Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün243
DünənDünən3331
Bu həftəBu həftə9675
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466274

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycan və Gürcüstan Prezidentlərinin geniş tərkibdə görüşü

 

alt

Fevralın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.,

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin təkbətək görüşü

altFevralın 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan Respublikası ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirildi. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin rəsmi qarşılanma mərasimi

altFevralın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Georgi Marqvelaşvilini qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verdi.
Gürcüstanın və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Georgi Marqvelaşviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfərə gəlmişdir

altGürcüstan Prezidenti Georgi Marqvelaşvili fevralın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Gürcüstan Prezidenti Georgi Marqvelaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Georgi Marqvelaşvili Azərbaycana gəlir

altBu onun ölkəmizə ilk rəsmi gəlişi olacaq


Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfərə gələcək.

Bu barədə Dalgatv-yə  Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Qənirə Paşayeva məlumat verib.

Q. Paşayevanın sözlərinə görə, səfər fevralın 12-də reallaşacaq və bu, Gürcüstanın yeni prezidentinin Azərbaycana ilk rəsmi gəlişi olacaq.

G. Marqvelaşvili səfər zamanı Azərbaycanın dövlət və hökumət rəhbərləri ilə görüşəcək. Gürcüstan prezidentinin parlamentdə də görüşü nəzərdə tutulub.

Bakıda TÜRKPA-nın plenar iclası keçiriləcək

alt"Bu ilin ortalarında, təxminən yay aylarında Bakıda TÜRKPA-nın plenar iclası keçiriləcək".

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, bunu TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının sədr müavini, millət vəkili Sevinc Hüseynova bildirib.

O, həmçinin deyib ki, TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının bu gün Bakıda keçirilən 3-cü iclasında müzakirə olunan məsələlər və qəbul ediləcək qərar da plenar iclasa hazırlıq xarakteri daşıyır.

Millət vəkili qeyd edib ki, TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının 4-cü iclası 2014-cü ilin 2-ci yarısında Qazaxıstanda keçiriləcək.

Qeyd edək ki, TÜRKPA Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin yaratdığı ortaq qurumdur.

Gürcüstan XİN-in rəhbəri Bakıya gələcək

altGürcüstanın xarici işlər naziri Mayya Pancikidze fevralın 19-da Bakıya səfər edəcək.

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfər Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutacaq.

Qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunacağı iclas Gəncədə keçiriləcək.

Qeyd edək ki, bu, Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərlərinin üçüncü görüşü olacaq. Nazirlərin ikinci görüşü 2013-cü il martın 13-də Batumidə keçirilib.

İlham Əliyev "Polis haqqında" sərəncam imzalayıb

altPrezident İlham Əliyev "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2013-cü il 27 dekabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Polis haqqında" qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Putin Yanukoviçlə görüşüb

alt

Rusiya prezidenti Vladimir Putin Soçidə XXII Qış Olimpiada Oyunlarının açılışı çərçivəsində ukraynalı həmkarı Viktor Yanukoviçlə görüşüb.Dalğa TV-nin məlumatına görə, bu xəbəri V. Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov verib.

Bundan əlavə Putin Çin, Tacikistan, Hollandiya və Türkiyənin prezidentləri ilə də görüşüb. Bu gün isə Putin Yaponiya və Qırğızıstan prezidentləri ilə görüşəcək.

Qeyd edək ki, rus lider daha əvvəl çıxışlarında görüşlər zamanı xarici həmkarları ilə dünyəvi problemləri müzakirə edəcəyini bildirmişdi.

Bosniyada etirazçılar prezident binasını yandırıb

alt

Bosniyanın paytaxtı Sarayevo və başqa şəhərlərində hakimiyyətə qarşı irimiqyaslı etiraz aksiyası keçirilir.

Aksiya iştirakçıları ölkə iqtisadiyyatının çökməsinə, artan işsizliyə qarşı çıxış edir.

Paytaxtda etirazçılar prezident administrasiyasının binasını içinə yanar fişənglər atıb. Nəticədə binada yanğın baş verib.

Sarayevoda polis etiraz tədbirini dağıtmaq üçün  rezin güllələr, səsli qumbaralardan istifadə edib.

