Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1250
DünənDünən3331
Bu həftəBu həftə10682
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8467281

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

“Krımla Qarabağ arasında paralellər aparmaq düzgün deyil”

alt“Krımla Dağlıq Qarabağ münaqişəsi arasında paralellər aparmaq düzgün deyil”.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabbarov deyib.

V. Cabbarov bildirib ki, Dnestryanı, Dağlıq Qarabağ və Krım tam fərqli münaqişə obyektləridir: "Bunları bir-biri ilə müqayisə etmək yanlışdır. Rusiyanın başqa dövlətin ərazisi hesabına öz ərazisini genişləndirmək kimi bir vəzifəsi yoxdur. Ona görə də, hesab edirəm ki, Rusiyanın Dağlıq Qarabağı və Dnestryanı ərazini öz tərkibinə qatacağı tam istisnadır. Rəsmi Moskva həmin ərazilərdə referendum keçirib, onları öz ərazisinə qatmaq fikrində deyil. Rusiya MDB çərçivəsində iqtisadi inteqrasiyanın tərəfdarıdır, ərazi inteqrasiyasının yox”.

Martın 16-da BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməyə Azərbaycanın səs verməsinin tarixi səbəbləri olduğunu söyləyən V. Cabbarov rəsmi Bakının mövqeyinə Rusiyanın hörmətlə yanaşdığını vurğulayıb: “Rəsmi Bakının bu siyasi addımı Rusiya-Azərbaycan münasibətlərinə təsir etməyib. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan rəhbərliyi Rusiyanın Krımla bağlı mövqeyinə normal yanaşacaq. Çünki Krım tamamilə fərqli bir tarixdir. Krım tarixən Rusiyanın olub. 1954-cü ildə isə heç bir hüquqa əsaslanmadan Ukraynaya verilib. Krımın Ukraynaya verilməsi ilə bağlı qərar SSRİ Ali Soveti tərəfindən təsdiqlənməyib”.

Vladimir Cabbarov Dağlıq Qarabağ probleminin iki ölkə, Azərbaycan və Ermənistan arasında həll olunmalı olduğunu söyləyib: "ATƏT-nin Minsk Qrupunun həmsədr ölkələri isə qarant səviyyəsində çıxış etməlidirlər. Bir daha qeyd etmək istəyirəm ki, Rusiyanın başqa dövlətin ərazisi hesabına öz ərazisini genişləndirmək fikri yoxdur".

"Krımın Ukraynadan ayrılmaması üçün çalışardım"

alt“İmkanım olsaydı, Krımda referendumun keçirilməsinin və bu bölgənin Ukraynadan ayrılmasının qarşısını almağa çalışardım”.
Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç deyib.

“Bu proseslər mənim vaxtımda olsaydı, buna imkan verməməyə çalışardım”, - deyə o vurğulayıb.

Krımda baş verənləri faciə adlandıran Yanukoviç Rusiya prezidenti Vladimir Putindən Ukraynaya qoşun yeritməyi xahiş etdiyini təsdiqləyib.

Slovakiyanın yeni prezidenti seçilib

altSlovakiyanın yeni prezidenti partiyasız namizəd Andrey Kiska seçilib. Bu barədə Slovakiyanın Mərkəzi Seçki Komitəsi məlumat verib.

Seçkilərinin ikinci mərhələsində Kiska səslərin 59,4%-ni toplayıb. İkinci namizəd, baş-nazir Robert Fitso isə səslərin 40, 6%-ni toplaya bilib. 7/24news İTAR-TASS-a istinadən xəbər verir ki, Robert Fitso artıq Kiskanı qalibiyyəti münasibəti ilə təbrik edib.

Andrey Kiska 15 iyunda and içəcək və vəzifələrinin icrasına başlayaca.

Qeyd edək ki, seçkilərin birinci mərhələsi 15 martda keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində çıxış edib

alt

Haaqa şəhərində (Niderland) keçirilən III Nüvə Təhlükəsizliyi Sammiti martın 25-də işini davam etdirib. Azərbaycan prezidenti İlham Əliyev sammitdə çıxış edib.

