Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2227
DünənDünən3331
Bu həftəBu həftə11659
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468258

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Ərdoğanla Putin arasında telefon danışığı olub

altTürkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

APA-nın Kremin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon söhbətində liderlər enerji sahəsində birgə layihələrin reallaşması da daxil olmaqla, ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər.

Tərəflər Rusiya-Türkiyə əlaqələrinin müxtəlif istiqamətlərdə genişlənməsində maraqlı olduqlarını da vurğulayıblar.

Ərdoğan Azərbaycana sentyabrın 3-də səfər edəcək

alt

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfərinin tarixi məlum olub.

Dalgatv-nin  APA-ya istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan sentyabrın 1-də Şimali Kipr Türk Cümhuriyyətinə, sentyabrın 3-də isə Azərbaycana səfər edəcək.

Sentyabrın 4-5-də R. T. Ərdoğan Uelsdə keçiriləcək NATO sammitində iştirak edəcək.

Ramiz Mehdiyev sərəncam verdi

altAzərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə Gənclər Siyasəti üzrə I Qlobal Forumun keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib. 

Dalgatv  AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda I Qlobal Forumun yüksək səviyyədə keçirilməsini təmin etmək üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə Gənclər və İdman Nazirliyi nəzdində Təşkilat Komitəsinin yaradılması, tədbirdə iştirak edəcək nümayəndə heyətləri ilə işləyəcək könüllülərin cəlb edilməsi və təşkil olunması, xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası, Forumun yerli KİV-lərdə işıqlandırılması, tədbirin keçirildiyi günlərdə mədəni proqramın və şəhərdaxili turların təşkili və digər məsələlər nəzərdə tutulub.

Xatırladaq ki, Forum bu il oktyabrın 28-30-da Bakıda keçiriləcək.

“Putin məğlub olacaq” - ABŞ-ın keçmiş dövlət katibi

alt“Rusiyanın Ukraynanı işğalı etmək niyyəti Putinin məğlubiyyəti ilə yekunlaşacaq”. 

AzNews.az-ın məlumatına görə, “Azadlıq” radiosu xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Stroub Telbot deyib. 

O bildirib ki, artıq Rusiya Ukraynaya hərbi müdaxiləsini gizlətmir. Vəziyyətin belə davam etməsi Rusiya prezidenti Vladimir Putinin məğlubiyyəti olacaq: “Biz danışıqlarda terminlər haqda düşünməyi dayandırmalıyıq. Rusiya artıq Ukraynaya soxulub. Onlar bunu gizli şəkildə həyata keçirdilər. Amma indi bu gizli deyil. Putin və rusiyalılar ümumilikdə məğlub olacaqlar”. 

Xatırladaq ki, ABŞ və Avropa İttifaqı Ukraynaya görə, Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib. 

Gürcüstan baş naziri Ermənistana səfər edəcək

altGürcüstanın baş naziri İrakli Qaribaşvili avqustun 21-22-də Ermənistanda səfərdə olacaq. 

Dalgatv  APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Ovik Abramyan deyib. O, iki ölkə arasında viza məsələsi və digər ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunacağını bildirib.

"Yeni baş nazir Əhməd Davudoğlu olacaq"

altTürkiyənin səlahiyyət müddəti başa çatan prezidenti Abdullah Gül iş adamları, sənətçilər, yazarlar, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçləri ilə vida görüşündə önəmli açıqlamalar verib.

Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, Abdullah Gül deyib ki, hakim Ədalət və İnkişaf Partiyasının qurultayı prezident səlahiyyətlərinin təhvil verilməsindən bir gün əvvəl keçiriləcək. Onun sözlərinə görə, fəaliyyətdə olan baş nazir Rəcəb Tayyib Ərdoğan prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra hökumətə xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik edəcək. "Onu siyasətə də, dövlət həyatına da mən qazandırmışam", - deyən Abdullah Gül bildirib ki, Əhməd Davudoğlunun uğurlu baş nazir olacağına inanır.

Abdullah Gül səlahiyyət müddəti bitdikdən sonra Ankarada qalmaq istəmədiyini və İstanbula köçəcəyini bildirib.

Ukrayna, Rusiya, Almaniya, Fransa prezidentləri görüşəcək

alt

Ukrayna prezidenti Pyotr Poroşenko və Almaniya kansleri Angela Merkel Donbassdakı vəziyyəti Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Ollandla müzakirə etmək barədə razılığa gəlib.

Dalgatv  APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında bildirilib.

Qeyd olunub ki, danışıqlar zamanı Ukrayna prezidenti böhranın həlli istiqamətində Almaniya hökumətinin səylərini, xüsusilə də bu günlərdə XİN başçılarının Berlində keçirilmiş dördtərəfli görüşünü yüksək qiymətləndirib.

