Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün245
DünənDünən3331
Bu həftəBu həftə9677
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466276

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Krım tatarlarının lideri ilə Vladimir Putin arasında telefon danışığı olub

altUkrayna Ali Radasının üzvü, Krım tatarlarının lideri Mustafa Abdulcəmil Krımoğlu ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, Tatarıstanın keçmiş prezidenti Mintimer Şaymiyevin vasitəçiliyi ilə baş tutan və yarım saata yaxın davam edən telefon danışığı zamanı qərara alınıb ki, zərurət yaranarsa yenidən əlaqə saxlanılsın.

M. Abdulcəmil Ukrayna jurnalistlərinə açıqlamasında deyib ki, V. Putin Krım məsələsinin 16 mart referendumundan sonra həll olunacağını bildirib: “Putin belə bir fikir söylədi ki, Rusiyanın nə edəcəyi barədə yekun qərar 16 mart referendumundan sonra müəyyən olunacaq. Mən ona dedim ki, ən vacib məsələ bizim ölkəmizin ərazi bütövlüyüdür və bu bütövlüyün pozulması bizim nüvə silahından imtinamız müqabilində qarantor dövlətlər kimi ABŞ, Britaniya və Rusiya tərəfindən 1994-cü ildə imzalanan razılaşmaya ziddir. Qeyd etdim ki, əgər bu sənəd pozulsa, onda bu cür razılaşmalara kimsə inanmayacaq və maliyyə imkanı olan hər dövlət özünün nüvə silahını yaratmağa çalışacaq, Ukrayna da bu baxımdan istisna olmayacaq. Putin isə bu mövzuda belə bir fikir irəli sürdü ki, Ukraynanın öz müstəqilliyini elan etməsi respublikaların SSRİ-nin tərkibindən çıxmasını nəzərdə tutan sovet normalarına uyğun baş verməyib”.

M. Abdulcəmil Krımdakı referendumun dünya ictimaiyyəti tərəfindən tanınmayacağını V. Putinin nəzərinə çatdırıb. “Krımın Rusiya tərəfindən ilhaq edilməyəcəyi ehtimalı varmı” sualına M. Abdulcəmil belə cavab verib: “O, belə bir şey söyləmədi. Dedi ki, mənim toxunduğum məsələlərin həlli ilə bağlı qərarlar referendumun nəticələrindən asılı olaraq qəbul ediləcək”.

V. Putin telefon söhbətində Krımda Rusiya qoşunlarının mövcudluğunu inkar etməyib. O, Krım tatarları ilə hər hansı gərginliyin yaranmaması üçün göstəriş verdiyini açıqlayıb. M. Abdulcəmilin sözlərinə görə, V. Putin ondan xahiş edib ki, Krım tatarları münaqişəyə qarışmasın, belə ki, onun fikrincə, Ukrayna millətçiləri və “banderaçılar” tatarları münaqişəyə cəlb etmək istəyir: “Krımın köklü əhalisi olan tatarların təhlükəsizliyinə qarantiyalar barədə danışdıq. Putin məni əmin etdi ki, XX əsrdə çox fəlakətlər yaşamış Krım tatar xalqının yeni bir faciə yaşamaması üçün mümkün olan hər şeyi edəcək. O, Krım tatarlarının yaşayış məntəqələrinə xüsusi diqqət yetirilməsi barədə göstəriş verib. Yəqin öz hərbçilərinə göstəriş verib ki, Krım tatarları ilə hər hansı toqquşma olmasın”.

V. Putin Tatarıstanın Rusiyanın tərkibində necə yaxşı yaşadığına da diqqət çəkib. “Yəqin mənə işarə vurmaq istəyirdi ki, Krım da Rusiyanın tərkibinə daxil olduqdan sonra bu cür xoşbəxt yaşayacaq”, - deyə Krım tatarlarının lideri bildirib.

Putinin Ermənistan tarixi haqqında etirafları

alt

Rusiya Prezidenti Vladimir Putinin ermənilərin qayğısına qalmağın vacib olduğunu deyib.

Bir neçə il bundan öncə sosial şəbəkələrə yerləşdirilmiş bu videoda Putin Rusiya imperatoru I Pyotrun ermənilər haqqında işlətdiyi ifadələri yenidən dilə gətirməklə onlara verdikləri vədləri yerinə yetirdiklərini bildirib.