APA-nın məlumatına görə, sammitin ikinci iş günü nüvə təhlükəsizliyi sahəsində milli və beynəlxalq tədbirlərin əhəmiyyətinə həsr olunub. Bu sahədə dünya ölkələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Dünya liderləri bu zirvə görüşündə də nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsini gündəmdə saxlayıblar, nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu bildirərək, bu təhlükənin qarşısının alınması üçün tədbirlərin davam etdirilməsinin vacibliyini önə çəkiblər.

Sammitin plenar iclasında Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısı nüvə təhlükəsizliyi tədbirlərinin gücləndirilməsində Beynəlxalq Atom Enerjisi Agentliyinin mühüm rolundan danışıb və Azərbaycanın nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə Agentliklə fəal əməkdaşlıq etdiyini və iştirakçı dövlət olduğu Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində BMT-nin göstərdiyi səyləri dəstəklədiyini, bu yaxınlarda Azərbaycanın nüvə, kimyəvi və bioloji silahların və onların çatdırılma vasitələrinin yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesabatını BMT-yə təqdim etdiyini diqqətə çatdırıb. İ.Əliyev qeyd edib ki, 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil edib.


Nüvə və radioaktiv təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər görülməsinin vacibliyinə toxunan prezident Azərbaycanın nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərdiyini, bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemini formalaşdırdığını vurğulayıb.


Dövlətimizin başçısı bildirib ki, bu yaxınlarda qəbul edilmiş Azərbaycanın ilk «Dəniz Təhlükəsizliyi Strategiyası»nda nüvə və digər kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin, eləcə də aidiyyəti materialların yayılması dəniz təhlükəsizliyinə ən böyük hədələrdən biri kimi müəyyən edilir.

Prezident İ.Əliyev təəssüflə qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-nin Ermənistan tərəfindən davam edən işğalı və azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur. Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır.


Daha sonra Azərbaycan prezidenti Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışaraq deyib ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir. Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaq. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib, baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır.

Azərbaycanın regionda təhlükəsizliyin və sabitliyin qorunmasında olduqca müsbət rol oynadığını deyən İ.Əliyev bildirib ki, rəsmi Bakı regionda və bütün dünyada nüvə təhlükəsizliyinin gücləndirilməsinə aid məsələlər üzrə beynəlxalq təşkilatlar və tərəfdaşlarla apardığı əməkdaşlığın davam etdirilməsi, nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən irəli gələn hədələrin azaldılması işinə sadiqdir.


Çıxışının sonunda Azərbaycan dövlətinin başçısı BMT başda olmaqla beynəlxalq ictimaiyyətin davamlı səyləri ilə bütün çağırışların həll ediləcəyinə və daha təhlükəsiz dünya qurulacağına əminliyini ifadə edib.


Sonra zirvə görüşünün «Nüvə təhlükəsizliyi sammitinin gələcəyi» mövzusunda qeyri-rəsmi iclası keçirilib.

Azərbaycan prezidenti İ.Əliyev sammit çərçivəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron və İtaliyanın baş naziri Matteo Rentsi ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə bu ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Prezident İ.Əliyev zirvə görüşü zamanı Türkiyə prezidenti Abdullah Güllə də görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin indiki vəziyyəti və perspektivi ilə bağlı müzakirələr aparılıb.


Sammitin sonunda yekun Kommünike qəbul olunub.

Daha bir ölkə MDB-dən çıxmağa hazırlaşır

altMoldovanın müxalif Liberal Partiyası tərəfindən irəli sürülən və ölkənin MDB-dən çıxmasını nəzərdə tutan qanun layihəsi parlamentdə qeydə alınıb.

Bu barədə danışan sənəd müəllifi, partiya sədri Mixay Qimpu bildirib: “MDB-nin bir üzvünün təşkilatın təməl prinsiplərini pozmasından və başqa bir üzv ölkənin ərazisini qəsb eləməsindən sonra Moldova bu qurumu tərk eləməlidir”.

Az öncə rəsmi Kişinyov Avropa Birliyi ilə assosiativ saziş imzalayandan sonra Moldovanın MDB-dən çıxa biləcəyini bəyan eləmişdi.