Tərəflər razılaşıb ki, danışıqlarda növbəti mərhələ yüksək səviyyəli görüşlər formatında olmalıdır. Məhz bu məqsədlə artıq dörd ölkənin (Ukrayna, Rusiya, Almaniya və Fransa) prezidentləri səviyyəsində dördtərəfli görüşün təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Poroşenko və Putinin görüşü barədə avqustun 15-də Avropa Birliyinin Rusiyadakı səfiri Viqaudas Uşatskas da söz açıb. Onun dediyinə görə, prezidentlərin görüşünə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu da qatıla bilər.

Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistana səfər edəcək

altSentyabrın 8-9-da Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistana səfər edəcək.


Dalgatv-nin “Regnum”a istinadən xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Ovik Abramyan bildirib.

Onun sözlərinə görə, avqust-sentyabr aylarında Gürcüstan, İran və Rusiyadan olan həmkarları ilə görüşləri gözlənilir: “Avqustun 21-22-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ermənistana gələcək. Sentyabrın 15-17-də isə mən İrana səfər edəcəyəm”.

Heydər Əliyev Fondu Leyla Əliyevanın adından yayılan müraciətlə bağlı açıqlama yayıb

altHeydər Əliyev Fondu Leyla Əliyevanın adından yayılan müraciətlə bağlı açıqlama yayıb.


“Məlumatda Leyla Əliyevanın Facebook sosial şəbəkəsindəki hesabı vasitəsi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müraciət etdiyi bildirilir.

Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, xəbərdə istinad olunan Facebook sosial şəbəkəsindəki hesab, eləcə də Fondun vitse-prezidentinin adından yayılmış müraciət Leyla Əliyevaya məxsus deyil.

Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın adına Facebook sosial şəbəkəsində ayrı-ayrı şəxslər tərəfindən bir neçə hesab yaradılıb.

Bununla əlaqədar bildiririk ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi bu ünvandadır: https://www.facebook.com/aliyevaleylaofficial”, deyə açıqlamada bildirilir. 

Naxçıvanda Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda görüşü keçirilib

altAvqustun 19-da Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
 

Eyni zamanda qərar qəbul edilib ki, müdafiə nazirləri bu formatda hər altı aydan bir görüşsünlər.


Danışıqlardan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib və Müdafiə nazirləri üçtərəfli görüşün yekunları barədə medianı məlumatlandırıblar.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun kütləvi informasiya vasitələri nümayəndələri qarşısında çıxışında bildirib ki, nazirlər üçtərəfli formatda ilk görüşü keçiriblər: “Görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq, bölgədə sabitliyin təmin edilməsi yollarını birgə araşdırdıq.


3 dost-qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulandı, bu formatda münasibətlərimizin gələcək perspektivlərini müzakirə etdik, qarşılıqlı maraq doğuran istiqamətlər barədə geniş fikir mübadiləsi apardıq.
 

Bu formatda danışıqların genişləndirilməsi və müdafiə nazirlərinin üçtərəfli görüşlərinin hər il növbə ilə Azərbaycanda, Gürcüstanda və Türkiyədə keçirilməsi, əməkdaşlığımızın gedişatının müzakirə edilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi barədə qərar qəbul etdik.


3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, birgə seminar və konfransların təşkil edilməsi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün üç ölkə mütəxəssislərinin ekspert görüşlərinin təşkil edilməsi məqsədəuyğun hesab olunub”.

İlovaysk şəhəri Ukrayna ordusunun nəzarətinə keçib

alt“Donbas” özünümüdafiə batalyonu bir gün davam edən döyüşlərdən sonra Donetsk vilayətinin  İlovaysk şəhərinin bir hissəsini nəzarətə ala bilib.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, “Donbas” özünümüdafiə batalyonu “Facebook” səhifəsində bildirib.  “Terrorçular şəhərin bir hissəsindən çıxarılıb. Döyüş davam edir”, deyə məlumatda bildirilir.

Antiterror Əməliyyat Qüvvələri ötən gecə Luqanska daxil olub, şəhərin separatçılardan təmizlənməsi istiqamətində əməliyyat keçirilir. “Bizim bir neçə bölmələrimiz artıq Luqanskın mərkəzi hissəsinədək irəliləyib. Şəhərin küçələrində qızğın döyüşlər gedir”, deyə  Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin katibi Andrey Lısenko bildirib.

Zakir Həsənov Gürcüstanın müdafiə nazirini qəbul etdi

altMüdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanı qəbul edib. 

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, İ.Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahı qarşısında rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayrağının dalğalandığı meydanda Gürcüstan Müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları Azərbaycanın qədim diyarı Naxçıvanda salamlayaraq, Gürcüstanla aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyət daşıdığını vurğulayıb, hərbi əməkdaşlığın yüksək templə inkişaf etdiyini və bu əlaqələrin daimi olacağını qeyd edib.

Öz növbəsində qonaq Naxçıvan şəhərinə ilk dəfə səfər etdiyindən məmnun olduğunu bildirib və yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.

Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Saytda Axtarış

Son xəbərlər