Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün254
DünənDünən3331
Bu həftəBu həftə9686
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466285

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İlham Əliyev sərəncam imzalayıb

alt

Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Dalgatv-nin “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2013-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2014-cü ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Güney Azərbaycan Qurtuluş Partiyasının sədri istefa verib

altGüney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) rəhbərliyində istefa olub.
Eldar Qaradağlı GAQP başqanlığından və partiyada tutduğu bütün vəzifələrdən istefa verdiyini açıqlayıb.

Dalgatv APA-ya istinadən xəbər verir ki, o, GAQP-nin İdarə Heyəti üzvlərinə ünvanladığı məktubda «Çox dəyərli dostlar! Şəxsi səbəblərdən dolayı başqanlıqdan və partiyada tutduğum bütün vəzifələrdən istefa verirəm. Sizə əziz millətimizin müqəddəs məqsədləri uğrunda apardığınız milli davada uğurlar diləyirəm. Yaşasın 50 milyonluq Azərbaycan türk milləti!», - deyə bildirib.

Qeyd edək ki, hazırda İsveçdə mühacirətdə yaşayan E.Qaradağlı uzun müddət Dünya Azərbaycanlıları Konqresində (DAK) fəaliyyət göstərib.

“Ukrayna müxalifəti Obamanın dəstəyinə ümid edə bilər”

alt“Ukrayna müxalifəti ABŞ hökumətinin dəstəyinə ümid edə bilər”.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri Berlində deyib.

“Onlar öz səylərinə və cəsarətinə görə ABŞ prezidenti Barak Obamanın və Amerika xalqının tam dəstəyinə ümid edə bilərlər” - deyə C.Kerri qeyd edib.

ABŞ dövlət katibi Ukrayna hakimiyyətinin razılıq verdiyi güzəştlərin “böhranı aşmaq üçün kifayət etmədiyini” vurğulayıb.

C.Kerri Almaniyada Ukrayna müxalifətinin liderləri - “Batkıvşina”nın rəhbəri Arseni Yatsenyuk, “UDAR” partiyasının sədri Vitali Kliçko, müxalifəti dəstəkləyən biznesmen Pyotr Poroşenko və “Eurovision” mahnı müsabiqəsinin qalibi Ruslana Lıjiçko ilə görüşəcək.

Ermənistan və Gürcüstan hərbi əməkdaşlıq proqramını imzalayıblar

alt

Ermənistan və Gürcüstanın Müdafiə nazirlikləri yanvarın 29-da 2014-cü il üçün hərbi əməkdaşlıq proqramını imzalayıblar.
 Gürcüstan müdafiə nazirinin müavini Mixail Darçiaşvilinin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-29-da Ermənistanda olub. Nazir müavini Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüş keçirib.
Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub.
2014-cü ilin hərbi əməkdaşlıq proqramına qarşılıqlı səfərlər, hərbi siyasət sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi, sülhməramlı fəaliyyət, hərbi tədris, resursların idarə edilməsi və s. məsələlər daxildir.

Müxalifət tərəfdarları Milli Qvardiya yaradıblar

Kiyev Maydanında bir sıra təşkilatların fəallarından ibarət Milli Qvardiya yaradılıb.

alt

 Ukrayna millətinə and içən hər bir kəs qvardiyaya yazıla bilər.

Hazırda qvardiyaya Maydan özünümüdafiə dəstəsi, kazaklar və “Pravıy sektor” adlı təşkilatın üzvləri daxildir.

Qeyd edək ki, Milli Qvardiya rəhbərliyinin tərkibi yaxın zamanlarda açıqlanacaq.

Ərdoğançılardan yeni iddia: Onların 150 milyard sərvəti var

alt

ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini lider Fəthullah Gülənin Böyük Britaniyanın BBC kanalına verdiyi müsahibə Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğana yaxın media quruluşlarının yeni tənqidlərinə səbəb oldu. Dini lider müsahibəsində özündən danışarkən “kasıb” ifadəsini işlədib. “Takvim” qəzeti isə bildirir ki, hər zaman dünya malı ilə işinin olmadığını ifadə edən Gülənin tabeliyindəki şirkətlər və milyardlarla dollarlıq güc onun sözləri ilə üst-üstə düşmür.


Qəzet F.Gülənin dünyanın müxtəlif ölkələrində iki min məktəbi, yüzlərlə vəqfi, radio, televiziya, jurnal və internet saytlarından ibarət mediası, yüzlərlə şirkəti olduğunu qeyd edir. “Takvim” qəzetində Gülənin var-dövləti ilə bağlı dərc olunan həmin yazını təqdim edirik.

