Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün254
DünənDünən3331
Bu həftəBu həftə9686
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466285

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İsveçrə ATƏT-ə sədrlik etməyə başlayıb

İsveçrə ATƏT-ə sədrliyi Ukraynadan təhvil alıb.
alt

Təşkilatın sədri səlahiyyətlərini İsveçrənin xarici işlər naziri Didye Burkxalter qəbul edib.

ATƏT sədri kimi prioritetlərini açıqlayan Didye Burkxalter bildirib ki, İsveçrə dondurulmuş münaqişələrin həllində irəliləyiş əldə olunmasına, transmilli təhlükələrlə mübarizəyə, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə, gənclər üçün planların reallaşdırılmasına çalışacaq.

Nazir qeyd edib ki, İsveçrə ATƏT-ə sədrliyi Serbiya hökuməti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirəcək: “Çünki 2015-ci ildə ATƏT-ə Serbiya sədrlik edəcək”. İsveçrənin prioritetləri sırasına Balkanlarda sülhə, xüsusən Serbiya ilə Kosovo arasında razılaşmaya nail olmaq, eləcə də Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq da daxildir.

Türkiyə Silahlı Qüvvələri Baş Prokurorluğa müraciət edib

alt

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Ankara Cümhuriyyət baş Prokurorluğuna iddia ərizəsi ilə müraciət edib.
İddia ərizəsində “Balyoz” və “Ergenekon” adı ilə tanınan cinayət işlərində adı keçən Türkiyə Silahlı Qüvvələrinin fəaliyyətdə və istefada olan personalına qarşı Silahlı Qüvvələri hədəf alacaq şəkildə ittihamlar irəli sürüldüyü, prokuror və hakimlərin müttəhimlərin müdafiə hüququnu nəzərə almadığı, ittiham dəlillərini manipulyasiya etdiyi bildirilib.

“Balyoz” prosesində vəkil kimi iştirak etmiş Haluk Pekşen bildirib ki, bu barədə ona Baş Qərargahdan zəng edərək telefonla məlumat veriblər.

Qeyd edək ki, ötən həftə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Yasin Akdoğan “milli orduya tələ quruldu” bəyanatı ilə çıxış edib. Bundan sonra vəkil Haluk Pekşen Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına müraciət edərək, məsələ ilə bağlı iddia ərizəsi verilməsini xahiş edib.

İran və Avropa birgə ticarət palatası yaradacaq

İran və Avropa yaxın gələcəkdə birgə ticarət palatası yaradacaq.

alt

Bu barədə  İran-Böyük Britaniya birgə Ticarət Palatasının sədri Əli Nağı Xamoyuşiyə  məlumat verib

Onun sözlərinə görə, birgə ticarət palatasının yaradılmasında məqsəd ikitərəfli iqtisadi əlaəqləri dəstəkləməkdir: "Avropanın müxtəlif kommersiya nümayəndə heyətləri bu yaxınlarda İranda olublar. Birgə ticarət palataları iqtisadi əməkdaşlığın inkişafını sürətləndirə bilər və sanksiyaların ləğvində əsas rol oynayar".

QDİƏT-də sədrlik Ermənistandan Bolqarıstana keçib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrlik 6 ay müddətinə Ermənistandan Bolqarıstana keçib.

alt

 Bolqarıstanın xarici işlər naziri Kristian Viqenin bildirib ki, təşkilatda sədrlik dövründə onun təmsil etdiyi ölkənin əsas prioritetləri QDİƏT-in müxtəlif beynəlxalq və regional təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat, turizm, ekoloji sahələrində birgə layihələrin həyata keçirilməsi olacaq.

K.Viqenin əlavə edib ki, Bolqarıstan QDİƏT ilə Avropa Birliyi arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində də çalışacaq.

QDİƏT 1992-ci il iyunun 5-dən fəaliyyətinə başlayıb. Təşkilata Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna daxildir. Azərbaycan 2009-cu ilin ikinci yarısında QDİƏT-ə sədrlik edib.

Ukraynanın MDB-yə sədrliyi başladı

alt
Ukrayna 1 yanvar 2014-cü ildən etibarən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrliyi Belarusdan təhvil alıb.

Bu MDB Dövlət Başçıları Şurasının 25 oktyabr 2013-cü il tarixli qərarına əsasən baş tutub.

MDB-də həmsədrlik isə Belarus və Qazaxıstan tərəfindən həyata keçiriləcək. 2014-cü il MDB-də “Turizm ili” elan olunub.

Qeyd edək ki, bu il Yunanıstan Avropa Birliyinə sədrliyi Litvadan təhvil alıb. Rusiya isə “Böyük 8-lik”də sədrlik etməyə başlayıb.

ATƏT-in Bakı Ofisi statusunu dəyişdi

alt

2014-cü ilin yanvarın 1 tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub.

 

 

2013-cü il iyulun 26-da ATƏT-in Daimi Şurasında qəbul edilib.

 

Qərara əsasən, Layihə Əlaqələndiricisi aşağıdakı vəzifələri icra edəcək:

 

- ATƏT-in prinsip və öhdəliklərinin həyata keçirilməsi məqsədilə ATƏT və onun institutları ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın dəstəklənməsi;

 

- ATƏT və onun institutları ilə Azərbaycanın müvafiq dövlət orqanları arasında ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasının hər üç meyarını əhatə edən və Azərbaycan hökumətinin ehtiyac və prioritetlərini nəzərə alan layihələrin planlaşdırılması və icrası;

 

- Hökumət və qeyri-hökumət orqanları, yerli hakimiyyət orqanları, universitetlər, elmi-tədqiqat institutları və QHT-lərlə əlaqələrin saxlanılması;

 

- ATƏT ilə Azərbaycan hökuməti arasında razılaşdırılan və ATƏT institutları və ya sədri tərəfindən uyğun hesab edilən digər vəzifələrin həyata keçirilməsi.

