Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün241
DünənDünən3331
Bu həftəBu həftə9673
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466272

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Yanukoviçə ölkədən çıxmağa imkan verilməyib

altUkraynanın Dövlət sərhəd xidməti Viktor Yanukoviçə çarter reysi ilə Donetsk şəhərini tərk etməyə imkan verməyib.

Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, müvafiq sənədlərə malik olmayan təyyarə Donetsk hava limanından uçmağa cəhd edib.

Dövlət sərhəd xidməti sədrinin köməkçisi Sergey Astaxov təyyarənin göyərtəsində Viktor Yanukoviçin olduğunu bildirib.

Gürcüstan Silahlı Qüvvələrinin azərbaycanlı əsgərləri Axundov adına Mədəniyyət Muzeyində tanış olublar

altGürcüstan Silahlı Qüvvələrində xidmət edən azərbaycanlı əsgərlər M.F.Axundov adına Mədəniyyət Muzeyində olublar.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə muzeyin direktoru Leyla Əliyeva məlumat verib.

Onun sözlərinə görə, muzey rəhbərliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbir azərbaycanlı əsgərlərin maraq və sevincinə səbəb olub: “Biz Gürcüstan Silahlı Qüvvələri ilə razılaşma əldə etmişik. Azərbaycanlı əsgərlər hər 15 gündən bir muzeyə gəlib buradakı eksponatlar və tarixi əşyalarla tanış olacaq, onlarla tariximiz barədə maarifləndirmə işi aparacağıq. Dünən əsgərlərimiz Azərbaycan dramaturgiyasının banisi Axundovun yaradıcılığını əks etdirən rəsmlər, onun şəxsi əşyaları, adət-ənənələrimizə aid əsərlər, Gürcüstanda yaşayan azərbaycanlıların toxuduğu xalçalar və muzeydə nümayiş olunan və tariximizi özündə əks etdirən rəsm əsərləri, musiqi alətləri və digər maraqlı eksponatlar azərbaycanlı əsgərləri sevindirib. Düşünürəm ki, əsgərlərimiz həm gürcü, həm də Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmalı, bu sahədə onlarla mütəmadi işlər aparılmalı, canlı ekskursiyalar təşkil edilməlidir”.

M.F.Axundov adına Mədəniyyət Muzeyində Gürcüstan Müdafiə Nazirliyinin azərbaycanlı mütəxəssisi Beniamin Qasımov da əsgərlərlə birlikdə muzeydə olub və əsgərlər qarşısında tariximizlə bağlı məqamlar barədə məlumatlarla çıxış edib. Tədbirdə “Ceyran” folklor rəqs ansamblının üzvləri də iştirak edib və “Sarı gəlin” rəqsi nümayiş etdirilib, eyni zamanda M.F.Axundov adına Mədəniyyət Muzeyinin nəzdində fəaliyyət göstərən musiqi studiyasının üzvləri də Azərbaycan musiqi və mahnılarını ifa ediblər.

Putin və Obama Ukraynadakı vəziyyəti müzakirə ediblər

altRusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama telefonla Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, Vladimir Putin Ukraynadakı vəziyyətin sabitləşməsi üçün təcili tədbirlərin görülməsi və ölkədə qarşıdurmanı təhlükəli həddə çatdıran radikal müxalifətlə işləməyin vacibliyini vurğulayıb.

Barak Obama həmkarını Soçidə Qış Olimpiya Oyunlarının müvəffəqiyyətlə keçirilməsi ilə təbrik edib. Prezidentlər, həmçinin, Suriya və İran ətrafında məsələləri müzakirə ediblər.

ABŞ Dövlət Departamenti Obama-Putin dialoqunu konstruktiv adlandırıb.

Türkiyədə hərbi xidmətə çağırış yaşı artırıldı

altTürkiyə Prezidenti Abdullah Gül "Hərbi xidmət haqqında" qanuna dəyişiklikləri təsdiq edib.

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, dəyişikliklərə əsasən, hərbi xidmətə çağırış yaşı 20-dən 21-ə yüksəldilir.

Həmçinin, məzuniyyət müddəti uzunmüddətli (12 aylıq) hərbi xidmətdə olan əsgərlər üçün 90 gündən 30 günə, qısamüddətli (6 aylıq) hərbi xidmətdə olanlar üçün isə 45 gündən 15 günə endirilir.

Ukraynada prezident seçkiləri mayın 25-də keçiriləcək

altUkrayna parlamenti vaxtından əvvəl prezident seçkilərini mayın 25-nə təyin edib.

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, Ali Radası "Ukrayna prezidentinin konstitusion səlahiyyətlərinin icrasından kənarlaşdırılması haqqında" qərar qəbul edib.

