Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün246
DünənDünən3331
Bu həftəBu həftə9678
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466277

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

ABŞ-da Azərbaycanla bağlı qətnamə qəbul edildi

altABŞ-ın Arkanzas ştatının Senatında “Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü və onun ABŞ-la strateji tərəfdaşlığının dəstəklənməsinə çağıran Qətnamə” yekdilliklə qəbul edilib.

Dalgatv-nin Anspress-ə istinadən verdiyi xəbərə görə, qətnamədə ABŞ tərəfindən Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi, Azərbaycanın Amerikanın regionda mühüm strateji tərəfdaşı olduğu vurğulanır. Sənəddə enerji təhlükəsizliyi, terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması sahələrində Azərbaycan ilə ABŞ arasında həyata keçirilən əməkdaşlıq yüksək qiymətləndirilib. Həmçinin Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar və regionda Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi vacib irimiqyaslı layihələrin həyata keçirilməsində ölkənin aparıcı rolu qeyd edilib.

Eyni zamanda, qətnamədə Cənubi Qafqaz regionunda həll olunmamış münaqişələrin Azərbaycanda sülh və sabitliyə zərər vurmasına imkan verilməməsinin vacibliyi qeyd olunub. NATO, BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınması xüsusilə vurğulanıb.

Gəncədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirilir

altGəncə şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarovun, Əhməd Davudoğlunun və Maya Pancikidzenin iştirakı ilə üçtərəfli görüş keçirilir.
Görüşdə ölkələrimiz arasındakı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə edilir.

Gürcüstanda “Xocalını siz də tanıyın!” layihəsi həyata keçiriləcəkdir

altAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Anar Abbasov və tərəfdaş təşkilat “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi tərəfindən Gürcüstanda “Xocalını siz də tanıyın!” layihəsi həyata keçiriləcəkdir.
Layihənin rəhbəri Anar Abbasov AzərTAc-a bildirmişdir ki, məqsəd Azərbaycan xalqının Xocalı faciəsinə göz yaşları ilə deyil, qəhrəmanlıq tarixi və bir dərs kimi baxması, bu soyqırımının dünya ictimaiyyətin diqqətinə çatdırılmasına yardım etməkdir.
Vurğulanmışdır ki, Xocalı faciəsi 200 ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Bu gün bu dəhşətli faciəni həm Azərbaycanı gələcəkdə təmsil edəcək gənclərimiz, həm də dünya dövlətləri, xalqları arasında təbliğ etmək hər birimizin borcudur. Bu baxımdan fevralın 25-də Tbilisidə “Xocalı haqqında həqiqət” (The Truth about the Khojaly) mövzusunda keçirəcəyimiz konfransın əsas ideyasını xalqımızın tarixini, faciəli günlərini Azərbaycan gəncliyinin dərindən öyrənməsi, eyni zamanda, digər xalqların gənclərinə olduğu kimi çatdırılmasına, Xocalı faciəsi barədə daha çox insanın məlumatlandırılmasına nail olmaq və bununla da dünyada aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək verməkdir.

Suriya rəhbərliyi "Cenevrə-2"nin uğursuzluğunda günahlandırılıb

altSəudiyyə Ərəbistanı Suriya rəhbərliyini həmin ölkədə təxminən üç il davam edən münaqişənin həllinə yönəlmiş "Cenevrə-2" konfransının uğursuzluğunda günahlandırıb.

Dalgatv Trend-ə istinadən xəbər verir ki, Ərəb krallığının nazirlər şurasının rəsmi məlumatında: "Suriya xalqının əzablarına son qoya bilən "Cenevrə-2"nin real nəticələrə nail ola bilmədiyindən təəssüflər" ifadə edilir.

Rəsmi Ər-Riyad buna görə məsuliyyəti "inadcıllıq göstərdiyi", həmçinin Səudiyyə Ərəbistanının fikrincə, "Cenevrə-1" konfransında təsdiq edilmiş məqsədlərdən yayındırmaq istədiyi üçün Dəməşqin üzərinə qoyub.