Minlərlə markası var
Gülənin tərkibində vəqflər, media quruluşları, təhsil ocaqları və maliyyə şirkətlərinin də olduğu irili-xırdalı minlərlə markası var.

150 milyard dollarlıq sərmayə
150 milyard dollara çatan camaat sərmayəsinin böyük hissəsini camaatın dəstəkçilərinə aid olan şirkətləra aiddir. Bu şirkətlərin illik dövriyyəsi isə 7 milyard dollardan çoxdur. Camaat bəzi qəzet, televiziya, hazırlıq kursları və maliyyə qurumları ilə yanaşı 65-i böyük olmaqla 700 şirkət tərəfindən dəstəklənilir. Bunlardan başqa isə Türkiyədə Mustafa Koç, Ali Sabancı kimi əslində camaatla əlaqəsi olmayan şəxslərin vəqflər vasitəsilə verdiyi milyardlarla dollarlıq hədiyyələr camaata böyük güc təmin edir. Bu pulların böyük miqdarı isə dünya markası olan yəhudi sərmayəsinin Baronlarından gəlir.
Bank Asiya
Fəthullah Gülən camaatının iqtisadi infrastrukturunu təşkil edən və 1996-cı ildə qurulan Asiya Maliyyə Təşkilatının bu günki halı olan Bank Asiya Türkiyənin ən əhəmiyyətli bankları arasında yer alıb.

Vəqflər
Yazarlar və Jurnalistlər Vəqfi da daxil olmaqla camaatın Türkiyədəki vəqflərinin sayı 500-ə yaxındır. Qanunvericiliyə uyğun olaraq vəqflər gəlir, varislik, əmlak, gömrük vergilərindən və digər xərclərdən azaddır tutulur. Xaricdə fəaliyyət göstərən vəqflərdən ən əhəmiyyətliləri isə ABŞ-dakı “Pacifica İnstitutu” və “Niagara vəqfidir.

Media quruluşları
Bürc FM və Mert FM kimi ən məşhurları olmaqla 25 radio, “Samanyolu” TV, “Zaman” qəzeti ilə “Aksiyon” və “Sızıntı” jurnalları Gülənin səsini eşitdirmək üçün fəaliyyət göstərir. “Today's Zaman”, “Ebru” TV kimi qəzet və televiziyalar xaricdə fəaliyyət göstərdiyi halda, Akın İpek kimi camaata yaxın adların sahib olduğu “Bugün” qəzeti və eyniadlı televiziyası kimi onlarla media quruluşu onlara dəstək verir.

Təhsil
Türkiyə daxilində 200-dən çox özəl məktəb, 460 hazırlıq kursu, minə yaxın yataqxana, 20 universitet var. Dünyanın isə 160 ölkəsində 2 mindən çox məktəb və digər təhsil qurumları camaatın xidmətindədir.

Hədiyyələr
Camaat dünya səviyyəsində fəaliyyət göstərən “Kimse Yokmu” Dərnəyi və digər qurumların hədiyyələrindən də bəslənilir. Amma camaatı dünya səviyyəsində bir güc halına gətirən qaynaqların heç də hamısı onun nəzarətində deyil. “Onun bir təbəssümünə bütün malımı qurban edərəm” deyən Akın İpek kimi milyarder iş adamları da bu gücün əsas qaynaqlarındandır.
İş dünyası
Gülənin icazəsi ilə qurulan və 2 mindən çox üzvü olan İş Həyatı Həmrəylik Dərnəyində kiçik və orta səviyyəli şirkətlərlə yanaşı, nəhəng holdinqlər də var. İş Həyatı Həmrəylik Dərnəyi ilə yanaşı, Türkiyə daxilində onlarla iş adamı dərnəyi Güləni dəstəkləyir. Qurumun beynəlxalq versiyası olan TUSKON isə dünyanın dörd bir tərəfinə yayılan Gülən təşkilatlarının verdiyi güclə bir çox ölkədə siyasi təmaslar və iqtisadi əlaqələr quraraq camaata maliyyə və siyasi güc dəstəyini təmin edir.


Camaata yaxın biznesmenlər 1993-cü ildə İş Həyatı Həmrəylik Dərnəyi ilə Azad Sənayeçi və İş adamları Dərnəyi adı altında təşkilatlanıb. TUSKON isə hazırda 7 üzv federasiya, 211 üzv biznesmen dərnəyi və Türkiyənin hər yerindən 55 min təşəbbüskarı təmsil edir.