 

Qeyd edək ki, ATƏT-in Bakı Ofisi 17 iyul 2000-ci ildən fəaliyyət göstərir.

 

İtaliya prezidenti postdan getmək istəyir

alt

İtaliya prezidenti Corco Napolitano öz postunda ikinci yeddiillik mandatın sonuna qədər qalmamağa qərar verib.

 

88 yaşlı prezident Yeni il çıxışında: "Mənim xidmətlərimə xalqın ehtiyacı olduqca, mənim çalışmağa gücüm yetdikcə bu postda qalacam. Bir gün də artıq qalmağa razı deyiləm" deyib.

Qeyd edək ki, 2013-cü ilin aprel ayında İtaliyanın siyasi liderləri prezidentdən ikinci müdətə vəzifədə qalmağı xahiş edib.

İsrail və Fələstin çərçivə sazişi bağlaya bilər

alt

ABŞ-ın dövlət katibi Con Kerri Yaxın Şərqə səfəri ərəfəsində İsrail və Fələstin rəhbərliyinə çərçivə sazişi bağlamağı təklif edəcək.

 

Münaqişə tərəfləri bu sənəd əsasında gələcəkdə yekun sülh razılaşmasına nail ola bilərlər. Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf deyib ki, saziş İsrail-Fələstin danışıqlarının gündəliyində dayanan bütün mübahisəli məsələləri əhatə edəcək.

C.Kerri yanvarın 1-də Qüds və Ramallaha səfər etməyi, İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin milli administrasiyasının rəhbəri Mahmud Abbasla görüşməyi planlaşdırır. M.Harf qeyd edib ki, səfər zamanı çərçivə sazişinin bağlanıb-bağlanmayacağı hələ məlum deyil.

Marqvelaşvili: “Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılması kursunu davam etdirəcək”

altGürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılması kursunu davam etdirəcək.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Georgi Marqvelaşvili bəyan edib. “İmedi” telekanalının canlı efirində prezident qeyd edib ki, Gürcüstan Rusiya ilə münasibətlərdə “siyasi temperatur”un azalması istiqamətində əlindən gələni əsirgəməyəcək.

Marqvelaşvilinin sözlərinə görə, Abaşidzr-Karasin formatında keçirilən görüşlər gələcəkdə də davam etdiriləcək. Onun sözlərinə görə, bu cür görüşlər yaxşı nəticələr verir.

“Bu formatda aparılan birbaşa dialoq iqtisadi-ticari və mədəniyyət əlaqələrinin bərpa edərək  inkişaf etdirməyə imkan yaradıb.

O əlavə edib ki, bu cür görüşlər iki ölkə arasında kifayət qədər yüksək səviyyədə etimad və gələcəkdə bir çox mühüm məsələlərin həll olunması üçün şərait yaratmağa kömək edəcək.

Qeyd edək ki, Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin arasında 2012-ci ildən bu vaxtadək 5 görüş keçirilib. Növbəti görüşün fevralda Praqada keçirilməsi nəzərdə tutulub. 

Davudoğlu Gülənə dialoq təklif edib

alt

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu nurçuların ABŞ-da yaşayan lideri Fətullah Gülənə dialoq təklif edib. Nazir “biz dialoq körpüsü qurmalıyıq, fiziki baryerlər yox” deyib.XİN rəhbəri hesab edir ki, böhrandan çıxış yolu var: “Məhz buna görə Ərdoğan Güləni Türkiyəyə dəvət edib”. Davudoğlu Güləni əmin edib ki, onun hökuməti korrupsiya ilə bağlı ittihamlara qarşı həmişə diqqətli olub. “Ancaq bu məsələ korrupsiyadan savayı hansısa məsələyə oxşayır və qisas ölçülərinə keçib”, deyə o hay-küylü korrupsiya işinə aidiyyəti olan, Gülənə yaxın prokuror haqda danışarkən bildirib.  Diplomat həmçinin bütün dünya üzrə Türkiyənin yeni səfirliklərinin Gülən hərəkatının maraqları çərçivəsində açılması ilə bağlı hökumətə qarşı irəli sürülən iddiaları da xatırladıb.

 

 

 

İlham Əliyev Vladimir Putinə başsağlığı verib.

alt

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir: “Volqoqrad dəmir yolu vağzalında baş vermiş terror aktı nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı.

Biz terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyirik.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram”.

Qeyd edək ki, kamikadze qadının bu gün törətdiyi terror aktı nəticəsində 14 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı açıqlanıb.

Konqresin Azərbaycan üzrə İşçi Qrupunun yeni üzvləri

altABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna üç yeni Konqres üzvü qoşulub.

Konqres üzvləri Ted Po (Texas), Mişel Luxan Qrişam (Nyu Meksiko) və Çarli Dent (Pensilvaniya) Azərbaycan üzrə İşçi Qrupuna üzv olmuşlar. Bununla ABŞ Konqresində fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupunun üzvlərinin sayı 59-a çatmışdır.

Ümumilikdə, 2013-cü il ərzində İşçi Qrupuna 17 yeni konqresmen üzv olaraq qoşulmuşdur.

Qeyd edək ki, İşçi Qrupuna son 3 üzvün cəlb olunmasında ABŞ-da fəaliyyət göstərən Azərbaycan Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan- AFAZ) xüsusi rolu olmuşdur.

Saytda Axtarış

Son xəbərlər