Bundan öncə Suriya hakimiyyəti dəfələrlə Səudiyyə Ərəbistanını güc yolu ilə prezident Bəşər Əsədi devirmək məqsədilə SAR-dakı silahlı müxalifəti dəstəkləməkdə ittiham edib.

Gürcüstanın kənd təsərrüfatı naziri Marneuliyə səfər edib

altGürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiya, kənd təsərrüfatı layihələrini idarə edən agentliyin direktoru Giorgi Çxeidze və digər rəsmi şəxslər azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundakı Dəmyə-Gorarxı kəndinə səfər ediblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın rəsmi şəxsləri azərbaycanlı fermerlərin təsərrüfatlarının vəziyyəti və fermerlərin, eyni zamanda kənd əhalisinin problemləri ilə birbaşa əkin sahələrində maraqlanıblar. Fermerlər qarşısında çıxış edən Şalva Pipiya hökumətin fermerlər üçün yardım planı hazırladığını və tezliklə bu yardımın həyata keçiriləcəyini bildirib. Sakinlər nazirə içməli su və suvarma suyunun, eyni zamanda gübrənin çatışmadığını söyləyiblər. Sakinləri dinləyən Ş. Pipiya tezliklə bir çox layihələrin həyata keçiriləcəyini və sakinləri narahat edən problemlərin həll olunacağını deyib.

Şalva Pipiya APA-ya açıqlamasında hazırda Dəmyə-Görarxı və Axlı-Lələ kəndlərində 300 hektar torpaq sahəsində əkinə başlandığını vurğulayıb: “Yavaş-yavaş problemləri həll edəcəyik. Layihələrimiz çoxdur. Biz kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üçün aşağı faizlə uzunmüddətli və qısamüddətli kreditlər də veririk. Artıq 10 min fermer kreditlə təmin olunub. Ölkə üzrə suvarma şəbəkələrində reabilitasiya işləri aparılır. Bunun üçün 70 milyon lariyədək vəsait ayrılıb”.

Görüşdə iştirak edən Kvemo-Kartli bölgəsinin qubernatoru Georgi Mqebrişvili APA-ya açıqlamasında əhalinin problemlərini dinlədiklərini bildirib: “Problemlər yalnız bu kənddə deyil, gürcü və erməni kəndlərində də problemlər var. Mən iki aydır bu vəzifəyə təyin olunmuşam, lakin hələ bir çox yerlərdə olmamışam. Bu gün mən bu kənddə yaşayan əhalinin içməli su və suvarma suyu sarıdan əziyyət çəkdikləri barədə məlumat aldım. Bu məsələləri həll etmək üçün layihələrimiz var və düşünürəm ki, ilin axırına kimi biz bu problemləri həll edəcəyik. Bunun üçün maliyyə vəsaiti ayrılıb. Tezliklə bu kənddə içməli su xətti və anbarın tikintisinə başlanacaq”.

Bakıda “Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans keçirilir

alt

Fevralın 17-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans işə başlamışdır.
Konfransda üç strateji müttəfiq arasındakı münasibətlərin bu günü, regional siyasətin müəyyənləşdirilməsinə təsir imkanları, onlara qarşı yönəlmiş çağırışlara cavab vermə mexanizmi və əlaqələrin gələcəyi müzakirə edilir.

