Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün262
DünənDünən3331
Bu həftəBu həftə9694
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466293

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Generaldan Sarkisyanın müharibə bəyanatına - REAKSİYA

alt

“Ermənistana yardım etsələr belə, işğalçı ölkə müharibədən qələbə ilə çıxa bilməyəcək. Azərbaycan qısa zamanda torpaqlarını düşməndən azad etmək iqtidarındadır”.


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov deyib.

O bildirib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 fazini işğal edib və bu müddət ərzində münaqişənin həllinə dair aparılan danışıqlarda da qeyri-konstruktivlik nümayiş etdirib.

General müharibənin yaxın vaxtlarda başlanma ehtimalından da danışıb:

“Müharibənin başlanması hələ ki mümkün deyil. Cəbhədə isə gərginlik hər zaman olub”.

Əliağa Hüseynov əavə edib ki, müharibəni Ermənistana uduzmaq üçün Azərbaycanın mənəvi haqqı da yoxdur: “Ancaq heç vaxt müharibə tərəfdarı olmamışam. Çünki müharibə adi məsələ deyil, burada insan tələfatı amili var. Problemin həllini sülh danışıqlarında da görürəm. Ancaq Azərbaycan Ordusu işğal olunmuş torpaqları azad etməyə hazırdır”.

O, Ermənistan prezidenti Serj Sarkisyanın müharibə ilə bağlı hədələyici bəyanatına da münasibət bildirib: “Onun ağlı nə zaman olub ki, indidə ciddi qəbul edək? O, özbaşına deyil”.

Ukrayna prezidenti müxalifətə güzəştə getməyə çalışır

alt

Yanvarın 24-də Ukrayna prezidenti Viktor Yanukoviç  kilsələrin təmsilçiləri ilə görüşüb.

Yanvarın 16-da ölkə parlamentinin bir sıra azadlıqları məhdudlaşdıran qanuna yenidən baxılacağına söz verib: «Parlamentin uyğun dəyişikliklərə səs verməsi üçün mütəxəssislər müxalifət təmsilçiləri ilə bu qanun üzərində birgə çalışırlar».

O, Ali Radanın yanvarın 28-də keçiriləcək növbədənkənar iclasında hökumətin tərkibinin dəyişəcəyini açıqlayıb: «Bu sessiyada qərar qəbul edəcəyik. Prezident fərman imzalayacaq və biz peşəkar tərkib formalaşdırmaq üçün hökuməti yenidən quracağıq».

V.Yanukoviç Kiyevdə keçirilən  etiraz aksiyaları zamanı tutulanların  əfv ediləcəyini söyləyib.

2013-cü il noyabrın 30-da gecə Avromaydandakı etiraz aksiyasının dağıdılmasında iştirak edən məmurların vəzifədə qalmayacağını boyun olub: «Onlarn heç biri vəzifədə qalmayacaq. Onların hamısı tutduğu vəzifədən azad ediləcək».

 

Elmar Məmmədyarov Parisə gedib

alt

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın paytaxtı Parisə yola düşüb. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi xəbərə görə, nazir Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Yanvarın 24-də isə E. Məmmədyarovun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərdə tutulub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələr davam etdiriləcək.

Xatırladaq ki, nazirlərin görüşü barədə razılıq həmsədrlərin ötən ilin dekabrında bölgəyə səfəri zamanı əldə olunub. 

Fevralda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq

altATƏT-in Minsk Qrupunun həmsədrləri gələn ay Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyi planlaşdırır.

APA-nın xəbərinə görə, bunu amerikalı həmsədr Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb. O, iki ölkə xarici işlər nazirlərinin bu həftənin cümə günü Parisdə görüşəcəklərini xatırladıb və bu görüşün prezidentlərin fevral ayına nəzərdə tutulan görüşü öncəsi irəli doğru addım olacağına ümid etdiyini söyləyib.