“Ukraynanı tərk etmək və istefa vermək fikrim yoxdur”

altUkrayna prezidenti Viktor Yanukoviç ölkəni tərk etmədiyini və istefa vermədiyini bəyan edib.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, V.Yanukoviç “112 Ukraina” telekanalına müsahibəsində ölkənin qanuni prezidenti olduğunu vurğulayıb: “Dünən Kiyevdə avtomobilim atəşə tutulsa da, istefa verməyəcəyəm və ölkəni tərk etməyəcəyəm. Danışıqlar apardığımız beynəlxalq vasitəçilər mənim təhlükəsizliyimə təminat veriblər”.

Ukrayna müxalifətini “banditlər”, “faşistlər” və “quldurlar” adlandıran prezident onlarla heç bir danışığa getməyəcəyini və heç bir sənədi imzalamayacağını söyləyib.

Yanukoviç onu dəstəkləyən cənub-şərq regionlarını və Krımı təmsil edən deputatların Xarkovda keçirdiyi xalq qurultayına qatılmaq istədiyini, lakin vaxt məhdudiyyəti üzündən buna vaxt tapmadığını deyib: “Çünki mən hər an kimlərləsə əlaqə saxlayıram. Mənə yaxın olan şəxsləri qorumaqla məşğulam. Cənub-şərq regionlarına səyahət etmək və seçicilərlə görüşmək niyyətindəyəm”.

Ali Radanın sədri Vladimir Rıbakın istefasına toxunan prezident onun müxalifət tərəfdarları tərəfindən döyüldüyünü bildirib: “O, dünən mənim yanıma gələndə avtomobili atəşə tutuldu. Yanıma gəlib xahiş etdi ki, Prezident Administrasiyasının rəhbəri Klyuev kimi onu da özümlə aparım. İndi də Konstitusiya Məhkəməsinin hakimlərini qorxudurlar”.

Ukraynada növbədənkənar prezident seçkisinin tarixi açıqlandı

alt

Ukraynada yaranmış böhranın tənzimlənməsi haqda razılaşmaya əsasən, ölkədə növbədənkənar prezident seçkisinin günü təyin edilib.

Dalğa TV-nin «gazeta.ru»-ya istinadən məlumatına görə, Ukrayna prezidentinin saytı bildirib ki, növbədənkənar prezident seçkisi 2014-cü ilin dekabrından gec keçirilməyəcək.

Mənbənin məlumatına əsasən, prezidentin, hökuməti və parlamentin səlahiyyətlərinin müəyyənləşdirilməsi ilə konstitusiya islahatı 2014-cü ilin sentyabrınadək başa çatdırılacaq. Prezident seçkiləri isə yeni Ana Yasa qəbul ediləndən sonra keçiriləcək.

2014-cü il martın 3-dək ölkədə koalision hökumətinin qurulması başa çatdırılmalıdır.

Yuliya Timoşenko azadlıqda

alt

Ukrayna parlamenti həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenkonun sərbəst buraxılması haqda qanun qəbul edib.

Dalğa TV-nin «unian.net»-ə istinadən məlumatına görə, bu qərarın lehinə 310 deputat səs verib. Keçmiş baş nazirin azadlığa çıxacağına imkan verən qanun qəbul edildikdən sonra parlamentin iclası başa çatıb.

Honduras Milli Konqresi ərazimizin işğalı və Xocalı soyqırımını tanıyıb

Honduras Milli Konqresi 2014-cu ilin 17 yanvar tarixində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan № 333-2013 saylı Qərar qəbul edib.
alt

Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Honduras Milli Konqresinin qəbul etdiyi bu Qərar Konqresin Prezidenti və katibləri tərəfindən təsdiq edilib.

Bu Qərar 2014-cu ili 24 yanvar tarixində Honduras Respublikasının Prezidenti və Xarici İşlər Naziri tərəfindən təsdiq edildikdən sonra, 2014-cu ilin 13 fevral tarixində ölkənin rəsmi mətbuat orqanı olan "THE GAZETTE" rəsmi kütləvi informasiya vasitəsində dərc edilərək qüvvəyə minib və ölkənin qanunu statusunu alıb.

Sənədin giriş hissəsində Ermənistan Respublikasının öz müstəqilliyini bəyan etdikdən əvvəl və sonra Azərbaycanın suverenliyi altında olan geniş əraziləri ilhaq etmək yolu ilə öz ərazilərinin ekspansiyası siyasətinə başladığı bildirilir.

