərt danışdı

alt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının 69-cu Baş Assambleyasındakı çıxışı yaddaqalan olub.

ANS TV-nin məlumatına görə, Ərdoğan çıxışı zamanı dünyanın İŞİD yükündən tutmuş bir çox beynəlxalq məsələlərə toxunub. Qəribədir ki, bəzi qərbli diplomatlar Ərdoğan danışan zaman zalı tərk də ediblər. Bunun səbəbləri hələlik detalları ilə bəlli deyil. Amma ehtimal olunur ki, Ərdoğanın Anti- BMT çıxışı buna səbəb olub. Türkiyə Prezidenti dünyanın ən yüksək tribunasından danışarkən Azərbaycanı da unutmayıb.

“Müasir dünyada nümayiş olunan ikili standartlar bəşəriyyətin beynəlxalq qurumlara etibarını sarsıdır. Bu gün üzləşdiyimiz “qlobal terror” təhlükəsinin səbəblərindən biri də bu etibarsızlıqdır. Zülmə məruz qalan insanların rastlaşdığı ikiüzlülük, uşaqların qətlə yetirilməsinə qarşı nümayiş olan laqeydlik bütün dünyada terrora şərait yaradır. Birləşmiş Millətlər Təşkilatından ümidlərini üzənlər çarəsiz şəkildə terrorun tələsinə düşürlər. Kiprdə həll yolunu ən çox arzulayan və həll yollarını axtarmaq üçün əlindən gələni edən, Azərbaycan torpaqlarındakı işğalın bir an əvvəl sona çatmasını müdafiə edən, Ukrayna başda olmaqla böhrandan əziyyət çəkən bölgələrdə ərazi bütövlüyünü ən güclü şəkildə müdafiə edən ölkə Türkiyədir.”

Azərbaycan və Rusiya arasında memorandum imzalanıb

altBu gün Bakıda Azərbaycan və Moskva hökumətləri arasında Anlaşma Memorandumunu imzalanıb.

Dalgatv  APA-ya istinadən xəbər verir ki, sənədi Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və Moskvanın meri Sergey Sobyanin imzalayıb.

Bununla yanaşı, Azərbaycan məhsullarının Rusiya paytaxtına tədarük edəcək konkret şirkətlər arasında 48 sənəddən ibarət razılaşma paketi imzalanıb.

İmzalanma mərasimindən əvvəl Y. Eyyubov qeyd edib ki, Azərbaycan və Moskva hökumətlərinin qarşısında böyük məqsədlər durur və onların həyata keçirilməsi üçün yeni mexanizm işlənilməlidir. Onun sözlərinə görə, Rusiya Azərbaycanın əsas iqtisadi-ticarət tərəfdaşlarından biridir.

O, qeyd edib ki, Azərbaycan Rusiya Federasiyasının 72 subyekti ilə əməkdaşlıq edir və bu baxımdan Moskva ilə əlaqələrə xüsusi diqqət ayrılır.

Öz növbəsində Moskva meri qeyd edib ki, Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafını ticarət dövriyyəsi təşkil edir ki, 2013-cü ildə də bu göstərici 30% artıb: “Azərbaycan və Moskvanın potensialını nəzərə alsaq, bu rəqəm qənaətbəxş deyil. Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya paytaxtına ixracı ticarət dövriyyəsini xeyli dərəcədə artıracaq. Son illər ticarət dövriyyəsinin 3 dəfə artmasına baxmayaraq, Moskva bazarlarında Azərbaycan məhsullarının tələbatını nəzərə alsaq, bunu nəinki 30 dəfəyə qədər, hətta 300 dəfəyə qədər artırmağa imkan verir”.

Moskva meri Azərbaycan məhsullarının loqistik mərkəzlərə ixrac edilməsi üçün böyük imkanların olduğunu və burada istənilən ölçüdə xeyli sayda alıcı seçmək imkanın olduğunu vurğulayıb.

O, əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Moskva ilə imzalanan sazişlərin davam etdirilməsi məsələləri müzakirə olunub: “Bura yalnız aqrar-sənaye kompleksləri sahəsinin yox, həmçinin metro tikintisi, şəhər infrastrukturunun abadlaşdırılması, səhiyyə, təhsil, mədəniyyət və s. sahələri də müzakirə etdik”.

Məlumata görə, görüş zamanı Moskvaya meyvə-tərəvəz məhsullarının, həmçinin quş ətinin tədarük edilməsi məsələsi ilə bağlı ilkin razılıq əldə olunub.

Jirinovski Bakıya gəldi - Oqtay Əsədov sabah onu qəbul edəcək

alt

“Bu gün Rusiyanın Sosial-Demokrat Partiyasinin sədri Vladimir Jirinovski Azərbaycana səfərə gəlib. Səfər zamanı o, Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək”. Bunu Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

Akif Təvəkküloğlunun sözlərinə görə, Jirinovskinin bir çox yerlərdə görüşü gözlənilir: “Təbii ki, görüşdə iki ölkə arasında dostluq qruplarının üzvləri də iştirak edəcək. Jirinovski Bayraq meydanına gedəcək, Fəxri xiyabanda, Şəhidlər xiyabanında olacaq. Onun rusdilli məktəblərə baş çəkəcəyi də gözlənilir”.

Gürcüstanın müdafiə naziri Ermənistana səfər edib

altGürcüstan müdafiə naziri İrakli Alasaniya Ermənistana səfər edib.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, İ. Alasaniya səfər çərçivəsində ermənistanlı həmkarı Seyran Ohanyanla görüşəcək.

Bağlı qapılar arxasında keçiriləcək görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq və perspektivlərin, habelə regional təhlükəsizliklə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Rəsmi Bakıdan Obamaya ETİRAZ: “Qərəzlisiniz”

alt

Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc - a müsahibə verib. Modern.az həmin müsahibəni təqdim edir:

- Əli müəllim, son bir həftədə müxtəlif beynəlxalq qurumlar, ayrı-ayrı dövlət rəsmiləri, bir sıra xarici təşkilatlar Azərbaycanda insan haqlarının, söz və məlumat azadlığının vəziyyəti ilə bağlı müəyyən tənqidi fikirlər səsləndiriblər. Buna münasibətinizi bilmək istərdik.

- Azərbaycan fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir. Bu gün Azərbaycanda yüzlərlə qeyri-hökumət təşkilatı, kütləvi informasiya vasitəsi qanun çərçivəsində, heç bir məhdudiyyətlə üzləşmədən, sərbəst fəaliyyət göstərir, insanlar öz fikirlərini azad şəkildə ifadə edirlər, vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Buna görə də insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı Azərbaycan cəmiyyətinin, QHT sektorunun, yüzlərlə KİV-in ümumi rəyi nəzərə alınmadan, 3-5 nəfərin sifarişli məlumatı əsasında hazırlanmış belə açıqlamalar, bəyanatlar və sənədlər qərəzlidir, əsassızdır və subyektiv xarakter daşıyır.