Ölkənin şimalındakı Tuzla şəhərində aksiyaçılar yerli hökumət binasına soxularaq, onu yandırıb.

Bu şəhərdə etiraz dalğası həftənin əvvəlində yerli sakinlərin çoxunun işlədiyi zavodların bağlanaraq, satışa çıxarılmasından sonra başlayıb.

Onları ölkənin başqa şəhərləri də dəstəkləyərək, işsizlik probleminin həllində hakimiyyətin aciz olduğunu bildiriblər. 

 

Gürcüstanda minə yaxın məhbus aclıq aksiyası keçirib

alt

Qərbi Gürcüstanda, İmeret bölgəsində, Kutaisi yaxınlığındakı Gequt həbsxanasında minə yaxın məhbus aclıq elan edib.

Buna səbəb kimi onlar həbsxana rəhbərliyinin məhbuslarla sərt davranışını göstəriblər.

Həbsxananın ətrafına  məhbusların ailə üzvləri və yaxınları toplaşıb. Olay yerinə Xalq müdafiəsi aparatının təmsilçisi Georgi Labadze də gedib.

«Məhbusun bədənində fiziki təzyiqlərin izləri var. Bunun mənşəyini ekspertiza müəyyənləşdirməlidir»-deyə, Labadze bildirib.

Cəzaların icrası naziri Sozar Subari jurnalistlərə olayla bağlı bunları söyləyib: «Bu cinayətkar aləmin avtoritetləri tərəfindən planlaşdırılmış aksiyasıdır. Son zamanlar bu qəbildən olanlar məhbuslara qarşı ciddi tədbirlər görülür. Bu, avtoritetlərin xoşuna gəlmədiyindən kütləvi aclıq aksiyası təşkil edib».

Onun sözlərinə görə, bir həftə öncə məhbuslar aclıq aksiyası keçirəcəkləri haqda Gürcüstanın ombudsmanı Uça Nanuaşviliyə məktub göndəriblər.

 

 
 

Yanukoviç martda postu ilə vidalaşa bilər

alt

Ukrayna parlamenti bu gün növbəti sessiyasına başlayıb. DalğaTV–in “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ali Rada bu həftə ərzində Konstitusiya islahatlarının keçiriləcəyi referendumla bağlı qanun qəbul edə bilər.

Hakim Regionlar Partiyasından olan deputat Nikolay Rudkovski parlamentin bugünkü iclasında mart ayında referendum və növbədənkənar seçkilərin keçirilməsini təklif edib. O, qeyd edib ki, parlament müvafiq qanunu bu həftə qəbul etməlidir. “Bu həftədə referendum haqqında qanunu qəbul etmək və gələn ay bir neçə məsələ üzrə referendumu keçirmək lazımdır. Parlament və ya prezident respublikası, proporsional və ya majoritar seçki sistemi, Ukraynanın Avropa İttifaqı və ya Gömrük Şurasına üzvlüyü kimi suallara cavab tapılmalıdır”, - deputat bildirib.
Ukrayna prezidenti Viktor Yanukoviç isə bildirib ki, müxalifətlə razılaşmayacağı halda vaxtından əvvəl prezident və parlament seçkilərini, həmçinin Konstitusiya islahatları ilə bağlı referendum keçirməyə hazırdır.
Xatırladaq ki, 2004-cü il Konstitusiyasına qayıdış təklifi ilə UDAR Partiyasının lideri Vitali Kliçko çıxış edib. Onun fikrincə, bu ölkənin siyasi böhrandan çıxması üçün yollardan biri olacaq. “Batkivşina” parlament fraksiyasının lideri Arseni Yasenyuk da bildirib ki, “Ukrayna prezidentinin diktator səlahiyyətləri ləğv edilməlidir”.
Parlamentin sessiyası ilə birlikdə Kiyev Şəhər Şurasının iclası keçirilir. İclasda müxalifətin nümayəndələri rayon şuralarının yaradılması və onlara seçkilərin keçirilməsi təklifi ilə çıxış edib. Kiyev Şəhər Şurasının qarşısında isə bir neçə yüz nəfər mitinq keçirir.

Saytda Axtarış

Son xəbərlər