İlham Əliyev Yubiley medalı ilə təltif olunub

alt

İstanbulda mükafatlandırma mərasimi keçirilib


Türkiyənin İstanbul şəhərində Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun 5-ci ildönümü ilə bağlı mükafatlandırma mərasimi keçirilib.

AzNews.az AzərTAc-a istinadən məlumat verir ki, mərasimdə Fondun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və bu qurumun fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yubiley medalı ilə təltif olunub.

Tədbirdə çıxış edən Türkiyənin Avropa İttifaqı üzrə nazirinin müavini Ələddin Büyükkaya Fondun Avropa İttifaqı ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. O, fondun fəaliyyətindən söz açaraq bu günədək mədəniyyət, sosial və iqtisadi sahələrdə 300-ə qədər layihənin icra edildiyini söyləyərək quruma uğurlar arzulayıb.

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti, Türkiyə Böyük Millət Məclisinin deputatı İsmayıl Safi rəhbərlik etdiyi təşkilatın 5 illik fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib. Bildirib ki, 20 ölkənin təmsil olunduğu fondun əsas məqsədi Xəzər dənizi bölgəsi ilə Qara dəniz ölkələri arasında iqtisadi inkişaf, ətraf mühit, elim, təhsil, mədəni müxtəliflik, tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq yaratmaqdır.

Azərbaycanın qurumdakı fəaliyyətinə toxunan İ. Safi dövlət başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildirib. O, Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Qara Dəniz və Xəzər Dənizi Fondunun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilatın fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fondun Yubley medalı ilə təlfif edildiyini bildirib.

Mərasim bədii hissə ilə davam etdirilib.

Daha bir Ukrayna şəhəri işğal olundu

alt

Rusiya qoşunları Ukraynanın Xerson əyalətinin Çonqar şəhərinə daxil olub.

Bu informasiyanı Ukrayna mətbuatı yayıb. Mətbuat rus ordularına etiraz olaraq əyalətin sakinlərinin Ukrayna bayraqlarını evlərinin damlarına asdıqlarını yazıb. Yerli xalqın rus əsgərlər ilə döyüşməyə hazırlaşdığı bildirilib. Onların yerli hakimiyyətdən rus ordularının qarşısında xüsusi blok postların quraşdırılmasını tələb etdikləri deyilib.

Prezident İlham Əliyev 8 Mart münasibətilə Azərbaycan qadınlarını təbrik edib

altPrezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.


APA-nın məlumatına görə, təbrikdə deyilir: “Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram.

Siz əsrlər boyu formalaşmış əxlaqi sərvətlərimizin, mədəni-mənəvi dəyərlərimizin layiqincə qorunub saxlanmasını təmin edib, tariximizə öz uzaqgörənliyiniz, fədakarlıq və qəhrəmanlıqlarınızla parlaq səhifələr yazmısınız. Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik dilimizin ötən dövrlərin sınağından çıxaraq bu gün də yaşaması və zənginləşməsində misilsiz xidmətləriniz var. Gözəl ana kimi gənclərimizin vətənə və torpağa bağlılıq, müstəqil dövlətçiliyimizə, istiqlal ideallarına və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvənizi sərf edirsiniz. Siz həm də maarifpərvər qadın ziyalılarımızın yolunu ləyaqətlə davam etdirərək, mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə istedad və bacarığınızı getdikcə daha böyük əzmlə gerçəkləşdirirsiniz.

Cəmiyyətimizin həyatına dinamizm qazandıran sosial fəallığınız və onun ahəngdarlığını təmin edən yüksək ictimai mövqeyiniz zəngin mənəviyyatınızın, dərin zəkanızın, təşkilatçılıq qabiliyyəti və işgüzarlığınızın nəticəsidir. Azərbaycanın gələcək inkişafına uyğun, mühüm əhəmiyyətli layihələrin daimi iştirakçıları olaraq müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətlərinizlə siz göstərilən etimadı həmişə doğrultmusunuz. İctimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə apardığınız səmərəli işlərin bəhrələri yurdumuzun hər bir guşəsində özünü aydın şəkildə büruzə verir. Ölkənin hazırkı simasının müəyyənləşməsində özünəməxsus yer tutan və əhatə dairəsi mütəmadi genişlənən müvəffəqiyyətləriniz müasir Azərbaycan reallığının diqqətəlayiq hadisələridir.