Qeyd etmək istərdim ki, xarici fondlardan maliyyələşən bəzi yerli QHT-lər uzun illər ərzində qeyri-şəffaf fəaliyyət göstərmiş, qanunların tələblərinə məhəl qoymayaraq aidiyyəti dövlət orqanlarına heç bir hesabat verməmişlər. Hazırda, Qərbin demokratik standartlarına uyğun olaraq, QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara müvafiq düzəlişlər və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti institutlarının şəffaf fəaliyyətinin, onların hesabatlılığının təmin edilməsi, bu sahədə mövcud pozuntuların aradan qaldırılması məqsədi daşıyır. Hesab edirik ki, istənilən sahədə şəffaflığın olmaması korrupsiya və digər qanun pozuntularına birbaşa yol açan başlıca şərtlərdən biridir. Təbii ki, qanunları pozmaqda şübhəli bilinən təşkilatların fəaliyyəti araşdırılır və faktlar təsdiqini tapdıqca, müvafiq ölçü götürülür. Bu isə, öz növbəsində, xaricdən aldıqları milyonlarla qrant vəsaitini şübhəli məqsədlərə yönəldən və dövlət orqanlarının qanuni tələblərini qulaq ardına vuran ayrı-ayrı təşkilatları, ələlxüsus də onların “demokratiya carçısı” kimi çıxış edən xarici havadarlarını qane etmir. Belə demək mümkündürsə, “5-ci kolon” öz missiyasını yerinə yetirmək imkanlarından məhrum edilir ki, bu da nəticə etibarilə mövcud mexanizmləri yaradan dairələrin Azərbaycana təzyiq rıçaqlarını zəiflədir. Hazırda bəzi xarici dairələrin və onların nəzarətində olan təşkilatların, medianın həddini aşan fəallığı da məhz bu amillə bağlıdır. Təəssüf ki, müəyyən xarici dairələr insan hüquqları ilə bağlı təhrif olunmuş ayrı-ayrı halları ümumiləşdirərək müstəqil ölkələr barədə mənfi rəy formalaşdırmaq praktikasından geniş şəkildə yararlanırlar. Bu, düzgün yanaşma deyil. ABŞ Dövlət Departamentinin nümayəndəsi avqustun əvvəllərində Missuri ştatının Ferqyuson şəhərində vətəndaşların haqlı etirazlarına sərt şəkildə müdaxiləni, fövqəladə vəziyyətin elan olunmasını, silahdan istifadə, insan ölümləri, medianın, vətəndaş cəmiyyəti fəallarının hüquqlarının kobud şəkildə məhdudlaşdırılmasını ABŞ-ın daxili işi kimi xarakterizə etmişdi.

Həmçinin ayrı-ayrı ekspertlər hökumətin həyata keçirdiyi sərt tədbirləri ictimai sabitliyi, cəmiyyətin təhlükəsizliyini təmin etməsi kimi qələmə vermişdilər. Ancaq bir gün öncə Nyu-Yorkda BMT-nin mənzil qərargahı qarşısında humanitar xarakterli dinc aksiyanın qəddarcasına dağıdılmasının da ictimai təhlükəsizliklə əlaqəli olduğuna inanmaq çətindir. Həmçinin ABŞ və Avropanın inkişaf etmiş ölkələrində jurnalistlərin təqib olunması, informasiya resurslarının izlənməsi, bloqqerlərin həbsi və digər hüquq pozuntuları ilə bağlı kifayət qədər faktlar mövcuddur.

Əlbəttə, bütün bu hallar ümumiləşdirilərsə, dünyanın ən inkişaf etmiş ölkələrində belə demokratiyadan əsər-əlamət olmadığı iddia edilə bilər. Sual olunur: nəyə görə Azərbaycanı tənqid edən məlum dairələr bu faktları ümumiləşdirərək həmin ölkələrdə demokratiyanın durumuna münasibət bildirmirlər? Təəssüf ki, bu ikili standartlar Qərbin bəzi dairələrinin hətta region ölkələrinə münasibətində də özünü açıq şəkildə büruzə verir.

Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Avropa Parlamentinin bir neçə gün öncə qəbul etdiyi qətnamə, ABŞ-ın ATƏT-dəkı və Avropa Parlamentindəki nümayəndələri tərəfindən düzgün məlumatlandırılmayan Prezident Barak Obamanın Klinton Qlobal Təşəbbüsünün illik toplantısında Azərbaycanla bağlı ifadə etdiyi fikir, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Varşavada keçirilən illik hesabat toplantısında səsləndirilən mülahizələr, habelə “Human Rights Watch”, “Freedom House” və digər bu kimi xarici təşkilatların iddiaları obyektiv deyil və dövlətimizin müstəqil siyasətinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilməlidir.