Xatırladaq ki, nazirlərin növbəti görüşü barədə razılıq həmsədrlərin ötən ilin dekabrında bölgəyə səfəri zamanı əldə olunub. Həmsədrlər bu ilin ilk yarısında prezidentlərin növbəti görüşünü təşkil etmək istədiklərini də açıqlayıblar.

Avropa Birliyi Ukraynaya sanksiyalar tətbiq edə bilər

altUkraynadakı son hadisələr Avropa Birliyi tərəfindən sanksiyaların qəbuluna səbəb ola bilər.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla Avropa Komissiyasının sədri Joze Manuel Barrozu çıxış edib.

J. Barrozu qeyd edib ki, Kiyevdə müxalifətlə polis arasında baş verən toqquşmalar Brüssel-Kiyev münasibətlərinə təsir göstərə bilər.

“Biz Ukraynada baş verənlərdən narahatlıq keçiririk. Ölkədəki vəziyyəti diqqətlə izləyəcəyik. Həmçinin Avropa Birliyi tərəfindən mümkün tədbirləri nəzərdən keçirəcəyik”, - deyə o vurğulayıb.

“Qarabağ danışıqlarına alternativ yoxdur”

alt"Dağlıq Qarabağ nizamlanmasında danışıqlara alternativ yoxdur"

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla Yerevanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan çıxış edib.

Rusiya XİN başçısı Sergey Lavrovun Qarabağ nizamlanmasına dair yeni təkliflər barədə dediklərini şərh edən E. Nalbandyan qeyd edib ki, rusiyalı həmkarı yeni təkliflərdən deyil, yeni yanaşmalardan danışıb.

Xatırladaq ki, S. Lavrov bildirib ki, həmsədrlərin müəyyən hazırlıqları var: “Tərəflər bunları rədd etmir, lakin razılığa gəlmək üçün əlavə səylər tələb edirlər. Biz kömək etməyə hazırıq, ancaq onların əvəzindən bu işi görə bilmərik”.

Cəbhə xəttindəki insidentlərə gəldikdə isə E. Nalbandyan bu cür halların danışıqlar prosesinə əlavə maneələrin yaratdığını desə də, danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb: “Danışıqların alternativi yoxdur”

Ermənistan xarici siyasət idarəsi rəhbəri sabah Parisdə ATƏT-in Minsk qrupu həmsədrləri ilə, yanvarın 24-də isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəyini bildirib.

İlham Əliyev İsrail prezidenti ilə görüşüb

altYanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrailin prezidenti Şimon Peresin görüşü olub.

Dalgatv APA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə, o cümlədən elm, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müxalifət liderlərinin prezidentlə görüşü başlayıb

altUkraynada müxalifət liderlərinin prezident Viktor Yanukoviçlə görüşü başlayıb.

Dalgatv-nin APA-ya istinadn verdiyi xəbərə görə, bunu “Twitter” səhifəsində “Batkivşina” parlament fraksiyasının rəhbəri Arseni Yatsenyuk yazıb.

Yatsenyukla yanaşı prezidentlə görüşə UDAR partiyasının rəhbəri Vitali Kliçko və milliyətçi “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok yollanıb.

Yanukoviçdən ölkə əhalisinə müraciət

alt

Kiyevdə müxalifətlə milis arasında toqquşma davam etməkdədir. Yanvarın 20-də

Ukrayna prezidenti Viktor Yanukoviç ölkə vətəndaşlarına müraciət edib.

O, müraciətində ölkə vətəndaşlarını danışığa və kompromisə çağırıb.

V.Yanukoviç dövlətinə xidmət edəcəyini vurğulayıb. O, ölkədə ictimai sabitliyi və dinc vətəndaşların haqqını müdafiə edəcəyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcəyini boyun olub.

Xatırladaq ki, Ukrayna müxalifəti onun istefasının danışıqlar da yalnız V.Yanukoviçlə aparmaq istədiyini bildirib.

"Türkiyə Gürcüstana dəstəyini davam etdirəcək"

alt"Türkiyə Gürcüstanın NATO və Avroatlantik strukturlara daxil olması üçün bu ölkəyə dəstəyini davat etdirəcək".