Ümidvaram ki, siz xanımlar xalqımıza xas milli mənəvi dəyərləri bundan sonra da yaşadacaq və tükənməz intellektual potensialınızla gündən-günə yeniləşən respublikamızın çiçəklənməsi naminə töhfələrinizi əsirgəməyəcəksiniz”.

Berezovski Krım xalqına sadiq olacağına and içib

alt

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Denis Berezovski bazar günü bəyan edib ki, o, Krım xalqına sadiq olacağı barədə and içib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Dalğa Tv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, Berezovski Sevastopolda keçirilən mətbuat konfransında: "Mən, Berezovski Denis Valentinoviç, Krım xalqına sadiq olacağım barədə and içirəm və nizamnamənin tələblərinə uyğun olaraq onu müdafiə etməyi öhdəmə götürürəm" deyib.

Kanada Rusiyadakı səfirini geri çağırdı

alt

Kanada Rusiyadakı səfirini geri çağırıb. "Reuters"in yaydığı məlumata görə, rəsmi Ottava Ukraynadakı böhranla bağlı səfirlə məsləhətləşmələr aparacaq. Kanadanın baş naziri Stiven Harper də "Böyük səkkizli"yin Soçidə keçiriləcək sammitinə hazırlığı dayandırdıqlarını bəyan edib. Daha öncə ABŞ prezidenti Barak Obama Fransa prezidenti Fransua Oland və Kanadanın baş naziri Stiven Harperlə telefonla danışıb və onlar Ukraynadakı hadisələrlə bağlı öz fəaliyyətlərini koordinasiya etməklə bağlı razılığa gəliblər. Bundan sonra Ağ ev Amerikanın Soçidə keçiriləcək sammitinə hazırlığı dayandırdığını bildirib. 

Kliçko ordunu səfərbərliyə çağırıb

alt

Rusiyanı Federasiya Şurası Ukrayna ərazisinə silahlı qüvvələrin yeridilməsi haqda qərarı qəbul etdikdən sonra Vitali Kliçko orduya səfərbərliklə bağlı Ali Radanı toplantı keçirməyə çağırıb.

DalğaTV-nin «BBC»-yə istinadən məlumatına görə, o, deyib: «Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra parlament baş komandanın hərbi səfərbərlik elan etməsini istəməlidir».

«UDAR» Partiyasının lideri BMT Təhlükəsizlik Şurasından Ukraynada yaranmış böhran vəziyyətlə bağlı təcili müşavirə keçirməyi də xahiş edib.

Qərar qəbul edildi: rus qoşunları Ukraynaya girir

 Rusiya prezidenti Vladimir Putin Ukraynanın Krım Muxtar Respublikasına qoşun yeritmək üçün Federasiya Şurasına müraciət edib.

 alt

Dalğa TV-nin APA -ya istinadən verdiyi məlumata görə, müraciətdə Ukraynada ictimai-siyasi vəziyyət normallaşanadək qoşunların Krımda qalmasının zəruriliyi əsaslandırılır. 

“Ukraynada yaranmış vəziyyətlə əlaqədar Rusiya vətəndaşlarının, soydaşlarımızın, Qara dəniz donanması şəxsi heyətinin həyatı təhlükədədir. Bu üzdən də Ukraynada ictimai-siyasi vəziyyət normalaşanadək Rusiya Silahlı Qüvvələrindən bu ölkənin ərazisində istifadə üçün Rusiya Federasiya Şurasına müraciət edirəm”, - deyə Rusiya prezidentinin müraciətində vurğulanır.

Bu dəqiqələrdə Federasiya Şurası qoşunların Ukraynaya girməsi barədə Putinin müraciətini yekdilliklə qəbul etdi. 

Obama Ukrayna ilə bağlı bəyanatla çıxış edib

altVaşinqton Ukraynadakı vəziyyəti Rusiya rəhbərliyi ilə birbaşa müzakirə etməyi davam edəcək. Trend RİA Novosti agentliyinə istinadən bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

ABŞ prezidentinin bildirdiyinə görə, bu yaxınlarda onun Rusiya prezidenti Vladimir Putinlə söhbəti olub.

"Biz Avropa Birliyindəki tərəfdaşlarımızla vəziyyəti müzakirə edəcəyik və Rusiya hakimiyyəti ilə birbaşa əlaqələr saxlayacağıq", - Obama bildirib.