Həmin dairələrin nəzərinə çatdırmaq istərdik ki, hər bir hakimiyyətin, o cümlədən Azərbaycan iqtidarının qarşısında duran başlıca vəzifə xalqın milli maraqlarını, cəmiyyətin davamlı inkişafını və təhlükəsizliyini, ölkədə ictimai-siyasi sabitliyi, əmin-amanlığı təmin etməkdən ibarətdir. Azərbaycan müstəqil ölkədir, öz daxili və xarici siyasətini xalqın milli maraqlarına uyğun şəkildə həyata keçirir və heç bir halda tutduğu yoldan geri çəkilmək və kimlərinsə istəyinə uyğun hərəkət etmək n

MTN Azərbaycanda "İŞİD əməliyyatı" keçirdi - terrorçulara qoşulmuş 26 nəfər həbs edildi - SİYAHI

alt

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzinin yaydığı məlumata görə, Azərbaycanda terrorçu qruplara qoşulan xeyli adam həbs olunub.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “İraq-Şam İslam Dövləti” (İŞİD) və digər qanunsuz silahlı birləşmələrə qoşulmuş 26 Azərbaycan vətəndaşı həbs edilib.

Rəsmi məlumata görə, MTN tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının aşağıdakı vətəndaşları həbs edilib:

Yusifov Firdovsi Soltan oğlu,
Soltanov Taleh Əzizağa oğlu,
Həsənli Vilayət Ələsdan oğlu,
Musayev Malik Elçin oğlu,
Hacıyev Vasif Orduxan oğlu,
Babazadə İlkin Aydın oğlu,
Balakişiyev Mehman Pirbala oğlu,
Mustafayev Ruslan Azər oğlu,
Məmmədov Namiq Firdovsi oğlu,
Muradov Fərid Arif oğlu,
Həsənov Tural Namiq oğlu,
Əliyev Elvin Vilayət oğlu,
Mustafayev Tariyel Tapdıq oğlu,
Qəmbərov Azər Asim oğlu,
Bayramov Vüsal Qabil oğlu,
Həşimov Samir Samid oğlu,
Abbasov Nicat Faiq oğlu,
Məmmədov Hüseyn Xəqani oğlu,
Cəfərov Ruslan İlham oğlu,
Baxışov Sənan İlqar oğlu,
Quliyev Eldost Firudin oğlu,
Məmmədəliyev Məmmədşah Ağaşah oğlu,
Həsənov Əhməd Elxan oğlu,
Mərdanov Maarif İrşad oğlu,
Dursunəliyev Vüqar Əhəd oğlu
Qurbanlı Elşən Əbülfət oğlu .

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Müəyyən edilmib ki, Firdovsi Yusifov və Taleh Soltanov Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Belə ki, Firdovsi Yusifov Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 2011-ci ilin ortalarında İran İslam Respublikasına gedərək, qanunsuz yolla Pakistanın Vəziristan vilayətinə keçib və orada «Təhriki Taliban» adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki «Tayfatul Mansura» adlı silahlı dəstənin “əmiri” təyin edilərək, həmin silahlı dəstənin tərkibində 2013-cü ilin avqust ayınadək fəaliyyət göstərib.