Sarkisyandan Putinə: "Dağlıq Qarabağ danışıqları Minsk qrupu çərçivəsində davam etdirilsin"

alt

Ermənistan rəhbəri Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. AzNews.az-ın Ermənistan rəhbərinin rəsmi saytına istinadən verdiyi məlumata görə, prezidentlərin telefon danışığı S. Sarkisyanın təşəbbüsü ilə baş tutub. Telefon söhbəti zamanı iki ölkəni maraqlandıran aktual məsələlər müzakirə olunub, Ermənistanın Gömrük İttifaqına qoşulması istiqamətində narahatlığın olmadığı deyilib.
Söhbətdə Ukraynada baş verənlərə də toxunan prezidentlər Krımın separatçı rəhbərliyinin keçirdiyi “referendum”u xalqların öz müqəddəratını təyin etməsi kimi xarakterizə ediblər.

Telefon bağlantısı zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə mövzusu olub. S. Sarkisyan danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməsinin tərəfdarı olduqlarını söyləyib.

Vitaliy Kliçko peşəkar rinqə qayıtmayacaq

alt

Bu barədə boksçu müsahibəsində bildirib.

7/24news İTAR-TASS-a istinadən xəbər verir ki, Kiçko, sonuncu peşəkar döyüşündə, 2012-ci ilin sentyabrında Moskvada Manuel Çarranı nakautla məğlub edib. İdmandan getməyi barədə isə: "Mən idmana qayıtmayacağam. İdman ruhu həmişə mənimlə olub və olacaq. təəssüflər olsun ki, son bir neçə ayda mən məşq edə bilmirəm. İmkan olduqca səhər saat 7-də fitness-kluba, 9-da ofisə gedirəm. Heç ailəmə də vaxt ayıra bilmirəm" deyib.

Qeyd edək ki, Vitaliy Kliçko rinqdə 47 görüş keçirib, onlardan 45-ində (41 nakaut) qələbə qazanıb.

Ukrayna azadlıq mübarizəsinə qərar verdi - BƏYANNAMƏ

Ali Rada martın 20-də Ukraynanın azadlığı uğrunda mübarizə haqqında Bəyannamə qəbul edib.
alt

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, Bəyannamədə dünya parlamentlərinin və hökumətlərinin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılır ki, Ukrayna xalqı ölkənin ayrılmaz hissəsi olan, Rusiyanın beynəlxalq hüququn fundamental normalarını və ölkələrin mövcudluğuna dair qəbul olunmuş beynəlxalq prinsipləri kobudcasına pozaraq, Krım Muxtar Respublikasını ilhaq etməsi ilə heç vaxt razılaşmayacaq.

Ali Rada beynəlxalq birliyin bütün üzvlərinə müraciət edərək, “Krım Respublikası”nı tanımaqdan, Krımın və Sevastopolun yeni federasiya subyekti kimi Rusiyanın tərkibinə qatılmasını qəbul etməkdən çəkinməyi xahiş edib.  

Ali Rada xalqın adından bəyan edib ki, Krım hər zaman Ukraynanın tərkibində olub və olacaq.  Ukrayna xalqı heç vaxt və heç bir şərt qarşılığında Krımın işğalçılardan azad olunması uğrunda mübarizədən geri çəkilməyəcək.

Bəyannamədə qeyd olunur ki, Rusiya təkcə Ukraynanın suverenliyi haqqında qanunu deyil, beynəlxalq hüququn fundamental normalarını, BMT, Avropa Şurası, ATƏT, MDB sənədlərini, Ukraynanın təhlükəsizliyinin təminatına dair 1994-cü ildə bağlanmış müqaviləni, eləcə də Moskva və Ukrayna arasında imzalanmış, əməkdaşlıq və tərəfdaşlıq haqqında 1997-ci il sazişini pozub.

Ərdoğan Azərbaycanla məsləhətləşmələr aparacaq- Krımla bağlı

alt

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Krımla bağlı Azərbaycan və Qazaxıstanla siyasi məsləhətləşmələr aparacaq. Bunu Baş nazir özü bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Haber7" telekanalı xəbər yayıb.