Türkiyə paytaxtında Xocalı abidəsinin rəsmi açılış mərasimi keçirilib - FOTO

altBu gün Türkiyənin paytaxtı Ankara şəhərinin Keçiörən rayonu ərazisində Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin açılış mərasimi keçirilib. APA-nın Türkiyə müxbirinin xəbərinə görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” kampaniyası çərçivəsində göndərdiyi müraciət oxunub.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Xocalı soyqırımı barədə məlumat verdikdən sonra abidəni qoyan Keçiörən bələdiyyəsinə təşəkkürünü bildirib.

Azərbaycan Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov son 200 ildə ermənilərin türklərə qarşı törətdikləri soyqırımları xatırladaraq, bundan sonra bu cür faciələrin yaşanmaması üçün Türkiyə ilə Azərbaycanın öz qüvvələrini birləşdirməsinin vacib olduğunu deyib. Dünyada gücün önəminə diqqəti cəlb edən Ziyafət Əsgərov, Azərbaycanın getdikcə güclənməsinin nəticəsi olaraq dünyanın təxminən 20 ölkəsinin parlamentinin Xocalı soyqırımını tanıyan qərarlar qəbul etdiklərini və prosesin davam edəcəyini söyləyib.

Sonra çıxış edən millət vəkili Qənirə Paşayeva Xocalı hadisəsinin bütün türklərə qarşı həyata keçirilən soyqırım olduğunu vurğulayaraq soyqırımı törədən Robert Koçaryan və Serj Sarkisyan kimi adamların Ermənistana rəhbərlik etmək yerinə, beynəlxalq məhkəmələrə çıxarılmalı olduğunu nəzərə çatdırıb.

Abidənin açılışında Azərbaycandan millət vəkilləri Arif Rəhimzadə, Kamilə Əliyeva, Türkiyə millət vəkilləri, iqtidardakı Ədalət və İnkişaf Partiyasının baş katibi Haluk İpək, İstanbul millət vəkili İsmail Safi də çıxış ediblər.

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək mərasimdəki çıxışında bildirib ki, bu abidə Dağlıq Qarabağda yaşananları unutmamaq və unutdurmamaq üçün inşa edilib: “Bu gün burada öz acılarımızı xatırlamaq üçün bir araya gəlmişik. Bilirsiniz ki, Türkiyə-Azərbaycan münasibətlərinin təməlində qardaşlıq dayanır. Qardaşlar bir-birilərinin sevinclərini və kədərlərini paylaşır. Biz Anadolu türkləri, Azərbaycan türklərini özümüzə öz varislərimiz qədər yaxın hiss edirik, bir-birimizi ayrı dövləti olan bir millət kimi görürük. Azərbaycan bizim ikinci dövlətimizdir. 100 il əvvəl Balkanlarda və Anadoluda yaşadığımız acılar kimi, 22 il əvvəl Dağlıq Qarabağda böyük bir acı yaşadıq. Millət olaraq bizə böyük iztirab verən bu acını unutmamalıyıq. Çünki başqalarının acılarına diqqət göstərib öz acılarımızı unutsaq, bir millət kimi öz keyfiyyətlərimizi itirərik”.

C. Çiçək qeyd edib ki, Xocalı qətliamı adi bir kütləvi qətl deyil, Qafqazda erməni işğalçılığının bir təzahürüdür. O bəyan edib ki, bu qətlləri törədən bütün canilər məsuliyyətə cəlb olunmalıdır: “Eynilə Bosniyada soyqırım törədən canilər Miloşeviç və Karaciç kimi, qeyri-rəsmi məlumatlara əsasən Xocalıda 1300 qardaş-bacımızı qətlə yetirmiş canilər də beynəlxalq məhkəmədə mühakimə olunmalıdır”.

TBMM sədri deyib ki, Cənubi Qafqazda sülhə və sabitliyə nail olmaq üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmalıdır: “Biz Türkiyə olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün üzərimizə düşən hər işi görməyə hazırıq. Bütün dövlətləri və beynəlxalq təşkilatları ermənilərin haqsız işğalına son qoymağa çağırırıq”.

Mərasimdən sonra TBMM sədri Cəmil Çiçək Azərbaycan Milli Məclisinin Ankarada səfərdə olan nümayəndə heyətini TBMM-də qəbul edib.

Krım qarışdı – “Rusiya bizi geri al!”...

altBu fikri Yanukoviç iqtidarı devrilmədən öncə həm yerli, həm də beynəlxalq səviyyəli ekspertlər səsləndirmişdilər. Son günlər Krımda yaşananlar artıq Rusiyanın parçalanma planlarını işə saldığını sübut edir.