Həmçinin müəyyən edilmişdir ki, Taleh Soltanov da Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədi ilə 2012-ci ilin sonlarında Azərbaycandan İrana gedərək, oradan qeyri-leqal yolla Pakistana keçmiş və «Təhriki Taliban» adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki «Seyfullah» adlı digər silahlı dəstədə 2013-cü ilin avqust ayınadək iştirak etmişdir. Taleh Soltanov Pakistana gedərkən yeni ailə həyatı qurduğu arvadını, həmçinin qayınanasını da özü ilə götürmüş və onları əvvəlcədən İrandan Pakistanın Vəziristan ərazisinə göndərmişdir. Pakistanda Firdovsi Yusifov və Taleh Soltanov tanış olaraq birlikdə qanunsuz silahlı birləşmələrdə iştirak etdikdən sonra Suriya Ərəb Respublikasının ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrdə iştirak etmək qərarına gəlmişlər. Onlar bu məqsədlə 2013-cü ilin avqust ayında Pakistandan İran ərazisinə qanunsuz keçərkən yerli hüquq mühafizə orqanları tərəfindən yaxalanmış və 2014-cü il aprelin 24-də Azərbaycan Respublikasına təhvil verilmişlər. Taleh Soltanovun arvadı və qayınanası isə Suriya ərazisində qanunsuz silahlı birləşmələrdə iştirak edən şəxslərlə əvvəlcədən əldə olunmuş razılığa əsasən, onların köməkliyi ilə bu ölkəyə keçirilmişlər. İranda həbsdə olduğu müddətdə Taleh Soltanovun Suriyada övladı olmuş və hazırda onun ailə üzvləri qızğın döyüşlərin getdiyi ərazilərdə qalmışlar.

Təqsirləndirilən digər şəxslər - Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmişlər.

Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmişdir. Belə ki, Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyevdə radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə onda Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradaraq, Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərmişdir. 15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabr ayından 2014-cü ilin aprel ayınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmişdir.

Elşən Qurbanlı qeyriləri ilə birlikdə Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 2014-cü ilin may ayında Türkiyə Respublikasına, buradan isə “Əbu-Bəkr” ləqəbli şəxsin vasitəsilə qanunsuz yolla Suriya Ərəb Respublikasına getmişdir. Elşən Qurbanlı Suriya, İraq və Azərbaycan respublikalarının qanunvericilikləri ilə nəzərdə tutulmayan “İraq-Şam İslam Dövləti” – “İŞİD” adlı qanunsuz silahlı birləşmənin özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçmişdir. Təlimlər bitdikdən sonra bölgü zamanı Elşən Qurbanlı öz istəyilə şəxsiyyəti istintaqla araşdırılan “Xattab” ləqəbli “əmir”in rəhbərlik etdiyi “Azəri camaatı” adlı qanunsuz silahlı dəstənin tərkibinə daxil olmuşdur. Bundan sonra Elşən Qurbanlı və digərləri “İŞİD” adlı qanunsuz silahlı birləşmənin tərkibində 2014-cü ilin avqust ayında İraqın Anbar vilayətinin Hədisə şəhəri ətrafındakı hərbi əməliyyatlarda iştirak etmişlər. Bu hərbi əməliyyatlar zamanı silahlı dəstə tərəfindən hücum planlaşdırılarkən baş vermiş partlayış nəticəsində 35 nəfər məhv olmuş, Elşən Qurbanlı isə yaralanaraq, sağ qalmış digər yaraqlılarla birlikdə Suriya ərazisinə qayıtmışdır.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məlumat üçün bir daha bildirilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, terrorçuluq, yəni dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məhzəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə hüquqazidd əməllərin törədilməsinə görə qanunvericiliklə müəyyən edilmiş cəza müddətləri artırılaraq 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkumetmə ilə cəzalandırılır.

İlham Əliyev Putinlə görüşəcək

alt

Sentyabr ayının 29-da Həştərxanda keçiriləcək Xəzəryanı dövlət başçılarının dördüncü sammitində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Modern.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısı Vladimir Putinin dəvəti ilə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan prezidentləri sammitdə iştirak edəcəklər.

Məlumata görə, prezidentlərin görüşündə Xəzəryanı ölkələrin qarşılıqlı təsirləri mövzusu müzakirə ediləcək. Bununla yanaşı, 2010-cu ildə Bakıda keçirilən əvvəlki sammitdə qəbul edilmiş qərarlarının reallaşdırılması istiqamətindəki mövzulara da toxunulacaq.

Tədbirdə çoxtərəfli sənədlərin imzalanması da planlaşdırılır. Verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putinin həmkarları ilə ikitərəfli görüşü də nəzərdə tutulub.