Gürcüstan Prezidentinin fikrincə, rusiyalı həmkarı ilə görüşdə mövcud vəziyyətdən çıxış yolları müzakirə olunmalıdır

altRusiya Prezidenti Vladimir Putinlə görüşmək ehtimalına münasibət bildirən Gürcüstan Prezidenti Georgi Marqvelaşvili demişdir ki, bu görüş problem mövzuların dinc, səmərəli kontekstdə müzakirəsinə xidmət göstərməlidir. Prezident mövcud vəziyyətdən çıxış yolunun axtarılıb tapılması yönümündə danışıqlar aparılmasının vacibliyini vurğulamış və bildirmişdir ki, Gürcüstanın Abxaziya, Sxinvali problemlərini hərbi yolla həll etmək niyyətində olmadığı məlumdur. Rusiya tərəfi ilə danışıqlarda da məsələlərin səmərəli kontekstdə müzakirə etmək istəyimizi nümayiş etdirməliyik.
Gfdemişdir: Hazırkı durumun nə Rusiya, nə də abxaz və osetinlərin xeyrinə olmadığını sübuta yetirməliyik, bütün ağrılı məsələlər danışıqların gündəmində durmalıdır.
Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər məsələsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasinin yaxın vaxtlara planlaşdırılan görüşündə Prezidentlərin ehtimal olunan görüşü üzərində işə başlanacağı bildirilmişdir.

 

İran və Azərbaycan arasında saziş imzalanıb

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə altKomissiyanın Bakıda keçirilən üçüncü iclası başa çatıb.

Dalgatv-nin  Trend-ə istinadən verdiyi xəbərə görə, fevralın 13 və 14-də keçirilən iclasda iki ölkənin Beynəlxalq avtomobil əlaqələri sahəsində 2002-ci ildə imzalanan sazişinin müddəalarının icrasının son vəziyyəti araşdırılıb, iki ölkənin sərnişin və yük daşımalarındakı problemlərin həlli və digər məsələlər haqqında əməkdaşlıq sazişi imzalanıb.

İclasda hər iki tərəf avtomobil əlaqələri sahəsindəki təbii işlərdən razılıq ifadə edib və iqtisadi əməkdaşlıq təşkilatı, TRASEKA və şimal-cənub dəhlizi çərçivəsində birgə əməkdaşlığın davam və inkişaf etdirilməsi istiqamətində anlaşma əldə olunub. Həmçinin tərəflər razılığa gəliblər ki, ehtiyac olarsa, iki ölkə arasında yeni avtobus xətlərinin açılması üçün lazımi addımlar atılsın.

İran tərəfi təklif edib ki, Biləsuvar və Astara gömrük keçid məntəqələrində avtobusların və iri tonnajlı yük maşınların tıxac və sıxlıq probleminin həlli üçün keçid məntəqələrinin iş saatı artırılsın, iri tonnajlı yük maşınların Bakı gömrüyündə dayanma müddəti azaldılsın. Qərara alınıb ki, bu məsələlər Azərbaycan tərəfindən araşdırılsın.

İran nümayəndə heyətinə İran İslam Respublikasının Nəqliyyat Nazirliyinin Avtomobil Yolları və Yük Daşımaları üzrə Baş İdarə rəisi Məhəmməd Cavad Ətrçiyan, Azərbaycan nümayəndə heyətinə isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov rəhbərlik edib.

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası Tehranda keçiriləcək.

"Rusiya qoşunları gec-tez Qafqazı tərk edəcək"

alt"Rusiya qoşunları Qafqazı tərk etməlidir".

Dalgatv-nin  APA-ya istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

Sabiq prezident bildirib ki, gələcəkdə Rusiya Qafqazı mütləq tərk etməyə məcbur olacaq: “Bizim mövqeyimiz konkretdir. Rusiya qoşunları gec-tez həm Cənubi, həm də Şimali Qafqazdan getməlidir”.

Erdoğanın oğlu prokurorluğa qarşı iddia qaldırıb

altTürkiyənin Baş naziri Recep Tayyib Erdoğanın oğlu Bilal Erdoğan İstanbul prokurorluğuna qarşı iddia qaldırıb.

Dalgatv-nin  Trend-ə istinadən verdiyi xəbərə görə, prokurorluğa qarşı iddia qaldırılmasına səbəb keçən ilin dekabr ayında rüşvət qalmaqalında Bilal Erdoğana böhtan atılması olub.