Fevralın 24-də Krım tatarlarının Məclisi Krımın yeni konstitusiyasının qəbulunu tələb edib. “Krım xəbərləri” saytının verdiyi xəbərə görə, belə bir qərar Krım tatarlarının Simferopolda keçirilən mitinqində qəbul edilib. Mitinqə 10 mində artıq insan qatılıb.

Mitinqin qətnaməsində deyilir: “Krımın indiki konstitusiyası çoxmillətli Krım xalqının maraqlarına, eyni zamanda Ukrayna daxilində özünütəyinetmə hüququnu tələb edən krım tatar xalqının maraqlarına uyğun deyil. Bu konstitusiya Krımda ictimai-siyasi sabitliyə hər an təhlükə yaradır. Krımın indiki statusu Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə davamlı təhlükədir”.

Məclis parlamentdən yeni ali qanunun hazırlanması üçün komissiya yaradılmasını və Krım Tatar Məclisi üzvlərinin həmin komissiyada təmsil olunmasını tələb edib. Mitinq iştirakçıları Krım Ali Məclisinin səlahiyyətlərinə xitam verilməsini və növbədənkənar seçki keçirilməsini də tələb edir.

Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov mitinqdəki çıxışında bildirib ki, Simferopol rəhbərliyinə bütün Krım yarımadasından Vladimir Leninin heykəllərini ləğv etmək, onun adını meydanlardan götürmək üçün 10 gün möhlət verir: “Əgər tələb yerinə yetirilməsə, biz təcili addımlara başlayacağıq. Bu gün 10 min, sabah 20-30 min olacağıq”.

Fevralın 24-də Sevastopolda 30 minə yaxın insanın qatıldığı daha bir mitinq olub. Mitinqə Rusiya bayrağı ilə çıxan və əsasən ruslardan ibarət olan Krım sakinləri dövlət administrasiyasına etimadsızlıqlarını bildirib, Mixail Çalovu administrasiyaya yeni rəhbər təyin ediblər. Mitinqdə Ukraynada baş verənləri faşizm adlandırıb və “Putin bizim lider”, “Rusiya bizi geri al!”, “Krımda faşizmə keçidə imkan verməyəcəyik” kimi şüarlar səsləndirilib. Mitinqin qətnaməsində bildirilir ki, Sevastopol Ali Radanın heç bir qərarını tanımayacaq, həmin qərarları Krıma tətbiqinin qarşısı alınacaq. Səbəb kimi hakimiyyətin qiyam yolu ilə devrilməsi göstərilir.

Daxili işlər naziri Arsen Avakovla, Təhlükəsizlik Xidmətinin sədri Valentin Nalivayçenko fevralın 23-ü axşam saatlarından Krımdadırlar. Unian.net-ə müsahibə verən Avakov yarımadada durumun nəzarətdə olduğunu deyib: “İndi ən önəmli olan provokasiyalara yol verməməkdir. Bizim Kiyevdə yaşadıqlarımızın təkrarlanmaması üçün provokasiyaların qarşısını birlikdə almalıyıq. Ümid edirəm ki, dinc danışıqlar yolu ilə biz Krımın taleyi ilə bağlı anlaşma əldə edə biləcəyik”.

Onu da vurğulayaq ki, fevralın 19-da Ali Radanın Krımdan olan üzvü “Regionı” partiyasının təmsilçisi Nikolay Kolesniçenko ölkədə siyasi böhran davam edərsə Krımın Rusiyaya verilməsi məsələsini gündəmə gətirməyi təklif etmişdi. Ali Radanın üzvləri arasında təklifə dəstək verənlər vardı. Ertəsi gün isə “Batkivşina” fraksiyasının təmsilçilərinin müraciəti ilə Ukraynanın ərazi bütövlüyünə təhdidlərlə bağlı Ukrayna Prokurorluğunda cinayət işi qaldırılıb. Cinayət işinin istintaqı davam edir.

Əzəli-əbədi türk yurdu olan Krım 60 il öncə - 1954-cü ildə SSRİ Ali Sovetinin qərarı ilə Rusiyadan alınaraq Ukraynaya verilib.

Hazırda oranın əhalisinin 18 faizini Krım türkləri, 58 faizini isə ruslar təşkil edir.

Saytda Axtarış

Son xəbərlər