1991 və 1992-ci illərdə Sovet İttifaqının dağılması nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edən Ermənistan Respublikası hökumətinin Dağlıq Qarabağ və onu əhatə edən 7 rayonun işğalı məqsədilə döyüş əməliyyatlarını hərbi fazaya keçirərək ərazi ekspansiyası siyasətini intensivləşdirdiyi bildirilir. Həmçinin 30 min insanın öldürüldüyü və 1 milyondan çox insanın məcburi köçkünə çevrildiyi hərbi əməliyyatlar zamanı Xocalıda azərbaycanlı əhaliyə qarsı Soyqırım aktı və digər insanlıq əleyhinə cinayətlərin törədildiyi qeyd edilir.

Sənəddə Ermənistan hökuməti tərəfindən Azərbaycanın suveren ərazilərinin işğalı nəticəsində beynəlxalq hüququn təməl prinsiplərinin, pozulması ilə yanası, azərbaycanlı əhalinin kütləvi səkildə məcburi köçkünə çevrilməsi diqqətə çatdırılır və bu kimi hərəkətlər beynəlxalq cinayət əməli kimi qiymətləndirilərək, beynəlxalq sülh və təhlükəsizliyə təhdid olaraq təqdim edilir.

Bununla yanaşı, bütün erməni qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1992 və 1993-cü illərdə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin qəbulundan 21 ildən artıq vaxtın ötməsinə baxmayaraq, münaqişənin hələ də davam etdiyi və Ermənistan hökumətinin BMT-nin tələblərinə etinasız olduğu bildirilir.

Qərarın 1-ci bəndində Ermənistan Respublikası hökuməti, təcavüzkar işğalçı davranış, Azərbaycanın suveren ərazilərinin hərbi işğalı və Azərbaycan mülki əhalisinə qarsı misilsiz hərəkətlərə görə ciddi şəkildə ittiham edilir. Qərarın 2-ci bəndində Ermənistan tərəfinin hərəkətlərinə münasibətdə Azərbaycan Dövləti və Hökuməti ilə həmrəylik ifadə olunur.

Qərarın 3-cu bəndində beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan qurumlar, münaqişədən əvvəlki status kvonun bərpa edilməsi məqsədilə, Azərbaycan ərazilərinin qaytarılması ilə bağlı həlledici addımlar atmağa çağırılır. Qərarın 4-cu bəndində Honduras Respublikası Hökuməti Azərbaycan Dövlətinin ərazi bütövlüyünün bərpası, Azərbaycan əhalisinin sülh və təhlükəsizliyinin və öz ərazisində sülh şəraitində yaşamaq hüququnun bərpa edilməsi naminə beynəlxalq təşəbbüsləri dəstəkləməyə çağırılır.

Qərarın 5-ci bəndində sənədin "THE GAZETTE" rəsmi kütləvi informasiya vasitəsində dərc edilməsindən sonra qüvvəyə minəcəyi bildirilir.

Gürcüstan Prezidenti parlamentdə ilk hesabatla çıxış etmişdir

altGürcüstan Prezidenti Georgi Marqvelaşvili parlamentdə bu vəzifədə ilk hesabatla çıxış etmişdir. Prezident ölkənin daxili və xarici siyasətinin prioritetlərindən söhbət açmış, Gürcüstanın Avropa yolundan dönməyəcəyini qeyd etmişdir.
Georgi Marqvelaşvili demişdir: “Biz Gürcüstanın sabit inkişafını təmin edəcək hakimiyyət sistemi yaratmalıyıq”.

Putin Ukrayna ilə bağlı təcili iclas keçirdi

altRusiyanın dövlət başçısı Vladimir Putin Ukrayna hadisələrini müzakirə edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təcili elan olunan iclasda Kreml rəhbəri Rusiyanın Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ukraynadakı gərginliyi aradan qaldırmaq yollarından söz açıb.

Məlumatda da qeyd olunur ki, toplantıya Rusiyanın baş naziri Dmitri Medvedyev, hər iki parlament qanadının sədrləri Valentina Matviyenko və Sergey Narışkin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşşev, xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov iştirak ediblər.

Prezident və müxalifət arasında razılaşma imzalanıb

altUkrayna prezidenti Viktor Yanukoviç və üç müxalifət lideri – Vitali Kliçko, Arseni Yasenyuk və Oleq Tyaqnibok ölkədə yaranmış böhrana son qoyulmasını nəzərdə tutan saziş imzalayıblar.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, sazişə vasitəçi qismində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, Polşanın xarici işlər naziri Radoslav Sikorski və Fransa XİN-in departament rəhbəri Erik Furnye də imza atıb. Digər vasitəçi ölkə olan Rusiyanın ombudsmanı, prezident Putinin xüsusi elçisi Vladimir Lukin sənədi imzalamaqdan imtina edərək mərasimə qatılmayıb.

İmzalanma mərasimindən əvvəl O. Tyaqnibokun təklifi ilə son günlər ölkədə baş vermiş toqquşmalarda ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Saytda Axtarış

Son xəbərlər