Bunu Türkiyə Prezidenti Abdullah Gül deyib.

Onun sözlərinə görə, Türkiyə regionda sabitliyə böyük önəm verir.

Elçibəyin oğlu AXCP və Müsavata qadağa qoydu

altAzərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev AXCP və Müsavat Partiyasının funksionerlərinə müraciət edib.

Modern.az saytına açıqlamasında Ərturqut Əliyev hazırda bir-biri ilə qalmaqal yaşayan tərəfləri Elçibəyin adından istifadə etməməyə çağırıb.

“Heç bir siyasi partiya öz işlərinə görə mənim atamın adını çəkməsin. Sizin sayt vasitəsilə onlara səslənirəm ki, bir-birlərinə ünvanladıqları ittihamlarda Əbülfəz Elçibəyin adından istifadə etməsinlər.

Atamın ruhunu sakit buraxsınlar!”-deyə Ərturqut Əliyev sərt şəkildə bəyanat verib.

O qeyd edib ki, son günlər AXCP və Müsavat Partiyası arasında yaşanan qalmaqalda mərhum atasının adının bu formada hallandırılmasının əleyhinədir.

Xatırladaq ki, Müsavat Partiyasının Milli Şuradan çıxmasından sonra AXCP ilə bu siyasi qurum arasında başlayan qalmaqal səngimək bilmir. Tərəflər bir-birini qarşılıqlı ittiham edir və arqumentlərini bəzən keçmiş mərhum prezident Əbülfəz Elçibəy üzərində irəli sürürlər. Bu qalmaqalın iştirakçıları vaxtilə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində Əbülfəz Elçibəy əleyhinə dərc edilən yazıları da üzə çıxarıb sosial şəbəkələrdə yayırlar...

Rüstəm İbrahimbəyovun istefa ərizəsi qəbul edilmədi- Yenilənib

alt

Milli Şuranın növbəti sessiyası artıq başlayıb. “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun yenidən Milli Şuranın fəxri sədri və ya lideri olmasını təklif edib.

AzNews.az xəbər verir ki, Eldəniz Quliyev R. İbrahimbəyova qarşı müəyyən təzyiqlər olduğunu bildirib: “Lakin o Milli Şuranın saxlamaq üçün geri çəkilib. Ona görə fəxri sədrlik məsələsinə münasibət bildirilməli və bu barədə qərar verilməlidir”.

E. Quliyev qeyd edib ki, Milli Şura artıq qarşıdurmalara münasibət bildirməli və bu qarşıdurmaların qarşısını almalıdır.

Mehriban Vəzir isə bu təklifə qarşı çıxıb. O, Rüstəm İbrahimbəyovla bağlı məsələni yenidən gündəliyə salınmasına etiraz edib.

Milli Şura sədri C. Həsənli isə qeyd edib ki, yenidən liderlik məsələsinə qayıtmağa lüzum görmür:

“Mənim öz fikrimə görə, biz yenidən liderlik məsələsinə qayıtmamalıyıq. Burda oturanların əksəriyyəti liderdir. Bu mənim fikrimdir, lakin Milli Şura qərar verməlidir. Milli Şurada bir ənənə var.

Bu ondan ibarətdir ki, biz sessiyalararası müddətdə Milli Şuranı tərk edənlərin Milli Şuradan çıxmasın nəzərə alırıq. Eyni zamanda, quruma müraciət varsa, biz bu müraciətlər baxmalıyıq. Ötən sessiyadan sonra Rüstəm İbrahimbəyovun Milli Şuraya müraciəti olub.

Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrlikdən imtina müraciətinə biz baxmalı idik. Ona görə də, biz Rüstəm İbrahimnbəyovun istefa ilə bağlı müraciətini Milli Şurada müzakirəyə çıxararaq münasibət bildirməliyik”.(

Saytda Axtarış

Son xəbərlər