Keçən il dekabrın 17-də Türkiyənin Ankara və İstanbul şəhərlərində yaşanan korrupsiya qalmaqalında İstanbul prokurorluğu Baş nazirin oğlu Bilal Erdoğanın da əli olduğunu bildirib.

Bilal Erdoğan ölkədə baş verən korrupsiya qalmaqalı ilə bağlı ifadə verməyə hazır olduğunu deyib.

Qeyd edək ki, 2013-cü il dekabrın 17-də İstanbulda və Ankarada keçirilən xüsusi əməliyyat zamanı onlarla şəxs, o cümlədən bir neçə nazirin övladı və tanınmış iş adamları saxlanılıb. Saxlamalar korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışı ittihamları əsasında həyata keçirilib.

ABŞ senatı Azərbaycanla bağlı qətnamə qəbul edib

altABŞ-ın Nyu Meksiko ştatının Senatında fevralın 13-də Azərbaycana dair geniş qətnamə qəbul olunub.

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, qətnamədə Azərbaycanın ərazi bütövlüyünün ABŞ tərəfindən dəstəkləndiyi və beynəlxalq birliyin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı bildirilir. Qeyd olunur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna münaqişəni beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, eləcə də ATƏT-in qəbul etdiyi qərar və sənədlər əsasında həlli həvalə edilmişdir. Bu səpkidə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bütün erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Bundan başqa sənəddə vurğulanır ki, NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar da daxil olmaqla bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və sərhədləri çərçivəsində həllini dəstəkləyir.

Bütün bunları nəzərə alaraq, qanunvericilər ABŞ-ın münaqişənin tezliklə və ədalətli şəkildə həlli istiqamətində səylərini gücləndirməsinin vacibliyini vurğulayırlar.

Xatırladaq ki, bu, 2014-cü ildə ABŞ-da Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul edilmiş ikinci qətnamədir. Bundan öncə, yanvarın 30-da Arizona parlamenti oxşar qətnamə qəbul edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini bildirmişdi. Ötən il isə Nyu Meksiko parlamenti Xocalı qətliamını tanıyan qətnamə qəbul edib.

Gürcüstan Prezidenti Milli Məclisdə olmuşdur

altFevralın 12-də Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə olmuşdur.
Ali qonağı parlamentin binası önündə Milli Məclisin sədri Oqtay Əsədov qarşıladı.
Gürcüstan Prezidenti Milli Məclisin inzibati binası, iclas zalı və Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşdur. Xatirə zalında ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər, eksponatlar Gürcüstan Prezidentində dərin təəssürat yaratmışdır. Gürcüstan dövlətinin başçısı Xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili arasında görüş keçirilmişdir.
Ali qonağı ölkəmizdə salamlayan Oqtay Əsədov Azərbaycan və Gürcüstan xalqları arasında tarixi dostluq əlaqələrinin olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, bu cür yüksək səviyyəli səfərlər qardaşlıq və mehriban qonşuluq əlaqələrinə əsaslanan münasibətləri daha da inkişaf etdirəcəkdir.
Gürcüstan ilə Azərbaycan arasındakı əlaqələrin konkret layihələrlə inkişaf etdirildiyini deyən Milli Məclisin sədri Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin regionun və Avropanın enerji təhlükəsizliyində önəmli rol oynadığını xüsusi qeyd etmişdir.
Oqtay Əsədov hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının münasibətlərin inkişafında mühüm rolu olduğunu diqqətə çatdırmışdır.
Prezident Georgi Marqvelaşvili bildirmişdir ki, mehriban qonşu dövlətlər olan Azərbaycan və Gürcüstan regionda birlikdə iri layihələr həyata keçirir. Biz bu layihələri həyata keçirməklə regionun gələcək inkişafını və sabitliyini təmin etməliyik.
Qeyd olunmuşdur ki, yalnız enerji sahəsində deyil, mədəniyyət, elm, təhsil, səhiyyə və digər sahələrdə də əməkdaşlıq üçün böyük potensial vardır.

Saytda Axtarış

Son xəbərlər