Kəmaləddin Heydərov Gürcüstan nümayəndə heyəti ilə görüşüb

alt

Bu gün Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Gürcüstanın daxili işlər nazirinin müavini Vaxtanq Qomelaurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dalğa TV-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, K.Heydərov hər iki ölkə arasında yaxın qonşuluq və dostluq əlaqələrinin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb. Azərbaycan və Gürcüstanın müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin perspektivlərindən danışan nazir respublikamızda fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

V.Qomelauri ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkib.

Görüşdə baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fikir mübadiləsi aparılıb, hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə seminar-təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin, Tibb məntəqəsinin, o cümlədən Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında da olan qonaqlara bu təhsil ocağının fəaliyyəti haqqında geniş məlumat verilib.

Gürcüstanın daxili işlər nazirinin müavini V.Qomelaurinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Obamadan Ukraynaya açıq dəstək

alt“ABŞ Ukrayna xalqını və onun dinc etiraz haqqını dəstəkləyir”.


Bunu ABŞ prezidenti Barak Obama bildirib.

Prezident “Biz bütün insanların öz fikrini azad ifadə etmək və ölkənin gələcəyində iştirak haqqını tanıyırıq” deyə Konqresdəki çıxışında qeyd edib.

Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Co Bayden bundan əvvəl Ukrayna məmurlarına sanksiyalar tətbiq ediləcəyini istisna etməmişdi.

Fransa səfiri Ermənistan və Azərbaycanı provokasiyalardan çəkinməyə çağırıb

alt“Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməlidirlər. Bu problemin həllində hər iki tərəf kompromisə getməlidir”.


APA-nln xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib.

Fransalı diplomat bildirib ki, uzun müddət davam edən bu münaqişənin sülh yolu həll edilməsi üçün tərəflər bütün səylərini səfərbər etməlidir.

"Biz ümid edirik ki, məsələ həllini sülh yolu ilə tapacaq. Hər iki ölkənin prezidentlərinin son görüşündən sonra məsələnin sülhdən başqa həll yolunun olmadığı bir daha bəlli oldu. Biz hər iki tərəfi təxribatlardan provokasiyalardan çəkinməyə çağırırıq”, - deyə P. Monye əlavə edib.

Erdoğan İranın birinci vitse-prezidenti ilə görüşüb

altTürkiyənin Baş naziri Recep Tayyip Erdoğan İranın birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüşüb.

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, yanvarın 29-da Erdoğanın İran Prezidenti Həsən Ruhani və ölkənin ali dini lideri Əli Xamneyi ilə görüşəcəyi gözlənilir.

Türkiyənin Baş naziri Recep Tayyip Erdoğanın başçılığı ilə nümayəndə heyəti yanvarın 28-də İrana gedib.

Fransa prezidenti Türkiyəyə səfər edib

altFransa prezidenti Fransua Oland Türkiyəyə rəsmi səfər edib.
Dalgatv Anadolu-ya istinadən xəbər verir ki, özəl təyyarə ilə 15:00 radələrində Ankaraya gələn Oland Abdullah Gülün dəvətiylə Türkiyədədir. O Ankara və İstanbulda bir sıra görüşlər keçirəcək. Ollandla birgə bir neçə nazir və biznesmen də Türkiyəyə səfər edib.

Azərbaycanla YUNESKO arasında saziş imzalandı

altAzərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində YUNESKO-nun Baş Qərargahında təşkilatın Baş Direktoru İrina Bokova ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-YUNESKO münasibətləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

E.Məmmədyarov ölkəmizin YUNESKO ilə əməkdaşlığa xüsusi önəm verdiyini və ötən il iyulun 18-də Azərbaycan ilə YUNESKO arasında imzalanmış əməkdaşlıq haqqında Çərçivə Sazişinin bu münasibətlərin daha da gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

İrina Bokova Azərbaycanın YUNESKO-ya göstərdiyi diqqətə görə minnətdarlığını bildirərək, ölkəmizin YUNESKO-nun qlobal missiyasına dəstək verməsinin və onun işinə daha fəal cəlb olunmasının təqdirəlayiq hal olduğunu qeyd edib.

O, YUNESKO ilə əlaqələrimizin inkişaf etdirilməsində Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu vurğulayıb.

Görüş əsnasında Xarici İşlər Naziri Elmar Məmmədyarov və YUNESKO-nun Baş Direktoru İrina Bokova tərəfindən Azərbaycan Respublikası və YUNESKO arasında Gənc Peşəkar Əməkdaş Proqramının təsis edilməsi haqqında saziş imzalayıb.

Saziş Azərbaycan Respublikasının gənc mütəxəssislərinin YUNESKO Katibliyində çoxtərəfli mühitdə fəaliyyət göstərməsinə və beynəlxalq təcrübə toplamasına imkan yaradacaq.

Saytda Axtarış

Son xəbərlər