Ərdoğanın sözlərinə görə, Ankara Ukraynadakı hadisələr və Krımdakı referendumla bağlı Rusiya ilə danışıqları davam etdirəcək.
Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankaranın Rusiyanı qonşu ölkələrin ərazi bütövlüyünə hörmət etməyə çağırdığını bəyan edib. Nazirin sözlərinə görə, Moskva regionda təkbaşına siyasət aparır.

Martın 16-da Krımda keçirilən referenduma gəlincə, Davudoğlu deyib ki, regionda oxşar hadisələrin inkişafına imkan yaratmaq yolverilməzdir.
Xatırladaq ki, bazar günü Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib.

Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış edib.

Gürcüstan və Azərbaycan gömrük sazişi bağladı

altGürcüstan və Azərbaycan gömrük sahəsində əməkdaşlıq haqqında saziş bağlayıb. Sənədi Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri İrakli Qvaramadze və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev imzalayıblar.

Sazişin imzalanması mərasimi Avropa Gömrük Administrasiyaları Beynəlxalq Konfransı çərçivəsində Tbilisidə baş tutub.

İ.Qvaramadze jurnalistlərə bildirib ki, bu, qarşılıqlı əməkdaşlıq və informasiya mübadiləsini nəzərdə tutan vacib sazişdir: "Analoji sazişi bir çox dövlətlərlə imzalamışıq, yaxın qonşulardan isə yalnız Azərbaycan qalmışdı".

Rusiyada Krıma dəstək yürüşləri keçirilib

altRusiyanın paytaxtı Moskva şəhərində Krımda sabah keçiriləcək referenduma etiraz olaraq "sülh yürüşü" keçirilib.
Dalgatv Anadolu-ya istinadən xəbər verir ki, Puşkin meydanına toplanan iştirakçıları Saxarova meydanına qədər yürüyüblər. Yürüşdə Ukrayna və Rusiya bayraqları dalğalandırılıb. İştirakçılar "Rusiya ilə Ukrayna qardaşdır", "Müharibəyə yox" şüarları səsləndiriblər.Polisin bildirdiyinə görə yürüşə 3 min, müxalifətçilərin verdiyi məlumata görə isə 5 min insan toplanıb.

Qeyd edək ki, Sankt Peterburqda da "Sülh yürüşü" keçirilib. Lakin, polis iştirakçıları icazəsiz aksiya keçirdiklərinə görə meydandan uzaqlaşdırıb.

“Ukraynadakı durum Qarabağa diqqət cəlb edəcək”

alt“Hazırda Krımda vəziyyət olduqca gərgindir və buna görə də beynəlxalq ictimaiyyətin gündəmindədir. Lakin bu o demək deyil ki, digər “dondurulmuş” münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi unudulub”.

Dalgatv APA-ya istinadən xəbər verir ki, bunu Rumıniyanın strateji məsələlər üzrə dövlət katibi Boqdan Auresku bəyan edib:“Əksinə, mən düşünürəm ki, Ukraynadakı durum beynəlxalq ictimaiyyətin daha çox diqqətini cəlb edəcək və bu, güman ki, bu münaqişələrin həlli ilə bağlı səyləri daha da stimullaşdıracaq”.

B.Auersku qeyd edib ki, Dağlıq Qarabağ, habelə bölgənin digər münaqişələri yenə də beynəlxalq ictimaiyyətin gündəmindədir: “Hazırda Ukraynadakı durum geniş müzakirə olunur. Biz istəmirik ki, Krımdakı durum Dağlıq Qarabağdan tutmuş Gürcüstandakı separatçı bölgələr, Krım və Dnestryanı daxil olmaqla, dondurulmuş münaqişələrdən ibarət dairənin yaranmasına səbəb olsun".

B.Auresku bu istiqamətdə dialoqun aparılmasının və beynəlxalq ictimaiyyətin diqqətinin bu münaqişələrin həllinə yönəldilməsinin vacibliyini önə çəkib.

Saytda Axtarış

Son xəbərlər