Mixail Saakaşvilinin bank hesablarına həbs qoyulub

alt

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin ölkədə olan bütün bank hesablarına həbs qoyulub.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili Otar Kaxidze bildirib.

Qeyd edək ki, Gürcüstanda M.Saakaşviliyə qarşı bir neçə ittiham irəli sürülüb. Sentyabrın 19-da Gürcüstan Baş Prokurorluğu Saakaşvilinin istintaqdan yayındığına görə əmlakına həbs qoyulduğunu elan edib. Vəkilin sözlərinə görə, həbs Saakaşvilinin şəhərkənarındakı evinə, həmçinin, onun yoldaşının, anasının və nənəsinin evlərinə və avtomobillərinə qoyulub.

Mixail Saakaşvili, öz növbəsində, ailəsinin əmlakının həbsində Bidzina İvanişvilini günahlandıraraq, həbs faktını qanuna zidd addım adlandırıb.

Qeyd edək ki, Mixail Saakaşvili yeni prezident Georgi Marqvelaşvilinin inuqurasiyasından dərhal sonra ölkəni tərk edib və o vaxtdan bir daha geri dönməyib.

Baş prokurorluq Saakaşvilinin beynəlxalq axtarışa verilməsi proseduruna başlayıb. Hazırda ABŞ-da yaşayan eks-prezident Gürcüstanda ona və onun tərəfdarlarına qarşı siyasi təqib həyata keçirilir.

Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəldi

altGürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 20-də Azərbaycan Respublikasına səfərə gəlib. 
AzərTac xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşıladılar.

İlham Əliyevlə Əhməd Davudoğlunun görüşü olub

altSentyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Əhməd Davudoğlunun təkbətək görüşü olub.

Dalgatv APA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulanıb, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev: "Gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin edəcək"

alt

Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdik. Mən Türkiyənin baş nazirini son vəziyyətlə tanış etdim”. APA-nın məlumatına görə, bunu Ə. Davudoğlu ilə görüşdən sonra mətbuata açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı təəssüflə bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır: “Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır. Bu münaqişənin postsovet məkanındakı digər münaqişələrdən fərqi ondadır ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Ermənistan bu qətnamələrə məhəl qoymur, icra etmir. Torpaqlarımızın 20 faizi işğal altındadır, bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, 1 milyon azərbaycanlı öz torpaqlarında qaçqın və köçkün vəziyyətinə düşüb. Təəssüf ki, vasitəçilərin fəaliyyəti heç bir nəticəyə gətirib çıxarmır, Ermənistan tərəfdən beynəlxalq hüquq kobudcasına pozulur. Münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qətnamə və qərarları var. Münaqişə bu qərar və qətnamələr əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əminəm ki, gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin edəcək".

Həmişə Azərbaycanın yanında olduğu üçün Türkiyə dövlətinə, hökumətinə minnətdarlığını ifadə edən prezidentin sözlərinə görə, Türkiyə həmişə ədalətli, beynəlxalq hüquq və prinsiplərə uyğun mövqe nümayiş etdirib: "Gələcəkdə beynəlxalq hüquq və normalar çərçivəsində münaqişənin həlli bölgəyə sülh, geniş miqyaslı əməkdaşlıq gətirəcək. Bu gün belə əməkdaşlıq var, ancaq Ermənistan öz işğalçı siyasətinə görə bu cür əməkdaşlıq layihələrindən təcrid edilib. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri və digər təşəbbüslər Ermənistanın iştirakı olmadan həyata keçirilir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini taparsa, bölgədə geniş əməkdaşlıq üçün daha gözəl imkanlar yaranacaq. Hər halda biz öz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik və çalışacağıq ki, münaqişə tezliklə öz həllini tapsın”.

Dövlət başçısı bəyan edib ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq, müttəfiqlik əlaqələridir.

Saytda Axtarış

Son xəbərlər